Məhkəmə qərarları › İş №2(102)-2796/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2796/2022

23.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2796/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx oğlunun cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2796/22 (açar sözlər: hərracın nəticələri haqqında protokolların ləğv edilməsi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 23 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (sədrlik edən və məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı xxx oğlunun cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarş ı “hərracın nəticələri haqqında protokolların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-280/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı xxx oğlunun kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl” İKB ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər İddiaçı, X4 və X2 müştərək qaydada iddiaçı “Nikoyl” İKB-nin xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas, 23.085,15 ABŞ dolları məbləğində faiz, 300 ABŞ dolları cərimə b orcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzillərin açıq hərracdan satılması qət edilmişdir. İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilin ilkin satış qiyməti 68.000 manat, X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilmişdir.

2. İddiaçı xxx oğluna məxsus Sumqayı t şəhəri, 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzili 43350 manata Cavabdeh1 ASC tərəfindən alınmışdır.

3. X1 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzili 30600 manata Cavabdeh1 ASC tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xxx oğlu cavabdehlər Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldıraraq (sonradan iddia tələbini dəqiqləşdirməklə) N-253/3 və 253/3/1 saylı xx.xx.2019cu il tarixli hərracın nəticələri haqqında protokolların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)536/2018 saylı, xx.xx.2018-ci il tarixli qə tnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin N-85018/35 saylı, xx.xx.2021-ci il tarixli bildirişindən məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə hər iki əmlak üzrə hərrac keçirilmiş və müvafiq olaraq hərracın nəticələri haqqında N-253/3 və 253/3/1 saylı xx.xx.2019-cu il tarixli protokollar tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli N-253/3 və 253/3/1 saylı protokollar üzrə hərracın nəticələri ləğv edilməlidir.

6. Əvvəla iddiaçı hərracın keçirildiyi tarix və yer haqqında heç bir bildiriş almamışdır. Hərracı keçirən "xxxx" MMC-nin dəqiq ünvanı məlum deyildir. Belə ki, "xxxx" MMC ünvanını tez-tez dəyişir (sübutlar ərizəyə əlavə edilib).

7. Bundan əlavə, bu günə kimi də həmin hərrac protokolları iddiaçıya təqdim edilməyib, baxmayaraq ki, rəsmi qaydada dəfələrlə "xxxx" MMC-yə müraciət etmişdir. 8. "İcra haqqında" Qanunun 17.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məcburi olduğu halda icraat davam etdirilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, N-253/3 və 253/3/1 saylı protokollar üzrə hərrac keçirildiyi vaxt iddiaçının "xxxx"-a qarşı "kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsinə dair" yəni, cavabdehlə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-SMEGZ2-2-0-1894-14 saylı Kredit müqaviləsi üzrə cərimələrin, faiz dərəcələri üzrə əlavə hesablanmış məbləğin silinməsi və ödədiyi 30000 (otuz min) ABŞ dollarının Bank krediti üzrə əsas borcdan silinməsi barədə iddia tələbi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraatında olub və iş üzrə 2(006 )-206/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilib. Hal-hazırda da iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayət icraata qəbul edilmişdir.

9. Cavabdeh1 ASC-nin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, hərrac qanunvericiliyə uyğun keçirlib.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5461/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Azər İsmayılov)

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd edilən protokolların ləğv edilməsinə əsas olan hallar müəyyən edilməmiş, əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi əsasında həyata keçirilmişdir. Bundan başqa, İddiaçı xxx oğlu iddia tələbində özünə məxsus 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzili ilə yanaşı, X1 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 saylı mənzilinin də hərracdan satılmasının nəticələri haqqında Y-253/3/1 saylı protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi onuda vurğulayıb ki, iddiaçı iddia tələbini hərracın nəticələri haqqında protokolların ləğv edilməsi ilə bağlı əsaslandırmamış, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti 129-cu maddəsinin İ və İİ bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 15.2 v ə 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırlıb.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-280/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Telman Məmmədov, Səyyad Qafari)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırki halda sübut etmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bu nu edə bilməmişdir. İş materiallarından da görünür ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmamışdır. İş materiallarına əlavə edilmiş hərracın keçrilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarından da aydın görünür ki, mübahisəli mənzilə dair hərrac mövcud qanunlar çərçivəsində o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. İddiaçı hərrac təşkilatının hərracın keçirilməsində bir neçə qanun pozuntusuna yol verməsini, hərracın keçirilməsi barədə ona məlumat verilməməsini bildirsə də, öz tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmiş, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir.

18. Apellyasiya instansiyası məhkə məsi gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 42, 43, 44, Mülki Məcəllənin 416.1-ci, “İcra haqqında” Qanunun 17.1.7, 19.1 və 19.6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə apellyasiya məhkəməsi tərəfindən sübutlara MPM-in 88-ci maddəsinə uyğun qiymət verilməməsinə istinad edilib. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məh kəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Qanun Maddə 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq mün asibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə ba xarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

25. Belə ki, iddiaçı tələbinin əsası kimi hərrac təşkilatı tərəfindən təşkil edilmiş hərrac barədə ona məlumat verilməməsinə, bu barədə bildiriş təqdim edilməməsinə istinad etmişdir. İddianı rədd edən məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi ona istinad edib ki, hazırki halda sübut etmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir.

26. Əvvəla, İ ddiaçı hərrac təşkilatının təşkil etdiyi hərrac barədə ona məlumat verilməməsini bildirirsə, belə olan halda, sübutetmə yükünün iddiaçının, hazırki halda inkar edənin daşımalı olması barədə gəlinən nəticə düz deyil. Halbuki mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Əslində, iddiaçının dəlilləri kontekstində, yəni hərrac barədə məlumatın verilməsi baxımından hərracın qanunvericiliyə uyğun olaraq keçirilməsini sübut etmək vəzifəsi hərrac təşkilatının üzərinə düşür. Məhkəmələr isə cavabdeh olan hərrac təşkilatının qeyd edilən hərracın qanuniliyi ilə bağlı hər hansı mövqeyini öyrənmədən, bu barədə lazımi sübutları araşdırmadan hərracın qanuniliyi nəticəsinə gəlmişlər.

27. Bundan başqa, apellyasiya məhkəməsi həmçinin iddianın rə dd edilməsi əsası kimi ona da istinad edib ki, iş materiallarına əlavə edilmiş hərracın keçrilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarına əsasən mübahisəli mənzilə dair hərrac mövcud qanunlar çərçivəsində o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir.

28. Lakin apellyasiya instansiyası məhkəməsi hərracın keçrilməsinə dair bildiriş və elanlara istinad etsə də, iş materiallarında belə bir sübutlar yoxdur (yuxarıda da qeyd edildiyi kimi məhkəmələr cavabdeh olan hərrac təşkilatının buna dair hər hansı mövqeyini və sübutlarını araşdırmayıblar) və belə olan halda apellyasiya məhkəməsinin hərracın mövcud qanunlar çərçivəsində keçirilməsini hansı sübutları qiymətləndirməsi yolu müəyyən etməsi məlum deyil. Halbuki qətnamə çıx arıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. (Mülki Prosessual Məcəllə, 218.1. 220.4-cü maddələr)

29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özünün mülkiyyətində olan ipoteka predmetinin hərracda satılması ilə yanaşı, digər şəxsin mülkiyyətində olan ipoteka predmetinin hərracda satılmasını da mübahisələndirir. Birinci instansiyası məhkəməsi bunu qətnaməsində göstərsə də, iddiaçının başqa şəxsə məxsus əmlakın hərracda satılmasını mübhasiləndirmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət vermədən həmin iddianı da eyni əsasla, hərracın qanunvericiliyə uyğun keçirilməsi əsası ilə rədd etmiş, apellyasiya məhkəməsi isə ümumiyyətlə, bunun üstündən keçərək, eyni səhvi təkrarlamışdır.

30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı əvvəlcə iddia ərizəsində hərrac protokollarının həm ləğv, həm etibarsız hesab edilməsini xahiş etmiş, sonradan ərizə verərək, tələbini dəqiqləşdirmiş, həmin protokolların ləğv edilməsi barədə qətn amə çıxarılmasını xahişı etmişdir. 31. “İpoteka haqqında” Qanunun “hərracın etibarsız sayılması” barədə 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

32. Göründüyü kimi, qeyd edilən qanunvericilik normaları müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərracın etibarsızılığı barədə iddianın verilməsini müəyyən edir. Məhkəmələr isə iddia tələbinə qiymət verərkən, işin bu xüsusatına da diqqət yetirməyib, iddianı qeyd edildiyi kimi yalnız bir əsasla – hərracın qanuniliyi ə sası ilə təmin etməyiblər.

33. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı nda da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

36. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı hesab etmir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə i namı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

39. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-280/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar