Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-28/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx x xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh tərəfindən inşa edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, ev 8a, 4 saylı mənzilin arxa otağının yan tərəfə açılan qapı yerini bağlayan 4.5 X 8.3 m ölçüdə tikilinin və mənzilin pəncərəsindən 0.5 m aralıdakı hasarın sökülməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun Cavabdehdan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh t ərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən - vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019- cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək, ona məxsus olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsi, 8 A saylı evin 4 saylı mənzilin qapı və pəncərələrinin (texniki pasporta əsasən) qarşısını tamam bağlayan qanunsuz və bitişik tikilmiş (sənədsiz) evin sökülməsinə və mənzilin həyətinə avtomobil yolunun qanunsuz tikililərin sökülməsinə və mənzilinin həyətinə avtomobil yolunu məhdudlaşdıran qanunsuz tikililərin sökülməsinə və evin mətbəxinin, texniki pasporta əsasən hamam-tualetinin harada yerşdiyi müəyyən edilərək alınıb verilməsi və ona 4 il ərizndə vurulmuş olduğu maddi və mənəv i zərərə görə 30000 manat pul alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, 50 kv.m yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yerləşən 8 a saylı evin 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2018-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, İddiaçı mül kiyyətində olan tikilinin arxa otağının yan tərəfə açılan qapı yeri bağlanaraq qarşısında 4.5 X 8.3 m ölçüdə tikili inşa olunmuş və digər tikilinin yan tərəfə açılan pəncərə-qapıdan 0.5 m aralıda hasar inşa olunmuş və həmin tikili xx.xx.1999-cu il tarixdə verilmiş texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş texniki pasportda öz əksini tapmamışdır. ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 4 saylı mənzilin pəncərəsindən 0.5 m aralıda inşa olunmuş hasar, həmin otağa düşən təbii işığın qarşısını alır ki, bu da İnşaat Norma və Qaydaları 2.08.01.89* un 2.9 bəndinin tələblərinə zidd olduğu müəyyən olunur. Eyni zamanda texniki pasportun göstəricilərinə əsasən cavabdehin istifadəsində olan sahəyə açılan qapı bağlanmışdır. Kollegiya qeyd ed ir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır. Cavabdeh həmin rəyi və qüsur aktının məlumatlarını şübhə altına almaq üçün hər hansı sübuta və ağlabatan dəlilə istinad etməmişdir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Sahiblik hüququ - əmlaka (əşy aya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi cavabdeh özbaşına tikililər inşa etməklə iddiaçının mülkiyyətində olan əmlakdan istifadə edilməsinə maneçilik törədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi qanunsuz tikilinin sökülməsinə dair İddiaçı iddiasının qismən edilməsi hissəsində birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişfdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mənəvi zərərə dair hissədə iddiası rədd edilsə də İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-ni n 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-28/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-28/2020
10.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver