Məhkəmə qərarları › İş №2(102)-2802/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2802/2021

24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2802/2021 24.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiаçı “xxxx” MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilələrin etibarsızlığı, maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7308/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MTK tərəfindən veril miş kassasiya şikayətinə dair işə 24 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, “xxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış 30 aprel 2016-ci il tarixli müqaviləyə əsasən xxxx məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzili sonuncuya verilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 500 manat təyin edilir, cəmi 104.6 kv.m sahə üçün 52300manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52.300 məbləğində pul ödənilmişdir. “xxxx” MTK tərəfindən Cavabdeh1 mənzilin dəyərinin tam ödənilməsi barədə 30 a prel 2016-ci il tarixli arayış verilmişdir.

2. Həmçinin iş materiallarından görünür ki, Bundan başqa, “xxxx” MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri xxxx ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü məhəllə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair 30 aprel 2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 manat təyin edilir, cəmi 104,6 kv.m sahə üçün 52.300 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 (əlli iki min yüz) manat məbləğində pul ödənilimişdir. “xxxx” MTK tərəfindən Cavabdeh1 mənzilin dəyərinin tam ödənilməsi barədə 30 aprel 2016-ci il tarixli arayış verilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 1(101)-317/2017 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq 27 aprel 2016-ci il tarixdən hökm çıxarıldığı günədək həbs qətimkan tədbiri qismində saxlanıldığı 9 (doqquz) ay, 14 (on dörd) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş əsas cəzadan çıxılmaql a üzərində qalan 07 (yeddi) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs X6 zərərçəkmiş şəxs Cavabdeh1 183.000 ABŞ dolları məbləğində pulunu onun etibardan sui-istifadə etməklə ələ keçirərək ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin iş üzrə məhkəmə prosesinin gedişində Cavabdeh1 ona vurulmuş zərərin əvəzi olaraq ona əmlaklar verildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmadığını bildirmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 sorğusuna əsasən ona ünvanlanmış 31 may 2020-ci il tarixli, 1(101)-317/2017 saylı məktubu ilə Cavabdeh1 şikayət və tələbinin olmaması ilə bağlı ərizənin və sonuncunun istintaq dövründə 06.05.2016-ci il tarixdə şahid qismində dindirilməsi barədə protokolun surəti təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 02 may 2016-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X4 iştirakı ilə X3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin İstintaq idarəsinin mühim işlər üzrə müstəntiqi X8 06 may 2016ci il tarixdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 227 və 230-cu maddələrinə ria yət etməklə Cavabdeh1 şahid qismində dindirmiş və bu barədə 06 may 2016-ci il tarixli 159 №-li şahidi əlavə dindirmə protokolu tərtib etmişdir. Həmin protokolda Cavabdeh1 müstəntiqin sualına cavab olaraq göstərmişdir ki, 27 aprel 2016-ci il tarixdə X6 barəsində Binəqədi rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçildikdən sonra sonuncunun X adlı qohumu onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O, X əvvəllər tanımamış və bir dəfə X yanında görmüşdür. X X ilə söhbət edərək X ona olan borcunu ödəyəcəyini bildirmişdir. O isə X X ona 183.000 ABŞ dolları borcu olduğunu demişdir. X ona bu qədər pulunun olmadığını bildirmiş və əvəzində bir neçə əmlak təklif etmişdir. X söhbət zamanı bildirmişdir ki, 6 ay ərzində X 150000 manat pulu ödədikdən sonra bütün əmlakları ge ri qaytaracaqdır. X isə buna razılaşmış və daha sonra birlikdə notariusa getmişlər. İldırım xxxx yerləşən yeni tikilmiş binada 2 ədəd 3 otaqlı mənzili, X yaşadığı mənzilin yaxınlığında olan 1 ədəd avtoyuyucu və xxx qəsəbəsində 60 kv.m ölçüdə qeyri-yaşayış obyektini onun adına keçirmişdir. Bundan sonra Cavabdeh1 Notariat X1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “xxxx” MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir..

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MTK ilə Cavabdeh1 arasında 30 aprel 2016-ci il tarixli müqavilələr bağlanılmışdır. Belə ki, “xxxx” MTK ilə Cavabdeh1 aras ında xxxx ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 65 saylı mənzilə dair 30 aprel 2016-cı il tarixli müqavilə imzalanmış və müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 500 manat təyin edilmiş, cəmi 104.6 kv.m sahə üçün 52300 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 (əlli iki min üç yüz manat) məbləğində pul ödənilmişdir. Bundan başqa “xxxx” MTK ilə Cavabdeh1 arasında xxxx ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair 30 aprel 2016-cı il tarixli müqavilə də bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 manat təyin edilmiş, cəmi 104,6 kv.m sahə üçün 52300 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətinin 100%-i miqdarında, yəni 52300 (əlli iki min üç yüz) manat məbləğində pul ödənilmişdir. Müqavilələr formal olaraq bağlanmışdır. Çünki həmin müqavilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təkidi ilə məcburiyyət qarşısında qalaraq bağlanılmışdır. Müqavilənin bağlanmasının əsas səbəbləri isə tam başqadır. Belə ki, Cavabdeh1 Bakı şəhər prokurorluğunun keçmiş əməkdaşı X adlı şəxsdən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Araşdırma nəticəsində X adlı şəxs həbs edilmiş və sonuncunun bacanağı olan X adlı şəxs MTK rəhbərliyinə müraciət edərək onun Cavabdeh1 tanımasın ı və onun sözünü eşitməsini bildirərək razı salıb, şikayətini geri götürməsini xahiş etmişdir. MTK rəhbərliyi Cavabdeh1 şikayətinin geri götürməsini xahiş etmiş, sonuncu isə bildirmişdir ki, X onun arasında başqa pul söhbətləri vardır. Həmin pul söhbətlərində də onun başqa bir tanışı da vardır ki, pul ona məxsusdur. Bir sözlə, bu pul söhbətləri onun tanışına aid olan məsələdir. Həmin pul söhbətləri onun tanışı ilə əlaqəli olduğundan, X həmin adama girov kimi əmlak göstərməlidir. Əgər girov kimi əmlak göstərilsə, Cavabdeh1 X adlı şəxsi şikayətini geri götürməklə bir həftəyə buraxdıracağına söz verir. Cavabdeh1 və Cavabdeh2 MTK rəhbərliyini məcbur edərək (xahiş mənasında) bildirmişlər ki, mənzillərin verilməsi ilə bağlı müqavilə bağlanılsın və o, müqaviləni tanışına (pul sahibinə) göstərməkl ə, ona pulun əvəzi kimi mənzilləri göstərib şikayəti geri götürəcəyinə razılıq alacaq. Eyni zamanda digər Cavabdeh2 MTK rəhbərliyini belə bir müqavilə bağlamağa vadar etmişdir. Belə olan halda X məxsus “avtomaşın yuma və təmizləmə” yeri və xxxx ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 65 saylı mənzili və həmin yaşayış binasının 2-ci blok 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzili ilə bağlı Cavabdeh1lə müqavilə bağlanılaraq girov kimi sonuncuya verilmişdir. Cavabdeh1 ortada olan digər şəxs inansın deyə, həmçinin bu mənzillərlə bağlı başqa şübhə yaranmasın deyə hər iki müqavilə bağlanılarkən pulun ödənilməsinin göstərilməsini xahiş etmişdir. Eyni zamanda, digər Cavabdeh2 heç bir problemin olmayacağını bildirmişdir. Müqavilələr formal olaraq bağlanmışdır. Bir neçə aydan sonra isə həmin müqavilələr elə öz aralarında ləğv ediləcəkdi. MTK rəhbərliyi onun dediyi kimi razılaşaraq müqavilələri bağlamışdır. Müqavilələr tərtib edilib bağlanılarkən X, X, X, X və X adlı şəxslər onların yanında olmuşlar. Daha sonra Cavabdeh1 X ilə bağlı olan şikayətini vaxtında geri götürməmişdir. Cavabdeh2 MTK rəhbərliyinə bildirmişdir ki, Cavabdeh1 şikayətini vaxtında geri götürmədiyi üçün həmin müqavilələr öz aralarında ləğv olunacaqdır. Bu hadisələrdən bir müddət keçdikdən sonra MTK rəhbərliyi fikirləşmişdir ki, Cavabdeh1 artıq öz öhdəsinə götürdüyü sözü yerinə yetirmədiyindən müqavilələr ləğv olunmuş kimidir. Daha sonra, 07 yanvar 2019-cu il tarixdə ünvana göndərilən bildiriş nəticəsində məlum olm uşdur ki, Cavabdeh1 “xxxx” MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məlumdur ki, Cavabdeh1 onda olan müqavilələrdən istifadə edərək pul tələb etmişdir. Halbuki, Cavabdeh1 “xxxx” MTK-dan göstərilən mənzilləri almamışdır. Bununla bağlı o, “xxxx” MTK-ya hər hansı bir formada pul ödənişi etməmişdir. Əgər mənzillərlə bağlı pul ödəniş edilsəydi, Cavabdeh1 əlində ödəniş qəbzləri olmalı idi. Həmçinin, bununla bağlı MTK tərəfindən ona maliyyə arayışı təqdim edilməli idi. Bu səbəbdən də 30 aprel 2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2016-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında 30 aprel 2016-ci il tarixdə bağlanmış xxxxx məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilinin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında 30 aprel 2016-ci il tarixdə bağlanmış xxxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin pay kimi verilməsi nə dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında 30 aprel 2016-ci il tarixdə bağlanmış xxxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilinin pay kimi verilməsinə dair və “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında 30 aprel 2016-ci il tarixdə bağlanmış xxxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilinin pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və Cavabdeh2 dəymiş ziyanı n əvəzi olaraq 10.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Həmçinin, Cavabdeh1 “xxxx” MTK-ya qarşı “mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin “xxxx” MTK-nın üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “xxxx” MTK-nın xxxx məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzilinin və xxxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 14-cü mərtəbə də, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzilinin naturada ona təhvil verilməsi, həmin mənzillərin plan-cizgilərinin, eləcə də mənzillərin açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; mülkiyyət hüququ ilə ona məxsus olan və “xxxx” MTK tərəfindən inşa edilən xxxx məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzildən və xxxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blok, 14-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzilindən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulmasının “xxxx” MTK-nın üzərinə qoyulması və “xxxx” MTK-n ın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 50.000 manat məbləğində mənəvi ziyanın “xxxx” MTK-dan alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MTK ona qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, guya müqavilə üzrə 104.600 manat pulu MTK-ya ödəməmişdir. 30 aprel 2016-cı il tarixdə “xxxx” MTK ilə onun arasında mənzil sahəsinin alınması ilə əlaqədar iki müqavilə bağlanmışdır. Müqavilələrə əsasən xxxx məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzili və xxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzili onun tərəfindən alınmışdır. Mənzillərin dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı İddiaçı tərəfindən 30 aprel 2016-cı il tarixdə mənzillərə dair borcun olmaması barədə maliyyə arayışları verilmişdir. Lakin buna baxmayaraq, MTK mənzilləri ona təhvil vermək istəmir. Qanunvericiliyin tələblərinə baxmayaraq, “xxxx” MTK tərəfindən mənzillər bir mülkiyyətçi olaraq ona təhvil verilməmişdir, mənzili ona verməkdən imtina edirlər, bəhanələr tapırlar. Hazırda mülkiyətindən məhrum olduğundan stres və sarsıntı keçirir

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(010)-1726 /2020 saylı qətnaməsi ilə (hakim S.Miriyeva) ilkin iddia tələbinin qismən təmin edilməsi, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında 30 aprel 2016-ci il tarixdə bağlanmış xxxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında 30 aprel 2016-cı il tarixdə bağlanmış xxxx məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

12. Birinci inst ansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasındakı müqavilələrdən irəli gələn öhdəlik (Kooperativin pay haqqının ödənilməsi) cavabdeh tərəfindən icra olunmamışdır, habelə Kooperativ bundan irəli gələn hüquqi hərəkətləri (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirməmişdir.

13. Hazırkı baxılan iş üzrə Cavabdeh1 “xxxx” Mənzil Tikinti Kooperativinə üzv qəbul edilməməsinin mühüm şərtləri olaraq onun tərəfindən mənzil-tikinti kooperativi binasında mənzil, yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödənilməmişdir və onun kooperativə üzv qəbul olunması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da qəbul edilməm işdir. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən mənzillərin dəqiq ölçüləri, mərtəbələri göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, verilən mənzillərin plan-cizgisi bu qərara əlavə olunmalı idi. Hansı ki, cavabdehin həmin şərtlər altında ilkin iddiaçı “xxxx” MTK-nın üzvü olmalarına dair sübutlar cavabdehdə yoxdur və məhkəmə tədqiqi ilə də müəyyən edildi ki, belə şərtləri özündə əks etdirən sübutlar ümumiyyətlə mövcud olmamışdır.

14. İşin faktiki halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə Cavabdeh1 iradə ifadəsi heç də ilkin iddiaçı “xxxx” MTK-dan mənzil sahəsi əldə etməyə yönəlməmişdir, o, məhz X ona olan borcunun bir qisminin əvəzi olaraq, yəni görəcəyi işin dəyərinin ödəniləcəyinin təminatı baxımından kooperativin tikdiyi yaş ayış binasından mənzil payı ayrılmasının təmin edilməsi üçün, İldırımın xahişi ilə şəxsiyyət vəsiqəsini vermiş və sözügedən müqavilələrin onun adına bağlanmasına razı olmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən müqavilələr (yalan əqdlər) görünüş xarakteri daşımaqla, qanuna və hüquqi aktlara uyğun olmadıqları, onların bağlanması zamanı hüquq pozuntularına yol verildiyi üçün müqavilələrin etibarsızlığı ilə bağlı məsələ müzakirə edilməlidir.

16. Göründüyü kimi, həmin tərəflər arasında bağlanmış müqavilələr (əqdlər) başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdlərdir. Hansı ki, yalan əqd görünüş xarakteri daşıyır və əgər pərdələnən əqd qanuna və yaxud başqa hüquqi aktlara uyğun olarsa, yalnız bu halda tərəflər arasındakı münasibətlərə həmin əqdin qaydaları tətbiq edilə bilər, əksinə, əqddə hüquq pozuntusu olarsa, həmin əqd etibarsız hesab edilməlidir.

17. Mülki qanunvericiliyə görə, sırf görünüş üçün bağlanan və həqiqətdə heç bir hüquqi nəticə (haqq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan edilən iradə ifadəsi nəticəsində bağlanan əqd, uydurma əqddir. Sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilə bilinməsi üçün uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı eyni vaxtda aşağıdakı şərtlərin olması da zəruridir: iki ayrı əqd bağlanmış olmalıdır; bu əqdlərdən biri onu bağlayanların həqiqi iradə ifadəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmalıdır; bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. Beləliklə, sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi əqdlər yalan əqdlərdir.

18. İki ayrı əqdin bağlanmış olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İlkin iddiaçı “xxxx” MTK mənzi l tikintisini həyata keçirən kooperativdir, kooperativin rəhbərliyinə yaxın olan şəxsin xahişi ilə ilkin iddia üzrə cavabdehin mənzil payının verilməsi ilə əlaqədar müqavilə bağlanılır. Öhdəliyin yerinə yetirilməsinin təminatı üçün isə onlar arasında əqd hesab olunacaq şifahi razılıq əldə edilmiş, X adlı şəxsin təklifi ilə X X2 şikayətinin geri götürülməsi üçün təminat qismində, onun şəxsiyyət vəsiqəsi götürülmüş və kooperativin tikdiyi yaşayış binasından mənzil payı ayrılması üçün müqavilə bağlanması razılaşdırılmış, nəticədə ilkin iddia üzrə cavabdehlə müqavilələr bağlanmışdır. Bununla da artıq iki əqd bağlanmış olmuşdur.

19. Bu əqdlərdən birinin onu bağlayanların həqiqi iradə ifadəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, birinci şərtd ə göstərilən şifahi razılığa dair əqdin şərtləri (onu bağlayanların həqiqi iradə ifadəsi), yazılı bağlanmış görünüşdəki 30 aprel 2016-ci il tarixli müqavilələrdə öz əksini tapmamış, faktiki gizlədilmişdir.

20. Bu əqdlərdən digəri olan görünüşdəki əqdin, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, bu hal müqavilə tərəflərinə əvvəlcədən məlum olmuşdur, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti olan həqiqi iradə ifadəsi mövcud olmamışdır. Xüsusən nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər tərəfindən mənziltikinti kooperativi binasında mənzil, yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödənilməmişdir və onların kooperativə üzv qəbul olunması barədə mənzil-tikinti kooperativi üzvlər inin ümumi yığıncağının qərarı qəbul edilməmişdir. Pay haqqının ödənilməsini təsdiq edəcək maliyyə arayışları ilə bağlı qeyd edilməlidir ki, həm müqavilələrin etibarsız olması ilə bağlı əsaslar müəyyən edilmişdir, həm də müəssisəyə pay haqqının ödənilməsini təsdiq edən ciddi hesabat blankı (mədaxil qəbzi) təqdim edilməmişdir.

21. Mənzilə dair “xxxx” MTK ilə Cavabdeh1 arasında olan müqavilələr görünüş üçün bağlanmış, əslində cavabdehin həmin mənzilləri almaq niyyəti olmamışdır. Həmin müqavilələrin bağlanmasında cavabdehin məqsədi bu yolla X adlı şəxsin ona vurmuş olduğu maddi ziyanın geri qaytarılmasını təminat altına almaq olmuşdur. Bu bir daha 07 yanvar 2019-cu il tarixdə cavabdeh Cavabdeh1 “xxxx” MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməsi ilə təsdiq olunur. Yəni, cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi ilə deyil, məhz pul tələbi ilə məhkəməyə müraciət etmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydala rın 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir.

23. Göründüyü kimi, mənzillərin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcud deyildir. Bütün bunlar mübahisələndirilən müqavilələrin ifadə olunan iradənin müəyyən hüquqi nəticəyə, yəni həqiqi iradə ifadəsini əks etdirməyə yönəlmədiyini (ünvanlanmadığını) göstərir. Əlavə olaraq qeyd edilməlidir ki, mübahisələndirilən müqavilələrin predmeti olan mənzillər heç vaxt cavabdehə təhvil verilməmişdir, ilkin iddia üzrə cavabdeh də daha əvvəl mənzillərin onlara təhvil verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır, bununla bağlı tələbi yalnız ilkin iddianın verilməsindən sonra irəli sürmüşdür.

24. Cavabdehin nümayəndə və vəkili Vəkil1 iddia müddətinin tətbiq olunaraq ilkin iddianın rədd olunması barədə ərizəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

25. Hansı ki, hazırda mübahisələndirilən əqdlər, Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından, növünə görə əhəmiyyətsiz, yalan əqdlər hesab olunur, mülki qanunvericiliyə görə isə, əhəmiyyətsiz əqd tərəflər üçün hüquq və vəzifələr yaratmadığına görə Mülki Məcəllənin 354.1-ci maddəsi məntiqli olaraq yalnız onun nəticələrinin tətbiqi barədə tələblər üçün müddət müəyyən etmişdir. Əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddia həmin əqdin icrası nəticəsində tərəflərin əldə etdiklərini bir-birinə qaytarması ilə əlaqədar tələbləri nəzərdə tutur. Qanun əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi haqqında iddialar üçün bir il müddət müəyyən etmişdir. Bu müddətin axımı əqdin icrasına başlanıldığı vaxtdan hesablanır. Bu zaman əqd üzrə icranın əqdin hansı iştirakçısı tərəfindən başlanılmasının əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisələndirilən əqdlər əhəmiyyətsiz, yalan əqdlər olduğuna görə onların icrası da həyata keçirilməmişdir, həmin əqdlər başqa əqdi pərdələmək üçün bağlandığına görə mənzillər payçı qismində müqavilə bağlanmış şəxsə təhvil verilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd e dilənlər baxımından əqdlərin icrasına başlanmadığı üçün müddətin axımı da başlanmamışdır, ona görə ilkin iddia üzrə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsində göstərdiklərinin əsası yoxdur, nəzərə alınmamalıdır.

26. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin iddia Cavabdeh1 tərəfindən qaldırılmışdır, MTK-ya qarşı mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi təşkil edir. Lakin mənzilin dəyərinin ödənilib-ödənilmədiyi məsələsinə artıq ilkin iddia tələbi daxilində hüquqi qiymət verilmişdir. Mü əyyən edilmişdir ki, mənzillərin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcud olmamaqla, müqavilələrin bağlandığı tarixlərdə verilən arayışlar həmin sənədləri əvəz edəcək mühasibatlıq sənədi sayılmır. Habelə, təhvil verilmələri iddia edilən mənzillərə dair tərəflər arasında bağlanmış müqavilələrin etibarsız, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdlər olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuni əsaslar olmadığından qarşılıqlı iddia təmin edilməməlidir.

27. Məhkəmə ilkin iddianın Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması hissəsində münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh2 hansı hərəkəti nəticəsində ona dəymiş ziyanı sübuta yetirə bilməmişdir

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 109.2, 324.1, 329.2, 337.1, 337.4, 340.2, 342.4, 354.1-ci, Mənzil Məcəlləsinin 113.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7308/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(010)1726/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, "xxxx" MTK-nın Cavabdeh2 və Cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi və maddi ziyan" tələbinə dair iddiası təmin edilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı xxxx MTK ilə qarşılıqlı iddiaçı Cavabdeh1 arasında iki ədəd mənzilin alqı-satqısına dair bağlanmış 30 aprel 2016-cı il tarixli müqavilələr əslində real alqı-satqı müqavilələri olmamaqla, digər bir əqdin – cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Cavabdeh1 dəymiş ziyanın əvəzinin ödənilməsinin təminatı kimi bağlanmışdır.

32. Belə olan halda kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış və iddiaçı tərəfindən mübahisələndirilən mənizilin alqı-satqısına dair 30 aprel 2016-cı il tarixli müqavilələr mülki-hüq uqi baxımdan uydurma və ya yalan əqdlər kimi qiymətləndirilə bilməz. Çünki həmin müqavilələri bağlamaqda tərəflərin məqsədi hər hansı başqa bir əqdi pərdələmək, yaxud görünüş yaratmaq deyil, real mövcud olan borcun ödənilməsinin təmin edilməsi olmuşdur.

33. Başqa sözlə, həmin müqaviləni bağlayarkən satıcı qismində çıxış edən xxxx MTK alıcı qismində çıxış edən Cavabdeh1 ödənilməli olan pul məbləğinin qaytarılmasının təminatçısı kimi çıxış edərək, inşa etdiyi binadakı iki mənzili sonuncunun adına özgəninkiləşdirməklə, həmin pul məbləğinin qaytarılmayacağı təqdirdə, bu mənzillərin Cavabdeh1 mülkiyyətinə keçməsinə öz razılığını bildirmişdir.

34. İş materialları ilə 1(101)-317/2017 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs olan Cavabdeh1 dəymiş ziyanın ödənilməsi müəyyən edilməmiş, həmin cinayə t işi üzrə ifadə verərkən Cavabdeh1 ona vurulmuş ziyanın əvəzinə ona əmlaklar verildiyini bildirmişdir.

35. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlmişdir ki, tərəflər arasında xxxx ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillərin alqı-satqısına dair 30 aprel 2016-cı il tarixdə bağlanmış müqavilələr formal olaraq əmlakın alqı-satqı müqaviləsi kimi bağlansa da, mahiyyət etibarı ilə mövcud borcun etiraf edilməsinə dair müqavilələr olmuş və həmin müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh1 ödənilməli olan pul məbləğinin əvəzi olaraq onun mülkiyyətinə verilmişdir.

36. Azərbayjan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf e dilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

37. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

38. Belə olan halda kollegiya hesab edir ki, xxxx ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillərin alqı-satqısına dair 30 aprel 2016-cı il tarix də bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə dair mübahisə həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi deyil, həmin Məcəllənin 354.2-ci maddəsi nəzərə alınmalıdır. Həmin maddənin dispozisiya şərtinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

39. Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib.

40. Kollegiy a iddiaçı xxxx MTK-nın xxxx ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillərin alqı-satqısına dair 30 aprel 2016-cı il tarixdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə əsas verən halar barədə müqavilə bağlandığı andan məlumatlı olmasnı, həmin müqavilələrin bağlanmasından 3 ildən artıq müddət keçdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən Mülki Məjəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər ötürülmüşdür.

41. Həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir.

42. Bu baxımdan kollegiya hesab etmi şdir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbi və həmin tələbdən irəli gələn digər iddia tələbi (10.000 manat maddi zərərin ödənilməsi) təmin edilə bilməz.

43. İş üzrə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin iddia tələbinin əsasını tərəflər arasında bağlanmış 30 aprel 2016-cı il tarixli alqısatqı müqavilələri təşkil edir. Həmin müqavilələrin etibarsız hesab edilməsinə dair ilk iddia əsassız hesab edildiyindən, bu müqavilələr hüquqi qüvvəsini saxlayırlar.

44. Kollegiya hesab etmişdir ki, qarşılıqlı iddiaçı həmin müqavilələr əsasında onun mülkiyyətinə keçmiş mənzillərin ona təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifa də edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

45. Belə ki, xxxx ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci və 14-cü mərtəbələrində yerləşən 65 və 75 saylı mənzillər 30 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə qarşılıqlı iddiaçının mülkiyyətinə keçmişdir. Lakin İddiaçı tərəfindən mənzillər naturada cavabdehə təhvil verilməmişdir.

46. Bununla yanaşı, kollegiya hesab etmişdir ki, qarşılıqlı iddia tələbi 50.000 manat mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

47. Belə ki, qarşılıqlı iddiaçı hazırkı iş üzrə iddiaçı xxxx MTK-nın qanunsuz hərəkətləri nəticəsində onun mənəvi və psixoloji sarsıntılar keçirdiyini bildirmi şdir. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

48. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7308/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli əlavə qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(010)-1726/2020 saylı qətnaməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə mənzillərə dair plan-çizginin mənzilin naturada təhvil verilməsi, açarların təhvil verilməsi, həmçinin mənzillərdən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması və istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində qarşılıqlı iddia tələbini n təmin edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi əlavə qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya icraatı zamanı qarşılıqlı iddiaçının iddia tələbinə hüquqi qiymət verilsə də, bu tələb üzrə məhkəmənin gəldiyi qənaət qətnamənin nəticə hissəsində öz əksini tapmamış, bununla da göstərilən tələb üzrə qətnamə qəbul edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı “xxxx” MTK kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və “xxxx” MTK ilə Cavabdeh1 arasında xxx məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin pay kimi verilməsinə dair və “xxxx” MTK ilə Cavabdeh1 arasında xxx ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü məhəllə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair 30 aprel 2016-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MTK ilə Cavabdeh1 arasındakı müqavilələrdən irəli gələn öhdəlik ( Kooperativin pay haqqının ödənilməsi) cavabdeh tərəfindən icra olunmamışdır, habelə Kooperativ bundan irəli gələn hüquqi hərəkətləri (pay haqqını ödəmiş şəxsin üzv qəbul olunması barədə özvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirməmişdir.

52. Bundan başqa Cavabdeh1 iradə ifadəsi heç də mənzil s ahəsini əldə etməyə yönəlməmişdir, sonuncu məhz X ona olan borcunun bir qisminin əvəzi olaraq, yəni görəcəyi işin dəyərinin ödəniləcəyinin təminatı baxımından kooperativin tikdiyi yaşayış binasından mənzil payı ayrılmasının təmin edilməsi üçün, X xahişi ilə sözügedən müqavilələrin onun adına bağlanmasına razı olmuşdur.

53. Göründüyü kimi mübahisələndirilən müqavilələr görünüş xarakteri daşımaqla, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdlərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

55. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və “xxxx” MTK ilə Cavabdeh1 arasınd a xxxx məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxx” MTK ilə Cavabdeh1 arasında xxxx ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü məhəllə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair 30 aprel 2016-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

56. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir.

57. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabde h2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

58. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

59. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

62. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə ş əraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (maddə 21)

63. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.(maddə 157.2) 64. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4)

65. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutu lmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2)

66. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı f orma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (maddə 882.1)

67. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. (maddə 882.2 )

68. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. (maddə 882.4)

69. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. (maddə 882.5)

70. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (z ərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

71. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)

72. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. (maddə 1097.1) Mənzil Məcəlləsi

73. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. (maddə 112.1)

74. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq ol araq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. (maddə 113.1)

75. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərd ə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. (maddə 113.2) Mülki Prossesual Məcəllə

76. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

78. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

79. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

80. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

81. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

83. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri sayır.

84. İşin halları ilə müəyyən edilir ki, X adlı şəxsin X qarşısında 183,000 ABŞ dolları məbləğində pul öhdəliyi olmuşdur. Bu pul öhdəliyinin bir hissəsini (104,600 manat) icra etməyi “xxxx” MTK könüllü olaraq öz üzərinə götürmüş və bu məqsədlə onların arasında sonuncunun inşa etdiyi çoxmənzilli binada 2 ədəd mənzilin Cavabdeh1 verilməsi barədə müqavilələr bağlanmışdır.

85. Mülki Məcəllənin 882.1-ci maddəsinə əs asən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

86. Həmçinin həmin Məcəllənin 882.2-ci maddəsinin tələblərindən göründüyü kimi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

87. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən b u Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

88. Göründüyü kimi iddiaçı yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq X Cavabdeh1 qarşısında olan öhdəliyinin bir hissəsinin icrasını könüllü olaraq öz üzərinə götürdüyündən onun irəli sürdüyü dəlillər hazırkı iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

89. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7308/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar