Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2802/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1299/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə quraşdırılmış qaz sayğacı İddiaçı (bundan sonra – iddiaçı) adınadır.
2. Mübahisə həmin sayğac üzrə yazılmış borcla bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus ünvan 1inə (kod: **********01180) Cavabdeh (bundan sonra – “cavabdeh” və ya“Birlik”) tərəfindən əsassız olaraq hesablanmış 7225,20 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan smart tipli qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan bir m üddət istifadə etdikdən sonra iddiaçı smart kartından pul tutulmalarının aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə, iddiaçıya bildirilmişdir ki, guya iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən olunduğu üçün iddiaçıya istifadəsində olan qaz sayğacının daxilində yerləşən çıxış plastmas borusunu deşdiyindən xx.xx.2019cu il tarixdə ******* saylı aktla 486 manat, iki akt üzrə ümumilikdə 7225,20 manat məbləğində cərimə hesablanmışdır.
5. Qaz sayğacı iddiaçının yaşayış evindən kənarda iddiaçının mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən, sayğac çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda, sayğacın daxilinə müdaxilə etmək qeyri-mümkündür. İddiaçı istifadəsində olan qaz sa yğacına müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir.
6. Cərimənin digər 6739,20 manat hissəsi isə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən, guya iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadəyə görə hesablanmışdır. İddiaçı təbii qazdan qanunsuz istifadə etməmişdir. Belə ki, istehlakçı sayğacdan kənar təbii qazdan istifadə edirsə, qanunsuz xətt ləğv ediləndən sonra sayğac vasitəsilə istifadə edilən qazın həcmi artmalıdır. Lakin iddiaçıya məxsus abonent saldosuna baxdıqda aydın görmək olur ki, cavabdeh tərəfindən guya müəyyən edilmiş qanunsuz qaz xətti xx.xx.2020-ci il tarixdə ləğv edilmiş, amma iddiaçının aylıq sərfiyyatı sayğaca əsasən daha da aşağı düşmüşdür. 2020-ci ilin dekabr ayınadək iddiaçının orta aylıq sərfiyyatı 50-70 mana t təşkil edirdi, lakin saxta akt tərtib edildikdən sonra isə sərfiyyatı 20-30 manata düşmüşdür.
7. Cavabdeh aylıq sərfiyyatında yaranmış fərqə görə iddiaçı barəsində heç bir hüquqi əsası olmayan akt tərtib etmiş və əsassız borc hesablanmışdır. Fərdi yaşayış evinə 6739,20 manat məbləğində cərimənin hesablanması ağlabatan deyil və heç bir hüquqi məntiqə sığmır. İddiaçının bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq cavabdehin əməkdaşları iddiaçının bu iradlarına, tələblərinə məhəl qoymamışlar.
8. Bundan başqa, akta əsasən hesabanmış borcun hansı meyarlara, qanuna əsasən hesablandığı müəyyən deyil. Belə ki, cavabdeh 270 gün götürülməklə 24 saat ərzində hesabat aparmışdır. 270 gün ərzində 24 saat təbii qazdan istifadə edilməsi mümkün deyil. Abonent saldosuna baxdıqda aç ıq aydın görünür ki, iddiaçı istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmiş və nə sayğaca müdaxilə, nə də təbii qazdan qanunsuz istifadə halına yol verməmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında X1 Agentliyini üçüncü şəxs qismində işə cəlb etmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yerində müayinə təyin edilmiş və ünvan 1 ünvanında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddya etiraz olaraq göstərib ki, iddiaçının yaşadığı ünvana Birliyin əməkdaşları tərəfindən baxış keçirilib və iddiaçıya iki akt üzrə cərimə hesa blanıb. Həmin aktın biri iddiaçının təbii qazdan sayğacdan kənar istfadə etdiyi üçün tərtib edilib. Yerli müayinə zamanı borunun üzərində çıxıntının olması iddiaçının təbbi qazdan kənar istifadə etməsini təsdiq edir.
12. Birinci instansiya məhkəməsində üçüncü şəxs X1 Agentliyinin nümayəndəsi iddiaya münasibətini belə ifadə edib ki, iddiaçıya cərimə 220 gün, yəni 9 ay üçün hesablanıb. Birlik tərəfindən Agentliyə göndərilən sənədlərə əsasən dördgöz qaz plitəsinə görə 6 və ya 8 saat hesablanmasına baxmayaraq, iddiaçıya 24 saat üçün hesablama aparılmışdır. Həmin sənədlər arasında ziddiyyət vardır. Həmçinin cərimənin hesablanması Birliyin daxili təlimatına əsasən hesablanır. İddiaçı təbii qazadan kənar xətt vasitəsilə istifadə edib, lakin Birlik tərəfindən də cərimə düzgün hesablanmayıb. İddiaç ıya tərtib edilmiş ilkin akta gəldikdə, qaz sayğaclarının saz vəziyyətdə saxlanması Birlik tərəfindən təmin olunmalıdır. Buna görə də iddia qismən təmin edilməlidir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5023/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Lalə Rəhimli)
14. Birinci instansiya məhkəməsi müəyyən edib ki, ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə quraşdırılmış qaz sayğacı İddiaçı adınadır. Abonentin saldosuna əsasən sayğaca müdaxiləyə görə 486 manat, təbii qazdan istifadəyə görə isə 6739,20 manat olmaqla ümumilikdə 7225,20 manat borc hesablanmışdır. Cavabdeh İB tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş akta əsasən həmin ünvanda sayğacdankənar təbii qazdan istifadə olunması aşkar olunmuşdur.
15. Birinci instansi ya məhkəməsi qeyd edib ki, iş üzrə yerində müayinə təyin edilmiş və Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M-512 saylı sahə ünvanda iddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 7225,20 manat məbləğində borc iddiaçıdan tələb edilsə də, göstərilən hal məhkəmə araşdırılması zamanı və ünvana keçirilmiş yerində müayinə nəticəsində öz təsdiqini tapmamışdır.
17. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Qazdan istifadə Qaydaları”na uyğun olaraq ca vabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Sözügedən akt qanunsuz hesab edilərək, həmin akt əsasında hesablanmış borc əsassız sayılmalıdır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. Buna görə də cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 448.2-ci, Mülki Prosessual Məcəllənin 119.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4- 6.7-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı tala ması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş, daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 7225,20 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Belə ki, təqdim edilmi ş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir; - iddiaçı tərəfindən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, iddianın əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) məhkəməyə təqdim edilmişdir. Mülki iş ekspertizaya göndərilməmişdir; - yerli baxış həyata keçirilən zaman, qaz xəttində sayğacdan kənar əlavə xətdən istifadə izlərinə rast gəlinməsinə baxmayaraq, məhkəmə iddianı tam təmin etmişdir; - üçüncü şəxs olan DQNİ-nin eksperti məhkə mə iclasında obyektiv hesablama apararaq iddianın qismən təmin olunmasını deməklə, dolayı yolla iddiaçının sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazı taladığını bildirsə də, məhkəmə onun fikrini nəzərə almamışdır.
21. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(103)-1299/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Xəyal Sarıyev)
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şi kayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin ekspertiza ilə bağlı dəlili barədə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iş üzrə ümumiyyətlə ekspertiza təyin olunmamış, ekspert rəyi alınmamış və bu barədə cavabdehin nümayəndəsi tərəfindən şifahi formada verilmiş vəsatət rədd edilmişdir. Habuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə tərəflərin təşəbbüsü ilə ekspertizanın keçirilməsi üçün işdə iştirak edən şəxslər tərəfindən yazılı qaydada əsaslandırılmış vəsatət verilməlidir.
24. Digər tərəfdən, cavabdeh birinci instansiya məhkəməsinin yerli baxış həyata keçirilən zaman, qaz xəttində sayğacdan kənar əlavə xətdən istifadə izlərinə rast gəlinməsinə baxmayaraq iddianı tam təmin etdiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq cavabdehin məhkəmə iclasının, o cümlədən yerində müayinə protokolu ilə tanış olaraq qeydlər vermək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir.
25. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən borcun hansı əsaslarla hesablanması da əsaslandırılmamışdır. Belə ki, 30 aprel 2019-cu il tarixli aktda cihazlar PQ4, kombi göstərilsə də, 2-ci aktda PQ3 və mini qazan qeyd olunmuşdur. Həmçinin, 1-ci aktla hesabat müddəti 90 gün, səfriyyata PQ4 üçün 6 saat, kombi üçün, 18 saat qeyd olunsa da, 2-ci aktda bu göstəricilər müvafiq olaraq 270 gün, PQ3 üçün 24 saat, mini qazan üçün 24 saat göstərilmişdir. Apellyasiya baxışında bu xüsusatların araşdırılması məqsədilə şərait yaradılsa da, cavabdehin nümayəndəsi tərəfindən qeyd olunan hallar cavablandırılmamışdır.
26. Eyni zamanda, iddiaçı cavabdehin qeyri-qanuni, təqsirli hərəkətləri nəticəsində iddiaçıya itirilmiş qazın dəyərinə görə zərər vurulduğunu iddia etsə də, iş materialları ilə iddiaçının belə bir təqsirli hərəkəti müəyyən edilməmiş, bu hərəkətlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, qüvvədə olan qanunvericilik normalarına əsasən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır.
27. Bundan əlavə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iş materiallaına əlavə edilmiş fotoşəkillərin nə v axt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tərtibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz. Cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktlar qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, hər iki akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.
28. Digər tərəfdən, iş materiallarında olan abonent saldosuna əsasən, aktların tərtib olunduğu dövrlərdən sonra sərfiyyatda artım olmamışdır. Qeyd olunan xüsusat qanuni tərəfdən əsas hesab olunmasa da, daxili inam baxımından t ərtib olunmuş aktların düzgün olmadığı qənaətinə gəlməyə əsas verir.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2-ci, “Qaz təchizatı haqqında” Qanununun 13.9-cu, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.7-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırlıb: - iddiaçının idd ia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur; - bundan əlavə, iddiaçının əldə etdiyi əslində cavabdehin mülkiyyətindəki qazdır və bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə deyil, qeyri-qanuni əldə etməsi və qeyriqanuni qazı əldə etmiş iddiaçının vicdansız sahib olması halları, mülki işə əlavə edilmiş ödəniş cədvəli və ya saldo araşdırılmamışdır. Belə ki, saldoya nəzər yetirdikdə görünür ki, iddiaçı tələbi nə üçün, hansı səbəbə verməsi qeyri-müə yyən olaraq qalmaqdadır. Yəni mübahisələndirilən aktlar tərtib edilən dövrdə iddiaçının yaşamasını və yaşamaqdan ötrü zəruri olan təbii qazdan istifadə etməsini nəzərə alaraq, qeyd edilən dövrdə nə qaz sərfiyyatı mövcud olmuş, nə də qaz sərfiyyatına görə hər hansı ödəniş olmuşdur. Saldoda qeyd edilənləri iddiaçı mübahisələndirsə də, onları təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. Bu fakt cavabdeh tərəfindən tərtib edilmiş aktların qanuni və əsaslı olmasını sübut edir, həmçininin sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə mübahisələndirilən aktların tərtib olunmasını zəruri etmişdir. - digər tərəfdən, məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış, mülki iş üzrə nə ekspertiza, nə də yerli baxış həyata keçirilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onl arın texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.7. Sayğa cların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən h əyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüquq un tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
38. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini tam araşdırımış, həmin dəlillərə işin müəyyən edilmiş halları və tətbiq edilən qanunvericilik baxımından düzgün qiymət vermişdir.
39. İddia tələbi cavabdeh təşkilat tərəfindən qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib edilmiş akt əsasında hesablanmış cərimənin silinməsi barədədir.
40. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçının yaşadığı ünvan üzrə sayğacdan kənar qaz xəttinin olması sübuta yetirilməyib.
41. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə üzrə apellyasiya instasniyası məhkəməsini hazırkı qərarın 22-28-ci bəndlərində əks edilən dəyərləndiorməsi ilə razılaşır. Belə ki, həmin bədnlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin halllarını işdəki sübutları qanunvercilikdə müəyyən edilmiş qaydada qiymətləndirməklə müəyyən etmiş, cavabdeh tərəfindən tərtib edilmiş aktlara və cavabdehin dəlillərinə qiymət verməklə nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.
42. Beləlilklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1299/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.