Məhkəmə qərarları › İş №2(102)-2803/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2803/2020

13.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2803/2020 13.08.2020 ALİ MƏHKƏMƏ A İddiaçılar: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, “XXX” X9, Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X12 və XXX Regional “ASAN Xidmət” Mərkəzi Notariat kontoru İddia tələbi: müəssisədəki payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Açar sözlər: təsisçilik payının alğı-satqısı, uydurma əqd, vicdanlılıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-14261/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Saatlı rayonu XXXa kəndində yerləşən 78 ha torpaq sahəsi Saatlı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2010-cu il tarixli, 237 nömrəli icarə müqaviləsi əsasında 50 il müddətinə Cavabdeh1 təsisçisi olduğu “XXX” X7 icarəyə verilmiş, icarə hüquqları həmin hüquqi şəxsin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx xxxx 2012-ci il tarixli, 2(003)-914/2012 saylı qətnaməsinə əsasən İddiaçı1 Cavabd eh1 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1 12875,80 manat məbləğində pulun alınıb İddiaçı1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyyə minmiş və icraya yönəldilmişdir. İcra tədbirləri zamanı Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi borclu Cavabdeh1 “XXX” X3 payının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 8(003)-585/2014 saylı qərardadı ilə təqdimat təmin edilərək Saatlı rayonunun XXXa kəndində 78 ha torpaq sahəsində yerləşən “XXX” X5 borclu Cavabdeh1 məxsus payı üzərinə həbs qoyulmuşdur. Qərardada əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən Saatlı ray onu XXXa kəndində yerləşən “XXX” X5 icarəsində olan 78 ha torpaq sahəsi üzərində ********** qeydiyyat nömrəli əməliyyatla həbsin dövlət qeydiyyatı aparılmışdır. Cavabdeh1 Cavabdeh2 ilə XXX Regional “ASAN” Xidmət Mərkəzində yerləşən Notariat kontorunda xx xxxxxxxx 2016-cı il tarixdə “Müəssisədəki payın alğı-satqı müqaviləsi” bağlayaraq “XXX” X6 özünə məxsus 100%-lik təsis payını 200 manata Cavabdeh2 satmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(003)-747/2016 saylı qətnaməsinə əsasən İddiaçı2 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 5187 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və odənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı2 verilməsi qət edilmişdir. Məhkəmənin göstərilən qətnaməsi qanuni qüvvəyyə minmiş və icra ya yönəldilmişdir. İcra tədbirləri zamanı Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi tələbin icrasının borclu Cavabdeh1 “XXX” X3 payına yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 8(003)-1526/2016 saylı qərardadı ilə təqdimat təmin edilərək, həmin icra sənədinin icrasını təmin etmək məqsədilə tələb borclu Cavabdeh1 qanuni təmsilçisi olduğu “XXX” X5 nizamnamə kapitalındakı 49% maya miqdarına yönəldilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(003)89/2018 saylı qətnaməsi ilə İddiaçı3 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1 cəmi 5530 manat pulun tutularaq İddiaçı3 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya y önəldilmişdir. İcra tədbirləri zamanı Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi borclu Cavabdeh1 “XXX” X3 payı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 8(003)-387/2018 saylı qərardadı ilə təqdimat təmin edilərək həmin icra sənədi üzrə Saatlı rayonunun XXXa kəndində 78 ha torpaq sahəsində yerləşən “XXX” X6 borclu Cavabdeh1 payı üzərinə həbs qoyulması qərara alınmışdır. Hər üç icra sənədi Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında müvafiq qərarlar qəbul edilməklə icra olunması üçün Saatlı rayon İcra Qrupuna göndərilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh lər Cavabdeh1, Cavabdeh2, “XXX” X9, Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X12 və XXX Regional “ASAN Xidmət” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “XXX” X6 özünə məxsus 100 %-lik təsis payının Cavabdeh2 satılması barədə XXX Regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat kontorunda bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli müəssisədəki payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi olunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələrinin icrası ilə əlaqədar üərinə həbs qoyulduğundan sözügedən müəssisədəki payın alğı-satqı müqaviləsi etibarsızdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, o, Cavabdeh1 “XXX” X6 özünə məxsus 100 %-lik təsis payını alğı-sa tqı yolu ilə almışdır, vicdanlı alıcıdır. Alğı-satqı zamanı heç bir qanunsuz hərəkət olmamışdır, həmin torpaq sahəsi hazırda onun istifadəsindədir və orada heyvandarlıqla məşğul olur. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X11 nümayəndəsi iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, qeyd edilən həbs barədə icra məmuru tərəfindən Vergi orqanına məlumat göndərilməmiş və notariusun sorğusu zamanı əmlakda heç bir həbsin olunmadığı cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin 2(003)-2298/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim H.Hüseynli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında payın alğı-satqı müqaviləsi bağlanan zaman pay üzərində həbsin olması barədə vergi orqanında və alıcı Cavabdeh2 məlumat olmamışdır. Bu baxımdan Cavabdeh2 vicdanlı alıcıdır və ona görə də iddia təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14261/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, alğı-satqı müqaviləsi bağlanarkən, müqavilənin subyekt tərkibi, forması, məzmunu qüsurlu olmasa da, müqavilə tərəfləri olan cavabdehlərin iradə ifadəsi qüsurlu olmuşdur. Belə ki, Cavabdeh1 iddiaçılara məhkəmə qətnamələrinə əsasən borcunun olmasını, məhkəmə qərardadları ilə onun “XXX” X1 payı üzərinə həbs qoyulmasını, həmin paya tutmanın yönəldilməsini bildiyi halda, öz payını görünüş yaratmaq məqsədi ilə özgənkiləşdirilməsi haqqında uydurma alğı-satqı müqaviləsi bağlamış, əsl niyyəti isə həmin payı məhkəmə qərarlarının icrasından qanunsuz yolla çıxarmaq olmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 öz izahatında səmimi olmamışdır. Torpaq sahəsi üzərində 2015-ci ildən həbs olduğu halda, alğı-satqı xx.xx.2016-cı il tarixdə aparılmışdır. Cavabdehin DƏDRX-nin 13 saylı Ərazi İdarəsindən torpağın yüklü olubolmaması ilə maraqlandığı halda, ona yüklülük barədə məlumat verilməməsi inandırıcı deyildir. Qeyd olunanlara əsasən Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 vicdanlı alıcı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 337.1, 340.1-ci maddələrinə əsasən belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qüvvədə olan məhkəmə qətnamələrinin icrasından qanunsuz yolla çıxmaq niyyəti ilə uydurma alğı-satqı müqaviləsi bağlamışlar. Bu baxımdan iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, həmçinin Mülki M əcəllənin 337.5-ci maddəsinə əsasən hesab etmişdir ki,Ş alğı-satqı etibarsız hesab edildiyindən, Cavabdeh1 Cavabdeh2 xeyrinə 200 manat tutulmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 (Vəkil) kassasiya şikayəti və ona əlavə verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işin bütün faktiki halları araşdırılmamış, cavabdeh tərəfindən sübutların məhkəməyə təqdim edilməsinə şərait yaradılmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Məhkəmə iclasında kassator və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına vəkilsiz gəldikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. XXX Regional “ASAN Xidmət” Mərkəzi Notariat kontoru məhkəməyə məktub göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər İddiaçı1 və cavabdehlər Cavabdeh1, “XXX” X9, Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı X12 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün və mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, iddanın obyektini təşkil edən alqı-satqı müqaviləsinin predmeti Cavabdeh1 təsisçisi olduğu “XXX” X5 əmlakı və ya əmlak hüquqları deyil, fiziki şəxsin həmin hüquqi şəxsdəki təsisçilik hüquqları (nizamnamı kapitalındakı təsis payı) olmuşdur. Mülki Məcəllənin 43-cü madəsinə əsasən hüquqi şəxs mülki hüquq münasibətlərinin müstəqil subyekti olmaqla mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehd ir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq hüququna malikdir. Bu baxımdan hüquqi şəxsin əmlakı və ya əmlak hüquqları onun tətsisçisi olan fiziki və ya hüquqi şəxslərə məxsus deyil. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hüquqi şəxs onun təsisçilərinin öhdəliklərinə görə məsuliyyət daşımır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində məhz daşınmaz əmlak üzərində hüquqların, o cümlədən, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin qeydiyyatı aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbay can Respublikasının Qanununa əsasən isə Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum dövlət qeydiyyatına alınmalı və hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməlidir. Qanunun 12.1-ci maddəsinə və Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2004-cü il tarixli Fərmanına əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılır. Dövlət reyestrinə, həmçinin hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məh rum edilməsi, ləğv edilməsi barədə məlumatlar daxildir (maddə 12.8.1). Qanunun 14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində, həmçinin aşağıdakı məlumatlar əks etdirilməlidir: qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri (14.1.6); məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar (14.1.9-1); məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində - nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri (14.2.2). Həmin Qanunun 14.3-cü maddəsinə əsasən Bu Qanunun 14.1.9-1-ci maddəsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyat orqanına göndərilir. Göründüyü kimi fiziki və hüquqi şəxslərə məxsus daşınmaz əmlak hüququları daşınmaz əmlakın dövlət reyestrində; təsisçilər, onların nizamnamə kapitalında payları, habelə məhkəmə qərarı ilə hüquqi şəxsin fəaliyyətinə dair qoyulmuş qadağanlar hüquqi şəxslərin dövlət reyestrində qeydə alınır. Baxılan iş üzrə birinci instansiya məhkəməsi iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında payın alğı-satqı müqaviləsi bağlanan zaman pay üzərində həbsin olması ba rədə vergi orqanında və alıcı Cavabdeh2 məlumat olmamışdır. Bu baxımdan sonuncu vicdanlı alıcıdır. Apelyasiya instansiyası məhkəməsi həmin mövqe ilə razılaşmamış və belə qənaətə gəlmişdir ki, mübahisəli müqavilə bağlanarkən, müqavilə tərəfləri olan cavabdehlərin iradə ifadəsi qüsurlu olmuşdur. Belə ki, Cavabdeh1 iddiaçılara məhkəmə qətnamələrinə əsasən borcunun olmasını, məhkəmə qərardadları ilə onun “XXX” X1 payı üzərinə həbs qoyulmasını, həmin paya tutmanın yönəldilməsini bildiyi halda, öz payını görünüş yaratmaq məqsədi ilə özgənkiləşdirilməsi haqqında uydurma alğı-satqı müqaviləsi bağlamış, əsl niyyəti isə həmin payı məhkəmə qərarlarının icrasından qanunsuz yolla çıxarmaq olmuşdur. Nəzərə alınmalıdır ki, əqdin uydurma olması - ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanması əsası ilə etibarsız (əhəmiyyətsiz) sayılması üçün (Mülki Məcəllənin 340.1-ci maddəsi) bir tərəfin məqsədi, niyyəti, vicdanlı olub-olmadığı yetərli deyil. Bunun üçün əqdin digər tərəfinin də əqdi eyni niyyətlə bağlamış olması və əqdin görünüş üçün uydurulduğunu bilməsi əhəmiyyətlidir. Əks yanaşma, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmiş mülki hüquq subyektlərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Mülki Məcəlləyə əsasən tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 651). Hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir (mad də 654.1). Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 öz izahatında səmimi olmamışdır. Çünki torpaq sahəsi üzərində 2015-ci ildən həbs olduğu halda, alğısatqı xx.xx.2016-cı il tarixdə aparılmışdır. Cavabdehin DƏDRX-nin 13 saylı Ərazi İdarəsindən torpağın yüklü olub-olmaması ilə maraqlandığı halda, ona yüklülük barədə məlumat verilməməsi inandırıcı deyildir. Qeyd olunanlara əsasən məhkəmə Cavabdeh2 vicdanlı alıcı hesab etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi hazırkı mübahisə üzrə iddanın obyektini təşkil edən alqı-satqı müqaviləsinin predmetini hüquqi şəxsə məxsus əmlak və ya əmlak hüquqları deyil, təsisçilik hüquqları (nizamnamı kapitalındakı təsis payı) olduğundan, habelə təsisçilər, onların nizamnamə kapitalında payları, məhkəmə qərarı ilə hüquqi şəxsin fəaliyyətin ə dair qoyulmuş qadağanlar daşınmaz əmlakın dövlət reyestrində deyil, hüquqi şəxslərin dövlət reyestrində qeydə alındığından apelyasiya instansiya məhkəməsinin həmin qənaəti istinad olunan qanunvericilik aktlarının tələblərinə uyğun hesab edilə bilməz. Qeyd olunanlarla yanaşı, apelyasiya instansiyası məhkəməsi mübahisəli alqı-satqı müqaviləsinin xx xxxxxxxx 2016-cı il tarixdə bağlandığını, İddiaçı2 iddiasına dair məhkəmə qətnaməsi əsasında verilmiş təqdimat üzrə qərardadın xx xxxxxxx 2016-cı il tarixdə, İddiaçı3 iddiasına dair məhkəmə qətnaməsi əsasında verilmiş təqdimat üzrə qərardadın isə xx xxxx 2018-ci il tarixdə qəbul edildiyini müəyyən etsə də, sonuncu iki iddiaçının da iddiasını təmin etmiş və qeyd olunan qərardadları iddianın təmin olunmasına əsas kimi qəbul etmişdir. Halbuki MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 9.3, 14.2, 88). Ona görə də kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.3, 14.2, 88-ci mad dələrinə riayət olunmaqla, bu Qərarda istinad maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14261/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar