Məhkəmə qərarları › İş №2(102)-2803/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2803/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2803/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin əhəmiyyətli pozuntusu, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)833/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən satıcı İddiaçı ASC ünvan 1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 60.380,10 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10880,10 manat məbləğində pulu alqı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının – İddiaçı ASC-nin hesabına ödəyir, qalan 49500 manatı isə hər ay 900 manat olmaqla, “Yelo Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür.

4. Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə müqavilənin 5-ci bəndində qeyd edilən öhdəliklərin tam icra olunmasından sonra əmələ gəlir.

5. Cavabdeh tərəfindən Banka cəmi 30.780 manat ödəniş edilmişdir. 05 dekabr 2019-cu il tarixli müqavilə üzrə ödənilməli olan 29.600 manat pul ödənilmədiyindən son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Yelo Bank” ASC (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 05 dekabr 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 10880 manat iddiaçıya ödənildikdən saonra müqavilədə qeyd edilən əmlak cavabdehin istifadəsinə verilib. Cavabdeh tərəfindən hər ay qrafik üzrə ödəniş edilməli olduğu halda onun tərəfin dən 3 dəfə, müvafiq olaraq 500, 500 və 900 manat, may ayında isə 18.000 manat ödəniş edilmişdir. Beləliklə, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla, ümumilikdə 30.780 manat ödəniş olunmuş və 29.600 manat qalıq borc qalmışdır.

8. Cavabdeh qrafik üzrə ödənişlərini gecikdirdiyi üçün 9.000-10.000 manata yaxın gecikməsi yaranıb. Əgər cavabdeh tərəfindən gecikdirilmiş məbləğ ödənilsəydi, bəlkə də razılığa gəlmək mümkün olardı. Cavabdeh tərəfindən təqdim edilmiş borcun olmamasına dair arayış isə kredit müqaviləsi üzrə olan borcla əlaqəlidir və onun bu müqaviləyə heç bir aidiyyəti yoxdur. Belə ki, kredit müqaviləsi üzrə olan ödənişlər birbaşa banka ödənilir, hazırki alqı-satqı müqaviləsi üzrə olan ödənişlər isə notariusdakı depozit hesabına ödənilir və oradan bankın hesabına köçürülür.

9. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərib ki, tərəfindən ilkin ödənişlə birlikdə 30.000 manata yaxın banka ödənişlər edilsə də, hazırda ödənilməmiş borcu mövcuddur. O, məhkəmə prosesləri zamanı ödəniş edərək, borcunu bağladığını düşünsə də, həmin pul hazırki alqı-satqı müqaviləsi üzrə deyil, əvvəlki kredit müqaviləsi üzrə olan borca silinmişdir. Hazırda onun yeganə çıxış yolu mənzilin satılması və yerdə qalan borcun bağlanmasıdır. Belə ki, mənzil boşaldılacağı təqdirdə onun və ailə üzvlərinin yaşamağa başqa yerləri yoxdur. Özü və yoldaşı təqaüdçüdürlər, yalnız oğlu işləyir ki, onun da 2 aylıq körpə övladı var.

10. Birinci instansiya məhkəməsində cavabdehin vəkili də iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 900 man at, xx.xx.2022- ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 18.000 manat olmaqla, 19.900 manat ödəniş olunmuşdur. Bundan əlavə, tərəflər arasındakı müqavilə 2019-cu ildə bağlanmışdır. Həmin zamandan sonra ölkə ərazisində sərt karantin rejimi tətbiq olunmuş və nəticədə cavabdeh fəaliyyət göstərə bilməmiş və ödənişlərini edə bilməmişdir. Gecikmə ilə əlaqəli yaranmış 10.000 manata yaxın borc da məhz bununla əlaqədardır. Bu səbəbdən müqavilənin şərtləri dəyişdirilməli və yenidən təzə şərtlərlə müqavilə bağlanmalıdır. Belə ki, qanunvericilikdə də müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı normalar mövcuddur. Bundan əlavə, tərəflər arasındakı alqı-satqı müqaviləsinin müddəti də bitməyib.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 avqust 202 2-ci il tarixli, 2(010)2169/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddianın təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 181.4 kv.m. olan fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. (hakim Təranə Mahmudova)

12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 38 saylı Notariat Ofisində notarial qaydada təsliq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvan 1 ünvanında yerlə şən fərdi yaşayış evi nisyə alğı-satqı qaydasında 60380,10 manata Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 10880,10 manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının – İddiaçı ASC-nin hesabına ödəmiş, qalan 49500 manatı isə hər ay 900 manat olmaqla, “Yelo Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30780 manat ödəniş olunub və 29600 manat qalıq borc qalmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 18-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri əhəmiyyətli dərəcədə po zulmuşdur. İddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bu səbəbdən sözügedən müqavilənin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasları zamanı dəfələrlə barışıq üçün razılığa gəlinməsi barədə təkliflər edilsə də, tərəflər arasında razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı tərəfindən razılıq əldə olunması üçün gecikdirilmiş məbləğin ödənilməsi təklif olunmuş, lakin cavabdehin həmin pulu ödəməyə imkanı olmadığından, tərəflər arasında razılaşma olmamışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 178, 385.1, 421.2, 423.2, 424.2, 424.4, 424.5, 442, 445.3 və 448.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apell yasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri: tərəflər arasında bağlanmış 05 dekabr 2019-ci il tarixli AN -1 № ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə görə iddiaçı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Mərkəzi küçəsində yerləşən 59 saylı fərdi yaşayış evini 60380 manata cavabdehə satmışdır. Müqavilə şərtlərinə görə cavabdeh ilk olaraq 10880 manat ödəmiş, qalan 49500 manatı isə hər ay 900 manat ödəməklə 06 iyul 2024-cü il tarixə qədər ödəyib başa çatdırmaq barədə üzərinə öhdəlik götürmüşdür. “Covid-19“ pandemiya xəstəliyinin surətlə yayılması nəticəsində Azərbaycan Respublikasında 25 mart 2020-ci il tarixdən sərt karantin rejimi tətbiq edilmiş və bu hal uz un müddət davam etmişdir. Görülən tədbirlər nəticəsində ölkənin iqtisadi sahəsində fəaliyyət göstərən istehsalat və kommersiya obyektləri iflic vəziyyətə düşmüş, bir coxları müflis olaraq fəaliyyətini dayandırmış, insanlar iş yerlərini itirərək qazanc əldə edə bilməmişlər. Tərəfindən borcun vaxtında ödənilməməsi də bu səbəblərə görə baş vermişdir. Göründüyü kimi borcun ödənilməsinin gecikdirilməsi cavabdehin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir; - göstərilən halların baş veməsini cavabdeh (eləcə də digər tərəf) əvvəlcədən görə bilməzdi və qarşısını almaq iqtidarında olmamışdır. Buna görə də cavabdeh dəfələrlə iddiaçıya müraciət edib, yuxarıda göstərilən halları nəzərə almaqla, müqavilə şərtlərinin dəyişdirilməsini, yəni ödəniş qrafikinin yenidən razılaşdırılmasını xahiş et mişdir. Lakin iddiaçı göstərilən halları, habelə bu evin cavabdehin ailəsinin yeganə yaşayış yeri olduğunu nəzərə almamış, hər hansı güzəştə getmək istəməmişdir. Əksinə, məhkəməyə iddia ərizəsi verib, alqı-satqı müqaviləsinin ləğv edilməsini və cavabdehin ailəsinin evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən həmin iddia tələbi təmin edilmişdir; - birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, 425, 448-ci maddələri kontekstində qeyd edilməldir ki, borclu müqavilə öhdəliklərini icra etməkdikdə, buna görə yalnız təqsirli olduğu halda məsuliyyət daşıyır. Borclunun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Təqsirsiz məsuliyyət yalnız mülki qanunda nəzərdə tutulan hallarda yaranır, lakin hazırkı iş üzrə belə hallar mövcüd deyil. Göründüyü kimi borcun ödənilməməsi cavabdehin təqsiri üzündən baş verməmişdir. Buna baxmayaraq, məhkəmə işin bu hallarını nəzərə almamış və ümumiyyətlə, araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-833/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 421.2 və 600.4-cü maddəsinin dispozisiya şərtlərinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni müqavilədən imtina edən satıcı öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilər. Müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər.

19. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, ünvan 1 ünvan 1 iddiaçının mülkiyyətində olmuş və sonuncu cavabdehlə razılığa gələrək, sözügedən evin hissə-hissə ödəmək şərti ilə nisyə alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilə bağlamışdır. Müqavilədə əmlakın satış qiyməti 60.38,10 manat məbləğində müəyyən edilmiş, müqavilənin şərtl ərinə görə cavabdeh ödəniş cədvəlinə əsasən ilkin olaraq 10.880,10 manat ödəməklə, qalan 49.500 manat pulu xx.xx.2024-cü il tarixədək bərabər hissələrə bölünməklə, hər ay 900 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin müqavilənin bağlandığı gündən ödənişlərdə gecikmələrə yol verdiyini, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu qeyd edərək məhkəməyə müraciət etmiş, qanunvericiliklə ona verilən seçim hüququndan istifadə etməklə müqavilənin ləğv edilməsini və ödənilməmiş malın qaytarılmasını tələb etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin onun da müəyyən edib ki, cavabdeh tərəfindən ilkin ödəniş nəzərə alınmaqla ümumilikdə 30.780 manat ödəniş olunmuş (sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 18.000 manat məbləğində), müqavilə üzrə ödənilməmiş 29.600 manat məbləğində qalıq borcu qalmış, müqavilə üzrə son ödəniş günü xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını etiraf etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dür üstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

22. Apellyasiya instansiyası məhkəməsi müqavilə müddətinin xx.xx.2024-cü il tarixədək davam etdiyini, cavabdehin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikini qismən də olsa bərpa etdiyini və iddiaçının məhkəməyə müraciət etdiyi səbəbilə ödənişləri dayandırdığını, öhdəliklərini icra etməyə hazır olduğunu və buna cəhd etdiyini, müqavilə predmeti olan fərdi yaşayış evinin onun yeganə yaşayış yerinin olduğunu nəzərə alaraq hesab etmişdir ki, qeyd olunan halların məcmusu baxımından iddiaçının verilmiş əşyanın ödənilməsini, uğradığı zərərin isə faiz formasında qarşılanması deyil, dəyəri tam ödənil məmiş mübahisəli mənzilin qaytarılmasını tələb etməsi öz hüququndan sui-istifadə kimi qəbul edilməli və bu əsasla da hazırki iddia rədd edilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 421.2, 560.1, 560.2, 567, 600.4 və 601.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliklərini kobud şəkildə pozmuş, alğı-satqı müqaviləsi üzrə ödəməli olduğu məbləği ödəməkdən boyun qaçırdaraq iddiaçıya ziyan vurmuşdur. Halbuki, iddiaçı qeyd edilən m üqavilə üzrə əldə edəcəyi gəlirdən məhrum olmaqla bərabər, əmlakı digər bir şəxsə sataraq və ya icarəyə verərək gəlir əldə edə bilərdi. Alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən müqavilənin şərtlərinə riayət olunmaqla əmlak cavabdehin istifadəsinə verilmiş, ancaq cavabdeh tərəfindən ödənişlər ödənməməklə müqavilə şərtləri pozulmuş, əşyanı təhvil almış cavabdeh nəzərdə tutulan müddətdə borcu ödəməmiş, bunun qarşılığında iddiaçı əmlakın boşaldılaraq Banka təhvil verilməsi və müqavilənin ləğv edilməsi tələbi ilə iddia qaldırılmışdır. Məhkəmə tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verilməmiş, cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsi, daha sonra isə məhkəməyə verildiyindən ödənişlər etməkdən imtina etməsini bildirməsinə baxmayaraq iddia tələbinin rədd edilməsində haqlı olmam ışdır. Məhkəmə tərəfindən iddianın rədd edilməsinə əsas olan dəlillər işin hallarına, ümumiyyətlə, uyğun olmamaqla bərabər, alğı-satqı müqaviləsi üzrə tətbiq edilməklə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda işin faktiki hallarına istinad edilməklə, cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmamasına, iddiaçının mülki hüquqlardan sui-istifadə etməsinə istinad edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız d igər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ( qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmayıb.

31. Belə ki, iddia tələbi alqı-satqı müqaviləsinin ləğ vi və əmlakın qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi müqavilə üzrə əmlakın dəyərinin hissə-hissə ödənilməsi öhdəliyinin cavabdeh tərəfindən pozulmasına istinad etmişdir.

32. Cavabdehin müqavilə üzrə ödənişləri yubatması da işin mübahisəsiz halı kimi müəyyən edilib.

33. İddia tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 421.2 və 600.4-cü maddələri nəzərdən keçirə bilər.

34. Mülki Məcəllənin 421.2 və 600.4-cü maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlan arkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

35. Apellyasiya instansiyası məhkəməsi özü də həmin maddələrə istinad edərək müqavilədən imtina edən satıcının öz seçiminə görə alıcıya qarşı həmin tələblərdən yalnız birini irəli sürə bilməsini, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusunun deyil, əhəmiyyətli pozuntusunun əsas ola bilməsini göstərsə də, sonda iddianı rədd etmək üçün iddiaçının hüquqdan sui-istifadə etməsini əsas gətirsə də, gəldiyi nəticəni əsaslandırmamışdır.

36. Əvvəla, apellyasiya instansiyası məhkəməsi müqavilənin ləğvi üçün öhdəliyin istənilə n pozuntusunun deyil, əhəmiyyətli pozuntusunun əsas ola bilməsini göstərsə də, işin halları baxımından cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsinin əhəmiyyətli pozuntu olub-olmamasına iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub-olmaması kontekstində heç bir qiymət verməmişdir. Halbuki Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilənin əhəmiyyətli pozuntusunun şərti kimi pozuntunun digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasıdır. İşin bu halı müəyyən edilmədən müqavilənin əhəmiyyətli pozulmaması barədə gəlinən nəticə əsaslı sayıla bilməz.

37. Bu baxımdan, cavabdehin müqavilə öhdəlilkərini icra etməməsinin nəyə görə əhəmiyyətli pozuntu sayılmamasını apellyasiya ins tansiyası məhkəməsi qətnamədə, ümumiyyətlə, göstərmədiyi üçün gəlinən nəticənin də əsaslı olmasına kollegiya qiymət verə bilmir.

38. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin əsası kimi iddiaçının hüquqdan sui-istifadə etməsinə istinad etsə də, ümumi ifadələrdən istifadə etməklə kifayətlənmiş, hüquqdan sui-istifadənin iddiaçının hansı hərəkətlərində və nədə ifadə edilməsinə aydınlıq gətirməmişdir. (bax: 21-ci bənd)

39. Hazırki işin halları baxımından Mülki Məcəllənin 560.3-cü maddəsinin hüquqdan sui-istifadənin xüsusi halları kimi – qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etm əyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi halları nəzərdən keçirilə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının hüquqdan sui-istifadə kimi bunlardan hansına yol verməsinə aydınlıq gətirməmiş, işin bu halına, ümumiyyətlə, lazımi qiymət verməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının hüquqdan sui-istifadə etməsi kimi hazırkı qərarın 22-ci bəndində göstərdiyi dəlillər isə əsaslı sayıla bilməz.

41. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin öhdəliyini pozması əsası ilə iddiaçının məhkəməyə müraciət etməsindən sonra müqavilə üzrə öhdəliklərini pozmuş cavabdehin öhdəliklərini icra etməyə hazır ol duğunu bildirməsi müqavilənin pozuntusunu aradan qaldırmır.

42. Həmçinin hüquqdan sui-istifadə özünü hüquqların bilərəkdən vicdansızcasına həyata keçirilməsində büruzə verir. Hüquqdan sui-istifadə zamanı hüquq sahibinin hərəkətləri formal baxımdan hüquqi görsənsə də, hüquq sahibi müvafiq hüququn məqsədi xaricində bilərəkdən vicdansızcasına hərəkət və ya hərəkətsizlik göstərməklə ədalətsiz vəziyyətin yaranmasına çalışır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il Qərarında da hüquqi mövqe belə olmuşdur ki, hüquqdan sui-istifadə h alının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

44. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hüquqdan suiistifadənin mövcudluğu iki halın məcmu şəklində müəyyən edilməsindən asılıdır: şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli; və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Bunlardan hər hansı birinin müəyyən edilməməsi hüquqdan s ui-istifadəni istisna edir.

45. Lakin hazırki işdə iddiaçının müqavilə öhdəliklərini icra etməyən cavabdehdən qanunda və müqavilədə nəzərdə tutulmuş hüquqlarından irəli gələn iddia qaldırmasının onun müvafiq hüququndan məqsədi xaricində istifadə edib-etməməsi halı müəyyən edilməyib. Buna görə də ilk əvvəl qeyd edilən hal müəyyən edilməli, daha sonra isə yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmaması, aşkar ədalətsizliyə səbəb olub-olmaması müəyyən edilməklə mübahisəyə qiymət verilməli idi.

46. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası hüququn tətbiqində səhvə yol vermişdir.

47. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qisməm təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxı şına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-833/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar