Məhkəmə qərarları › İş №2(102)-2809/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2809/2023

18.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2809/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna (Bakı şəhəri 7 saylı Xü susi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X3 qarşı “alğı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1415/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh2 bacı-qardaşdırlar. Omların anası X15 xx.xx.1990-cı ildə, atası X2 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir.

2. İddiaçı xx.xx.1986-cı ildə evlənmişdir.

3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, dalan 2, ev 1 iddiaçının atası X1 mülkiyyətində olmuşdur.

4. X2 vərəsəlik şəhadətnaməsi verilməsi üçün Bakı şəhəri 7-ci notariat kontoruna müraciət etmiş və ona X1 vərəsəsi olması barədə xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlak kimi ünvan 1 ünvanda yerləşən bir mərtəbəli 2 otaqlı yaşayış evi qeyd olunmuşdur.

5. Cavabdeh2 xx.xx.2015-ci il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən bir mərtəbəli 2 otaqlı yaşayış evinin satılmasına dair Cavabdeh1ağa oğlu ilə alğı-satqı müqaviləsi bağlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V/1-1320 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış **********22-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli qeydiyyatın, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alğı-satqı müqaviləsinin, alğı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ild ə ünvan 2 ünvanında anadan olmuşdur və atasından miras qalan yaşayış evində yaşayır. İddiaçı məhrum atasının yaşadığı dövrdə də onunla birlikdə yaşamış və xəstəliyi dövründə qayğısına qalmışdır. İddiaçının ondan böyük Cavabdeh2 adlı bir qardaşı var. Atası X2 15 iyul 1995-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iddiaçı ondan miras qalan Bakı şəhəri Xəzər rayonun Mikayıl Müşviq küçəsi, dalan 2 ev 1 saylı yaşayış evində yaşamışdır. Qardaşı Cavabdeh2 21 noyabr 2012-ci ildə iddiaçıdan xəbərsiz 7 saylı Notariat kontoruna müraciət edərək qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, şəhadətnamədə özünün guya yeganə vərəsə olmasını qeyd etmişdir. Notariat kontoru heç bir araşdırma aparmadan cavabdehi yeganə varis kimi tanımışdır. Halbuki, həmin əmlakı atası 199 5-ci ildə rəhmətə gedəndən sonra faktiki olaraq iddiaçı qəbul etmişdir. Daha sonra qardaşı Cavabdeh2 atasından qalan əmlakı 24 noyabr 2015-ci ildə Cavabdeh1 oğluna satmışdır. Həmin alğı-satqı zamanı da iddiaçıya heç bir məlumat verilməmişdir. Mövcud alqı-satqı müqaviləsi tamamilə saxtadır, həmin əmlakın dəyəri 200000 manatdan baha olsa da, guya 31500 manata satmışdır.

8. Cavabdeh1ağa oğlunun nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız və qərəzlidir. Belə ki, ünvan 3 ünvanında yerləşən tikilidə olan fərdi yaşayış evini iddiaçının qardaşı Cavabdeh2 xx.xx.2015-ci il tarixində alğı-satqı yolu ilə almışdır. Həmin əmlak onun mülkiyyətində olmuşdur. Daha sonra növbəti alğı-satqı yolu ilə digər cavabdehin ad ına (vicdanlı alıcı) rəsmiləşdirilmişdir. Əvvəllər Cavabdeh2 (iddiaçının qardaşı) həyat yoldaşı eyni predmet və əsaslarla Cavabdeh1ağa oğluna qarşı qaldırdığı iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər araşdırılaraq həmin iddia əsassız hesab edilmiş və alğı-satqıların etibarsızlığına dair iddialar rədd edilmişdir. Hal-hazırda mübahisə edilən ünvan 3 ünvanında yerləşən tikili üzrə daşınmaz əmlaka dair (mülkiyyətə dair) alğısatqı müqavilələri üzrə “əqdin etibarsızlığı” üzrə mülki iddianın əvvəllər eyni əsaslarla araşdırılması və məhkəmənin vahid mövqeyinin olması indiki iddianın bir daha əsassız və rədd edilməyə əsas verən hal olmasını sübuta yetirən haldır. Bundan əlavə, Cavabdeh1ağa oğlu “vicdanlı alıcı” olaraq iddiaçının qardaşından pul vəsaiti ödəyərək əmlakı əldə etmiş, illərlə həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdur. Eyni zamanda, hal-hazırda evi alan şəxs (digər cavabdeh) də “vicdanlı alıcı”dır və cavabdehlər tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, iddiaçı istər vərəsəlik şəhadətnamələri, istər də alğı-satqı müqavilələri, istər də çıxarışın etibarsızlığına dair tələb üzrə iddia müddətini ötürmüşdür. İddiaçı əqdin mövcudluğundan (vərəsəlik şəhadətnamələri, istər də alqı-satqı müqavilələri, istər də mülkiyyətdən çıxarışın) xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmişdir. İddiaçı cavabdehlərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab ediməsi tələbini deyil, qardaşı Cavabdeh2 qarşı alğı-satqı müqaviləsindən əldə etdiyi pul vəsaiti üzrə payının müəyyən edilib ona veril məsini mübahisələndirməli idi.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 oğludur. Samir atası, Tamilla xanım anası, Təranə isə bibisidir. O, atası və anası ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Evin sənədi atasının adına olmuşdur. Həmin evi alqı-satqı ilə atası Bəhmənə 31500 manata satmış və o, bu barədə sonradan xəbər tutmuşdur. Ramin Bəhməndən 31500 manat pul götürmüşdür. Bəhmən ona bildirmişdir ki, bu borc pulu evin girov qoyulması qarşılığında verə bilər. Bu zaman mübahisəli evi Bəhmənə vermişlər.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Cavabdeh2 7-8 il əvvəl onların məhkəmə işində nümayəndə qismində iştirak etmək üçün ona etibarnamə vermişdir. Samirin əmisi oğlu Elçinin bacanağı Ramin və Bə hmən Babayev iş birliyi qurmalı idilər. Bəhmən bunun üçün pul verəcəkdi və bunun da müqabilində mübahisəli evi girov qoyacaqdılar, lakin evi girov qoymadılar və həmin evlə bağlı notariusda alqı-satqı müqaviləsi bağladılar. Notariusda alqı-satqı müqaviləsi bağlamaq üçün 30000 manat məbləğində pulu depozit hesaba qoymuşlar, notariusda müqavilə bağlanandan sonra həmin 30000 manat məbləğində pulu depozit hesabdan götürüb yenidən Bəhmən Babayevə qaytarmışlar. Cavabdeh2 həmin müqavilənin alqısatqı müqaviləsi olduğunu bilməmişdir. Onlar öz aralarında bir sənədə qol çəkmişlər ki, 30000 borc verilir və 2 ay ərzində Bəhmənə qaytarılacaq. Daha sonra Raminin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılmış, həbs olunmuş, daha sonra həbsdən azad edilmişdir. Ramin d ə bu evi Bəhməndən geri almaq istəmiş, bunun üçün Bəhmənə pul da təklif etmişdir, lakin Bəhmən razılaşmamışdır. Bəhmən Samiri mübahisəli evdən çıxarmaq istəsə də, qonşuların müdaxiləsi nəticəsində çıxara bilməmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 arvadıdır. Mübahisəli evdə Samir, o və oğlu yaşamışdır. Təranə xanım başqa yerdə yaşamış, amma gəlib-getmişdir. Onlar gizlin mübahisəli evi Bəhmənə satmışlar ki, iş qursunlar, pulun əvəzi sonra qaytarılar. Bəhmən demişdir ki, onları evdən çıxartmayacaq, lakin sonra onlardan evdən çıxmağı tələb etmişdir. Onlar Bəhmənə 30000 manat pulu hissə-hissə qaytarmaq istəsələr də, Bəhmən onlarla razılaşmamışdır. Onlar Bəhməndən xahiş etmişlər ki, ev onun adına olsa da, onları evdən çıxarmasın. Bə hmən əvvəlcə onlara söz vermişdir ki, onları evdən çıxarmayacaq, lakin sonradan onlara qarşı evdən çıxarılma ilə bağlı iddia qaldırmışlar.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun əmisinin oğlu, Təranə əmisi qızıdır. Bildiyinə görə, Samir evi girov qoymuş, onun müqabilində pul götürülmüşdür. Ev əmisi Əzizağanın olmuşdur. Həmin evdə Samir, onun ailəsi ilə birlikdə yaşamışlar. Təranənin ayrıca evi var. Təranə o həyətə gəlibgetmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 qonşusudur. Samirin Təranə adında bir bacısı var. Təranə həmin evə gəlibgetmiş, hərdən orada qalmışdır. Evin nə vaxt satılmasından xəbəri yoxdur. Ev sökülmüşdür.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, neçə ildir ki, qonşudur. Onların öz evləri olmadığı üçün razılaşıb həmin evdə yaşamağa başlamışlar. Sökülən evlərin birində onlar yaşamışlar. Samirgil isə o biri sökülən evdə yaşamışlar. Bir həyətin içərisində 2 ev olmuş, lakin qapıları ayrı olmuşdur. Bildiyinə görə mübahisəli evi onun əri Raminin işinə görə girov qoymuşdular. Təranə o həyətə gəlibgetmişdir.

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1803/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idarə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdir məsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir.

17. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermədiyindən, əmlaka sahiblik və ya əmlakı idarə etmədiyindən, habelə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən, bununla da miras əmlakları qəbul etmədiyindən, onun mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir.

18. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, iddiaçının atası X2 15 iyul 1995-ci ildə ölmüşdür. Lakin işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının atasının 15 iyul 1995-ci il tarixdə ölümündən sonra iddiaçı miras əmlakla bağlı heç bir iddia irəli sürməmişdir. Belə olan halda, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür və gecikmənin səbəbi üzrlü səbəblərlə əlaqədar deyildir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyindən, onun “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin ləğv edilməsini, vərəsəlik hüququnun tanınmasını və miras əmlakda onun miras payının müəyyən edilməsini tələb etmək hüquqları da yoxdur.

20. Məhkəmə kollegiyası alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında alğı-satqı müqaviləsi bağlanarkən və reyestrdə sonuncunun adına qeydiyyata alınarkən dövlət reyestrindəki qeydə inanaraq hərə kət etmiş, Cavabdeh1 oğlu tamamilə vicdanlı alıcı olmaqla reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmaqla vicdanlı əldə edən şəxs olmuşdur. Belə olan halda Cavabdeh2 ilə Cavabdeh1 oğlu arasında mübahisələndirilən fərdi yaşayış evi ilə bağlı bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli ev hazırda Cavabdeh1ağa oğlunun adına deyil, tamamilə başqa şəxsin, yəni X5 adınadır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 1145, 1151.1, 1243-cü maddələrinə, «"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 18 iyul 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mövcud işdə İddiaçı ev sökülənə, yəni 2022-ci ilə qədər 27 il ərzində həmin əmlakda yaşamış, ev təsərrüfatı ilə məşğul olmuş, mirası şəksiz qəbul etmişdir. Xəzər Rayon Məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan, işin faktiki hallarını aydınlaşdırmadan qətnamə çıxarmışdır. Məhkəmədə ş ahid kimi gətirilən hər bir şəxs, hətta cavabdehin özü Cavabdeh2 və Cavabdeh2 həyat yoldaşı da qeyd etmişdir ki, İddiaçı həmin evdə yaşamış, Cavabdeh2 qayğısına qalmış, həmin evi faktiki olaraq qəbul etmiş, bütün evin təsrüffatı ilə məşğul olmuşdur. Məhkəmənin əmlaka faktiki sahibliyin sübut edilməməsi ilə bağlı gətirdiyi faktlar tamamilə əsasızdır. Məhkəmədə bu faktlar şahid ifadələri ilə sübut olunmuşdur. İddiaçının atası 15 iyul 1995-ci ildə ölmüşdür. Yuxarıda qeyd edildiyi kimi, şahid və cavabdehin ifadəsində bildirilir ki, iddiaçı 1995-ci ildən daim ora gəlmişdir, faktiki sahiblik etmişdir. Həmin hadisədən 20 il sonra cavabdeh tərəfindən notariusa qanun üzrə vərəsə kimi müraciət edilmiş və notariusda heç bir araşdırma aparmadan şəxsi yeganə varis kimi tanımışdır. 20 il ərzində tamamil ə qəbul edilmiş heç bir hərəkət olmayan miras əmlak ilə bağlı məhkəmənin Təranənin vərəsəliyi faktiki qəbul edilməməsi ilə gətirdiyi arqumentlər tamamilə əsasızdır. Həmçinin 20 il sonra 2015-ci ildə qanunsuz şəkildə açılmış və cavabdeh tərəfindən qanuni vərəsə kimi qəbul edilmiş saxta vərəsəlik işini isə əsaslı sayması ədalətsizlikdir. Məhkəmə qətnaməsində qeyd edilənlər tamamilə yalandır, Cavabdeh2 qeyd edilənlərdən fərqli olaraq iddia tələbini qəbul etmiş, izahatında mirası onun qəbul etməsini xatırlamır, bacısının onun yanında qalmasını qeyd etmiş, həmçinin iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə audio, video yazı ilə aparıldığından məhkəmə protokoluna qeyd vermək zərurəti görməmişlər. Audio-Video yazılarından şəxsin məhkəmədə ifadəsi dinlənilsə, deyilən faktlar sübut olunac aqdır. Bəhmən Mirzəy mövcud əmlakı vicdanlı şəkildə əldə etməmişdir, həmin faktı da şahidlər və cavabdeh təsdiq etmişdir. Belə ki, Bəhmən Mirzə borc müqabilində evi girov kimi götürmüşdür, mövcud olan alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək üçün bağlanılmışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1415/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1803/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, mira s istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamasının sübutu kimi – vərəsənin miras qoyanla birgə yaşadığı haqqında mənzil-istismar sahəsinin arayışını, əmlak ü çün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə vergilər idarələrinin arayışlarını və ya bu ödənişlər barədə qəbzləri və digər sənədləri sübut kimi təqdim etməmişdir. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçı isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş, əmlaka sahiblik və ya əmlakı idar ə etməmiş, nə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı bir hərəkət etməmiş, bununla da miras əmlakı qəbul etməmişdir. Sadalanan xüsusatlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə vermədiyindən, əmlaka sahiblik və ya əmlakı idarə etmədiyindən, habelə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən, bununla da miras əmlakları qəbul etmədiyindən, onun mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbi rədd edilməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü (İ hissə), Mülki Məcəllənin 5.3, 140, 149.2, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 1145, 1151.1 və 1243-cü, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 16.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1415/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfin dən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

35. Maddə 329.1 əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

36. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifa dəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsi

1. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsə liyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

40. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib aşağıdakılara əsasən hesab edir ki, işə baxılarkən maddi hüquq normalarl düzgün tətbiqü edilmədiyinə görə kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv ed ilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

52. Belə ki, iddiaçı atasından miras qalmış əmlaka dair cavavdehə vərəsəlik şəhadətnməsi veilən zaman onun vərəsə kimi tanınmadığını bildirir və bu əsasla vərəsəlik şəhadətnaməsinin, habelə miras əmlaka dair sonradan bağlanmış əqdin etibarsız sayılmasını tələb edir. Bu baxından tərəflər arasında yaranmış mübahisənin əsasında qanun üzrə vərəsəlik hüquq münasibətləri dayanır və iddia tələbi ilk növbədə Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları əsasında təhlil olunmalıdır.

53. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual h üquq normalarına əsasən çıxarılmalıdır.

54. Baxılan işdən görünür ki, mübahisəli evi miras qoyan X2 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Buna görə də ondan qalan miras əmlaka olan hüquqlara aid mübahisəyə, həmin vaxtda qüvvədə olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11 sentyabr 1964-cü il tarixli Qanunla qəbul edilmiş və 28 dekabr 1999-cu il tarixli 779-İQ saylı Qanunla qüvvədən düşmüş) normaları tərbiq edilməlidir. Lakin işə baxmış məhkəmələr iddianın həllinə həmin Mülki Məcəllənin deyil, xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin müddəalarını tətbiq etmişdir.

55. Bu hal MPM-nin 386-cı maddəsinə görə maddi hüquq normasının pozulmasıdır və həmin pozuntu MPM-nin 418.1 və 418.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əs asdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

56. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Miras açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.

57. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir. Miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Buna görə də mirasın bölünməsi barədə iddiaların həlli zamanı birinci addım olaraq vərəsənin mirası qəbul edib etməməsi müəyyən edilməlidir.

58. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin ikinci hissəsi).

59. Nəzərə alınmaldır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək b irtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

60. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

61. İşə baxmış məhkəmələr işin hallarını bu baxımdan araşdırıb müəyyən etmişdir ki, iddiaçı atası vəfat etdikdən sonra mirası qəbul etmək üçün qanunla müəyyən ed ilmiş müddətdə notariat kontoruna müraciət etməmiş və mirası faktiki olaraq qəbil etmək üçün (qeyri formal üsul) də heç bir hərəkət etməmişdir.

62. İddiaçı qanunda göstərilən müddət ərzində mirası qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir və 2V/1-1320 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi təmin oluna bilməz.

63. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması barədə tələb təmin olunmadığına görə digər tələblər üzrə hüquqi araşdırmaya zərurət qalmır. Çünki miras qalmış evə mülkiyyət hüququna dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün hüquqi əsas - qanun üzrə vərəsəlik şəhadətnaməsi olmuşdur. Mübahisəli evə dair sonrakı əqdlər isə daşınmaz əmlakın dpvlət reyestrində olan qeydiy at əsasında aparılmışdır.

64. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuşdur. Bu hal MPM-nin 418.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.

65. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1415/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarıısın. İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət notariat kontoruna (Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi), Cavabdeh1ağa oğluna, Cavabdeh2 və X3 qarşı Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V/1-1320 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış **********22-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli qeydiyyatın, 5 saylı Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 oğlunun arasında bağlanılmış 24 noyabr 2015-ci il tarixli ******* nömrəli alğı-satqı müqaviləsinin, alğı-satqı müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar