Məhkəmə qərarları › İş №2(102)-281/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-281/2025

24.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-281/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayənldəsi və vəkili vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin qanunsuz sayılan hissəsinin sökülməsi və ara məsafəsinin saxlanılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-199/2024 nömrəli iş üzrə 8 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında (3-cü zalda) baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı “İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağın iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ sahəsinə tərəf olan hissədə sökülməsi, həmin bağın torpaq sərhədi ilə cavabdehə məxsus 5042a saylı bağ sahəsində ti kilmiş tikili arasında ara məsafəsi qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(008)-365/2022 saylı qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia təmin edilmiş, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evinin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041”a” saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəd xəttinə qədər inşa edilmiş 2,64 metr hissəsinin sökülməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5041a saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin sərhəddi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 5042a saylı bağ evi arasında 2,64 metr ara məsafəsinin saxlanılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması qət olunmuşdur.

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(103)-3487/2022 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur.

5. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) xx.xx.2023-cü il tarixli, 2(102)-583/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-199/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi rədd edilmişdir.

8. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddi anın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iddiaçı və cavabdeh məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim etmiş, barışıq sazişinin təsdiq edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini, barışıq sazişinin təsdiq edilməsinin və icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək sazişin təsdiq edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.

11. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vas itəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

12. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

13. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

14. Maddə 417.1.5 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcə llənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış barışıq sazişini, təqdim edilmiş ərizələri nəzərdən keçirib hesab edir ki, barışıq sazişinin təsdiq olunmasını istisna edən hallar yoxdur, bu baxımdan apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

16. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 24 aprel 2025-ci il tarixli barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və ya hər hansı bir digər şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı müəyyən edildiyindən təsdiq edilməlidir.

17. Hər iki tərəf barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə yazılı əriz ə təqdim etmişlər. Barışıq sazişində qanunvericiliyin tələblərinə zidd və üçüncü şəxslərin maraqlarına toxunan müddəalar yoxdur. Barışıq sazişinin təsdiqindən imtina üçün əsaslar mövcud deyildir. Tərəflər barışıq sazişi bağlamaqla iş üzrə icraata xitam verilməsinin nəticələrinin onlara aydın olduğunu göstəmişlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 52.3, 191, 261.0.5, 262.4 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-199/2024 nömrəli 8 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış 24 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Barışığın əsas şərtləri

2. Tərəflər aşağıdakı öhdəliklər barədə raz ılığa gəlirlər: 2.1.1. Hazırkı iddia tələbi üzrə gələcəkdə yenidən iddia qaldırmayacağını öhdəsinə götürür; 2.1.2. Hazırkı mübahisə ilə bağlı müvəqqəti təminat tədbirləri tətbiq edilməsi barədə qərardad qəbul etmiş məhkəməyə bu Barışıq Sazişinin imzalandığı gündən 3 (üç) ış günü ərzində sözügedən qərardadın ləğvi barədə ərizə təqdim edir; 2.1.3. Gələcəkdə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5042a saylı 0,12 ha sahəyə malik bağ sahəsində olan tikilinin ikinci mərtəbəsinin, eyni zamanda mansard və digər hissələrinin sökülməsi və özünə məxsus bağ sahəsi ilə ara məsafəsinin saxlanılmasını tələb etməyəcəyini bildirir; 2.1.4. Hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5042a saylı 0,12 ha sahəyə malik bağ sahəsində olan tikili (tikilinin həm birinci, həm ikinci mərtəbəsi, eyni zamanda mansar və digər hissələri daxil olmaqla) ilə onun bağ sahəsi arasında hər hansı ara məsafəsinin saxlanılmamasına razıdır və buna etiraz etmir; 2.1.5. Hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5042a saylı 0,12 ha sahəyə malik bağ sahəsinin və tikilinin öz hüdudları çərçivəsində yerləşdiyini, eyni zamanda özünün mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5041 a saylı 0,12 ha sahəyə malik bağ sahəsinin hər hansısa bir hissəsinin Cavabdehə məxsus bağ sahəsi istiqamətindən zəbt edilmədiyini qəbul edir; 2.1.6. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5042a saylı 0,12 ha sahəsində mövcud olan tikilinin İddiaçının torpaq sahəsi istiqamət ində açılmış pəncərə yerlərinin qapadılmasına və tikilinin sözügedən istiqamətdə olan dekorativ xarakterli çıxıntılarının (ağ aqlayların) çıxarılmasına, eyni zamanda Cavabdehə sözügedən tikilinin təmir və tikinti işlərinin yekunlaşdırılması üçün İddiaçıya məxsus torpaq sahəsindən bu Barışıq sazişinin 2.1.2-ci bəndində nəzərdə tutulan əsaslarla müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi barədə qərardad ləğv edildiyi gündən 3 (üç) ay müddətində istifadə edilməsinə şərait yaradır; 2.1.7. İddiaçı Barışıq Sazişinin 2.2.4-cü bəndində qeyd edilən öhdəliyin icrası ilə bağlı Cavabdehə İddiaçıya məxsus torpaq sahəsindən müvəqqəti istifadə edilməsinə şərait yaradır; 2.1.8. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5042a saylı 0,12 ha sahəsindən sərbəst istifadə et məsinə hər hansı digər üsulla maneə törətmir; 2.1.9. Cavabdehə məxsus torpaq sahəsinin hazırda tikili olmayan digər hissələrində qanunvericiliklə nəzərdə tutulmuş ara məsafəsi və digər bütün tələblər gözlənilməklə yeni hər hansı tikilinin tikilməsinə və həmin tikilinin pəncərə və qapılarının İddiaçıya məxsus torpaq sahəsi istiqamətində açılmasına etiraz etmir. 2.2.1. Cavabdeh: 2.2.1. iddiaçıya hazırda özünün mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5042a saylı 0,12 ha sahəyə malik bağ sahəsində olan tikili ilə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5041a saylı 0,12 ha bağ sahəsi arasında ara məsafəsinin mövcud olmamasına görə 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödəməyi qəbul edir; 2.2.2. Kompensasiyanın ödənilməsini bu Barışıq Sa zişi imzalandıqdan sonra 3 (üç) iş günü ərzində özü və ya hazırkı Barışıq Sazişi üzrə səlahiyyətli nümayəndəsi tərəfindən iddiaçıya məxsus aşağıda rekvizitləri qeyd edilən bank hesabına mədaxil edilməklə həyata keçirir; Alan müştərinin adı: NAZİM AKBARİSA Alan müştərinin hesab nömrəsi (İBAN): AZ55İBAZ******************** Alan bank: ABB ASC, Mərkəzi filial Alan bankın SWİFT kodu: İBAZAZ2X Alan bankın kodu: 805250 Bankın VÖEN-i: ********** Bankın ünvanı: Z.Tağıyev küçəsi 3 Əlaqə telefonları: +99*** *** ** ** Alan bankın müxbir hesabı: AZ03NABZ******************** 2.2.3. Cavabdeh özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5042a saylı 0,12 ha torpaq sahəsinin daxilində yerləşən tikilinin İddiaçıya məxsus torpaq sahəsi istiqamətində mövcud pəncərə yerlərinin qapadılmasını, tikil inin sözügedən istiqamətdə olan dekorativ xarakterli çıxıntılarının (ağ aqlayların) çıxarılmasını öz öhdəsinə götürür. 2.2.4. Cavabdeh özünün torpaq sahəsində yerləşən hazırkı tikilinin dam örtüyünün İddiaçının torpaq sahəsi istiqamətində mövcud olan çıxıntılarının ləğv edilməsini xx.xx.2025-ci il tarixinə qədər təmin edəcəyini öz öhdəsinə götürür; 2.2.5. Özünün torpaq sahəsində yerləşən hazırkı tikilinin yanında, onun yerləşmə koordinatlarına simmetrik olmaqla və həmin tikilinin ölçülərinə bərabər və ara məsafəsi saxlanılmadan tikilinin İddiaçıya məxsus torpaq sahəsində tikinti normalarına və standartlarına, eləcə də nəmdən ızolyasiyasının lazımı şəkildə təmin edilməsi ilə tikilməsinə (pəncərələrin, qapıların Cavabdehə məxsus torpaq sahəsi istiqamətində açılması halları istisna olmaqla) etiraz etmir; 2.2.6. Barışıq sazişinin 2.2.5-ci bəndində qeyd edilən hallar istisna olmaqla, İddiaçıya məxsus torpaq sahəsinin digər hissələrində qanunvericiliklə nəzərdə tutulmuş ara məsafəsi və digər bütün tələblər gözlənilməklə hər hansı yem tikilinin tikilməsinə və həmin tikilinin pəncərə və qapılarının Cavabdehə məxsus torpaq sahəsi istiqamətində açılmasına etiraz etmir; 2.2.7. iddiaşçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5041a saylı 0,12 ha sahəsindən sərbəst istifadə etməsinə hər hansı digər üsulla maneə törətmir.

3. Tərəflərin birgə öhdəlikləri 3.1.1. Tərəflər razılaşır ki, bu Barışıq sazişi məhkəmə tərəfindən təsdiq ediləcəkdir. 3.1.2. Tərəflər Barışıq sazişində qeyd edilən daşınmaz əmlakları özgəninkiləşdirdikləri zaman, yeni mülkiyyətçiləri Barışıq Sazişinin mövcudluğu və şərtləri ilə tanış etməyi öz öhdəsinə götürür. 3.1.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün Sazişin şərtləri etibarlı olur. 3.1.4. Saziş icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 3.1.5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri öhdəliklər icra edildiyi təqdirdə digərinin nüfuzuna xələl gətirməyəcək, biri-digərinə qarşı sazişdə q eyd edilən məsələlər ilə bağlı hər hansı bir haqq tələb etməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

4. Digər şərtlər 4.1. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 4.2. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 4.3. Saziş 3 (üç) səhifədən ibarət olmaqla, hər biri Azərbaycan dilində olan 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələrin ikisi müvafiq olaraq Tərəflərdə saxlanılır, üçüncüsü isə hazırda mübahisəyə baxan məhkəməyə təqdim edilir. Mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar