Məhkəmə qərarları › İş №2(102)-2810/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2810/2023

18.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2810/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı tikintilərin sökülməsi və torpağın qaytarılması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2 6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qax rayonu İlisu kəndində 1990-cı ildə tikilmiş ildə fərdi yaşayış evi İddiaçı məxsusudur. Hazırda da o, orada yaşayır. İddiaçı ilə Cavabdeh məxsus torpaq sahəsinin öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhəddi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikdiyini əsas gətirərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi barədə, Cavabdeh isə İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhədini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhədlərin müəyyən edilməsi barədə, Cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(024)-38/2021 saylı qərardadına əsasən ilkin iddia tələbinin “sərhədin müəyyən edilməsi”nə dair hissəsi məhkəmənin aidiyyətində olmadığı üçün tələbin həmin hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, özünə məxsus Qax rayonu İlisu kəndində 1990-cı ildə fərdi yaşayış evi tikərək, hazırda da burada yaşayır. Bu yaşayış məntəqəsinə ondan sonra gəlmiş aşağı sərhəd qonşusu Cavabdeh öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhədi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikmişdir. Sonra o, evinin qabağında mətbəx kimi əlavə tikinti apararkən cavabdehə yenə sərhədi pozduğunu irad tutmuşdur. Lakin R.Ə. Süleymanov onun iradına məhəl qoymadan əlavə mətbəx tikintisini də sərhədi pozmaqla aparmışdır. Bu zaman onun müraciətinə əsasən sahədə sərhədə baxış keçirən Qax rayon torpaq şöbəsinin müdiri Abdulla Həşimov cavabdeh R.Ə. Süleymanova bildirmişdir ki, o, əlavə tikilini də sərhədi 0,7m (70 sm) pozmaqla aparmışdır. Bununla belə, o zaman qonşuluq xatirinə güzəştə getmişdir. Bundan 7-8 il əvvəl qonşusu Cavabdeh onunla sərhədin aşağı hissə sindən hasar çəkəndə də hələ hasarın bünövrəsi qazılanda o, etirazını bildirmişdir ki, öz yardımçı tikilisini sərhəddən 1 (bir) metr içəridə öz həyətində tikmişdir, cavabdeh də hasarın bünövrəsini onun yardımçı tikili ilə arada l(bir) metr məsafəni saxlamaqla aparsın. Bu zaman yenə onun müraciəti ilə sahədə baxış keçirən DT və XK -nin Qax rayon şöbəsinin müdiri Seyfulla Ramazanov da qonşusu Cavabdeh bildirmişdir ki, o, hasarın tikintisini saxlasın, çünki keb düzgün sərhədən qoyulmayıb, ona görə də tikinti qanunsuzdur. Bu arada o 4-5 gün evdə olmamış və gələndə görmüşdür ki, qonşusu Cavabdeh məsul vəzifəli şəxsin də xəbərdarlığına məhəl qoymadan hasarın tikintisini sərhədi pozmaqla çəpəki aparmış və sərhəd barısını gətirib onun yardımçı tikilisinin arxa divarına birləşdirmişdir. O, yenə q onşusu Cavabdeh iradını bildirmiş, İlisu kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə məlumat vermişdir. Onlar gəlib yerində baxış keçirmiş və qonşusu Cavabdeh izah etmişlər ki, onun bu tikintisi qanunsuzdur, hasar sərhədi pozmaqla çəkilmişdir. Cavabdeh onlara da yaxşı elədiyini bildirmiş, hara istəsə şikayət edə biləcəyini demişdir. Bundan sonra da o məhkəməyə müraciət etməmiş, yenə qonşuluq xatirinə güzəştə getmişdir. Nəhayət, keçən ilin payızında yenə onun evdə olmamağından istifadə edərək qonşu Cavabdeh artıq sərhədi pozmaqla çəkdiyi hasarın üzərində ev tikməyə başlamışdır. Həm də bu zaman da o həm texniki təhlükəsizlik, həm də yanğın təhlükəsizliyi qaydalarını pozaraq, sərhədi pozaraq hasarı onun yardımçı tikilisinə birləşdirdiyi yerə özünün qanunsuz tikdiyi evin küncünü yaxınlaşdırma qla gələcək üçün labüd təhlükə yaratmışdır. Bu barədə o yenə İlisu kənd icra nümayəndəsi Həşim Həsənova, bələdiyyə sədri Elman Xəlilova 2021-ci ilin yanvarında şikayət etmişdir. Onlar yenə gəlib yerində baxış keçirmiş, tikintinin qanunsuz olduğunu bildirmiş və ona Qax rayon İH-nin Tikinti və Memarlıq şöbəsinə müraciət etməsini məsləhət görmüşlər. Bundan sonra o, 04 fevral 2021-ci il tarixində Qax rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmiş, ərizə üzrə rayonun baş memarı Fəxrəddin Nəsibov gəlib yerində qonşusu Cavabdeh iştirakı ilə baxış keçirmiş və ona başa salınmışdır ki, apardığı tikinti tamamilə qanunsuzdur. Onun yuxarıda göstərdiyi bu xüsusatları adlarını sadaladığı əlaqədar məsul vəzifəli şəxslərin hər biri təsdiq edə bilər. O, uzun illər ərzində qonşuluq xatirinə qonşusu Cavabdeh yuxarıdan aşağı münasibətinə, saymamazlığına susmuş, dözmüş, xeyri olmamışdır. Cavabdeh yeni tikdiyi evə icazəsi və layihə - smeta sənədləri yoxdur. Çünki heç bir memar-mühəndis sərhəd divarının üzərində hər hansı bir tikilinin, o cümlədən evin tikintisi üçün layihə - smeta sənədi verə bilməz. Tikinti ən azından l(bir) metr sərhəddən məsafədə aparıla bilər. O da iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsini xahiş edir, çünki tələbi tam əsaslandırılmış tələbdir. Əlavə edilən şəkillərdən də əyani surətdə görünür ki, Cavabdeh çəkdirdiyi çəpəki hasar və onun üzərindəki tikili qanunsuzdur.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək onun istifad əsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, istifadəsində olan həyətyanı sahəsində köməkçi sahədən ibarət yüngül konstruksiyalı tikinti inşa etmişdir, təyinatı isə yaşadığı evdə olan zəruri ehtiyaclardan ibarət məişət əşyalarının yerləşdirilməsi üçündür. Tikdiyi yardımçı sahənin üst damının örtülməsi ərəfəsində qonşu İddiaçı buna etiraz edərək dövlət orqanlarına şikayət etmiş və köməkçi sahədən ibarət tikdirdiyi tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, hazırki iddiaçı onun iddiası üzrə ca vabdeh İddiaçı ona qarşı iddia qaldırmaqdan öncə apardığı tikiliyə etirazını onunla əsaslandırır ki, o özünün həyətyanı sahəsində hər ikisinin istifadəsində olan daş hasarın özünə aid hissəsində yaşayış otağı tikmək niyyətində olduğunu bildirmiş və ona isə həmin tikilini tikməyə maneə yaratmışdır. Halbuki, qarşılıqlı iddia üzrə cavabdeh aparılan tikilinin digər hissəsi olan və ümumi birgə istifadəsində olan daş hasarın üstündə yaşayış otağı tikmiş və həmin otağın dam örtüyünə su ötürücü navalcası qoymamış və bütün yağış suları onun həyətinə axıdılır. Bunun nəticəsində istifadəsində olan həyətyanı sahələrdə müxtəlif çatlar əmələ gəlmiş və daş hasarın da uçma təhlükəsi yaranmışdır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də heç bir nəticəsi olmamışdır. Halbuki, qanunvericilik də bu cür tikili lərin aparılmasını qadağan edir. Cavabdeh İddiaçı isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla ara məsafəsi saxlamadan onun istifadəsində olan torpaq sahəsi ilə özünün istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz olaraq özbaşına yaşayış sahəsi inşa etmişdir. Cavabdeh İddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozaraq sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz tikdiyi yaşayış sahəsinin suyunun təbii axımı da onun həyətinə axıdılır. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, cavabdehə dəfələrlə qanunsuz tikilinin sökülməsi barədə bildirsə də heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh ona bildirmi şdir ki, hara istəsə şikayət edə bilər. 7. “X2” MMC-nin 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəyindən görünür ki, mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikilinin iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunur. İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsi Cavabdeh məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunur.

8. Qax Rayon Məhkəməsinin 2(024)-228/2021 nömrəli, 3 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert r əyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh tərəfindən çəkilmiş olan hasar İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhədini pozmur, Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşmür. İddiaçı X6 tərəfindən inşa edilən yaşayış sahəsinin cavabdeh X1 məxsus torpaq sahəsi üzərinə düşməməsi təsdiq olunmuşdur.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152, 157, 162,164, 165 və 170-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya icraatı zamanı tikinti-texnuki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-ci il tarixli 10/8687 nömrəli rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar İlisuda İddiaçı məxsus **********94 nömrəli çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin sxemdə göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində çəkilmişdir. Qərardadın 2-ci sualı üzrə: Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) yerquruluşu planında göstərilmişdir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Qərardadın 3-cü sualı üzrə: İlisuda İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində heç bir əsas və yardımçı tikili inşa edilməmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-26/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsinin qismən - ilk iddianın rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnaməni n qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) sökülməsi tələbinə dair ilk iddiasının üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsinin sökülməsinə aid hissədə təmin edilməsi, ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq (3) X 667260.95 Y 4590618.92, (4) X 667256.76 Y 4590626.17, döngə nöqtələri 3-4 arası məsafə - 8.4 metr müəyyən edilmiş hissəsinin Cavabdeh hesabına sökülməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manatın 25 manatının İddiaçı, 75 manatının isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməsi və iş üzrə alınmış mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin “cavabdeh in iddiaçının həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın sökülməsi, həmçinin hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində olan hissəsinin sökülməsi ilə bağlı hissəsi” ilə razılaşmır. Birincisi ona görə ki, iddiaçının sökülməsini tələb etdiyi hasar iddiaçının özünün razılığı ilə, ən azı onun etiraz olmadan hazırki iddia məhkəməyə verilməmişdən öncə cavabdeh tərəfindən 7-8 il əvvəl inşa edilmişdir. Bunu iddiaçı özünün verdiyi iddia ərizəsində və birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi izahatlarında təsdiq etmişdir.

15. Apellyasiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələbinə görə cavabdehin iddiaçını n torpaq sahəsinin 30 sm eni hissəsində inşa etdiyi hasarın tikintisinə iddiaçı tərəfindən notariat qaydasında təsdiq olunmuş razılığı alınmalı idi. İddiaçı belə bir rəsmi razılığı verməsə də, özü və ailə üzvləri etiraz etməməklə cavabdehin həmin hasarı çəkməsinə razılıq vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinin tələbinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayıldığından hazırki vəziyyətdə iddiaçının hasarın sökülməsi ilə bağlı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Ona görə də, həmin tələb təmin edilə bilməz. İkincisi, iddiaçının sökülməsini tələb etdiyi üst tikili (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 2-3 döngə nöqtələrində göstərilmiş 2,6 metr uzunluğunda olmaqla cəmi 2 km olan hissəsi iddiaçının mülkiyyətində olan **********9410301 nömrəli çıxarışda göstərilən torpaq sahəsində yerləşmir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyət yanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X3 mülkiyyətinə verilmişdir. Hazırki iş üzrə nə İlisu Bələdiyyəsi tərəfindən, nə də X5 tərəfindən İddiaçı həmin hissə ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu verən etibarnamə verilməmişdir. Yəni, iddia tələbinin həmin hissəsinin irəli sürülməsinə iddiaçının subyektiv hüquq yoxdur.

16. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin üst tikilinin (yarımçıq binanın) sökülməsinə aid dəlillərinin həmin tikilinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsi ilə razılaşmış və qeyd etmişdir ki, tikilinin həmin hissəsi Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çəkilmiş hasarın üzərində tikilmişdir. Həmin yarımçıq üst tikilinin tikilməsinə iddiaçı tərəfindən razılıq verilməmişdir. İddiaçı yuxarıda göstərilən hüquq normalarının tələbi baxımından hazırki iddia ilə üst tikilinin (yarımçıq binanın) bu qətnamənin 38-ci bəndində göstərilmiş hissəsinin sökülməsini tələb etməkdə haqlı olmuşdur Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsi sərhədi pozmaqla qanunsuz çəkilmiş hasarın sökülməsi hissəsində ləğv olunması və həmin hissədə mü lki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etməklə, yəni Cavabdeh sərhədi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) sökülməsi tələbinə dair üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsinin sö külməsinə aid hissədə təmin etməklə mübahisənin ədalətli həlli istiqamətində doğru nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən iddia qismən yox, tam şəkildə təmin edilməli idi. Məhkəmənin sökülməsini qeyd etdiyi üst tikilinin bir hissəsinin altında yerləşən hasar iddiaçıya məxsus torpaq sahəsində tikilmişdir. Belə çıxır ki, Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə görə hasarın mövcudluğu iddiaçının hüquqlarını pozmur, lakin onun üstündə tikilmiş tikili iddiaçının hüquqlarını pozur.

19. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsin dən başa düşmək mümkün deyil ki, məhkəmə İddiaçı sökülməsini tələb etdiyi hansı tikilinin sökülməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, iddiadan da göründüyü kimi “İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın (İ) və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) (İİ) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhədlərin müəyyən edilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi qətnaməsində qeyd edir ki, “İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin "cavabdehin iddiaçının həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın (İ) sökülməsi, həmçinin hasarın üzərində tikilmiş üst t ikilinin (yarımçıq binanın) (İİ) iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində olan hissəsinin sökülməsi ilə bağlı hissəsi” ilə razılaşmır. Birincisi ona görə ki, iddiaçının sökülməsini tələb etdiyi hasar (İ) iddiaçının özünün razılığı ilə, ən azı onun etirazı olmadan hazırki iddia məhkəməyə verilməməsindən öncə cavabdeh tərəfindən 7-8 il əvvəl inşa edilmişdir. Bunu iddiaçı özünün verdiyi iddia ərizəsində və birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi izahatlarında təsdiq etmişdir.” Həmçinin məhkəmə növbəti bənddə qeyd edir ki, iddiaçının sökülməsini tələb etdiyi üst tikili (yarımçıq binanın) (İİ) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şə ki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 2-3 döngə nöqtələrində göstərilmiş 2,6 metr uzunluğunda olmaqla cəmi 2 km olan hissəsi iddiaçının mülkiyyətində olan **********94-10301 nömrəli çıxarışda göstərilən torpaq sahəsində yerləşmir. Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X3 mülkiyyətinə verilmişdir. Hazırki iş üzrə nə İlisu Bələdiyyəsi tərəfindən, nə də X5 tərəfindən İddiaçı həmin hissə ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu verən etibarnamə verilməmişdir. Yəni, iddia tələbinin həmin hissəsinin irəli sürülməsinə iddiaçının subyektiv hüquq yoxdur..... Göründüyü kimi, iddia tələbi bu hissədə də təmin edilə bilməz.” Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin üst tikilinin (yarımçıq binanın) sökülməsinə aid dəlillərinin həmin tikilinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsi ilə razılaşır. Çünki, tikilinin həmin hissəsi Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çəkilmiş hasarın üzərində tikilmişdir. Həmin yarımçıq üst tikilinin tikilməsinə iddiaçı tərəfindən razılıq verilməmişdir.” X4 Məhkəməsinin qətnaməsindən belə başa düşülür ki, üst tikilinin bir hissəsi qalmalıdır, məhkəmənin sökülməsini qət etdiyi üst tikilinin hissəsinin altında yerləşən hasar da qalmalıdır, lakin, 8,4 metr uzunluqda üst tikili söküntünün eni də məlum olmadan qeyri-müəyyən qaydada sökülməlidir. Belə çıxır ki, Şəki Apellyasiya Məhkəməsinin mövqeyinə görə hasarın mövcudluğu iddiaçının hüquqlarını pozmur, lakin, onun üstü iddiaçının hüquqlarını pozur. Hesab edirik ki, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qeyri-müəyyən olmaqla ya naşı maddi hüquq normalarının tələblərinə də ziddir. Hansı ki, Mülki Məcəllənin 170 və 171 -ci maddələrinin məzmunundan göründüyü kimi qonşuluq münasibətlərində olan mülkiyyətçilər bir-birinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, eyni zamanda hüquqi əhəmiyyətsiz dərəcədə pozulursa bununla bağlı qonşu təsirinə dözməlidirlər. Şəki Apellyasiya Məhkəməsi sökülməsini qət etdiyi tikilinin, tikintisinə icazə tələb olunan növdə tikili olub-olmamasını araşdırmadan, həmin tikilinin inşası zamanı ara məsafəsinin qoyulmasının zəruri olub-olmamasını müəyyən etmədən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən ümumiyyətlə müəyyən etmək mümkün olmur ki, məhkəmə hansı əsasla (maddi hüquq norması) sökülməsini qət etdiyi tikilini tikintisinə icazə tə ləb olunan tikintilər kateqoriyasına aid etmiş, o cümlədən, həmin tikilinin inşası zamanı cavabdeh nə qədər ara məsafəsi saxlanılmalı olmuşdur. Həmçinin məhkəmə nəyə görə tikilinin ümumilikdə sökülməli olmasını da qətnaməsində əsaslandırmamışdır. Hansı ki, məhkəmə qətnaməsində isitnad olunan maddi hüquq normalarında hətta tikintisinə icazə tələb olunan tikililərdə belə müəyyən məsafədən sonra tikintinin inşasının mümkün olduğu qeyd olunur. Məhkəmə isə həmin məsafə həddində yox, ümumilikdə tikintinin sökülməsi qənaətinə gəlir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olm aq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu c ür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

25. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə 84.Hissə 1.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

27. Maddə

84. Hissə 3.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

28. Maddə

111. Hissə 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanun la qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən tərəflər kassasiya şikayəti verdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsi nin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

39. Belə ki, hazırkı mübahisə ilk iddia tələbində göstərilən hasarın, onun üzərində aparılmış üst tikilinin, qarşılıqlı iddia isə hasarın üstündə tikilmiş tikilinin sökülməsi ilə bağlıdır.

40. İlk iddiaçı iddia edir ki, Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhədini pozmaqla qanunsuz hasar çəkmiş və hasarın üzərində üst tikili inşa etmiş, həmin tikili özbaşına tikilidir. Hasar və onun üzərində aparılmış tikili sərhədi pozmaqla aparıldığından sökülməsi tələb olunur.

41. Cavabdeh tərəf qarşılıqlı iddiasında tərəflərin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz olaraq tikilmiş yaşayış evinin sökülməsini tələb edir.

42. Göstərilən iddia tələblərinin tam və hərtərəfli araşdırılmasının təmin edilməsi üçün, hər iki tərəfə hüquqmüəyyənedici sənədlər əsasında məxsus olan (müvafiq olaraq mülkiyyət və ya istifadə hüququ əsasında) torpaq sahəsinin ölçüsü, yerləşmə yeri, qarşılıqlı olaraq tərəflərin bir-birinin torpaq sahəsinin sərhədlərini pozması, qonşu torpaq sahələrinin sərhədində bir və ya iki ayrı-ayrı istiqamətlərdə tikilmiş hasarın mövcud olması, sərhədin yeri, müvafiq olaraq hər iki tərəfin hansı tikilisinin və ya tikililərinin (müvafiq olaraq iki hasarın mövcud olması müəyyən edildyi halda) üzərində əlavə üst tikili aparılıb aparılmaması, aparılmışdırsa bu tikililərinin aparılma müddəti, şəhərsalma və tikinti qaydala rına uyğun aparılıb aparılmaması, qonşu torpaq sahəsindən istifadə ilə bağlı manelərin yaradılıb yaradılmamasının aydınlaşdırılması vacib olmuşdur.

43. İş materiallarına əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, qonşu torpaq sahələri arasında iki hasar mövcuddur, hasarlar bir nöqtədə birləşmir, çarpazlaşır. Hər bir tərəf özü tərəfindən inşa edildiyini iddia etdiyi hasar tikilisi üzərində üst tikili (yaşayış evi) həyata keçirdiyini göstərir.

44. Qarşılıqlı iddiaçı tərəfindən torpaq sahəsinin müvafiq plan ölçüsü təqdim olunmuş, onun mülkiyyətində olan torpaq sahələrinin koordinatları aydın olaraq göstərilmişdir. İlk iddiaçı isə müvaifq olaraq texniki pasport təqdim etmişdir.

45. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və eks pert Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanmaqla rəy vermişdir.

46. İlk olaraq qeyd edilməlidir ki, nə mütəxəssis rəyində, nə də ekspert rəyindən tərəflərin malik olduğu hər hansı hüquqmüəyyənedici (torpağın yerdə quruluşunu əks etdirən) sənədə istinad edilməmiş, mübahisənin həlli üçün vacib olan ilkin məsələ olan qonşu torpaq sahələrinin sərhədləri müəyyən edilməmişdir.

47. Rəydən görünür ki, İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar İlisuda İddiaçı məxsus **********94 nömrəli çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin sxemində göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi məsafədə 30 sm enində çəkilmişdir. Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq tikili) yerqurluşu planında göstərilmişdir. Həmin binanın 2 kv.m. hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. İlisuda İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində heç bir əsas və köməkçi tikili inşa edilməmişdir.

48. Apellyasiya instansiya məhkəməsi iddianı qismən təmin edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı sərhədi pozmaqla qanusuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) sökülməsi tələbinə dair ilk iddiası üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixi mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8,4 metr uzunluğunda olan hissəsinin sökülməsinə aid hissədə təmin edilmiş, üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq (3) X667260.95 Y4590618.92, (4) X 667256.76 Y 4590626.17, döngə nöqtələri 3-4 arası məsafə-8,4 metr müəyyən edilmiş hissəsi Cavabdeh hesabına sökülməsini qət etmişdir.

49. İstinad olunan yer qurluşu planından (mütəxəssisin tərtib etdiyi) aydın olur ki, apellyasiya məhkəməsinin istinad etdiyi koordinatlar ilk İddiaçı torpaq sahəsində tikilmiş tikilinin koordinatları və döngə nöqtələrinə aiddir. Nəzərə alınsa ki, qarşılıqlı iddia tələbi rədd olunmuşdur (qarşılıqlı iddiaçı məhz ilk iddiaçı tərəfindən tikilmiş tikilinin sökülməsini tələb edirdi), bu halda sökülən tikilinin ilk iddiaçıya və ya qarşılıqlı iddiaçıya aidliyi müəyyən edilməli və bundan sonra sökülməsi labüddürsə, hansı iddianın (ilk və ya qarşılıqlı) təmin olunmalı olması müzakirə edilməlidir.

50. Apellyasiya instansiya məhkəməsinin ilk iddianı qismən təmin etdiyi aydındır, lakin mütəxəssis rəyində istinad olunan döngə nöqtələrinin ilk iddiaçının torpaq sahəsində aparılan tikiliyə aid olunması güman edilərsə, bu halda ilk iddianın təmin edilərək məhz həmin iddiaçıya aid olan tikilinin sökülməsi dair qərarına gəlmək ziddiyyətli nəticə olmaqla prosessual hüquq normalarının pozulmasına şərait yaradır.

51. Digər halda hasarın sərhəddi pozmaqla tikilməsi nəticəsinə gələn məhkəmə, onun üzərində aparılan tikilinin sökülməsini mümkün hesab edir, lakin hasarın özünün sökülməsi ilə bağlı məsələni müzakirə etmir.

52. Digər tərəfdən müəyyən olunur ki, Cavabdeh hasar üzərində apardığı tikili ilk iddiaçının mülkiyyət hüququ olmayan (mütəxəssis rəyindən göstərilir ki, bu torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir) torpaq sahəsində yerləşir. İşdə olan faktlarla isə müəyyən olunur ki, həmin tikilinin qarşısında yerləşən torpaq sahəsi İlisu Bələdiyəsinə məxsus olmuş və bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi əsasında Samir Babayevə satılmşdır.

53. Məhz ilk iddiaçının müvafiq olaraq subyektiv hüququnun mövcudluğunu müəyyən etmək üçün ilkin olaraq torpaq sahəsinin kimə məxsus olması müəyyən edilməli, bunun üçün həm İlisu Bələdiyyəsi, həm də alğı-satqı müqaviləsi əsasında torpaq sahəsini əldə edən şəxsin işə cəlb olunması (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) təmin olumalı, Samir Babayevə satılan torpaq sahəsinin cavabdehin (qarşılıqlı iddiaçının) tikinti apardığı sahənin qarşısında yerləşən torpaq sahəsi olub-olmaması, həmin torpaq sahəsinin mülkiyyət hüququnun kimə məxsus olması müəyyən edildikdən sonraq ilk iddiaçının subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməli olduğu halda bunlar aydınlaşdırılmamış qalmışdır.

54. Hazırki iddiaların həlli üçün yuxarıda göstərilənlərin müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və apellyasiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadan iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir.

55. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

56. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıx arılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti r ədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

58. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

59. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

60. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

61. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iki tərəfə aid olan hüquqmüəyyənedici sənədlərə əsaslanmaqla iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 07)-26/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar