Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2812/2019 26.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı “X4” MTK-nın Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12260/2018 nömrəli iş üzrə 19 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Ə.Məmmədov) 2(011)-2533/2018 nömrəli iş üzrə 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” MTK ilə cavabdeh Əkbərli X3 ara sında imzalanmış qeyriyaşayış sahəsi haqqında 26 dekabr 2008-ci il tarixli 07 №-li müqavilənin icra edilərək iddiaçı “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 150 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdeh Əkbərli X2 verilməsi şərti ilə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 2-ci mərtəbədəki 110 kv.m sahəsi olan qeyriyaşayış sahəsinin Cavabdeh Seyidrza qızından geri alınması, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 2-ci mərtəbədəki 110 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və cavabdehin Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 2-ci mərtəbədəki 110 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.Ə.Kərimli) 2(103)-12260/2018 nömrəli iş üzrə 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “X4” MTK cavabdeh Əkbərli X2 qarşı bir qeyri-yaşayış sahəsinin cavabdehə verilməsi şərti ilə digər qeyri-yaşayış sahəsinin cavabdehdən geri alınması və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MTK ilə Cavabdeh Seyid Rza qızı arasında Bakı ş əhəri Xətai rayonu Xocalı prospekti 1181 məhəllə ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa edilən qeyri-yaşayış binasının 1 və 2-ci mərtəbə 230 kv.m mağaza sahəsinin alqı-satqısına dair 26 dekabr 2008-ci il tarixli 07 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyəri başa gəlmə qiyməti ilə müəyyən edilmiş və həmin məbləği cavabdeh nəğd yolla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək qeyri-yaşayış sahəsini cavabdehə təhvil vermiş, lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmaqdadır. İddiaçı və cavabdeh müqavilədə qeyd olunduğu kimi, tikilən binanın birinci mərtəbəsində ayrılmış 120 kv.m sahəyə, əlavə olaraq 30 kv.m verildiyi halda cavabdeh ikinci mərtəbədən ayrılmış 110 kv.m sahədən imtina edir, beləliklə cavabdeh in razılığı ilə ona əlavə olaraq 30 kv.m ayrılmışdır, lakin cavabdeh qeyri-yaşayış sahəsinin ödənişlərini etmir. Bundan əlavə cavabdeh iddiaçının razılığı olmadan etirazlarına baxmayaraq, təmir işləri aparmağa başlamışdır. İddiaçının etirazlarının əsas səbəbi eyni zamanda ondan ibarət olmuşdur ki, cavabdeh səhvən ona ayrılmış sahədə yox, qonşu sahədə təmir işləri aparır. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına dalələt edir. İddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən, “xxxx” MTK ilə cavabdeh Əkbərli X3 arasında imzalanmış qeyri-yaşayış sahəsi haqqında 26 dekabr 2008-ci il tarixli 07 №-li müqavilənin icra edilərək iddiaçı “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 150 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdeh Əkbərli X2 verilməsi şərti ilə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 2-ci mərtəbədəki 110 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh Seyidrza qızından geri alınması, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 2-ci mərtəbədəki 110 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və cavabdehin Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında Al blok və A2 blokun ortasında yerləşən 2-ci mərtəbədəki 110 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarıl masını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “X4” MTK kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12260/2018 nömrəli iş üzrə 19 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasına iddiaçı “X4” MTK-nın direktoru Hikmət Yıgitdöl kassa siya şikayətindən imtina barədə ərizə göndərərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12260/2018 nömrəli iş üzrə 19 noyabr 2018ci il tarixli qətnaməsindən iddiaçı “X4” MTK-nın direktoru Hikmət Yıgitdölün kassasiya şikayətindən imtinası qəbul edilməli, işin kassasiya instansiyasında icraatına xitam verilməlidir. Belə ki, iddiaçı “X4” MTK-nın direktoru Hikmət Yıgitdölün ərizəsindən görünür ki, o, cavabdeh Əkbərli X3 ilə aralarında razılıq əldə etdiyindən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12260/2018 nömrəli iş üzrə 19 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya insta nsiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. İş materiallarından görünür ki, işdə iştirak edən digər şəxslər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “X4” MTK-nın direktoru Hikmət Yıgitdölün ərizəsi təmin edilərək, kassasiya şikayətindən imtinanın qəbul edilməsi və kassasiya instansiyasında icraata xitam verilməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, iddiaçı “X4” MTK-nın direktoru Hikmət Yıgitdölün ərizəsi təmin edilməli, kassasiya şikayətindən imtina qəbul edilməli, kassasiya instansiyasında icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “X4” MTK-nın direktoru Hikmət Yıgitdölün ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12260/2018 nömrəli iş üzrə 19 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı “X4” MTK-nın direktoru Hikmət Yıgitdölün verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2812/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2812/2019
26.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver