Məhkəmə qərarları › İş №2(102)-2812/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2812/2020

21.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2812/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhk əməsinin (hakim V.Hacıyev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilinə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və həmin mənzilin 151.000 manat pay haqqının tam ödənilməsinə dair xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 10,40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən F.Talışinski, hakimlər R.Eyvazov və Z.Əliyev) qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” MMC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin və mali yyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” MMCnin direktoru R ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən “xxxx” MMC mənzilini payçıya verməyi, payçı Cavabdeh1 isə 1 kv.m-nin dəyəri 1008 manat olmaqla, cəmi 151.000 manat pulu “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni “xxxx” MMC-nin direktoru R və payçı Cavabdeh1 imzalamışlar və “xxxx” MMC-nin möhürü vurulmuşdur. mənzilinin hal-hazırda Cavabdeh1 qanuni sahibliyində və istifadəsindədir. “xxxx” MMC tərəfindən inşa edilmiş binanın s akinləri ümumi yığıncaqlarda payçılardan hər 1 kv.m. görə 50 manat pul vəsaitinin yığılmasına və həmin məbləğdən binanın liftin, qapıların, pəncərələrin və digər təmir işlərinin aparılmasına qərara gəlmişlər. Cavabdeh1 onun payına uyğun hesablanmış 7.485 manat pul vəsaitindən artıq 6.300 manat pulun bina sakinlərinin maliyyə işləri ilə məşğul olan X3 vermişdir. Sakinlərin vəsaiti hesabına binanın tikintisi başa çatdırılmışdır. “xxxx” MMC-nin direktoru R tərəfindən imzalanmış və “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, “xxxx” MMC-yə məxsus mənzilinin ümumi pay dəyəri 151.000 manat təşkil edir. Payçı Cavabdeh1 tərəfindən ümumi pay dəyəri 151.000 manat xx.xx.2013-cü il tarixdə ödənilmişdir, borcu yoxdur. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi - mənzilinə dair “xxxx” MMC ilə X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzil üzrə pay haqqının hər birinin 1/2 olmaqla, Cavabdeh2 ilə Cavabdeh1 arasında bərabər bölünməsi” hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mənzilin üzrə pay haqqının hər birinin 1/2 olmaqla, Cavabdeh2 ilə Cavabdeh1 məxsus olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzil üzrərində hüquqlarının olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edildiyinə görə, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən həmin müqavilənin və maliyyə arayışının etibarlılığının mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğ u gündən bir il ərzində əqdi mübahisə edə bilər. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə əsasən Mülki Məcəllənin 354-cü maddəsində qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə olan halda Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunu n həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qeyd olunanlardan göründüyü kimi Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət kəsici müddət olduğundan məhkəmələr tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq tətbiq edilir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar