Məhkəmə qərarları › İş №2(102)-2815/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2815/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2815/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviç və X20 oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11643/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-1969/2018) İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 ilə Cavabdeh2 arasında 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə dair xx xxxxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin və onun əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın, Cavabdeh2 ilə X8 arasında 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş yuxarıda göstərilən mənzilin alqı-satqısına dair xx xxxxxx 2016-cı il tarixli müqavilənin və onun əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın, X8 ilə X12 arasında bağlanmış Bakı şəhəri 3 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş yuxarıda göstərilən mənzilə dair xx xxxx 2017-ci il tarixli müqavilənin və onun əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın, X12 ilə Hüseynova Cəmilə Şamil qızı, Bank “xxxx” ASC-nin “Premium” filialı və X15 arasında bağlanmış 29 saylı X17 təsdiq edilmiş yuxarıda göstərilən mənzilə dair xx xxxxxx 2017-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin və onun əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, həmin mənzilin İddiaçı İKB-nin yüklülüyünə qaytarılmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn, iş № 2(103)1590/2019) cavabdehlərin apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla X7 108.561,66 manatın Bank “xxxx” ASC-yə, X7 147.438,34 manatın tutula raq Na ödənilməsi, X4 120.000 manat tutularaq X11 ödənilməsi, Cavabdeh2 Yusuf qızından 130.000 manat tutularaq X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyeva, iş № 2(102)4263/2019) cavabdeh Bank “xxxx” ASC-nin və cavabdehlər X9, X5, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri qismən, cavabdeh N qızının kassasiya şikayəti isə tam təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışınski) cavabdehlə rin apelyasiya şikayətləri təmin olunaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı KB ASC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh1 və qeyrilərinə qarşı iddiası təmin edilərək cavabdeh “xxxx” MMC-dən cəmi 688.722 manat məbləğində borcun bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə, o cümlədən Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilməklə mübahisəli mənzil hərraca çıxarılmış və xx xxxxxxxx 2013-cü il tarixdə keçirilmiş hərracda mənzil X13 135.000 manata satılmış və əldə olunmuş vəsait hesabına bankın xeyrinə tutulmalı olan borcdan 118.671 manat ödənilmişdir. Eyni zamanda bankın məktubuna əsasən mənzil üzərində ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. Lakin Cavabdeh1 hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx xxxxxxxx 2013-cü il tarixli hərracın nəticələri etibarsız hesab edilmişdir. Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə mübahisəli mənzili arvadı Cavabdeh2 Yusuf qızına bağışlamış və xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh2 tərəfindən 130.000 manata X1. Bundan sonra Cavabdeh3 tərəfindən mənzil xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 120.000 manata X2, xx xxxxxx 20 17-ci il tarixdə mənzil M.M.Məcidov tərəfindən 256.000 manata C.Ş.Hüseynovaya satılmış və mənzil hazırda onun mülkiyyətindədir. 2018-ci ilin yanvar ayında İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, X8, N qızı, Bank “xxxx” ASC və X16 qarşı iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin hərracdan satılıb əldə olunmuş vəsait hesabına İddiaçı İKB ASC-yə olan borcun qismən qaytarıldıqdan sonra Cavabdeh1 hərracın nəticələrinin etibarsız sayılmasına nail olmaqla mənzili arvadına bağışlamasını və onun da mənzili başqasına satmasını, ondan sonra isə mənzilin bir neçə dəfə başqabaşqa şəxslərə satılmasını, həmin müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmasını və s. əsas göstəməklə Mülki Məcələnin 337.1-ci maddəsinin t ələbinə müvafiq olaraq bağışlama və alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş Reyestrdən Çıxarışların etibarsız hesab edilməsi, mənzilin İddiaçı İKB ASC-nin yüklülüyünə qaytarılmasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” ASC (əvvəlki İddiaçı İKB ASC) kassasiya şikayəti verərək mübahisəli mənzilin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin icrasından yayınmaq məqsədi ilə özgəninkiləşdirilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiy a şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər C.Hüseynovanın və Bank “xxxx” ASC-nin vəkilləri isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamənin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilib iddianın həmin hissədə təmin olunması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından göründüyü kimi bank tərəfindən irəli sürülmüş iddia tələbində mübahisəli mənzilə dair bağlanmış həm bağışlama müqaviləsinin həm də alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələb olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddianı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə əsaslı sayarkən mübahisəli mənzili alanların vicdanlı alıcı olmalarına əsaslanmış, bağışlama müqaviləsinin etibarsız sayılmasına dair tələbi rədd edərkən isə hesab etmişdir ki, alqı-satqı müqavilələrinin etibarsız sayılması tələbinin rədd olunması fonunda bağışlama müqaviləsinin qanuni olubolmaması məsələsi özü-özlüyündə əhəmiyyətini itirmiş olur. Çünki iddianın həmin hissədə həllindən asılı ol mayaraq mənzil hazırda qanuni əsaslarla başqasının mülkiyyətində olduğundan iddiaçının müvafiq tələb hüququ mövcud deyildir. Məhkəmə kollegiyası bu zaman həmçinin mənzilin satılan zaman Cavabdeh1 mülkiyyətində olmaqla onun üzərində sərəncam verilməsinə mane ola biləcək heç bir halın olmamasını nəzərə almışdır. Kassasiya kollegiyası mənzili alqı-satqı müqavilələri əsasında əldə etmiş şəxslərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən vicdanlı əldə edən olmaları barədə apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə həmin hissədə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl edilməklə çıxarıılmışdır. Bağışlama müqaviləsinin etibarsız sayılması tələbini rədd edərkən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ni qanunun tələbinə uyğun əsaslandırmadığından, kollegiya qətnaməni həmin hissədə qanunsuz və əsassız sayır və hesab edir ki, mübahisə həmin hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun həll edilməmişdir. Müəyyən olunduğu kimi, mübahisəli mənzil Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsinin icrası qaydasında hərracdan satılmış və əldə olunmuş vəsait hesabına banka olan borcun bir qismi ödənilmişdir. Lakin buna baxmayaraq kredit müqaviləsi üzrə borclu “xxxx” MMC-nin banka ödənilməmiş borcu qalmışdır. Belə vəziyyətdə, Cavabdeh1 tərəfindən hərracın nəticələrinin etibarsız hesab olunduqdan sonra onun həmin mənzili arvadı Cavabdeh2 sonradan başqasına satılmaq məqsədi ilə bağışlaması xx xxxxxx 2010-cu il tarixli qətnamənin icrasından yayınmaq məqsədi daşımışdır. İşdən görünür ki, mübahisəli mənzilin bağışlanması barədə müqavilə xx xxxxxx 2016-cı il tarixdə bağlanmış, xx xxxxxx 2016-cı il tarixdə isə, yəni 6 gündən sonra mənzil Cavabdeh2 tərəfindən X6 130.000 manata satılmışdır. Bundan başqa, işdən görünür ki, mübahisəli mənzil açıq hərracdan X3 və hərracın qanun pozuntusu ilə keçirilməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli qətnaməsi ilə hərracın nəticələri etibarsız hesab olunduqdan sonra N mənzilə görə ödədiyi pulun qaytarılması barədə məhkəmədə iddia qaldırmış və Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Nun iddiası qismən təmin edilərək mənzilə görə ödədiyi pul məbləği inflyasiya nəticəsində ona dəymiş ziyanla birlikdə - cəmi 187.080,71 manat İddiaçı İKB ASC –dən onun xeyrinə tutulmuşdur. Hərracın nəticələri etibarsız hesab edildikdən sonra yenidən hərrac keçirilməklə mənzilin satılıb əldə olunmuş vəsaitin hesabına ödənilməli olmasına baxmayaraq Cavabdeh1 mənzili bağışlamaqla məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş ziyanın həmin mənzil hesabına ödənilməsinə əngəl yaratmışdır. Mübahisəli mənzil hərracdan satıldıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.4-cü maddəsinin tələbinə müvafiq olaraq ipotekaya xitam verilmiş hesab olunsa da, sonradan hərracın etibarsız hesab olunması və mənzilin satılmasına görə banka ödənilmiş pul vəsaitinin geri alınması ilə əlaqədar bank ipoteka müqaviləsinə əsasən mənzili yenidən keçiriləcək hərracdan satılmasını tələb etmək hüququnu özündə saxladığından və faktiki olaraq ziy anın tutulmasının mənzilin hesabına ödənilməsi barədə qətnamənin icrası təmin olunmadığından, Cavabdeh1 mənzili arvadına bağışlamaqda haqlı olmamış və bununla Mülki Məcəllənin tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar müəyyən olunmuş şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göstərilənlərlə əlaqədar kollegiya bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinin rədd olunmasına dair hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qanunsuz və əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edi b apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar iş üzrə yeni qərar qəbul olunmasına imkan verdiyindən, kollegiya hesab edir ki, bankın şikayəti qismən təmin olunmaqla qətnamə bağışlama müqaviləsinə aid hissədə ləğv edilərək iddianın həmin hissədə təmin, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı İKB ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı ünv an 2 ünvanında yerləşən 42 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin. Bankın iddiası həmin hissədə təmin edilsin və xx xxxxxx 2016-cı il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar