Məhkəmə qərarları › İş №2(102)-2815/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2815/2021

31.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2815/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı Şəhəri 39 saylı Notariat Kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi, mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X5, Cavabdeh2, onun vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7475/2020 nömrəli iş üzr ə 05 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X16 məxsus olmuşdur. O, 14.07.1985ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 4 övladı qalmış, övladlarından ikisi vəfat etmişdir. Sağ qalan vərəsələr Cavabdeh1 və Cavabdeh2dur. Miras qoyanın oğlu X6 29 may 2018-ci il tarixdə vəfat etmişdir. O, İddiaçı (bundan sonra – iddiaçı) atasıdır. Bakı Şəhəri 39 saylı Notariat Kontoru tərəfindən verilmiş 08 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 14.07.1985-ci il tarixdə ölmüş X17 vərəsələri Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanın da yerləşən fərdi yaşayış evindən (bundan sonra – miras ev) bərabər payda irs almalıdırlar. Bakı Şəhəri 39 saylı Notariat Kontoru tərəfindən verilmiş 09 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 29.05.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi – İddiaçı atasının mirası olan 2010-cu il buraxılışlı, X28 markalı, ** LZ *** dövlət nömrə nişanlı avtomobildən tam şəkildə pay hüququ almalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı Şəhər 39 saylı Notariat Kontoruna (bundan sonra – Notariat Kontoru) qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 verilmiş 18 avqust 2018-ci il tarixli, 2V-81 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras evdə ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras ev onun babası X17 mülkiyyətində olmuşdur. X3 babasının sağlığında və vəfat etdikdən sonra da həmin evdə yaşamışdır. Atası miras qalmış əmlakı faktiki qəbul edərək, ondan vəfat edənə qədər istifadə etmişdir. Atasından qalmış miras əmlaklar onun tərəfindən qəbul edilmiş, vərəsəlik haqqında şəhadətnamə alınmışdır. Bir ay əvvəl isə miras evin sənədləşdiriməsi ilə əlaqədar Notariat Kontoruna müraciət etmişdir. Lakin məlum olmuşdur ki, Notariat Kontorunda vərəsəlik işi açılmış, bibisi Cavabdeh1 və əmisi Cavabdeh2 adına vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Lakin Notariat Kontorunda vərəsələrin əhatəsi müəyyən edilməmişdir. Cavabdehlər Cavabdeh1 v ə Cavabdeh2 atasının da vərəsə olmasını, mirası faktiki qəbul etməsini Notariat Kontorundan gizlədərək, atasının vəfat etməsindən istifadə edərək, öz adlarına vərəsəlik şəhadətnaməsi almışlar. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, miras ev atası X18 məxsus olmuş, hələ atasının sağlığında və vəfat etdikdən sonra həmin evdə bacısı xxxxx və o, ailə üzvləri ilə birgə yaşamışlar. İddiaçının atası (onun qardaşı) xxxxx hələ atasının sağlığında, 1979-cu ildə evdən qeydiyyatdan çıxmış, ailəsi ilə başqa yerə köçərək özünə məxsus evdə yaşamışdır. Atası vəfat etdikdən sonra bacısı xxxxx və o, faktiki olaraq mirası qəbul etmişlər və idarə edirlər, qardaşı xxxxxx isə miras açıldıqdan sonra nə mirası qəbul etmiş, nə də mirasın qəbul edilməsi üçün Notariat Kontoruna müraciət etmişdir. İddiaçının yaxşı imkanı var və onun hazırkı miras əmlaka ehtiyacı yoxdur. Cavabdeh1 da iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşıdır. Özü və qardaşı uşaqlıqdan miras evdə yaşamışlar. Ev babası X22 məxsus olmuşdur. X1 babasının ölümünən sonra miras əmlak sayılan evdə yaşamışdır. Onlar məktəbə də həmin evdən getmişlər. Şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, tərəflərlə qonşudur. X2, yəni iddiaçının atası ilə qonşu olmuşlar. Sonuncu 1977-ci ildən 2002-ci ilə qədər miras evdə yaşamışdır. Oğlu xxxxx həmin evdə doğulmuş, 2-3 il bundan qabaqkı dövrə qədər orada yaşamışdır. Həmin evi o təmir etmişdir. Şahid qismində dindirilən xxxxxxxxxx oğ lu ifadəsində göstərmişdir ki, 30 ildir ki, tərəflərlə qonşudur. X2 miras evdə əvvəl yaşamamışdır. X9 öləndə orada yaşamışdır. XXX öləndə demişdir ki, həmin ev onun qardaşı və bacısınındır. xxxxx özünün Ərəblinka qəsəbəsində evi vardır. xxxxxx orada yaşamışdır. xxxxx atasının yasında da iştirak etmişdir. Şahid qismində dindirilən X19 ifadəsində göstərmişdir ki, 1950-ci ildən tərəflərlə qonşudur. Atası öləndə xxxxx miras evdə yaşaması yadında deyil. xxxxx atasının yasında iştirak etmişdir. xxxxx həmin evdə gecələr qalıb. 30 ildir ki, orada qalmır. X25 dağılandan qabaq orada yaşamışdır. xxxxevlənmiş və həmin evdə yaşamışdır. xxxxxxxxd 68 saylı orta məktəbdə oxumuşlar. Uşaqları valideynləri ilə qalmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0 08)-6158/2019 nömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 18 avqust 2018-ci il tarixdə verilmiş 2V-81 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı, Cavabdeh1, Cavabdeh2 payları 1/3 hissədə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyanın 29.05.2018-ci i tarixdə vəfat etmiş övladı X6, digər bacısı Cavabdeh1 və qardaşı Cavabdeh2 birinci növbədə vərəsə kimi birlikdə miras əmlakda yaşayaraq, faktiki sahiblik etmişlər. X4 ölümündən sonra oğlu İddiaçı (iddiaçı) da qanun üzrə birinci növbədə vərəsə kimi miras əmlaka faktiki sahiblik etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum atası mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmiş, onun X14 vəfatından sonra həmin ünvanda yaşaması, övladlarının həmin ünvanda yerləşən məktəbə getməsi, bu halın şahid ifadələri ilə təsdiq olunması ilə müəyyən edilir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı, babası X24 vəfat etdiyi üçün atasının qanun üzrə vərəsəsidir. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya sı məhkəməsi) 2(103)-1247/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmiş, qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və kifayət qədər araşdırma aparmaqla əsaslı və qanuni qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məh kəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4229/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi babası X30 miras qalmış evdə olan payın atası xxxxxx tərəfindən qəbul edilməsinə əsaslanır. Belə olan halda sözügedən mirasın iddia çının atası tərəfindən qəbul edilməsi və mülkiyyətinə keçməsi halını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmələr sözügedən qəbul faktı ilə bağlı nəticəyə gələrkən şahid ifadələrinə əsaslanmış, lakin şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi üçün zəruri olan hallar nəzərə almamışdır. Belə olan halda, şahid ifadələri mirasın qəbulu faktı ilə bağlı yekun qənaətə gəlmək üçün kifayətedici sübutlar sayıla bilməz. Həmin ifadələr işdəki digər sübutlarla birlikdə əlaqəli şəkildə qiymətləndirilməli, mübahisəli faktın təsdiq, yaxud inkar etməsi baxımından onların mötəbər və kifayət olub-olmamasına əsaslandırılmış hüquqi qiymət verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 175.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş cavabdeh 39 saylı Notariat Kontorunun notariusu X11 izahatında bildirmişdir ki, ailəni, yəni iddiaçı və cavabdeh tərəfi yaxından tanıyır. İddiaçının atası tərəfindən miras evin faktiki olaraq qəbulundan və vərəsə olduğundan məlumatlı olub. Çünki, miras qoyan vəfat etdikdən sonra iddiaçının atası həmin ünvanda yerləşən evlərdən birində ailəsi və uşaqları ilə birgə yaşamışdır. Bunu iddiaçının atası ilə şəxsi münasibətləri olduğu üçün dəqiq bilib. Buna baxmayaraq, miras evə dair yalnız cavabdehlərə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Buna görə, yəni digər vərəsənin olduğunu nəzərə almadığına görə də, rəhbərliyi tərəfindən cəzalandırılmışdır. İşin apellyasiya icraatı zamanı iddiaçı iddia tələbində göstərdiklərinə əlavə olaraq bildirmişdir ki, miras evin yerləşdiyi həyətdə 3 ayrı tikili mövcuddur. Tikililərdən birində həmişə onların ailəsi yaşamışdır. Sonradan isə qardaşı evləndikdən sonra ailəsi ilə birgə həmin evdə yaşamışdır. Məktəbi bitirənədək həmin evdən məktəbə getmişlər. Onların yaşadığı evdə cavabdehlərə aid heç bir əşya yoxdur. Atası tərəfindən yaşadıqları evin qarşısında artırma işləri də görülmüşdür. Həmin evin açarları da ondadır. Digər tikilidə isə bibisi yaşayır. Əmisi xxxxxxn isə orada yaşamır. Babası öldüyü vaxtdan atası və onlar həmin evdə yaşamışlar. Mübahisəli ünvana apellyasiya instansiyası məhkəməsi tərəfindən yerli baxış zamanı cavabdehlərin hər ikisi 1985-ci ildə ataları vəf at edərkən qardaşları xxxxxxbütün yas mərasimlərində iştirak etməsini, eləcə də artıq ataları vəfat etdiyi üçün həyətdəki evlərin birində ailəsi ilə birgə uzun müddət yaşadığını təsdiq etmişlər. Belə ki, Cavabdeh2 hətta yas mərasimindən sonra qardaşı xxxxx kirayədə yaşadığına görə ona qayıdıb ata evindəki tikililərin birində yaşamasını təklif etdiyini, bundan sonra qardaşı xxxxxx ailəsi ilə birgə mübahisəli ünvandakı tikililərin birində ailəsi və uşaqları ilə uzun müddət yaşamasını təsdiq etmiş, lakin sonradan qardaşının yenə də anası ilə problemləri olduğuna görə yenidən evdən getdiyini bildirmişdir. İddiaçının və qardaşının da orta məktəbə miras evdən getdiklərini təsdiq etmişdir. Yerli baxış zamanı, həmçinin müəyyən olunmuşdur ki, həmin həyətdəki tikililərdən birinin açarı iddiaçı tərəf də olmuşdur. Digər tikililərdən ayrı olan, eləcə də ayrıca 2 otağı və sanitar qovşağı olan həmin tikiliyə baxış zamanı orada cavabdehlərə aid hər hansı bir əşyanın olmadığı, yalnız iddiaçı tərəfə aid əşyaların olduğu təsdiq olunmuşdur. Yerli baxış zamanı iddiaçı yaşadıqları həmin tikilinin qarşısında atasının əlavə tikinti (artırma) inşa etdirdiyini bildirmiş və bunu cavabdeh tərəf də inkar etməmiş, yalnız bunun özbaşına inşa olduğunu söyləmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-7475/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəm ə MPM-in 420-cı maddəsinin tələbi baxımından kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq, MPM-in 217.2-ci maddəsinə istinadla belə nəticəyə gəlmişdir ki, miras qoyan X27 14.07.1985-ci il tarixdə öldüyündən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, 1964-cü ildə qəbul edilmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinə (bundan sonra – əvvəlki Mülki Məcəllə) uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etmişdir, hər iki Mülki Məcəllənin tələbinə görə, iddiaçının atasının babasının vəfatından keçən müddət ərzində mübahisəli evdə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtınd a rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə ailə üzvləri ilə birgə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi, yaxud bunun üçün notariusa və ya məhkəməyə müraciət edilməli olması dəlili əsaslı hesab oluna bilməz. Bundan əlavə, iddiaçının atası doğulduğu vaxtdan mübahisəli miras evdə yaşamışdır. Bu, işin mübahisələndirilməyən halıdır, yəni cavabdeh də bu faktı təkzib etmir. Mübahisələndirdiyi hal isə odur ki, iddiaçının atası 1979-cu ilədək mübahisəli miras evdə yaşamış, lakin atası ilə mübahisə etdiyi üçün həmin ildə evdən və qeydiyyatdan çıxmış, başqa yerdə yaşamışdır. Lakin mübahisəli ünvandakı miras əmlaka yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçının atası ailəsi ilə birlikdə miras qoyanın vəfatından dərhal sonra mübahisəli ünvandakı tikililərdən birinə köçərək orada ailə üzvləri ilə birlikdə uzun müddət yaşamışdır. Bu isə onun bilavasitə mirası qəbul etməsini təsdiq edir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının atasının miras qoyan öldüyü vaxt miras evdə qeydiyyatda olmaması miras əmlakı faktiki qəbul etmədiyinə dəlalət edə bilməz. Çünki, qeydiyyatın başqa ünvanda olmasının mirasın faktiki qəbuluna hər hansı bir təsiri yoxdur. Qeydiyyat dövlətlə onun ərazisində yaşayan şəxslər arasında olan münasibətləri tənzimləmək üçün nəzərdə tutulan inzibat i xarakter daşıyan bir aktdır. Ona görə də, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin 2293 nömrəli, 08.08.2018-ci il tarixli arayışında miras qoyanla birlikdə həmin ünvanda qeydiyyatda olan şəxslər sırasında iddiaçının atasının qeyd edilməməsi mirasın faktiki qəbul edilməsini qətiyyən istisna etmir. Məhkəmə öz mövqeyini əvvəlki Mülki Məcəllənin 552-ci, qüvvədə olan Mülki Məcəllənin 1243-cü, MPM-in 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması ba rədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, miras açılan zaman iddiaçının atasının miras evdə yaşamasını təsdiq edən heç bir sübut yoxdur. 1979-cu ildə şəxslərin evdə qeydiyyatda olmaları onlar üçün hüquq yaradırdı. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qeydiyyatla bağlı mövqeyi əsassızdır. Ali Məhkəmənin göstərişindən sonra apellyasiya məhkəməsi heç bir sübut müəyyən etmədən təkrar qanunsuz qətnamə çıxarmışdır. Bundan başqa, məhkəmə mirasın qəbulu ilə bağlı mübahisə açılması üçün müddət məsələsini müzakirə etməmişdir. Halbuki, apellyasiya şikayətində Mülki Məcəllənin 1272-ci maddəsinin pozulduğu qeyd olunmudur. Məhkəmənin istinad etdiyi Mülki M əcəllənin 1243-cü maddəsi cavabdehlərə aiddir. Miras qəbul etməyən şəxsə münasibətdə həmin normanın tətbiqi qanunsuzdur. Məhkəmə bununla mülki hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə yalnış şahid ifadələrinə istinad edərək, mirası qəbul etməyən, notariusa müraciət etməyən, yaxud mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəmə mübahisəsi açmayan şəxsi vərəsə hesab etmiş, dəqiq və mötəbər olmayan şahid ifadələrini qanunsuz olaraq sübut kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 1243.2, MPM-in 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak e dən kassator və vəkili ayrı-ayrılıqda şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə Kontorun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq əvvəlki Mülki Məcəllə (1964-cü il redaksiyası). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (maddə 552). Mülki Məcəllə (hazırda qüvvədə olan) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayət ində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7475/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar