Məhkəmə qərarları › İş №2(102)-2816/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2816/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2816/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 qəyyumu İddiaçı2 cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: şəxsin anlaqsızlığı, kredit müqaviləsinin etibasız hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı1 qəyyumu İddiaçı2 və onun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-187/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətna məsindən İddiaçı1 qəyyumu İddiaçı2 və cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya Bank) ilə İddiaçı1 arasında 11.08.2009-cu il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən sonuncuya 20 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bankla İddiaçı1 arasında bağlanmış 07.01.2015-ci il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 300000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə 05.05.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, müqav ilə Salyan Rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0,006 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 2 otaqlı, 24.8 kv.m yaşayış sahəsi, 84.1 kv.m yardımçı sahəsi, 108.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı1 07.01.2015-ci il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Salyan Rayon Məhkəməsinin 14.04.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.1969-cu il təvəllüdlü İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Salyan rayon İcra Hakimi yyəti başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 02.09.2016-cı il tarixli 23 saylı qərarı ilə İddiaçı1 arvadı İddiaçı2 qəyyumluğuna verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 qəyyumu İddiaçı2 Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı1 anlaqsız olması və cavabdehlə onun arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Salyan rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 23 saylı qərarı ilə onun qəyyumluğuna verilmişdir. İddiaçı1 “Şizofreniya paranoid Formada” diaqnozu ilə xəstədir. Onun əmək qabiliyyəti yoxdur. O, 1993-cü ildə Azərbaycanın ərazı bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Qrad” qurğusunun partlaması nəticəsində sol topuq oynağından, sağ baldır, sağ əl barmaqlarının və başından ağır qəlpə yarası ilə yaralanmış və beyin pozğunluğu baş vermişdir. O, xəstə olmaqla kənar şəxslərin himayəsi olmadan özünü idarə edə bilmir. Dəfələrlə müalicə olunmasına baxmayaraq, heç bir müsbət nəticəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 871108 saylı arayışa əsasən İddiaçı1 müddətsiz 2-ci qrup əlil hesab edilmişdir. Birinci instansiya məhkəməsinin 22.12.2016-cı il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh ilə kr edit müqaviləsinin bağlandığı tarixdə anlaqlı olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06.01.2017-ci il tarixli, 08 saylı rəyinə əsasən, İddiaçı1 cavabdeh ilə kredit müqaviləsinin bağlandığı anda, yəni 07.01.2015-ci il tarixdə öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında, yəni anlaqlı olmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-950/2017 nömrəli iş üzrə 21 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmiş, Bankla İddiaçı1 arasında bağlanmış 07.01.2015ci il tarixli, 022R********** saylı kredit razılaşması etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməs i işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı1 Bankla aralarında kredit müqaviləsinin bağlandığı 07.01.2015-ci il tarixdə öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmamış, yəni anlaqsız olmuşdur. Ona görə də, kredit razılaşmasının Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanması təsdiq edildiyindən həmin müqavilə etibarsız hesab olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 28.1, 28.8, 324.1, 324.5, 342.1, 342.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki bir inci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6077/2017 nömrəli iş üzrə 21 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Vəliyev (sədrlik edən və məruzəçi), X.Məhərrəmova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual hüquq normalarına əməl etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində göstərilən hallar əsassız olmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instan siyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-8106/2017 nömrəli iş üzrə 21 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər – A.Kalbalıyev (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yalnız ekspert rəyinə istinad edərək Bankla aralarında bağlandığı tarixə İddiaçı1 öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə qeyd etmişdi r ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspert rəyinin məhkəmə üçün məcburi olmamasına və rəyin işin digər halları ilə yanaşı hüquqi qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə diqqət yetirməmiş, iddianın əsası kimi istinad edilən hallara, həm də apellyasiya şikayətinin dəlillərinə lazımi qaydada müfəssəl hüquqi qiymət verməmişdir. Məhkəmə öz mövqeyini MPM-in 88, 103.1, 103.2, 206.1, 217.1, 217.2, 218.1-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşin yeni apellyasiya icraatı zamanı təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06.06.2018-ci il tarixli, 910 saylı rəyinə əsasən, İddiaçı1 şizofreniya paranoid forma, psixi qüsur vəziyyəti xroniki ruhi xəstəlik müəyyən edilmişdir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və hal-hazırkı müayinənin nəticələri - uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə psixiatriya stasionarında müalicə olunması, 2005-ci ildə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozunun müəyyən edilməsi, uzun müddət stasionar və ambulator müalicə qəbul etməsinə baxmayaraq psixi vəziyyətində yaxşılaşmanın qeyd olunmaması, xəstəliyinin dinamik inkişafı nəticəsində psixi qüsur vəziyyətinin formalaşması, 04.03.2016cı il və 06.01.2017-ci il tarixlərdə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizaları zamanı “Şizofreniya paranoid forma psixi qüsur vəziyyəti” diaqnozunun müəyyən edilməsi, həmçinin hazırkı müayinə zamanı, təfəkkür ünün ləngiməsi, eşitmə hallüsinasiyalarının müəyyən edilməsi, təqib sayıqlama ideyalarının qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının solğunluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İddiaçı1 xroniki psixi xəstəliyinin dinamikası belə qənaətə gəlməyə əsas verir ki, o, 07.01.2015-ci il tarixdə 022R********** saylı müqaviləni imzalayarkən etdiyi hərəkətlərin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum, yəni anlaqsız olmuşdur. 07.01.2015-ci il tarixli 022R********** saylı müqaviləni imzaladığı zaman İddiaçı1 öz hərəkətlərinin mənasını dərk etmədiyindən fəaliyyət qabiliyyətsiz hesab edilməlidir. İddiaçı1 xroniki psixi xəstəliyinin gedişatı (dinamikası) onun 07.01.2015-ci il tarixdən sonrakı dövrdən hal-hazıradək öz hərəkətlər inin mənasının dərk etməsini mümkünsüz etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2387/2018 nömrəli iş üzrə 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və S.Hacıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-cı maddəsinin tələbindən çıxış edərək, iş üzrə keçirilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 06.06.2018-ci il tarixli rəyini nəzərə almaqla belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı1 xroniki psixi xəstəliyinin gedişatı (dinamikas ı) onun 07.01.2015-ci il tarixdən sonrakı dövrdən hal-hazıradək öz hərəkətlərinin mənasını dərk etməsini mümkünsüz etmişdir. Bu da, iddianın təmin olunmasını şərtləndirir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya instansiyası məhkəməsinin 2(102)-213/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 06.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd məhkəmə tərəfindən etibarsız hesab edilirsə, o zaman əqdin tərəflərindən hər birinin aldıqlarının hamısının digər tərəfə eyni ilə qaytarmalı olması, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərinin pulla ödəməli olması məsələsini də araşdırmalı, bu məsələyə də hüquqi qiymət verməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinin məzmununu təhrif etməklə səhvə yol vermiş, cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, apellyasiya şikayətinin dəlillərini, sübutları tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.5, 342.1-ci maddələrinə istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Məhkəmə iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 14.12.2016-cı il tarixli, 23897 saylı ekspert rəyinə əsasən, İddiaçı1 07.01.2015ci il tarixli kredit müqaviləsinə əsasən 6763,67 ABŞ dolları ödəmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-187/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunaraq, Bankla İddiaçı1 arasında bağlanmış 07.01.2015-ci il tarixli, 022R********** saylı kredit müqaviləsi etibarsız hesab edilmiş və iddiaçıdan 21236,33 ABŞ dolları məbləğində pul vəsaitinin (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) alınaraq cavabdehə verilməsi qət olunmuşdur. Məhkəmə MPM-in 420-cı maddəsinin tələbindən çıxış edərək, Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, müqaviləni etibarsız hesab etsə də, etibarsızlığın nəticələrini tətbiq etməmiş, bununla da maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsinin etibarsızlığının nəticələri tətbiq edilərək, tərəflər müqavilədən əvvəlki vəziyyətə qaytarılmalı, yəni kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 6763,67 ABŞ dolları məbləğin verilmiş 28.000 ABŞ dolları kreditdən çıxılmaqla (28.0006763,67=21236,33) qalan 21236,33 ABŞ dolları iddiaçıdan alınaraq ca vabdehə verilməlidir. Qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə iddiaçının iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi etirazlara heç bir qiymət verməmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-in 88-ci maddəsinə istinad olunmuşdur. b) Cavabdehin kas sasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə tam riayət etməmiş, işi tam və hərtərəfli araşdırmamış, işin obyektiv tədqiqinə nail olmaq üçün lazım olan hər hansı tədbir görməmiş, cavabdehin təqdim etdiyi sənədlərə və sübutlara qiymət verməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə İddiaçı1 psixi vəziyyəti barədə təkrar ekspertiza keçirilməsi barədə cavabdehin verdiyi vəsatəti təmin etməmiş və bununla tərəflərin çəkişmə prinsipini pozmuşdur. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 06.06.2018 -ci il tarixli rəyi mötəbər sübut kimi qəbul olunmamalıdır. Belə ki, həmin rəydən görünür ki, ekspert yalnız İddiaçı1 hazırkı psixi vəziyyətini yoxlamışdır. Onun 07.01.2015-ci tarixli kredit razılaşmasını, 11.04.2015-ci il tarixli və 12.03.2015-ci il tarixli restrukturizasiya sazişlərini imzalayarkən, 2015-ci ilin fevral-oktyabr aylarında kredit razılaşması üzrə ödənişlər edərkən psixi vəziyyəti barədə hər hansı bir tədqiqat aparmamışdır. Ekspert 3 il 6 ay əvvəl İddiaçı1 anlaqsız olmasını necə müəyyənləşdirməsini əsaslandırmamışdır. İddiaçı1 vaxtlı-vaxtında ödəniş etməsi onun həm kredit razılaşmasını bağlayarkən, həm də müqavilə üzrə ödənişlər edərkən Bank qarşısında məsuliyyətini tam dərk etməsini sübut edir. İşə baxan məhkəmə bu halları nəzərə almamış və maddi hüquq normalarının, o cümlə dən Mülki Məcəllənin 425-ci maddəsinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə ekspert rəyinə əsaslanmaqla MPM-in 101.2 və 103-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə 04.03.2016-cı il tarixli ekspert rəyinin (həmin ekspert rəyi əsas götürülməklə İddiaçı1 məhkəmə qətnaməsinə əsasən anlaqsız hesab olunmuşdur) və hazırkı iş üzrə keçirilmiş 06.01.2017-ci il tarixli ekspert rəyinin eyni ekspert tərəfindən tərtib edildiyinə əhəmiyyət verməmiş, 04.03.2016-cı il tarixli rəylə tanış olmaq üçün işi Salyan Rayon Məhkəməsindən tələb etməmişdir. Hazırkı iddianın əsasını 04.03.2016-cı il tarixli ekspert rəyi təşkil etdiyi halda, digər ekspert rəyini başqa bir ekspert verməli idi. Sonuncu ekspert rəyində də həmin ekspert rəyinə istinadlar olmuşdur. Belə olan halda, ekspert rəyl əri iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul oluna bilməz. Beləliklə məhkəmə MPM-nin 88-ci maddəsinin kobud pozuntusuna yol vermişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, Rövşən X1 18.11.2015-ci il tarixdə 50 il müddətinə etibarnamə vermiş, həmin etibarnamə Salyan rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, İddiaçı1 etibarnaməni şəxsən notariusun iştirakı ilə imza etdiyi, etibar edənin şəxsiyyətinin müəyyən edildiyi və fəaliyyət qabiliyyətinin yoxlanıldığı notarius tərəfindən təsdiq olunmuş, etibarnamə 7E-7015 nömrə ilə reyestrdə qeyd edilmişdir. Azərbaycan Kredit Bürosundan İddiaçı1 kredit tarixçəsi barədə çıxarışa əsasən, sonuncu 11 dəfə 3 müxtəlif kredit təşkilatından kredit götürmüş, həmin kreditlərdən 9-u tam icra edilmiş, hazırda 2 g ecikdirmə krediti mövcuddur. Qeyd olunmuş faktlar, yəni başqa kredit təşkilatlarından götürülmüş kreditlər və etibarnamənin verilməsi 07.01.2015-ci il tarixdən sonra baş vermişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə, yəni 07.01.2015-ci il tarixdə və ondan sonrakı dövrdə İddiaçı1 anlaqsız olması barədə qənaət tamamilə əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı2 və vəkili ayrı-ayrılıqda iddiaçının kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümay əndəsi və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Fəaliyyət qabiliyyətli ol sa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 346.1). Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 346.2). Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır (maddə 346.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı...əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özü nün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayəti tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Cavabd eh şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Şikayətin ekspert rəylərinin əsassız olması ilə bağlı dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi v ə ya dəyişdirilməsi üçün əsas ola bilər. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, hazırkı işə baxmış əvvəlki kassasiya məhkəməsi tərkibi cavabdehin eyni məzmunlu kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşmış və məhz etibarsız əqd üzrə alınanların qaytarılması barədə məsələnin araşdırılması və bu məsələyə hüquqi qiymət verilməsi üçün işi yeni apellyasiya baxışına qaytarmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 qəyyumu İddiaçı2 və cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-187/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar