Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2816/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2633/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4 ilə X1 (bundan sonra – iddiaçı) xx.xx.2011-ci il tarixində rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Qafarova” soyadı verilmiş, nikahlarından xx.xx.2007-ci il tarixində Nailə, xx.xx.2009-cu il tarixində Nurlan, xx.xx.2016- cı il tarixində Nuray adlı uşaqları dünyaya gəlmişdir. 2. “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (bundan sonra – mübahisəli əmlak və ya avtomobil) xx.xx.2016-cı il tarixində alğı-satqı müqaviləsi əsasında A.Qafarovun adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli alğısatqı müqaviləsinə (bundan sonra – mübahisələndirilən müqavilə) əsasən o, nəqliyyat vasitəsini Cavabdeh (bundan sonra – cavab deh) satmış, avtomobil xx.xx.2018-ci il tarixində cavabdehin adına qeydiyyatdan keçmiş və ona AD 270691 nömrəli qeydiyyat şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) verilmişdir.
3. Mübahisəli əmlak cavabdeh tərəfindən xx.xx.2018 - xx.xx.2022 və xx.xx.2022-xx.xx.2032-ci illəri əhatə edən dövr üçün A.Qafarovun etibarnaməli idarəçiliyinə vermiş, avtomobil sonuncunun istifadəsində və sahibliyində olmuşdur.
4. A.Qafarov xx.xx.2022-ci il tarixində vəfat etmişdir.
5. Cavabdeh mərhum A.Qafarovun atası, iddiaçının keçmiş qayınatasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xəbəri və iştirakı olmadan keçmiş əri A.Qafarov ilə cavabdeh arasında bağlanmış mübahisələndirilən müqavilənin etiba rsız hesab edilməsi və mübahisəli əmlaka dair cavabdehin adına verilmiş şəhadətnamənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçının əri öləndən 1 həftə sonra cavabdeh onlara gələrək bildirmişdir ki, Ayazın idarə etdiyi mübahisəli avtomobil ona məxsusdur, oğlu hələ sağ olanda onu alğı-satqı yolu ilə ona vermişdir və mülkiyyətindədir. O isə cavabdehə demişdir ki, onun bundan xəbəri yoxdur və bu barədə məhkəməyə müraciət edəcək. Hal-hazırda həmin avtomobil və ona aid olan bütün sənədlər iddiaçıdadır. Əri ilə rəsmi nikahda olsalar da, mübahisələndirilən müqavilədən xəbəri olmamış, bu barədə yalnız əri öləndən sonra məlumat almışdır. Cavabdeh ərinin inamından sui-istifadə edərək əri nə məxsus avtomobili öz adına rəsmiləşdirmiş, ona bu barədə məlumat verilməmişdir. Hesab etmişdir ki, həm cavabdeh, həm də BDYP İdarəsi tərəfindən hüquqları kobud şəkildə pozulmaqla bərabər, həmin müqavilə qanunsuz olduğu üçün ləğv olunmalıdır.
8. Cavabdehin nümayəndəsi iddianın əsassızlığı və iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmiş və ərizəni belə əsaslandırmışdır ki, mübahisəli avtomobili iddiaçının və yoldaşının birgə gəlirləri hesabına alınması fikri uydurmadır, belə ki, avtomobili cavabdeh öz pulu ilə almışdır. İddiaçı özünün və yoldaşının gəlirlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, bunun əksinə olaraq cavabdehin həm işlədiyi dövrdə əmək haqqı yüksək olmuş, həm də hal-hazırda yüksək pensiya alır, bundan əlavə o ticarətlə məşğul olur və günlük qazancı 200-250 manat təşkil edir. İddiaçının yaşadığı evi və onun yerləşdiyi torpaq sahəsini də cavabdeh almışdır. İddiaçının həmin mübahisələndirilən müqavilə barədə xəbərinin olmaması barədə irəli sürdüyü fikirlər tamamilə əsassızdır. Belə ki, xx.xx.2016-cı ildə cavabdehin oğlu ilə cavabdeh arasında torpaq sahəsinin cavabdehə bağışlanması barədə müqavilə imzalanmışdır ki, hazırkı iddiaçı həmin torpaq sahəsinin cavabdehin adına bağışlanmasına etirazının olmaması barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi vermişdir. Bu da o deməkdir ki, iddiaçının həmin avtomobilin cavabdehə satılmasından da elə 2018-ci ildən məlumatı var. Həmçinin 354.2-ci maddəyə əsasən etibarsızlıq üçün iddia müddəti bir il olduğundan iddiaçı həmin müddəti ötürmüşdür, ona görə də iddia tələbi rədd edilməlidir.
9. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, notariusun cavab məktubu sübut qismində qəbul edilə bilməz. Məktub baxış iclasına təyin edildikdən sonra kabinetə yüklənilib. Əsas müraciət 25 may tarixində olan müraciətdir. 6 aylıq müddət ərzində də müraciət etməyib. Mərhumun vərəsələri tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət olunmadığı üçün iddiaçı mərhumun vərəsəsi qismində tanına bilməz. Notarius isə öz səlahiyyətlərindən kənar hərəkət edərək iddiaçıya qanunsuz məktub göndərib.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, mübahisələndirilən müqavilə görüntü üçün bağlanmış müqavilədir. Avtomobil kreditdə olub və kredit borcu Ayaz tərəfindən 2016-cı il tarixində ödənilib, avtomobil Aya zın idarəsində və sərəncamında olub. Yol polisindən alınmış məktubda avtomobilin "xxxx" ASC-də kreditdə olması qeyd olunmuşdur. İddiaçı bu halı bildikdən dərhal sonra məhkəməyə müraciət edib. Notariusa müraciət etmiş və bununla bağlı notarius rəsmi məktub verərək ərizəni qəbul etməkdən imtina edib. Qafar tərəfindən Ayaza pul ödənilməsi barədə heç bir sənəd-sübut yoxdur. Notariusun ərizəni qəbul etməməsinə maşınla bağlı sənəd tələb etməsidir. Ayaz 2022-ci ilin oktyabr ayında vəfat edib, avtomobil isə 2018-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı məhkəməyə yanvar ayında müraciət etsə də, ərizə məhkəmənin qərarı ilə rüsuma görə geri qaytarılmışdır, bu da onu göstərmişdir ki, iddiaçı müddəti ötürməmişdir.
11. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, avtomobilin 2018-ci ildən iddiaçının ərinin etibarnaməli idarəçiliyinə verildiyinə dair sənədlərin iddiaçıda olması faktı elə həmin tarixdən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair mübahisəli əqdin bağlandığının iddiaçıya bəlli olduğunu təsdiq edir – hansı ki, iddiaçının mərhum ərinə nəqliyyat vasitəsinin idarəçiliyi üçün verilmiş etibarnamənin iddiaçının evində olmasını iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Həmçinin əgər iddiaçı sözügedən avtomobilin əri tərəfindən cavabdehə satıldığını bilmirdisə, avtomobilə dair vərəsəlik hüququnun həyata keçirilməsi üçün notariusa da müraciət etməli idi ki, bunu da etməmişdir.
13. Məhkəmə hesab etmişdir k i, iddiaçı əqd barədə məlumatlı olmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə onu mübahisələndirməmişdir.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 354.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə əqdi mübahisələndirmək üçün müəyyənləşdirilən mü ddətin ötürülmüş olması barədə qanunsuz nəticəyə gəlmişdir, belə ki, bu halı müəyyən etmək üçün əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi gərəklidir. İddiaçı da bu halı onun əri öləndən 1 həftə sonra bilmiş və dərhal məhkəməyə müraciət etdiyi üçün iddia müddətini ötürülməmiş sayılır, həmçinin sənədlər həmişə avtomobildə saxlanıldığına görə iddiaçının maşının sənədlərini yoxlaması absurd görünsə də, hakim başqa cür hesab etmişdir. Bundan başqa iddiaçı qeyd etmişdir ki, məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normasını düzgün tətbiq etməmiş və mübahisələndirilən müqavilənin görünüş üçün bağlandığını nəzərə almamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2633/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.Həsənov - sədrlik edən və məruzəçi, X.Mərdanova və C.Yusifov) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli avtomobil iddiaçı ilə cavabdehin mərhum oğlunun nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır, belə ki, qanunvericilik nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, cavabdeh bunu sübut edə bilməmişdir.
19. Bundan başqa Ailə Məcəllə sinin 33.3-cü maddəsində göstərilən - əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. Belə ki, avtomobilin iddiaçının mərhum əri tərəfindən cavabdehə (ərinin atasına) satılmış olmasından iddiaçının məlumatsız olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur, xüsusilə nəzərə alınmalıdır ki, avtomobil alğı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirildikdən 2 gün sonra iddiaçının mərhum ərinin adına avtomobilə dair etibarnamə verilmiş, avtomobil daim onun istifadəsində olmuş, öldüyü günə qədər avtomobildən məhz o və ailəsi istifadə etmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, vəfat etdiyi günə qədər A.Qafarovla iddiaçının ailə münasibətləri normal olmuş, əqdin bağlan masından əvvəl və sonra onların arasında heç bir narazılıq yaşanmamış, cavabdeh avtomobildən, ümumiyyətlə, istifadə etməmişdir.
20. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri əsas götürərək hesab etmişdir ki, iddiaçı avtomobili ərinə məxsus (həmçinin özünə məxsus) əmlak hesab etməkdə haqlı olmuşdur və onun avtomobilin cavabdehin adına qeydiyyata alınmasından məlumatlı olmaması ehtimalı daha inandırıcıdır, həmçinin sözügedən avtomobil barədə bağlanmış mübahisələndirilən müqavilə müvafiq hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonrada n bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisələndirilən əqdlərə dair kəsici müddət olduğu üçün müvafiq razılığın alınmamasına görə etibarsızlıq tələblərinə tətbiq edilə bilməz. Ona görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi “iddiaçı əqdi qanunvericilikdə müəyyən olunmuş müddətdə mübahisələndirməmişdir” nəticəsinə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qanunvericilikdə əqd etibarsız olduqda tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarması nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərin dən aldıqlarına münasibətdə tətbiq oluna bilər, yəni hazırkı işin hallarından isə mübahisələndirilən alğı-satqı müqaviləsinin formal (görünüş üçün) bağlandığı, müqavilə bağlanarkən alıcının (cavabdehin) hər hansı pul vəsaiti ödəmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, kollegiya cavabdehə izah etmişdir ki, əgər o, mərhum A.Qafarova pul verdiyini iddia edirsə, həmin vəsaitin geri qaytarılması barədə ümumi əsaslarla onun vərəsələrinə (özünün də vərəsə olduğu nəzərə alınmaqla) iddia qaldırmaq hüququna sahibdir.
23. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 152.1, 222.3, 225, 324.1, 324.2, 324.4, 324.5, 337, 340.1, 354.1, 354.2, 404, 405.1, 567-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.3, 33.4-cü, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 81-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarına və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət iddia tələbinə qarşı təqdim edilmiş etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin məzmununa uyğun əsasla ndırılmış və əlavə olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrə münasibətdə qeyd edilmişdir ki, iddiaçının ərinin vəfatından sonra avtomobilin satılması üçün cavabdehə müraciət etməsi faktı təsdiq edir ki, iddiaçı mübahisə predmeti olan avtomobilin cavabdehin mülkiyyətində olduğunu bilmiş və bu səbəbdən də ona müraciət etmişdir. Yəni hazırki iddiaçının qeyd olunan avtomobilin cavabdehə satılmasından alğı-satqı vaxtından xəbəri olmuş, bu barədə nə onun özü, nə də ki, mərhum əri tərəfindən sağlığında hər hansı tələb irəli sürülməmişdir. 26. 22-ci bənddə qeyd edilmiş nəticəyə münasibətdə kassator qeyd etmişdir ki, işə baxan məhkəmə kollegiyası Yol Polis İdarəsinə müvafiq sorğular göndərməklə alğı-satqı müqaviləsi və avtomobilin satış dəyəri barədə məlumat əldə etmədən, öz m ülahizəsinə əsasən avtomobilin alğı-satqısı üçün hər hansı pul verilmədiyi qənaətinə gəlməklə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur, yəni məhkəmə kollegiyası sadəcə iddiaçının məhkəmə iclasında verdiyi ziddiyyətli izahatı əsas götürmüş və həmin izahatın hər hansı sübutla təsdiq edilmədiyinə baxmayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
27. Kassasiya şikayəti Mülki Məcəllənin 337.5, 354.2-ci, İnzibati icraat haqqında qanunun 13.1-ci, MPM-in 76, 77.1, 88, 217-ci maddələrinə və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin m übahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilirə
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin h əmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
36. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
37. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib ə vəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
39. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
40. Maddə 32.2, 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
41. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onla rdan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
42. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şi kayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd edir ki, iddiaçının hazırkı dəlillərinin qanuni əsasını təşkil edə biləcək normaların dispoziya şərtlərinin ödənildiyini sübuta yetirmək vəzifəsi onun üzərinə düş ür.
53. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Lakin cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini tam şəkildə yerinə yetirə bilməmişdir.
54. Kollegiya, bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən sübutetmə yükü düzgün bölüşdürülmüş, işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 may 2024-cü il tarixli, 2(103)2633/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.