Məhkəmə qərarları › İş №2(102)-2819/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2819/2019

29.04.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2819/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı Xnun və vəkili X1 iştirakı ilə, İddiaçı Xnun Cavabdeh qarşı “müqavilənin, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli 2(103)-10609/2018 saylı qətnaməsindən iddiaçı X və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 21.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)3996/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 21 oktyabr 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda Bakı şəhəri, Binəqədi rayonu, 9A mkr, Mir Cəlal küçəsi, ev 11, 42 saylı mənzilinə dair bağlanmış bağışlanma müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın Dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev, Məmməd Məmmədov, Elmira Nağıyeva) 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(001)-3996/2018 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı X və Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli 2(103)-10609/2018 saylı qətnaməsinin ləğv edilərək işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsasla ndırılmışdır ki, cavabdeh tərəf nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edərkən özü 09 fevral 2018-ci il tarixli iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə münasibətləri pozulmuş və ailənin qorunub saxlanılması qeyrimümkün olmuş, ona görə də boşanmaq istəyir. Məntiqlə götürəndə birgə nikah dövründə əldə olunan əmlakı, münaqişəli ailədə kimsə bağışlamaq istəməzdi. Bu ancaq aldatma və yalan vədlər əsasında ola bilərdi ki, bu hərəkətlərdə cavabdeh və onun ailə üzvləri tərəfindən həyata keçirilib. Lakin bütün olanlara baxmayaraq iddiaçı tərəf yenə də ailənin dağılmasının qarşısını almaq üçün cavabdehlə əlaqə saxlamış və hədiyyələr almışdır. Lakin cavabdeh tərəf ona hətta uşağı ilə görüşünə mane olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirər ək, izahatında göstərdi ki, iddiaçının işi ilə bağlı maliyyə problemləri olduğundan gələcəkdə bu problemin mənzilin itirilməsi ilə nəticələnməməyi üçün tərəflərin qarşılıqlı razılaşması əsasında mənzil bağışlama müqaviləsi əsasında cavabdehin adına qeydiyyata alınmışdır. Yəni dolayısı ilə cavabdeh tərəf özü də tərəflər arasında bağışlama niyyətinin olmadığını etiraf edir. Cavabdehin niyyəti əvvəlcədən aldatma və yalan vədlər əsasında olduğundan diqqəti yayındırmaq olub. Halbuki həqiqətən də iddiaçını bu təkliflə razı salmışdılar. Bu təklifin əsas mahiyyəti isə evin itirilməməsi üçün nəzərdə tutulmuşdur. İddiaçının dediyinə əsasən cavabdehin atası və anası dəfələrlə öz övladlarına ev ala bilməmələrindən gileylənmiş və bu faktı gizlətməkdən belə çəkinməmişlər. İddiaçı ailəsinə xəyanət etməyi bsə, ailəsinə qarşı nəzakətli və xoş rəftar edirsə hansı səbəbdən ev bağışlandıqdan iki ay sonra nikahın pozulması ilə bağlı məhkəməyə müraciət olunur? Təbii ki, iki ay ərzində bağışlanma müqaviləsini müvafiq dövlət orqanına təqdim edərək çıxarış alınmalı və mənzil tam olaraq cavabdehin adına keçirilməli idi. Cavabdeh apellyasiya şikayətində 1-ci instansiya məhkəməsinin qətnaməsinin nəyə görə qanunsuzdur və ləğv olunmalıdır izahını əsaslandıra bilməmişdir. Əslində bu fikir absurdur, çünki iddiaçının mülahizəsi və sübutu məhkəmə baxış zamanı işə əlavə olunan sənədlərdə öz təsdiqini tapmışdır. Onların əsasında hakim qərar çıxartmışdır. Cavabdeh tərəf isə məhkəmə prosesi vaxtı nə etiraz, nə də hər hansı bir dəlil və sübut ortaya qoya bilməmişdir. Tərəflərin izahatlarından isə məlum olur ki, i ddiaçının niyyəti mənzilin faktiki olaraq bağışlanması olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı X və vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş fak tiki hallardan görünür ki, 21 oktyabr 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən mənzil 25.10.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, bağışlama müqaviləsi bağlanmamışdan əvvəl tərəflər arasında münasibətlər yaxşı olmamış, bağışlama müqaviləsi bağlandıqdan sonra isə daha da pisləşmiş və Cavabdeh məhz müqavilə bağlandıqdan sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi də müqavilənin “iddiaç ının işi ilə bağlı maliyyə problemi olduğundan gələcəkdə bu problemin mənzilin itirilməsi ilə nəticələnməməsi üçün tərəflərin qarşılıqlı razılaşması əsasında” bağladığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatlarından göründüyü kimi, müqavilənin bağlanmasında hər iki tərəfin niyyəti mənzilin faktiki olaraq bağışlanması olmamışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığını, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyini, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmadığı qənaətinə gəlmiş, iş üzrə müəyyən etmişdir ki, 21 oktyabr 2017-ci il tarixli bağışlama müqaviləsində bağışlama hər hansı bir şərtdən asılı edilməmişdir. Tərəflər müqavilə növünü seçməkdə azad olduqları kimi həmin müqavilənin şərtlərini də müəyyən etməkdə azad olmuş və öz iradə ifadələrinə uyğun hərəkət etmiş və iddiaçı öz iradəsi ilə həmin əmlakı cavabdehə bağışlamışdır. İddiaçı tərəfindən cavabdehlə əvvəllər münasibətlərinin yaxşı olmaması, bağışlamanı təzyiqlər altında etməsi ilə bağlı sübutlar təqdim olunmamışdır. Cavabdehin bağışlama müqaviləsindən sonra nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etməsi, əqdin etibarsızlığı üçün əsas yaratmır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 390, 397.2, 666.1-ci, 337.1, 340-cı maddələrinə istinad edərək 21.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi nin etibarsızlığı üçün əsaslar müəyyən olunmadığı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən aşağıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır (Mülki Məcəllənin 666.1, 666.2 və 666.3-cü maddələri). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilmə lidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdlərin etibarsız sayılması üçün əsaslar isə Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyə tlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 339cu maddəsi). Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən bağışlama müqaviləsinə qiymət verilərkən tərəflərin bu əqdin bağlanmasına yönələn iradə ifadəsi, əqdin bağlanması ərəfəsində tərəflərin qarşılıqlı münasibəti, əqdin məqsədi ətraflı araşdırılmamışdır. Halbuki həm birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaçının işi ilə bağlı maliyyə problemləri olduğundan gələcəkdə bu problemin mənzilin itirilməsi ilə nəticələnməməyi üçün tərəflərin qarşılıqlı razılaşması əsasında mənzil bağışlama müqaviləsi əsasında cavabdehin adına qeydiyyata alındığını bildirmiş, həm də cavabdeh özü apellyasiya instansiya məhkəməsində iddiaçının vəkilinin sualına cavab olaraq bağışlama müqaviləsini bağlamaqda məqsədin iddiaçının işində hansısa problemin yaranması olduğunu bildirmişdir. Apellyasiya instansiya məhkəməsi isə qətnaməsində tərəflərin əqdin bağlanmasına yönələn iradə ifadəsini qiymətləndirərkən təmin izahatlarda qeyd ed ilənlərin iş üçün əhəmiyyətli olmasına, həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi nəticəsinə gəlinərkən məhz bu halın əsas götürülməsinə baxmayaraq, bu izahata hər hansı qiymət verməmiş, birinci instansiya məhkəməsinin bu qənaəti ilə niyə razılaşmadığını qətnamədə əsaslandırmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki halda əqdin etibarlılığını şərtləndirən ünsürlərdən biri olan, iradə və iradə ifadəsinə cavabdehin izahatında göstərilənlər əsas götürülməklə, ətraflı qiymət verilmədən əqdin etibarlı olmasına dair gəlinən nəticə qüsurludur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində t əsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yox lanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnamə si haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli və tam araşdırmasını, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Xnun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli 2(103)-10609/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən bax ılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar