Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2819/2022 15.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2630/2021 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)- 1223/2019 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. İddia çı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahilş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli, 2(105)-3029/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)- 1223/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2(102)-7988/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il t arixli, 2(105)-3029/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(105)-1177/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, İddiaçı iddiası təmin olunaraq İddiaçı və Cavabdeh arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 23.06.2017-ci il tarixli, AN-İ saylı ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 5,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2275/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli, 2(105)1177/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2630/2020 saylı qətnaməsi ilə İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019- cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı vəkili Vəkil2 Novruz oğlu həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 2(102)-1678/2022 saylı qərardadı ilə İddiaçı vəkili Vəkil2 Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2630/2021 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2630/2021 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil2 Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Şikayətin geri qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı təkrar kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün qanunla müəy yən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə təqdim etmişdir. Verilmiş kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı təkrar kassasiya şikayəti verərkən kassasiya şikayəti verilməsi müddəti ötürmüş və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmiş, bu barədə ərizə təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ərizəyə münasibət bildirməmiş, ümumiyyətlə müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmadan kassasiya şikayətini baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. MPM-nin 405 və 405.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayə ti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir. Göründüyü kimi iddiaçı qətnamədən kassasiya şikayəti vermə müddətini ötürmüşdür. MPM-nin 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə görə, bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2630/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkü n hesab edilsin və mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2819/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-2819/2022
15.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver