Məhkəmə qərarları › İş №2(102)-282/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-282/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-282/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və vəkili Məmmədov Səyyad Məhəmməd oğlunun, cavabdeh cavCavabdeh1 vəkili Aşurova Tükəzban Cavanşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)11299/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şə hər 16 saylı Notariat Kontoruna qarşı "öhdəliyin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh cavCavabdeh1 ilə aralarında Bakı şəhəri 16 saylı Notariat Kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” icrasına həmin müqavilədə nəzərdə tutulmuş öhdəlik tərəfindən tam şəkildə icra edildiyi üçün xitam verilməsi barədə qətnamənin çıxarılmasını, həmçinin cavabdehlər cavCavabdeh1 və Bakı şəhəri 16 saylı Notariat Kontorunun əməkdaşları barədə xüsusi qərardadın çıxarmaqla prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci il tarixdən biznes fəaliyyəti ilə məşğuldur. Cavabdeh cavCavabde h1 biznes fəaliyyəti ilə əlaqədar tanımışdır. Cavabdehlə birgə biznes fəaliyyətləri olmuşdur, biznesə başladıqları ilk dövrdə Cavabdeh1 cavmüştərək fəaliyyətlər üçün təxminən 147.200 manat pul qoymuşdu. Birgə biznes fəaliyyətləri alınmadığı üçün cavabdeh cavCavabdeh1 biznesə qoyduğu pulunu ondan aylıq faizi ilə tələb etməyə başladı, o, onunla razılaşmasa da, onu müəyyən təzyiqlərlə ona aylıq 5% olmaqla pul ödəməyə məcbur etdirdi. Sonradan o, ona aylıq faiz ödəməyi dayandıraraq ona borc müqaviləsi bağlamağı təklif etdi, cavabdeh bu təkliflə razılaşdı və onunla Bakı şəhəri 16 saylı Notariat Kontorunda xx xxxxxx 2015-ci il tarixdə “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağladılar.Həmin müddətdən başlayaraq o, dövrü olaraq müqavilədə nəzərdə tutulan borcunu hissə-hissə Cavabdeh1 Kə ngərliyə ödəməyə başlamışdır. Hər dəfə cavabdehə pul verəndə müqavilədə müvafiq qeyd aparırdılar. Sonuncu dəfə axırıncı borcunu ödəmək üçün Cavabdeh1 Kəngərliyə zəng vuraraq onu müqavilə bağladıqları Notariat Kontoruna dəvət etdi. xx xxxxxx 2018-ci il tarixdə o, notariat kontoruna oğlu ilə birlikdə getmişdir. O, Cavabdeh1 Kəngərlinin qalan borcunu ona vermək istədi və ondan müqaviləyə imza etməsini xahiş etdi. Müqavilənin ləğvi barədə sənəd tərtib edən notariat kontorunun Vüqar adlı əməkdaşı dedi ki, müqavilə ləğv edildiyi üçün müqavilədə müvafiq qeyd aparmağa ehtiyac yoxdur, ərizə yazsınlar, kifayətdir. O, müqavilənin ləğv edilməsi barədə ərizə yazdı, notarius həmin ərizəni təsdiq etdi və bu barədə reyestr kitabında müvafiq qeyd apardı və ona imza etdirdi. Cavabdeh1 cavdə müvafiq ərizə ya zdı, lakin, şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün notarius onun ərizəsini təsdiq etmədi. Ona görə də o, pulu Cavabdeh1 Kəngərliyə vermədi. Lakin,vəsiqəsini gətirib notariusa təqdim edəcəkdir.Notarius onun da adını reyestr kitabına yazdı, dedi ki, sənədini gətirib imza edər və ona pulu Cavabdeh1 Kəngərliyə verməyi bildirdi. O, Cavabdeh1 Kəngərliyə inanmadığı üçün yenə də pulu verməkdən imtina etdi. Lakin,notarius və notariat kontorunun əməkdaşları onu inandırdılar ki, onluq bir iş yoxdur, ərizəni yazıb və kitaba imza edib, onun da ərizəsi hazırdır, sənədini gətirib imza edəcəkdir. Oğluna demişdir ki, pulu sayaraq Cavabdeh1 Kəngərliyə versin. Oğlu notariat kontorunun əməkdaşlarının iştirakı ilə pulu sayaraq Cavabdeh1 Kəngərliyə verdi. Bir neçə gün sonra o, Vüqar adlı əməkdaşa zəng vura raq Cavabdeh1 Kəngərlinin notariat kontoruna gəlib kitaba və ərizəyə imza edibetməməsini soruşmuş, Vüqar ona demişdir ki, o, Cavabdeh1 cavilə zəngləşibdir, gəlib imza edəcəkdir, narahat olmasın. O, ona dedi ki, onlar narahat olsunlar, pulu onların vasitəsi ilə verib. Yenə də bir neçə gün sonra Vüqara zəng vurmuş və ona bildirilmişdir ki, Cavabdeh1 hələ də notariat kontoruna gəlməyib və bildirib ki, ora gəlməyəcək. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2301/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.N.Mahmudova) iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh cavCavabdeh1 arasında Bakı şəhəri 16 saylı Notariat Kontorunda xx xxxxxx 2015-ci il tarixdə bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin icrasına həmin müqavilədə nəzərdə tutulmuş öhdəlik İddiaçı t ərəfindən tam şəkildə icra edildiyi üçün xitamın verilməsi, iddia təmin edildiyi üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh cavCavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh cavCavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)11299/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) cavabdeh cavCavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi lğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)11299/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11299/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarını ətraflı araşdırmamışdır. Belə ki, işin araşdırılmış halları və şahid ifadələri ilə tələbin əsaslı olması sübuta yetirilir. İddiaçı müqaviləyə əsasən aldığı pulu qaytarsa da, cavabdeh sonuncu dəfə ödənilmiş 30700 manat məıbləğində pulu almadığını bildirir və borcun tam qaytarılması barədə notariat kontorunun reyestr kitabına imza etməkdən imtina edir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və vəkili Məmmədov Səyyad Məhəmməd o ğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh cavCavabdeh1 vəkili Aşurova Tükəzban Cavanşir qızı kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Bakı şəhər 16 saylı Notariat Kontoru işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh cavCavabdeh1 apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2301/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri 16 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli mövcud borcun etirafıhaqqında mücərrəd müqavilə ilə, borclu İddiaçı bu Müqavilə ilə borc verənə cavCavabdeh1 147200 manat borcunun olduğunu bəyan və tam etiraf etmişdir. Həmin məbləği müqavilədə müəyyən edilmiş müddətdə və şər tlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1–ci bəndinə əsasən borclu bu Müqavilə ilə etiraf etdiyi borcun xx xxxxxx 2015-ci il tarixdə bütöv şəkildə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. cavCavabdeh1 tərəfindən İddiaçı məktubla müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdə 16 saylı notariat ofisində İddiaçı ilə aralarında 3M-173 nömrəli reyestrlə təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilə rəsmiləşdirildiyini,həmin müqaviləyə əsasən, İddiaçı ona 147200 manat borcunun olduğunu bəyan və tam etiraf etmiş və həmin borcu xx xxxxxx 2015-ci il tarixdə bütöv şəkildə ona qaytaracağını öhdəsinə götürdüyünü bildirmiş,lakin, borcu hissə-hissə olmaqla ödəmiş və halhazırda müqavilə üzrə 30700 manat məbləğində qalıq borcu qalmışdır. Həmin borc öhd əliyinin könüllü olaraq yerinə yetirilməsini təklif edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq borclu İddiaçı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra qeydi verilməsinə dair 16 saylı notariat ofisinə müraciət ediləcəkdir.Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx xxxxxx 2015-ci il tarixdə onunla cavCavabdeh1 arasında bağlanmış 3M-173 saylı mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsində göstərilmiş 147200 manatın ödəmədiyi 30700 manat borcu ödəmədiyi səbəbindən cavCavabdeh1 notariat kontoruna müraciət edərək müqavilədən icra qeydinin aparılmasını xahiş etmişdir. Bununla əlaqədar Cavabdeh2nə 20 gün ərzində müraciət etməyi vacibliyi bildirilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılar kən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından müəyyən olunur ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhk əmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. 217.3-cü maddə sinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşk arlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə 30.700 manat məbləğində pulun ödənilməsinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsi ilə göstərilən dəlillər ilə birinci instansiya məhkəməsində iddiaçının və şahidlərin verdiyi izahatları arasında kəskin ziddiyyət mövcuddur. Belə ki, iddia ərizəsində 30.700 manat məbləğində pul vəsaitinin cavabdehə notatriat kontorunda, kontorun əməkdaşlarının iştirakları ilə cavabdehə verilməsini bildirilsə də, məhkəmə iclasında izahatı verərkən iddiaçı və şahidlər pul vəsaitinin cavabdehə notariat kontorunda verilməməsi bildirmişlər. Beləliklə pul vəsaitinin notariat kontorunda ödənilməsi müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə ödənişlər aparılarkən, həmin ödənişlər barədə (ödənişlərin məbləği və tarixi ) məlumatlar borcun etirafı müqaviləsində qeyd olunurdu. Lakin kollegiya tərəfindən həmin müqavilə araşdırılarkən 30.700 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsi barədə müqavilədə hər-hası qeyd aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçının nümayəndəsi müqavilədə bütün qeydlər aparıldığı halda, 30.700 manata dair qeydin göstərilməməsinin səbəbini izah edə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, h əmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı borcu qaytarması ilə bağlı istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88 -ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respu blikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11299/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar