Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-282/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı “müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilə şərtlərində birtərəfli əlavə və dəyişikliklərin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)5345/2021 nömrə li qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 27 may 2014-cü il tarixli Klassik əmanət (depozit) hesabı haqqında müqavilə ilə Cavabdeh ASC-nin Mərkəzi filialı İddiaçı 50000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 120 ay müddətinə qəbul edərək, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 20,6% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ASC-nin Mərkəzi filialı İddiaçı məktubla müraciət edərək, bankın vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə istinad etməklə, 16 noyabr 2017-ci il tarixindən müqaviləyə əsasən hazırkı əmanət müqaviləsi üzr ə faiz dərəcəsinin birtərəfli şəkildə illik 2 faizə azaldılmasını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 may 2014-cü il tarixli Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən 16 noyabr 2017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 20,6 % dərəcə ilə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Respublikada baş vermiş manatın devalvasi yasından sonra cavabdehin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini əsas gətirərək əmanət məbləğinin illik faiz dərəcəsini birtərəfli qaydada aşağı endirməsi qanunsuz olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(006)-981/2021 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbi təmin edilmiş, İddiaçı ilə bağlanmış 27 may 2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməklə, əmanət üzrə faizlərin illik 20,6 % dərəcə ilə hesablanması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulması qət etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1, 422.1, 948.1, 948.3-cü maddələrinə istinad edərək göstərmişd ir ki, bank əmanəti müqaviləsi üzrə əmanətin məbləği üçün faizlərin dəyişdirilməsi üçün Mülki Məcəllədə konkret hallar müəyyən edilmişdir. Belə ki, faizlərin dəyişdirilməsi yalnız müqavilə müddətinin qurtarması və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlanması ilə şərtləndirilmişdir ki, hazırki işin hallarında da qeyd olunan şərtlərin mövcud olması müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdehin müqaviləyə birtərəfli qaydada dəyişiklik edərkən, Mülki Məcəllənin 422-ci maddəsinə istinad etməsi də əsassız olmuşdur. Belə ki, qeyd olunan normanın mənasından aydın olur ki, cavabdehin istinad etdiyi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı baş versə belə, buna görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi - müqavilədə ayrı qaydanın nə zərdə tutulmaması və ya onun mahiyyətindən ayrı qaydanın irəli gəlməməsi ilə şərtləndirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndindən görünür ki, müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minərək bu müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin müqaviləyə dəyişiklik yazılı formada tərtib edilməmiş, habelə iddiaçının buna rəsmi razılığı alınmadan cavabdeh tərəfindən birtərəfli qaydada edilmişdir ki, bu da həm müqavilənin yuxarıda istinad edilən müddəalarına, həm də qanunvericiliyin tələblərinə zidd olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(006)-981/2021 n ömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-5345/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və V.Ə.İbayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(006)-981/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, cavabdeh Bankın müqavilənin müvafiq şərtini dəyişdirməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar tərəflər arasında ədalətli balans yaradılmasına xidmət etmir. Əksinə, c avabdeh Bank baş vermiş əhəmiyyətli dəyişiklik nəticəsində maliyyə itkisinin müqavilə tərəfi olan iddiaçının ziyanına həll edilməsinə səbəb olmuşdur. İddiaçının özünə məxsus pul vəsaitini ABŞ dolları Bankın depozit hesabına verməsi o demək deyil ki, devalvasiyanın baş verməsi ilə iddiaçı tərəf zərər çəkməmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində cavabdeh Bank gözlədiyi iqtisadi maraqlardan nə dərəcədə məhrum olmuşdursa, eyni çətinliklər iddiaçı üçün də yaranmış, onun da maddi vəziyyəti analoji qaydada ziyana uğramışdır. Baş vermiş devalvasiya nəticəsində cavabdeh Bankın qeyd etdiyi kimi maliyyə vəziyyətinin pisləşməsi halını digər tərəfə münasibətdə də şamil etmək olar. Mülki Məcəllənin tələbinin məntiqi nəticəsi də ondan ibarətdir ki, şəraitin dəyişməsi halı müqavilə tər əflərinin mənafeyinə uyğun dəyişdirilməlidir. Lakin “Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin” faiz dərəcəsi ilə bağlı şərtinin dəyişdirilməsi yalnız Bankın mənafeyinə xidmət edir və Bank yuxarıda qeyd edilən hərəkəti ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsində təsbit olunan mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozmuşdur. Bundan başqa, Bank öz mövqeyini əsaslandırmaq üçün onun dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına da istinad edərək, iddiaçı ilə onun arasında bağlanmış müqavilə şərtinin birtərəfli qaydada dəyişdirməsini düzgün addım hesab etmişdir. Həmin Fərmana görə Cavabdeh ASC maliyyə göstəricilərinə g örə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Cavabdeh ASC-nin maliyyə sabitliyinin qorunması, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsi, xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranının bankın maliyyə mövqeyinə mənfi təsirinin qarşısının alınması məqsədi ilə müvafiq dövlət orqanları tərəfindən banka davamlı dəstək göstərilmiş, onun kapitalı və likvidliyi tələb olunan səviyyədə saxlanılmış, bank yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş olmuşdur. Lakin son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli inves tisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranmışdır. Həmin Fərmanın 3.3-cü bəndindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Cavabdeh ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda idarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə Cavabdeh ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görülməsi tapşırılmışdır. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh Bankın maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması və s. məsələlər üçün təsirli tədbirlər görülməsinin Maliyyə Nazirliyinə tapşırılması Banka əsas verə bilməz ki, müştəri ilə bağlamış olduğu müqavilənin şərtini birtərəfli qaydada və yalnız öz mənafeyinə xidmət edən şəkildə dəyişsin. Bank qeyd edilən Fərmanın müvafiq bəndlərini düzgün təfsir etməmişdir. Burada qeyd edilməli digər vacib bir məsələ isə ondan ibarətdir ki, cavabdeh Bankın birtərəfli qaydada müqavilə şərtini dəyişmə si Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, tərəflər arasında bağlanmış “Klassik əmanət (depozit) hesabı haqqında müqavilənin” şərtlərində dəyişiklik edilməsi üçün razılaşma olmamış, müqavilənin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilmədiyindən müqavilə ilə eyni formada olan hər hansı bir razılaşma tərəflər arasında bağlanmamış, cavabdeh Bank tərəfindən müqavilə şərtinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-5345/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhk əməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında müqavilə bağlandığı vaxtdan sonra, yəni 2015-ci ilin fevral ayında, daha sonra isə 2015-ci ilin dekabr ayında Azərbaycan manatın devalvasiyaya uğramışdır. İddiaçı isə əmanət faizin dolların yeni məzənnələri ilə hesablayaraq, əsassız olaraq Bankdan pul tələb etmişdir. Halbuki, Cavabdeh ASC-nin “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci tarixli Fərmanını və Cavabdeh ASC-nin İdarə Heyətinin 29 may 2015-ci il tarixli Qə rarını rəhbər tutaraq, bank əmanət məbləğini və faizləri tam şəkildə iddiaçıya ödəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxxm oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh ASC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavab dehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdır ması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi və 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qan unvericiliyin prinsipləridir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutu lmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət q urtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başq a qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218. 3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinə oxşar olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmanət müqaviləsinin şərtlərini birtərəfli qaydada dəyişdirməklə Mülki Məcəllənin 421, 422 və 948.3-cü maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası həmçinin hesab edir ki, 2015-ci ildə Azərbaycan manatının devalvasiyaya uğraması və Cavabdeh ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının qəbul edilməsi iddiaçı ilə bağlanmış əmanət müqaviləsinin şərtlərinin həmin tərəfin ziddinə birtərəfli qaydada dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, X1 yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün bir sıra tədbirlərin görülməsi, o cümlədən problemli a ktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi, verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün tədbirlərin görülməsi tapşırılmışdır. Lakin həmin Fərmanla bankın əmanətçiləri qarşısında olan öhdəliklərinə hər hansı formada güzəşt edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan manatının xarici valyutalara münasibətdə məzənnəsinin aşağı düşməsi cavabdehin borclu olduğu müqavilə münasibətlərdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul edildiyi halda, eyni yanaşma bankın kreditor olduğu münasibətlərə də şamil olunmalıdır. Lakin məhkəmə praktikasından bəllidir ki, devalvasiya bankların xarici valyutada verdikləri kreditlərə münasibətdə kredit müqavilələrinin dəyişdirilməsi və ya ləğvi üçün əsas kimi qəbul olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)-5345/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-282/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-282/2022
17.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver