Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2824/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçınin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) xx xxxxxxxx 2 019-cu il tаrixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 9.000 (doqquz min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ şəhəri, H.Əliyev prospekti, 79 saylı (keçmiş İ.B.Qutqaşınlı küçəsi, ev 56) evə olan istifadə hüququna xitam verilməsi və Cavabdeh, X5, X2 və X3 həmin evdən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov) qətnaməsi ilə Cavabdeh və maraqlarına toxunan şəxs X7 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsinin dəyişdirilməsi, İddiaçı 10000 (on min) kompensasiya məbləğinin alınaraq Cavabdeh ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən sa xlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və evdəm çıxarılma” tələbinə dair iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən (keçmiş İ.B.Qutqaşınlı küçəsi, ev 56) fərdi yaşayış evindən istifadə hüququna bazar qiyməti ilə 6.000 (altı min) kompensasiya verilməsi yolu ilə xitam verilməsi və Cavabdeh, həyat yoldaşı X5, qızı X2 və oğlu X3 həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin olunması, Cavabdeh 9.000 manat kompensasiya vermək şərti ilə ünvan 2 ünvana olan istifadə hüquqlarına xitam verilməsi, onun və ailə üzvlərinin əmlakları ilə birlikdə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxar ıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qəbələ şəhəri, H.Əliyev prospekti, 79 saylı (keçmiş İ.B.Qutqaşınlı küçəsi, ev 56) ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Nurlan Rəsulov iddiaçının oğludur. O, xx.xx.2003-cü ildə Vəfa Rəsulova ilə nikaha girmişdir.Həmin vaxtdan V.Rəsulova mübahisəli evdə yaşayır. Onların birgə nihakdan xx.xx.2004-cü il tarixində Nigar və xx.xx.2007-ci il tarixində Tunar adlı iki uşaqları olmuşdur. İddiaçı 6.000 manat kompensasiya ödəməsi şərtilə cava bdehin və onun ailə üzvləri həmin ünvandan qeydiyyatdan çıxarılmaları və istifadə hüquqlarına xitam verilməsindən ibarət məhkəmədə iddia qaldırmışdır. Sonradan iddiaçı bu məbləğin az olduğu qənaətinə gəlmiş və buna görə də həmin məbləği artıraraq qarşı tərəfə 10000 manat kompensasiya təklif etmişdir. İddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının hazırki tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Q anunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Təklif olunan 10000 manat kompensasiya məbləğinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə h üququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu mənada, kompensasiyanın məbləğinin evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilməsinə, təklif olunan məbləğə ev almağın mümkün olmadığına dair cavabdeh tərəfin bildirdikləri əsassız hesab edilməlidir. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində ba şqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uy ğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apelyasiya icraatı zamanı təklif olunmuş yeni kompensasiya məbləğinin müzakirə olunması təmin olunduğundan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən edilməli, qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin mənzi lin yaxşılaşdırılmasına 40000 manat vəsait xərclədiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, cavabdehin arvadı Vəfa Rəsulova iddiaçının həmin evdə yaşamasına maneçiliklər yaratmış, eyni zamanda tərəflərin barəsində inzibati xətalara dair iş üzrə icraat başlanmışdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi düzgen olaraq hesab etmişdir ki,tərəflərin bir yerdə yaşaması qeyri-mümkündür. Bununla yanaşı işin hallarından görünür ki, V.Rəsulova mübahisəli evə xx.xx.2003cü il tarixindən köçdüyündən o, mülkiyyətçi İddiaçı ilə istifadə hüququna dair müqavilə bağladığı təqdirdə mənzildən istifadə hüququ əldə edə bilərdi. Lakin iş materiallarına bu halı təstiq edən hər hansı bir sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 10000 manat kompensasiya qarşılığında ailə üzvləri ilə birlikdə sözügedən evdən çıxarılmaları adekvat tədbirdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən s
Məhkəmə qərarları › İş №2(102)-2824/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2824/2020
28.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver