Məhkəmə qərarları › İş №2(102)-2824/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2824/2022

29.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2824/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi və Bakı Nəqliyyat Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2824/2022 (Açar sözlər: əmək haqqının ödənilməsi tələbi, iddia müddəti) Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 9590/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2018-ci il tarixdən hal-hazıra kimi Cavabdeh MMC-də 40 nömrəli xətt marşrutunda sürücü vəzifəsində çalışır.

2. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli bildirişə əsasən Cavabdeh MMC-işəgötürən ilə İddiaçı-işçi arasında iş yeri 40->40 saylı marşrut xəttində sürücü vəzifəsinə işə götürülməsinə dair müddətsiz olaraq xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Əməyin ödənilməsi forması vaxtamuzd, əmək haqqı məbləği 260 manat göstərilmişdir.

3. İnzibati tənbeh vermə haqqında 4 may 2021-ci il tarixli, MN ******* №-li qərara əsasən C avabdeh MMC-nin direktoru X4 AR İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (bir min) manat inzibati cərimə növü tətbiq edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müfdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, **********4 №-li məktubunda qeyd edilmişdir ki, “X5 və digərlərinin “Çinar Trans" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərə X8 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Bununla bağlı aparılan araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən X6, X3, X1, X7 və X2 əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və son haqq-hesablarının ödənilmədiyi məlum olmuşdur. Eyni zamanda məktubda müəssisənin maliyyə problemlərinin olduğu və qısa zamanda bu problemlərin aradan qaldırılacağı bildirilmişdir. Sizin və digərlərinin əmək haqqlarının eyni zamanda əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqq-hesablarının ödənilməməsi ilə bağlı “Çinar Trans" MMC-nin vəzifəli şəxsi barəsində tərəfimizdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4, maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, sizə və digərlərinə olan borcun ən qısa zamanda ödənilməsi barədə "xxxx" MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Razılaşmadıqları təqdirdə məhkəməyə müraciət etmək hüquqları vardır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh və ya MMC) qarşı “əmək haqqı, işlə təmin olunmağı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən işlədiyi müddət ərzində əmək haqqının hesablanaraq ödənilməsi, kompensasiyanın və işlə təmin olunmağı və dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ilk dəfə MMC-də əmək müqaviləsi hazırlanan zama n ondan yalnız məhkumluq barədə arayış, narkoloji dispanserdən arayış şəxsiyyət və sürücülük vəsiqəsinin surəti tələb olunmuşdur. Ona müqavilənin şərtləri ümumiyyətlə izah olunmamışdır. Rəsmi müqaviləni ümumiyyətlə görməmişdir. Respublikada baş vermiş pandemiyadan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən ona aylıq əmək haqqı yazılmışdır. Əmək müqaviləsi olduğu üçün ona dövlət tərəfindən birdəfəlik maddi yardım verilməmişdir. Sonradan əmək haqqını cavabdeh tərəfdən dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq aidiyyəti orqanlara və DƏM-nə rəsmi müraciət etmişdir. DƏM-tərəfindən verilmiş rəsmi cavabda göstərilmişdir ki, son haqq hesabı cavabdeh tərəfindən ödənilməlidir. Lakin buna baxmayaraq cavabdeh orqan əmək haqqını ödəməkdən i mtina etmişdir. Əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq cavabdeh onu işə buraxmır.

7. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi və Bakı Nəqliyyat Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3137/2021 nömrəli 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı MMCdə işləməyə başladığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən etibarən günəmuzdçu kimi fəaliyyət göstərmiş, gündəlik qazancının müəyyən faizi ona günlük əmək haqqı kimi ödənilmişdir. İddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatında gündəlik qazancın müəyyən hissəsinin dispeçerə verdiyini, qalan hissəsinin isə özünə qaldığını etiraf etmişdir. İddiaçının adına əmək haqqı kartı açılsada həmin karta mədaxil və məxaric olunmamışdır. Belə olan halda iddia əsassızdır və rədd edilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən verilmiş iddia müddətinə dair ərizə tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən etibarən əmək haqqı aylıq deyil, gündəlik ödənilmişdir. Günəmuzd işlədiyi barədə məlumatlı olmuşdur. Lakin buna baxmayaraq məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcələ sinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

12. Məhkəmə iddiaçının digər tələbləri - “işlə təmin olunmağı və birdəfəlik müavinatın” ödənilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında hazırda əmək münasibətləri davam edir və iddiaçı işdən azad olunmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 287, 288, 292, 294, 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmo va və R.Həsənov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9590/2021 nömrəli mülki iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - əmək haqqı və sonhaqq-hesabın ödənilməsinin təmin olunmaması hissəsində ləğv, həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixdən 31 may 2021-ci il tarixə (iddia tələbi ilə məhkəməyə müraciət olunan tarixə) kimi hər ayda 350 manat olmaqla əmək haqqı və son haqq-hesab tutulmaqla iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə id diaçının xx.xx.2018-ci il tarixdən MMC-də sürücü işləməsinə baxmayaraq, əmək haqqı və son haqq-hesabı almaması sübuta yetirilmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddətinin ötürülməsi barədə qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki işdə iddiaçının işdən azad olunmasına dəlalət edən sübut mövcud olmadığına görə o əmək haqqını tələb etmək hüququna malik olmuşdur.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 155, 156, 157, 160, 173, 174-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianı n rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini buraxmış və birinci instansiya məhkəməsi cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmadığını yalnız bu cümlə ilə bildirmişdir “Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddətinin ötürülməsi barədə qənaəti ilə razılaşmır. Belə ki, mülki işdə İddiaçı işdən azad olunmasına dəlalət edən sübut mövcud olmadığına görə o əmək haqqını tələb etmək hüququna malik olmuşdur”. Qeyd edilən cümlə ümumiyyətlə anlaşılan deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının əmək müqaviləsinə xita m verilməməsinin, həmin ərizə barədə iddia müddətinin tətbiq edilə bilməyəcəyinə dair qanunvericilikdə hər hansı bir müddəa yoxdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2018-ci ildən MMC-də işə başlamış və işlədiyi dövrdə əmək haqqı almamışdır. İddiaçın iddia ərizəsindən də görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixdən hüququnun pozulduğunu bilmiş və bununla bağlı qanunverciliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir. İddiaçı tərəf özü də bildirmişdir ki, 2020-ci ilin mart ayında işsizliyə görə müavinət almaq üçün müraciət zamanı belə onun iş yeri olduğu bildirilmişdir. İddiaçı əmək haqqı alması ilə bağlı hüquqlarının pozulub-pozulmadığını artıq 2018-ci ildən rəsmi əmək haqqı almadığı ilk andan bilmişdir. Buna baxmayaraq iddiaçı günlük pul almaqla şirkətlə u zun müddətlə əməkdaşlığa razı olmağını öz hərəkətləri, yəni iradəsi ifadəsi ilə bildirmişdir. İddiaçı tərəfindən dəfələrlə ona işlədiyi dövr ərzində işəgötürən tərəfindən günlük nağd qaydada əmək haqqı ödənildiyi qeyd edilsə də, məhkəmə bu halı nəzərə almamışdır. İddiaçın etirafına baxmayaraq, məhkəmə işəgötürən tərəfindən işçiyə əmək haqqının verilməsinin sübut edilməsini tələb etmişdir. Halbuki qeyd edilən fakt işçi tərəfindən etiraf edilmiş və işçinin təxminən 3 il ərzində necə əmək haqqı almadan müəsissədə işləməsi sualına da aydınlıq gətirilməmişdir. Məhkəmə bu qənəati işəgötürənə icra etdiyi öhdəliyi yenidən icra etmək vəzifəsi yaratmışdır ki, bu da qanunsuzdur.

21. Kassatorun digər dəlili apellyasiya instansiya məhkəməsinin iddianın təmin edərkən kobud səhvə yol verməsi və işəgötürə n və işçi arasında əmək müqaviləsi bağlanan xx.xx.2020-ci il tarixdən deyil xx.xx.2018-ci il tarixdən bəri aylıq 350 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul etməsi ilə bağlıdır. İddiaçı xx.xx.2020-ci il tarixdən MMC-də işlədiyini iddia etsə də buna dair hər hansı bir mötəbər sübut təqdim etməmiş və cavabdeh tərəfindən işçi ilə əmək münasibətlərinin mövcudluğu etiraf edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənəddən də görünmüşdür ki, işəgötürənlə əmək münasibətləri xx.xx.2020-ci il tarixdən başlamış və onun əmək haqqı 260 manat olaraq müəyyən edilmişdir. İşçinin xx.xx.2018-ci il tarixdən müəsissədə işləməsi və onun aylıq 350 manat əmək haqqı alması qənaətinə məhkəmənin necə gəlməsi isə qeyri-müəyyəndir.

22. Bundan başqa apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən şirkət direktoru barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN1064494 saylı inzibati tənbeh vermə qərara istinad etmişdir ki, burda da bəzi işçilərə son haqq-hesab ödənilməməsi səbəbindən müəssisənin vəzifəli şəxsinin inzibati cərimə növündə tənbeh edildiyi qeyd edilmişdir. Qeyd edilən akta istinad iddiaçıya münasibətdə qanunsuzdur çünki inzibati tənbehin verildiyi xx.xx.2021-ci il tarixdə iddiaçı müəsissədə çalışmışdır və ona son haqqhesab ödənilməsi mümkün deyildir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1, 296.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

26. Maddə 154.2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

27. Maddə 155.1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlət in müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

28. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

29. Maddə 157.1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

30. Maddə 172, hissə

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

31. Maddə 296, hissə

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyi üçün qətnamə iddianın tə min olunmuş hissəində yoxlanılır.

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

40. Belə ki, apellyasiya məhkəməs i iddianı əmək haqqının ödənilməsi və son haqqhesabın tutulması hissəsində təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2018-ci il tarixdən MMC-də sürücü işləməsinə baxmayaraq, əmək haqqı və son haqq-hesabı alması sübuta yetirilmir (§ 16).

41. Bununla əlaqədar Kollegiya bildirir ki, işçilərin əməyinin vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilməsi qanunda nəzərdə tutulmuşdur (§ 29).

42. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin 30 iyun 2021-ci il tarixdə keçirilmiş iclasında gördüyü işə görə gündəlik 15-20 manat məbləğində vəsait aldığını etiraf etmişdir.

43. Rayon məhkəməsi iddianı rədd edərkən bu xüsusatı nəzərə alsa da, apellyasiya məhkəməsi əməyin ödənilməsinə dair sübut kimi iddiaçının etirafını (iddianı n həllinə təsirini) lazımi şəkildə qiymətləndirməmiş, həmin etirafdakı məlumat nəzərə alınmaqla işçinin aldığı vəsaitin həcmi üzrə müvafiq araşdırma aparmamışdır. Halbuki, bu xüsusat mübahisənin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir.

44. Qeyd edilənlər apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutetmə yükünün düzgün müəyyənləşdirilməsi, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir (§ 32-35).

45. Kollegiya, apellyasiya məhkəməsinin iddia müddətinə dair mövqeyi ilə də razılaşmır. Belə ki, məhkəmə iddiaçının işdən azad olunmadığına görə iddia müddətinin keçmədiyini bildirmişdir (§ 17).

46. Halbuki, iddia müddətinin əvvəli işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır və bu müddət bir ildir (§ 31).

47. Hazırkı işdə iddiaçının istinad etdiyi hüquq pozuntusu bir neçə il ərzində aylıq əmək haqqının ödənilməməsi barədədir.

48. Qanunvericiliyə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir (§ 30).

49. Göründüyü kimi, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu ödəncə münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir. Başqa sözlə, işçinin əmək h aqqı tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır.

50. Belə olan halda, əgər işçinin almadığı əmək haqqı və digər ödənclər varsa, onları bir il keçmədən tələb etdikdə iddia müddəti ötürülmüş sayılmaz. Lakin işçi əvvəlki bir neçə il üçün həmin ödəncləri tələb, cavabdeh isə iddia müddətini tətbiq etdikdə, məhkəmə son bir il istisna olmaqla, əvvəlki illər üçün iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verməlidir.

51. Hazırkı işdə isə apellyasiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bu qaydalara əməl olunmamış, iddia müddətinə dair maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

52. Beləliklə, Kollegiya yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək hesab edir ki, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv edilməli, idd iaçının əmək haqqı və son haqq-hesabın ödənilməsi tələblərinin işdəki sübutlar əsasında yenidən araşdırılması və qiymətləndirilməsi, pul vəsaiti tələb etdiyi dövr üzrə iddiaçıya ödənilməmiş əmək haqqı və digər qanuni ödənclərin qalıb-qalmaması, əgər qalmışsa həmin alacaqların hansı həcmdə və hansı dövrə aid olması, bu tələblərə münasibətdə iddia müddətinin keçibkeçməməsinə əsaslandırılmış hüquqi qiymət verilməsi və həmin tələblərin yekun həlli üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9590/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hi ssəsində ləğv edilsin və mülki iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar