Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2825/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X5 qarşı “mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı “vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı, Cavabdeh1 İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müvafiq şəkildə bölünməsi” tələbinə dair qarşılıqlı iddiaları barədə mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinə əlavə edilmiş order düzgün tərtib edilmədiyinə görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-142/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3, Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərə k, mərhum atası X7 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşməklə ondan miras qalmış tikinti altı sahəsi 443,8 kv.m, əsas sahəsi 413,7 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlakdan ona vəsiyyətnamə üzrə ½ hissə, məcburi pay hüququ ilə qalan hissədə 2/4 hissə payın ayılmasına, digər vərəsələr olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onun miras payı müəyyən olunduqdan sonra qalan hissədən bərabər pay ayrılmasına, mirasdan ona düşən hissəyə mülk iyyət hüququnun tanınmasına və mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək X9 tərəfindən İddiaçı verilmiş 2V-01-580 reyestr nömrəli xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların barabər olaraq ¼ hissədə müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X9 tərəfindən İddiaçı verilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müvafiq şəkildə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. Bərdə Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e2(021)-711/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X5 qarşı “mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakda payın bölünməsi və paya mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlak üzərində p ayların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilərək, miras üzrə payların müvafiq şəkildə bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi tam şəkildə təmin edilmiş, X9 tərəfindən X1 verilmiş və Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş bütün əmlakının vəsiyyət edilməsinə dair xx.xx.2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmiş və qüvvədən düşmüş sayılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən X4 miras qalan əmlak olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən birmərtəbəli 413.7 kv.m. qeyri-yaşayış binası üzərində 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh3 miras (vərəsəlik) payları tanınmış, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, maraqlı şəxs X5 qarşı ilkin və Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın təmin, qarşılıqlı iddiaların təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(104)-142/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə qəbul edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin olunmuş, mərhum X4 miras qalan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən 413.7 kv.m qeyri-yaşayış binası üzərində 1/8 hissədə Cavabdeh3, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh1, 5/8 hissədə İddiaçı miras payının müəyyən edilməsi və iddiaların qalan hissələrdə təmin olunmaması qət edilmişdir.
7. Cavabdeh1 (Vəkil3) qətnamədən kassasiya şikayəti verərək, ilkin iddianın rədd edilməsi və Ağdam rayon Dövlət Notariat Kontorunun dövlət notariusu E.A.Əliyev tərəfindən təsdiq edilmiş bütün əmlakının vəsiyyət edilməsinə dair xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilərək, qüvvədən düşmüş sayılmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən X4 miras qalan əmlak olan Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən birmərtəbəli 413.7 kv.m. qeyri-yaşayış binası üzərində 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2 və 1/8 hissədə Cavabdeh3 miras (vərəsəlik) paylarının müəyyən edilməsi barədə yeni qərar qəbul olunmasını xahi ş etmişdir.
8. Cavabdeh3 və Cavabdeh2 (Vəkil4) qətnamədən birgə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
10. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməl idir.
11. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur
12. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instans iyası məhkəməsinə göndərilir. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə
15. Maddə 1.5. Vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh2 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlid ir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
18. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu t ələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayətinə əlavə olunmuş orderdə, yalnız Cavabdeh3 adı qeyd olunmuşdur. Belə ki, Vəkil4 və Cavabdeh2 arasında Azərbaycan Respublikasının Ali Məhkəməsində tapşırıqların yerinə yetirməsini təsdiq edən order kassasiya şikayətinə əlavə olunmamışdır.
19. Buna görə də apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
20. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. K assasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
22. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 (Vəkil4) tərəfindən verilmiş kassas iya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
24. Həmçinin apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.
25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-142/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti Cavabdeh2 aid hissədə geri qaytarılması üçün mülki işlə bir likdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.