Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2826/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən çıxarılma və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2059/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. xx.xx.2021 -ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 05 saylı evin 55 saylı mənzilini Cavabdeh1 almışdır. Bu müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh1 19 may 2021-ci il tarixinədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
2. Mənzilin İddiaçı mülkiyyətinə keçməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. 3. 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 745 saylı arayışa əsasən Orucov X4 qəsəbəsi, A.Rzayev küçəsi 05 saylı evin 55 saylı mənzilində qeydiyyatdadır. Ailə tərkibi: ana X2, qardaş Cavabdeh3 Üzeyir oğlu, qardaşlar Cavabdeh4 və Orucov X1 rayonundan məcburi köçkün kimi qeyd iyyatdadırlar. 4. 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 712 saylı arayışa, habelə 30 aprel 2021-ci il tarixli Çıxarışa əsasən, Kərimli X3 qəsəbəsi, A.Rzayev küçəsi 05 saylı evin 55 saylı mənzilinin sahibidir. Qonşuların aktına əsasən keçmiş mənzilin sahibi Cavabdeh1 ailəsi ilə, anası Cavabdeh2, qardaşları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildə qeydiyyatsız yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona və ailəsinə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 05 saylı evin 55 saylı mənzilindən çıxarılması, cavabdehlərə məxsus əşya ların və əmlakların həmin mənzildən çıxarmaqla mənzilin tam şəkildə boşaldılaraq ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 05 saylı evin 55 saylı mənzili iddiaçıya və ailəsinə məxsusdur. Həmin mənzili iddiaçı, Cavabdeh1 ilə rəsmi qaydada xx.xx.2021-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla 50.000 manata satın almışdır. Cavabdeh1 ilə danışıb razılaşdıqları 55 saylı mənzilin dəyəri olan 50.000 manat pulu iddiaçı müqavilə bağlanan zaman notariusun bankda açılan depozit hesabı vasitəsilə cavabdehə tam şəkildə ödəmişdir. Cavabdeh1 satın aldığı 55 saylı mənzili iddiaçı xx.xx.2021-ci il də öz adına qeydiyyatdan keçirmiş və oradan iddiaçıya daşınmaz əmlakın reyestr nömrəsi ********** olan çıxarış verilmişdir. Cavabdeh1 55 saylı mənzili iddiaçıya satın alan zaman həmin mənzilin mülkiyyət hüququ ilə ona məxsus olmasını, həmin mənzillə bağlı hər hansı bir mübahisənin və iddianın olmadığını, 3-cü şəxslərin hüquqlarından tam azad olan mənzilini ona satdığını bildirmiş, xx.xx.2021-ci ilə kimi satın aldığı 55 saylı mənzili bütün yardımçı vasitələri ilə bəyənib, qiyməti ilə razılaşdıqları vəziyyətdə faktiki olaraq iddiaçının sahibliyinə verməyi və xx.xx.2021-ci ilə kimi 55 saylı mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 8, 9, 11, 12 və 13-cü bəndləri ilə üzərinə öhdəliklər götürmüşdür. Ancaq Cavabd eh1 və onunla birlikdə yaşayan ailə üzvləri digər cavabdehlərin başqa yerdə mənzil və evlərinin olmasına baxmayaraq, onlar iddiaçı ilə Cavabdeh1 arasında 55 saylı mənzilin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilənin şərtlərinə indiyə kimi əməl etmir, həmin müqavilənin şərtlərini kobud şəkildə pozaraq indiyə kimi tam qanunsuz və əsassız olaraq həmin mənzili boşaldıb iddiaçıya təhvil vermirlər. Cavabdehlərin heç birinin iddiaçıya satılmış 55 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatları yoxdur. Cavabdehlər etdikləri qanunsuz hərəkətlərlə 1 il 5 aydır ki, tam qanuni əsaslarla aldığı mənzilindən iddiaçını məhrum ediblər. Cavabdeh1 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsini bağlamaqla, digər cavabdehlər isə şifahi formada üzərinə götürdükləri öhdəliklərini 1 il 5 aydır ki, icra etm irlər. Bu qanunsuz hərəkətləri ilə cavabdehlər iddiaçıya həm maddi, həm də mənəvi cəhətdən küllü miqdarda ziyan vurublar və vurmaqda davam edirlər. İddiaçı dəfələrlə cavabdehlərdən 55 saylı mənzili boşaltmağı və mənzildən çıxmalarını xahiş etsə də, onlar mənzildən çıxmaqdan boyun qaçırırlar. İddiaçının başqa çıxış yolu olmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Satın aldığı 55 saylı mənzilin kommunal xidmətləri ilə əlaqədar iddiaçı ilə “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC ilə müvafiq müqavilələr bağlanmış və 55 saylı mənzilin bütün kommunal xərclərini də iddiaçı özü ödəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4642/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıb ova) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 05 saylı evin 55 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və mülkiyyətçi İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 05 saylı evin 55 saylı mənzilini Cavabdeh1 xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdeh1 və onun ailə üzvləri mənzilin satılmasına baxmayaraq, həmin mənzildə yaşayırlar və mənzili boşaltmaqdan imtina edirlər.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənz ilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə e tmişdir.
10. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkənAzərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 14.2, 77.1, 89.1, 217.2, 217.4, 4.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2059/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov sədrlik edən, məruzəçi, İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəmə sinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mənzil iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib. İddiaçı mənzili xx.xx.2021-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib. Mənzili iddiaçıya Cavabdeh1 satıb. Qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti verib və ona əsaslanıb ki, alqısatqı müqaviləsi həqiqi deyil. Lakin müqavilənin uydurma və ya yalan əqd olduğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmayıb. Cavabdeh1 mənzilə hüququ olmadığına görə onun mənzilə sahiblik etməsi qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsi nin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 əmlakları ilə bilikdə mənzildən çıxarılmasını, mənzilin iddiaçıya təhvil verilməsini və iddiaçının mənzilə köçürülməsini qət etməklə düzgün nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri d) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsivə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qardaşı iş üzrə digər Cavabdeh4 2019-cu ilin iyul ayında İddiaçı, atası Yusif Kərimlidən beş faizlə 27 900 (iyirmi yeddi min doqquz yüz) ABŞ dolları məbləğində borc götürmüşdür. 2021-ci ilin a prel ayı da daxil olmaqla, Cavabdeh4 Yusif Kərimliyə hər ay 1350 ABŞ dolları məbləğində pul ödənişi etməklə, cəmi - 29 700 (iyirmi doqquz min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitini ödəmişdir. 2021-ci ilin fevral ayında Yusif Kərimli sələmə verdiyi pulun birdəfəlik ödənilməsini tələb etmişdir. Cavabdeh1 ona izah etmişdir ki, onun qardaşı Cavabdeh4 verdiyi 27 900 (iyirmi yeddi min doqquz yüz) ABŞ dolları məbləğində pulu artıqlaması ilə ödəmişdir. Ölkədə gedən pandemiya şəraitinin nəzərə almasını və ona ödənilmiş 29 700 (iyirmi doqquz min yeddi yüz) ABŞ dollarından əlavə, bir il ərzində ona əlavə 10 000 (on min) ABŞ dolları ödəyə biləcəyini bildirmişdir Buna görə faizin dayandırılması xahiş edilmişdir. Cavabdehlərin xahişindən sonra Yusif Kərimli razılaşmayaraq mübahisə etmişdir. Son radan ona təklif edilmişdir ki, etibarlı olması üçün cavabdehlərin yaşadığı evin onun oğlu İddiaçı adına rəsmi, formal olaraq alqı-satqı edilsin və bir il müddət verilsin. Bundan sonra notariusda Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Danışığa görə formal alqı-satqı aparılmış və alqı-satqı zamanı heç bir vəsait ödənilməmişdir. Yusif Kərimli notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 50.000 manat məbləğində pul ödənişi etmiş, sonradan həmin pulu özü götürmüşdür. Alqı-satqı aparılan zaman Yusif Kərimli Cavabdeh4 5.000 manat pul vəsaiti almışdır. Alqı-satqı müqaviləsini formal olması onunla sübut olunur ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə üç otaqlı mənzillərin bazar qiyməti, ən azı 90.000 manat təşkil edir. Qeyd edilənlərə əsasən hesab edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 05 saylı evin 55 saylı mənzilinə dair Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İş üzrə cavabdehlər həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində iştirak etməmişlər, məhkəmələr onların izahatını almadan qərar qəbul etmişlər.
15. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 157.2, 157.8, 324.4, 329.1, 390.1, 425.1, 452.1-ci maddələrinə MPM-in 88, 77.1, 217.3-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə dair mülahizə ilə məhkəməyə müraciət edərək Cavabde h1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2059/2023 nömrəli, qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir.
33. İddiaçının həmin mənzilə olan mülkiyyət hüququ xx.xx.2021-ci ildə dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib.
34. İddiaçı mənzili xx.xx.2021-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın alıb. Mənzili iddiaçıya Cavabdeh1 satıb. Qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti verib və ona əsaslanıb ki, alqı-satqı müqaviləsi həqiqi deyil.
35. Lakin müqavilənin uydurma və ya yalan əqd olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmayıb.
36. Cavabdeh1 mənzilə hüququ olmadığına görə onun mənzilə sahiblik etməsi qanunsuz sahiblik sayılır.
37. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 əmlakl arı ilə bilikdə mənzildən çıxarılmasını, mənzilin iddiaçıya təhvil verilməsini və iddiaçının mənzilə köçürülməsini qət etməklə düzgün nəticəyə gəlib.
39. Yuxarıda göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgun nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2(103)-2059/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.