Məhkəmə qərarları › İş №2(102)-2829/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2829/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2829/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması – MPM 408) 14.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Çingiz İsgəndər oğlu Əsgərov (məruzəçi), Abiddin Qabil oğlu Hüseynov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 3 fevral tarixli 2(103)-969/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları

1. Bakı şəhəri Nizami Rayon M əhkəməsinin (hakim Fikrət Xasay oğlu Mirzəyev) 2022-ci il 4 noyabr tarixli e-2(007)-1345/2022 nömrəli qətnaməsi ilə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (sədrlik edən və məruzəçi Namiq Şamil oğlu Cəfərov, hakimlər Günay Təyar qızı Axundova və İkram Sabir oğlu Şirinov) 2023-cü il 3 fevral tarixli 2(103)-969/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq cavabdehdən mənzilə görə artıq ödənilmiş 12.080 (on iki min səksən) manatın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi, 126,64 manatın və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi, 63,12 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. 3. 2023-cü il mayın 2-də cavabdeh 50 manat məbləğində dövlət rüsumu ödəməklə yuxarıdakı qətnamədən kassasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim etmiş və 2023-cü il mayın 10-da kassasiya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə (bundan sonra – “Ali Məhkəmə”) göndərilmişdir.

4. Ali Məhkəmənin Mülki kollegiyasının (məruzəçi Çingiz İsgəndər oğlu Əsgərov, hakimlər Abiddin Qabil oğlu Hüseynov və Vidadi Məmməd oğlu Məmmədov) 2023-cü il 18 may tarixli 2(102)-2496/2023 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədiyi üçün qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərardad “Elektron məhkəmə” informasiya sistemində 2023-cü il mayın 18-də saat 12:11-də yerləşdirilmişdir. 5. 2023-cü il mayın 18-də saat 16:03-də cavabdeh kassasiya şikayətinin verilməsi üçün əlavə olaraq 15 manat məbləğində dövlət rüsumunu ödəyərək, mədaxil qəbzini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (sədrlik edən Namiq Şamil oğlu Cəfərov, hakimlər Elşən Cələddin oğlu Kazımov və İkram Sabir oğlu Şirinov) 2023-cü il 5 iyun tarixli 2(103)-969/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin qərardadda apellyasiya instansi yası məhkəməsi qeyd etmişdir ki, “Ali Məhkəmənin göstərişinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində kassasiya şikayətinin qaytarılması məsələsi müzakirə olunarkən həmin nöqsan mövcud olmayıb, cavabdeh nöqsanı daha əvvəl aradan qaldırıb, yəni dövlət rüsumunun çatışmayan hissəsini ödəyib” və buna görə “belə vəziyyətdə kassasiya şikayətinin qaytarılması barədə qərardad qəbul edilə bilməz”. Buna görə, məhkəmə kollegiyası hesab etmişdir ki, “kassasiya şikayətinin qaytarılmasından imtina olunmalı və kassasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə göndərilməlidir”. İİ. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə

263. Qərardadın çıxarılması qaydası 263.1. İş mahiyyəti ü zrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır....” “Maddə

402. Kassasiya şikayəti vermə hüququ... 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:... 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;...” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiy a instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. “işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qey də alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikay əti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 408.1.6. kassasiya şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.... 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1. 7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh kassasiya şikayətinin verilməsi üçün 63,12 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 50 manat məbləğində dövlət rüsumu ödədiyindən A li Məhkəmənin 2023-cü il 18 may tarixli 2(102)-2496/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, lakin həmin tarixdə cavabdeh 15 manat məbləğində dövlət rüsumu ödəmiş, bununla bağlı mədaxil qəbzini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qəbzin təqdim olunmasını kassasiya şikayəti ilə bağlı nöqsanın aradan qaldırılması kimi qiymətləndirərək, kassasiya şikayətinin qaytarılmasından imtina etmiş və kassasiya şikayətini mülki işlə birlikdə Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmişdir.

9. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, MPM-in 416-cı maddəsinin tələblərinə uyğun olaraq, ilk növbədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 5 iyun tarixli 2(103)-969/2023 nömrə li qərardadına hüquqi qiymət verilməlidir.

10. Məhkəmə kollegiyası xatırladır ki, Ali Məhkəmənin hazırkı iş üzrə qərardadında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən vurğulanmışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, ali məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz ([qərardad], № 2(102)2496/2023, 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).

11. Bundan əlavə, Qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, heç bir gözlənti ola bilməz ki, Ali Məhkəmə aşkar prosessual pozuntulara məhəl qoymasın və ya onları nəzərindən qaçırtsın (ibid., § 29, müvafiq istinadlarla).

12. Hazırkı işin hallarına qayıdarkən məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 404-1.2-ci maddəsinə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiyanın mümkünlüyünü yoxlayaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edir.

13. Eyni zamanda, MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

14. Qeyd edilən müddəalar, habelə MPM-in 402.2.2-ci maddəsinə əsasən, kassasiya şikayəti verilə bilən apellyasiya instansiyası məhkəməsinin qərardadları sırasından kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən kassasiya şikayətinin qaytarılması hallarının istisna olunması belə qənaətə gəlmək üçün əsas verir ki, Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardadı qətidir və burada əks etdirilmiş göstərişlər apellyasiya instansiyası məhkəməsi tərəfindən birmənalı şəkildə icra edilməlidir.

15. Belə olan halda, Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardaddan sonra apellyasiya instansiyası tərəfindən kassasiya ş ikayətinin geri qaytarılması barədə qərardadı əsasən formal xarakter daşıyır. Çünki kassasiya şikayətinin qeyri-mümkünlüyünə dair Ali Məhkəmənin qərardadında şikayətin geri qaytarılması barədə birbaşa və açıq göstəriş verildiyi üçün, apellyasiya instansiya məhkəməsinin həmin şikayəti müvafiq tərəfə qaytarmaqdan başqa hər hansı prosessual hərəkətin etməsi mümkün deyil.

16. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yol verdiyi digər ciddi səhvə diqqət yetirməyi zəruri hesab edir.

17. MPM-in 408.5-ci maddəsində nəzərdə tutulur ki, Məcəllənin 408.1.1— 408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

18. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab olunur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməli, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər. Kassasiya şikayəti müvafiq əlavələrlə birlikdə Ali Məhkəməyə göndərildikdən sonra, onun formasına, məzmununa və əlavə edilən sənədlərə hər hansı düzəliş edilməsinə yol verilmir.

19. Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

20. Bununla belə, kassator kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Ali Məhkəmənin qərardadı elan edildikdən sonra əlavə məbləğdə dövlət rüsumunu ödəmişdir.

21. Lakin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası (bax, yuxarıda 6-cı paraqrafa) mülki prosessual qanunvericiliyin bu aydın normasına məhəl qoymayaraq, apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş qəbzi nöqsanın aradan qaldırılması kimi qəbul etmiş, kassasiya şikayətini cavabdehə qaytarmaq, ona yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququna malik olduğunu izah etmək əvəzinə, Ali Məhkəmənin məcburi göstərişini icra etməkdən imtina edərək, artıq hüquqi əhəmiyyəti olmayan, yəni prosessual baxımından mövcud olmayan kassasiya şikayətini Al i Məhkəməyə geri qaytarmışdır.

22. Yeri gəlmişkən, məhkəmə kollegiyası bir daha vurğulayır ki, hazırkı işdə kassator olan cavabdehin peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir ([qərardad], № 2(102)-2496/2023, 18 may 2023-cü il, § 31).

23. Belə şəraitdə apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət etməməsi, vəkil orderinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayətin imzalanmaması, şikayətin elektron qaydada verilməməsi kimi pozuntular qəbuledilməzdir və təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiy mətləndirilməsini istisna edir.

24. Həmçinin, Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 408.3-cü maddəsində kassasiya şikayətinin MPM-in tələblərinə cavab vermədiyi hallarda onun apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılması barədə qərardadın çıxarılması nəzərdə tutulur. Aydındır ki, bu maddədə kassasiya şikayətinin onu vermiş tərəfə qaytarılmasından söhbət gedir. Bu maddənin məzmunundan Ali Məhkəmə tərəfindən qaytarılmış kassasiya şikayətinin yenidən Ali Məhkəməyə qaytarılması barədə qərardadın çıxarılmasının mümkünlüyü barədə nəticə çıxarıla bilməz. Yəni, MPM-in müddəalarında əks etdirilmiş hallar Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının çıxardığı qərardada şamil olunmur və bununla, həmin qərardadın hər hansı bir qanuni əsası mövcud deyildir.

25. Bununla belə, Məhkəmə kollegiyasının diqqətindən yayınmamışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qərardadında məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad edilməmiş və mövcud şəraitdə ümumiyyətlə istinad oluna bilməzdi.

26. Qeyd edilənlərə əsasən, mülki iş kassasiya şikayətinin geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 408 və 420-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 18 may tarixli 2(102)-2496/2023 nömrəli qərardadının icra edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar