Məhkəmə qərarları › İş №2(102)-2830/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2830/2023

27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2830/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı2 Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin payının müəyyən edilməsi, pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1418/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halla rı

1. Mübahisəli avtomobil Cavabdeh1 ilə X5 birgə nikahları dövründə əldə olunmuşdur.

2. X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

3. İddiaçı2, İddiaçı1 və Cavabdeh1 mərhum X5 birinci növbə vərəsələridir.

4. X5 ölümündən sonra Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə” mərhum X5 vərəsəsi kimi yalnız Cavabdeh1 qeyd edilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə vərəsə kimi şəhadətnamədə göstərilməmişlər.

5. Cavabdeh1 qeyd edilən həmin şəhadətnamədən istifadə edərək avtomobili öz adına qeydiyyata salmış, sonra isə avtomobili 28.000 manata satmışdır.

6. Avtomobilin satışından əldə olunmuş pul vəsaitinin 1/2 hissəsi Cavabdeh1 mülkiyyətini təşkil edir.

7. Avtomobilin satışından əldə olunmuş pul vəsaitinin digər 1/2 hissəsi miras kütləsinə daxildir.

8. Avtomobilin Cavabdeh1 tərəfindən satılması nəticəsində İddiaçı2 və İddiaçı1 vərəsəlik hüquqları pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı2 və İddiaçı1cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı şəhəri Yasamal RayonMəhkəməsinə müraciət edərək, 17 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilərək, reyestrdə 2V-171 nömrə altında qeydə alınmış və Cavabdeh1 verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, ataları X5 ölümündən sonra miras qalmış əmlak– “X14 Prado” mark alı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onların və (mərhumun arvadı) Cavabdeh1 hər birinin payının 1/3 hissədə müəyyən edilməsi, avtomobilin dəyərini təşkil edən 45.000 manat məbləğində pulun 2/3 hissəsinin, yəni 30.000 manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və cavabdeh Bakı Şəhəri, 17 saylı Notariat Ofisinin xüsusi notariusundan tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 mərhumX5 birinci nikahdan olan övladları, Cavabdeh1 isə X5 ikinci arvadıdır. X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ataları öldükdən sonra, yəni xx.xx.2020-ci il tarixdə, iddiaçılar İddiaçı2 və İddiaçı1, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almaq üçün 17 saylı No tariat Ofisinə müraciət etmiş və bu zaman məlum olmuşdur ki, cavabdeh olan Bakı Şəhəri, 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bununla da iddiaçılar İddiaçı2 və X6 vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur.

11. Cavabdeh1 qeyd edilən həmin şəhadətnamə əsasında avtomobil üzərində mülkiyyət hüququnun tanınmasından istifadə edərək xx.xx.2020-ci il tarixdə avtomobili dəyərindən çox ucuz qiymətə, yəni formal olaraq 28.000 manata satmışdır. Təsadüfü deyil ki, 12 gün sonra həmin avtomobil real qiymətinə yaxın olan məbləğə, yəni 45.000 manata başqa şəxsə satılmışdır. Bunlara baxmayaraq Cavabdeh1 iddiaçıların hər birinə dəymiş zərərin əvəzini, yəni iddiaçılar İddiaçı2 və İddiaçı1 vərəsəliklə məxsus olan payın əvəzini ödəməkdən imtina edir.

12. Odur ki, Cavabdeh1 və bu kimi hərəkəti həyata keçirməyə şərait yaratmış cavabdeh Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusundan iddiaçıların hər birinin xeyrinə (45.000:3 =) 15.000 manat olmaqla, cəmi 30.000 manat məbləğində müştərək qaydada pul tutulmalıdır.

13. Cavabdeh1 iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla X5 birgə nikahları dövründə əldə olunmuş və sonuncunun ölümündən sonra miras qalmış mübahisəli avtomobilin satışından əldə edilmiş 28.000 manat məbləğinə pul vəsaitinin 1/2 hissəsinin onun mülkiyyət hüququnun tanınması, avtomobilin satışından əldə edilmiş pul vəsaiti n bütövlükdə onun tərəfindən X1 müalicəsi, ölümündən sonra isə dəfn və yas mərasimlərinin keçirilməsi üçün aldıqları borcların qaytarılmasına sərf edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 atası X9 xx.xx.2014-cü iltarixdə nikaha daxil olmuşlar. Avtomobil də, onların birgə nikahları müddətində, onların birgə vəsaiti hesabına əldə olunmuşdur. Belə olan halda avtomobil Cavabdeh1 ilə X5 bərabər paylar üzrə ümumi birgə əmlakı sayılır.

15. Son vaxtlar X2 yaranmış problemlərın müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərcləri yalnız Cavabdeh1 tərəfindən ödənilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə həmin xərclərin qarşılanması nda iştirak etməmişlər. Bu xərclərə görə Cavabdeh1 xeyli məbləğdə, yəni 12.500 manat məbləğində borcu yaranmışdır. Cavabdeh1 borclar barədə cavabdeh Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusuna məlumat vermiş, notarius da bu halları qiymətləndirərək hesab etmişdir ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” yalnız Cavabdeh1verilməlidir. Cavabdeh1 hesab edir ki, cavabdeh Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusunun hərəkəti qanuni olmuşdur. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” aldıqdan sonra Cavabdeh1 avtomobili öz adına keçirtmiş və avtomobili 16.000 ABŞ dollarına, yəni təxminən 28.000 manata sataraq borclarını qaytarmışdır.

16. İddiaçılar İddiaçı2 və İddiaçı1 avtomobilin dəyərinin 45.000 manat olmasını bildirsələr də, bu həqiqətə uyğun d eyil. Belə ki, həmin vaxt avtomobil istismara yarasız, zədələnmiş vəziyyətdə olmuşdur.

17. Avtomobil Cavabdeh1 ilə X5 birgə nikahları dövründə əldə olunmuş ümumi əmlakı sayıldığından avtomobilin satışından əldə olunmuş 28.000 manat pul vəsaitinin yarısı, yəni 14.000 manat Cavabdeh1 mülkiyyəti sayılır. X5 payını təşkil edən 14.000 manat isə miras əmlakı təşkil edir. Mirasın aktivi və passivi (borc) nəzərə alınarsa onda müəyyən edilir ki, Cavabdeh1 ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 arasında yalnız (14.000 – 12.500=) 1.500 manat bölünə bilər.

18. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(004)-232/2022 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi, mübahisəli avtomobilin satışından əldə olunmuş 28.000 manat məbləğdə pulun 1/2 hissəsi (14.000 manat) üzərində Cavabdeh1 mülkiyyət hüququnun müəyyən edilməsi, avtomobilin satışından əldə olunmuş pul məbləğinin qalan 1/2 hissəsi (14.000 manat) üzərində Cavabdeh1, iddiaçılar Natiq və Günay Qaraşovların hər birinin vərəsəlik payının 1/3 hissədə müəyyən edilməsi, Cavabdeh1 iddiaçılar Natiq və Günay Qaraşovların hər birinin xeyrinə (14.000:3=) 4.666,67 manat məbləğində pulun tutulması, qalan hissələrdə iddiaların təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzinin – 60 manat məbləğində pulun Natiq və Günay Qaraşovlardan müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil Cavabdeh1 ilə X5 birgə nikahları dövründə əldə o lunmuş, lakin yalnız X5 adına qeydə alınmışdır. Buna baxmayaraq avtomobil Cavabdeh1 ilə X5 ümumi birgə əmlakı sayılır. Belə olan halda avtomobilin 1/2 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ var.

20. Məhkəmə qeyd etmişdir ki, X9 ölümündən sonra isə cavabdeh Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə” mərhum X5 vərəsəsi kimi yalnız Cavabdeh1 qeyd edilmiş, iddiaçılar İddiaçı2 və X6 adı şəhadətnamədə qeyd edilməmişdir, baxmayaraq ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 da Cavabdeh1 kimi mərhum X5 birinci növbə vərəsələridir.

21. Məhkəmə əlavə olaraq qeyd etimişdir ki, Cavabdeh1 qeyd edilən həmin şəhadətnamədən istifadə edərək avtomobili öz adına qeydiyyata salmış, sonra isə avtomobili 28.000 manata satmışdır. Bununla da, cavabdehlər İddiaçı2 və İddiaçı1 vərəsəlik hüquqları pozulmuşdur.

22. Lakin, məhkəmə belə qənaətə gəlmişdir ki, avtomobili almış X3 Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-3404/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə vicdanlı əldə edən şəxs hesab edildiyindən cavabdeh Bakı Şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi və avtomobil üzərində vərəsələrin paylarının müəyyən olunması hissəsində ilk iddia tələbi təmin edilə bilməz.

23. Bununla yanaşı, məhkəmə bildirmişdir ki, ilk iddia üzrə Cavabdeh1 miras əmlakı – mübahisəli avtomobili satmaqla ilk iddia üzrə iddiaçılar İddiaçı2 və X10i miras ə mlakdan onlara çatası paydan məhrum etməklə, iddiaçılar İddiaçı2 və X7 maddi zərər vurmuşdur.

24. Ekspertiza tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, mübahisəli avtomobilin yararlı vəziyyətdə dəyəri 40.000 manat təşkil edir. Lakin işdə olan sənələrdən və şahidlərin verdikləri ifadələrdən müəyyən olunur ki, Cavabdeh1 avtomobili satarkən avtomobil istismara yaralı vəziyyətdə olmamış və Cavabdeh1 avtomobili 28.000 manata satmışdır.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 son vaxtlar X5 müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərinin ödənilməsi məqsədi ilə 12.500 manat məbləğində borcun yaranmasını bildirsə də, bu halları təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etməmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225, 1096, 1145, 1159, 1162, 1249 və 1322-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77 və 82-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İlk iddia üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, miras payın bölüşdürülməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 düşən hissəsinin miras passivi nəzərə alınmaqla yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi mərhum X5 öhdəsində olmuş və heç bir yerdə işləməyən Cavabdeh1 miras idarəçisi qismində miras qoyanın müalicə və dəfn xərclərinin ödənilməsi ilə bağlı yaranmış borcların miras əmlak hesabına ödəməsini düzgün qiymətləndirilməmişdir. Mübahisəni həll edən hakim miras passivlərini vərəsələr arasında bərabər bölməmiş, həmin öhdəlikləri yalnız Cavabdeh1 üzərində saxlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlərM.A.Məmmədov sədrlik edən, məruzəçi, C.C.Musayeva və R.M.Həsənov) 2(103)1418/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 noya br 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 X5 müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərə görə 12.500 manat məbləğində borc aldığını bildirmişdir. Lakin, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayətində işə baxmış birinci instansiya məhkəməsinin onun tərəfindən tərəfin təqdim edilmiş sübutların nəzərə alınmadığını bildirsə də, işin hallarından müəyyən edilmişdir ki, Cavabdeh1 qeyd edilən bo rcun olmasını təsdiq edə biləcək yazılı müqaviləni (müqavilələri) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1, 14.2 və 81-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2, 1249-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023 -cü il tarixli, 2(103)- 1418/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

33. İlkin iddia üzrə Cavabdeh1 kassasiya şikayəti verərək,qətnamənin ləğv edilməsi və miras payın düzgün bölüşdürülməsi, ilkin iddia üzrə iddiaçılara düşən hissəsinin miras passivi nəzərə alınmaqla yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən miras şəriki və mərhum Saleh Qaraşovun öhdəsində olan heç bir yerdə işləməyən Cavabdeh1 miras idarəçisi qismində miras qoyanın müalicə xərclərini miras əmlak hesabına ödəməsi (müalicə üçün almış olduğu borcları qaytarması ilə ) xüsusatı düzgün qiymətləndirilməmiş,mübahisəni həll edən hakim miras passivlərini vərəsələr arasında bərabər bölməmiş, həmin öhdəlikləri yalnış Cavabdeh1 üzərində saxlamışdır. Halbuki, həmin normalar əsasən mərhumun müalicəsi üçün sağlığında aldığı borclara görə kreditorlari miras əmlak hesabına təmin edilməlidir. Həmçinin (004)-3404/2021 saylı xx.xx.2021-ci il tarixli Yasamal Rayon məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş halları qətnamə qəbulu zamanı nəzərə alıb qiymətləndirilməmiş, bunları işin mübahisəsiz halı hesab edilməmişdir. 2(004)-3404/2021 saylı xx.xx.2021-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş hallar, yəni mərhumun sağlığında real olaraq mərhumun müalicəsi üçün borcların alınması, mərhumun kreditor borclarının olması faktları təsdiq olunduğu üç ün eyni tərəflərin iştirak etdiyi başqa mübahisə üzrə nə birinci inctansiya, nə də apellyasiya instansiyasında nəzərə alınmamış, buna hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi əsaslandırmasında qeyd etmişdir ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əri ölüm yatağında olan və ağır xəstəlikdən əziyyət çəkən Cavabdeh1 xəstəxanaların müalicə üçün külli miqdarda depozit yatırmasını tələb etdiyi, müalicə üçün kifayət qədər bahalı dərmanlar almaq məcburiyyətində qalan və heç bir yerdə işləməyən Cavabdeh1 həmin ehtiyac zamanında öz tanışlarından, xəstənin yanına gələn şəxslərdən borc pul aldığı üçün yazılı əqd formasında rəsmiləşdirmə apara bilməzdi. İşə baxan məhkəmə bunun təcrübədə həyata keçirilməsininmümkünsüzlüyünü nəzərə almamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi borc verən şəxslərin 2(004)-3404/2021 saylı xx.xx.2021-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsində göstərilən və preyidisual hüquqi qüvvəyə malik olan şahid ifadələrinin bu iş üçün hansı səbəbdən sübut kimi qiymətləndiriləbilmədiyiniəsaslandırmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş, çox az hissəsi saxlanılmış müalicə xərcləri barədə xəstəxanalara ödəniş qəbzlərinə də işə baxan hakimlər heç bir qiymət verməmişlər. Əgər borc alınmamış olsaydı, ağır xəstəliyə düçar olmuş şəxs tanınmış özəl xəstəxanalarda vəsait hesabına uzun müddət həyatı təmin edən aparatlara qoşularaq müalicə olunmayacaqdı.Göründüyü kimi əgər yazılı müqavilə yoxdur sa, işin halları, şahid ifadələri və digər sübutlarla mərhumun borclarının müəyyən olunmasına qanun icazə verir.

35. Bununla yanaşı, kassator əlavə edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində göstərilən xüsusatlar vurğulanmış, hətta birinci instansiya məhkəməsində vəsatətlə ifadəsi alınması üçün təqdim edilmiş lakin məhkəməyə çağrılmamış digər şahidin – X4 də dindirilməsiapellyasiya icraatında təmin edilməmişdir. Nə birinci, nə dəapellyasiya instansiyasında kassatorCavabdeh1 bu vəsatətlərinin hansı səbəbdən təmin olunmamasıəsaslandırılmamışdır. Halbuki, onun əlində borc verən zaman kassatorCavabdeh1 alınmış və imzalanmış iltizam kağızı da olmuşdur. Bu barədə sənədlər birinci instansiya məhkəməsində baxılan vaxt məhkəməyə təqdim olunmuş, iş materiallarına əlavə edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 740.2. Borc müqaviləsinin forması. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

37. Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

38. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

39. Maddə 1162.Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

40. Maddə 1249. M irasa dair sərəncam verilməsinin yolverilməzliyi. Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırki kassasiya şikayətində qətnamə bütövlükdə mübah isələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktının əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

51. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisəli avtomobil Cavabdeh1 ilə Saleh Qaraşovun birgə nikahları dövründə əldə olunmuşdur; Saleh Qaraşov xx.xx.2020-ci il tarixdə ölmüşdür; İddiaçı2, İddiaçı1 və Cavabdeh1 mərhum Saleh Qaraşovun birinci növbə vərəsələridir; Saleh Qaraşovun ölümündən sonra notarius tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə” mərhum Saleh Qaraşovun vərəsəsi kimi yalnız Cavabdeh1 qeyd edilmiş, iddiaçılar isə vərəsə kimi şəhadətnamədə göstərilməmişlər; Cavabdeh1 qeyd edilən həmin şəhadətnamədən istifadə edərək avtomobili öz adına qeydiyyata sal mış, sonra isə avtomobili 28.000 manata satmışdır; avtomobilin satışından əldə olunmuş pul vəsaitinin 1/2 hissəsi Cavabdeh1 mülkiyyətini təşkil edir; avtomobilin satışından əldə olunmuş pul vəsaitinin digər 1/2 hissəsi miras kütləsinə daxildir; avtomobilin Cavabdeh1 tərəfindən satılması nəticəsində Natiq və İddiaçı1 vərəsəlik hüquqları pozulmuşdur.

52. İşin mübahisəli halı isə ondan ibarətdir ki, Cavabdeh1 hesab edir ki, Saleh Qaraşovun müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərə görə Cavabdeh1 12.500 manat məbləğində yaranmış borcu mübahisəli avtomobilin satışından əldə olunmuş 28.000 manat pul vəsaitinin yarısı, yəni miras əmlakı təşkil edən 14.000 manat hesabına ödənilməli və yalnız bundan sonra qalan (14.000–12.500) 1.500 manat məbləğində p ul vərəsələr arasında 3 paya bölünməlidir. Başqa sözlə, iddiaçılar Natiq və Günay Qaraşovlar mərhum Saleh Qaraşovun miras passivinə görə, cavabdehlik daşımalıdırlar.

53. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 mövqeyinə etiraz edən iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) isə bildirirlər ki, Cavabdeh1 qeyd etdiyi səbəbdən borcunun yaranmasını bildirsə də, bu halı sübuta yetirə bilmir.

54. İşə baxmış birinci instansiya məhkəməsi qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi barədə mövqeyini yuxarıda artıq qeyd edildiyi kimi onunla əsaslandırmışdır ki, Cavabdeh1 son vaxtlar Saleh Qaraşovun müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərinin ödənilməsi məqsədi ilə 12.500 manat məbləğində borcun yaranmasını bildirsə də, bu halları t əsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etməmişdir.

55. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1249-cu maddəsinə görə, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.

56. Cavabdeh1 Saleh Qaraşovun müalicəsi, onun ölümündən sonra isə dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclərə görə 12.500 m anat məbləğində borc aldığını bildirdiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

57. Cavabdeh1 qətnamədən verdiyi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində işə baxmış birinci instansiya məhkəməsi onun tərəfindən tərəfin təqdim edilmiş sübutların nəzərə alınmadığını bildirsə də, işin hallarından müəyyən edilir ki, Cavabdeh1 qeyd edilən borcun olmasını təsdiq edə biləcək yazılı müqaviləni (müqavilələri) məhkəmələrə təqdim etməmişdir

58. Halbuki, MPM-nin 77.1, 14.2 və 81-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

59. Beləliklə, göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh Afət Qaraşovun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil etmiş nəticə qanuni, əsaslı və işin hallarına uyğundur və kassasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 mart 2023-cü il tarixli, 2(103)-1418/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar