Məhkəmə qərarları › İş №2(102)-2834/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2834/2023

05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2834/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1112/2023 saylı mülki iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2013-cü il tarixdə X4 ilə “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlayaraq, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilini satın almışdır. xx.xx.2015-ci il tarixdə Azər Rəhimov vəfat etmişdir.

2. Bundan sonra Azər Rəhimovun arvadı, hazırki iş üzrə Cavabdeh1, “alğı-satqı müqaviləsinin” onun razılığı olmadan bağlandığını bildirərək müvafiq iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiasının təmin edilməsi, mənzilə dair İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi və mənzilə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi qət edilmişdir.

3. Qeyd edilən qətnamə icraya yönəldilmiş və hazırki iş üzrə İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ləğv edilmişdir. Cavabdeh1 Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin mövcudluğundan istifadə edərək Bakı Şəhəri, 19-cu Notariat Kontoruna ərizə ilə müraciət etmiş və ərizə əsasında xx.xx.2016cı il tarixdə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamədə miras əmlak kimi yuxarıda qeyd edilən mənzil göstərilmişdir.

4. Bundan sonra, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının i ş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

5. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqav ilənin bağlanmasından Cavabdeh1 məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Belə olan halda hesab edilməlidir ki, həmin müqavilə bağlanan zaman Cavabdeh1 hüquqları pozulmamış, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Bununla da qeyd edilən mülki işin baxışına yekun vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat ofisi tərəfindən Cavabdeh1 22 iyun 2016-cı il tarixdə verilmiş qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv olunduğu üçün İddiaçı “qətnamənin icrasına dönüş edilməsi barədə” ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qətnamənin icrasına dönüş edilməsi və İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” bərpa edilməsi qərara alınmışdır. Bunlara baxmayaraq, İddiaçı mülkiyyətində olan mənzilin miras əmlak kimi Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli “Qa nun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” hazırda da qüvvədədir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh1 X4 ilə 20 dekabr 1994-cü ildə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli Bakı şəhəri, Xanlar küçəsi, 47 saylı evin 15 saylı mənzili Cavabdeh1 ilə X4 ilə birgə nikahda olduqları müddət ərzində əldə edilmiş və xüsusi mülkiyyət hüququ üzrə 16 may 2008-ci ildə X2 adına qeydiyyata alınmışdır. X4 ilə İddiaçı arasında AN-İ ******* saylı, 11 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X4 ona məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili 120.000 manata İddiaçı satmışdır. Mübahisəli mənzil xx.xx.2013-cü il tarixdən İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bakı şəhəri 46 saylı N otariat Kontorunda 11 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən X3 11 yanvar 2014-cü il tarixədək qaytarmaq şərti ilə 150.000 manat məbləğində borc verilmiş, daha sonra tərəflər notariusa ərizə ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyi üçün kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişlər. Sonra məlum olmuşdur ki, alğı-satqı müqaviləsi, həm də kredit müqaviləsi eyni gündə, yəni 11 oktyabr 2013-cü il tarixdə bağlanmış və eyni notariat kontorunda təsdiq olunmuşdur. Cavabdeh1 X7un İddiaçı nə qədər borc pul alması və hansı məqsədə almasını bilməmişdir. Cavabdehin X7 tələbkar A.Dadaşovla (bu şəxs hazırki iş üzrə tərəf deyil) da 30 iyun 2008-ci ildə notariat qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən 80.000 manat pul almış və həm in pulu 30 iyul 2008-ci il tarixədək, yəni 1 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin pulu qaytarmamışdır. Azər Rəhimov həmin pulu qaytara bilmədiyindən onun əvəzində yaşadıqları və onun xüsusi mülkiyyətində olan mübahisəli mənzilin bütün sənədlərini və o cümlədən baş etibarnamə vermişdir. Azər Rəhimov pulu qaytarmadığından məhkəmənin qətnaməsi icraya yönəlmiş və yaşadıqları mənzilin üzərinə həbs qoyulmuşdur. X7 həbsi ləğv etdirmək üçün məhkəməyə müraciət etmiş və şikayəti təmin olunmamışdır. Azər Rəhimov 15 iyul 2013-cü il tarixdə Cavabdeh1 imzalatdığı ərizəni tələbkar A.Dadaşova göstərmək üçün yazdırmış və bildirmişdir ki, onsuz da mənzilin üzərində həbs vardır, bunu formal olaraq yazdırır. Cavabdeh1 İddiaçı tanımamış, X7un ondan borc pul aldığını bilməmişdir. O, bu b arədə X7 10 mart 2015-ci il tarixdə vəfat edəndən sonra bilmişdir. X5 Bağırov arasında bağlanılmış 11 oktyabr 2013-cü il tarixli borc müqaviləsində məbləğin 150.000 manat göstərilməsinə baxmayaraq həmin tarixli alğı-satqı müqaviləsində isə mənzilin 120.000 manata satılması barədə göstərilən rəqəm onu göstərir ki, X5 Bağırov arasında sırf borc müqaviləsi olmuşdur. İddiaçı mənzili 11 oktyabr 2013-cü ildə alğı-satqı yolu ilə formal olaraq almasına baxmayaraq 2015-ci ilin mart ayının 10-na kimi, yəni Azər Rəhimov vəfat edənə kimi yaşadıqları ünvanı tanımamışdır.

9. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(009)-1675/2022 saylı iş üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin olunmuşdur.

10. Birinci instansiya məhk əməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)-22/2016 saylı qətnaməsinin icrasına dönüş edilərək İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış bərpa edilmişdir. 11.Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək müddəti ötürülməmişdir.

12. Həmçinin məhkəmə hesab etmişdir ki, 22 iyun 2016-cı il tarixdə 19 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra –Mülki Məcəllə) 337.1, 337.2, 354.2, 1133.1, 1151.1-ci maddələrinə, “Notariat haqqında” Qanunun (bundan sonra-“Notariat haqqında” Qanun) 42, 60-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraz ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq göstərilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düz gün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(103)-1112/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən, məruzəçi, C.Musayeva və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri, Səbail Rayon məhkəməsinin 03 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 və iki qızı X7un xx.xx.2008-ci il tarixdə satın aldığı mənzildə yaşamışlar və Azər Rəhimovun vəfatından sonra onun mülkiyyətində olan miras qalan mənzili qəbul etmiş və hal-hazıra kimi orada yaşayırlar. Miras ə mlakın qəbulu və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə düzgün verilmiş və onun ləğvi üçün əsaslar yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

23. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərd ə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

28. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

31. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vər əsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə

42. Notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs belə hərəkəti apararkən qanun pozuntularını aşkara çıxardıqda bu barədə tədbir görülmək üçün əlaqədar idarəyə, müəssisəyə, təşkilata və ya prokurora xəbər verməlidir.Təqdim olunmuş sənədin həqiqiliyi şübhə doğurduqda, notarius və ya notariat hərəkətini aparan digər vəzifəli şəxs bu sənədi ekspertizaya göndərməlidir.

33. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək y olu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

34. Maddə

60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.No tarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdeh kassasiya şikayətində apellyasiya i nstansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

45. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv olunduğu üçün İddiaçı “qətnamənin icrasına dönüş edilməsi barədə” ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qətnamənin icrasına dönüş edilməsi və İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” bərpa edilməsi qərara alınmışdır. Bunlara baxmayaraq, İddiaçı m ülkiyyətində olan mənzilin miras əmlak kimi Cavabdeh1 adına verilməsinə dair xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” hazırda qüvvədədir. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

47. Bu prosessual hüquq n ormasının tələbini, yuxarıda qeyd edilən mülki iş üzrə və hazırki mülki iş üzrə tərəflərin eyni olmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktları hazırki iş üçün preyudisial və məcburi xarakter daşıyır.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.).

49. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.).

50. Həmin Məcəllənin 1151.2-ci maddəsinə görə, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturad a bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (maddə 1151.2.).

51. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, Azər Rəhimov, arvadının – hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 razılığı ilə yuxarıda qeyd edilən mənzili hazırki iş üzrə İddiaçı satdığı üçün onların həmin mənzil üzərində olan bütün hüquqlarına xitam verilmişdir.

52. Bu səbəbdən Azər Rəhimov vəfat etdiyi vaxt həmin mənzil artıq onun mülkiyyəti sayılmırdı və miras əmlak kütləsinə daxil olmurdu. Buna baxmayaraq Rəna Rəhimov onun iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin mövcudluğundan istifadə edərək 19-cu Notariat Kontoruna ərizə ilə müraciət etmiş və “Qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnamə” əldə etməyə nail olmuşdur. Lakin, həmin “Şəhadətnamənin” verilməsi üçün əsas olmuş hal aradan qalxmış, yəni birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir.

53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(103)-1112/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar