Məhkəmə qərarları › İş №2(102)-2838/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2838/2025

01.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2838/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; torpaq və yol üzərindəki tikililərin sökülməsi tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X3rşı “yol üzərindəki maneələrin sökülməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)1570/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdehlər qonşudurlar.

2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0.12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 54.91 kv.m olan 561 saylı bağ evi xx.xx.2008-ci il tarixdə Cavabdeh2, 0.13 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 227.07 kv.m olan 562 saylı bağ evi xx.xx.2009-cu il tarixdə Cavabdeh4, 561a saylı bağ sahəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh1, 560 nömrəli bağ sahəsi və onun yerləşdiyi 0.11 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı ad ına qeydiyyata alınmışdır.

3. İddiaçı Cavabdeh4 və X2 qarşı “bağdan yola nəqliyyat vasitəsilə çıxış üçün keçid yolunun bərpası” tələbinə dair iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, sonradan tərəflər razılığa gəlib mübahisəni məhkəmədən kənar həll edildiyindən iddiadan imtina edilmiş və nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1760/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3604/2018 nömrəli, xx.xx.2018ci il tarixl i qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Mərdəkan bağ massivində yerləşən 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və Cavabdeh1 bağ sahəsinin ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının xeyrinə servitutun təyin edilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinə bir neşə dəfə müvafiq olaraq Bakı Apellyasiya və Azərbaycan Respublikasının Ali Məhkəmələrində baxılmış, nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan iş üzrə apelyasiya instansiyası məhkəməsində keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, baxış zamanı, birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada (iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və cavabdehin bağ sahələrinin ortaq divarlarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsində qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının x eyrinə servitut təyin edilməsi) müəyyən etdiyi yolun 561a saylı bağ sahəsi ünvanda cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinin ortasından keçməklə torpaq sahəsini iki hissəyə bölür. Buna görə də məhkəmə kollegiyası o nəticəyə gəlmişdir ki, tələb edilən formada iddiaçının xeyrinə servitut təyin edilməsi mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istifadənin mümkünsüz etməklə bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması, cavabdehə məxsus torpaqda yerləşən tikinti sahələrinin kompensasiya edilməklə iddiaçının öz vəsaiti hesabına sökülməsi və s.) yaranmasına gətirib çıxaracaqdır. Belə olan halda həmin vəziyyət mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlik-qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsinə keçid yolunun üzərində tikilmiş tikililərin və ona məxsus bağ sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, onun əri Cavabdeh2 və Cavabdeh4 Şıxbaba oğlu, ona məxsus olan Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsindən əsas yola olan çıxış üzərində tikililər tikiblər. Uzun illərdir Daşın maz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi isə onların bu əməlləri üçün şərait yaratmış, köməklik göstərmişdir. Belə ki, iddiaçı 560 saylı bağ sahəsinin, Cavabdeh4 562 saylı bağ sahəsinin mülkiyyətçisidir. 561 saylı bağ sahəsi Cavabdeh2, 561A saylı bağ sahəsi isə onun arvadı Cavabdeh1 məxsusdur. Uzun müddətdir ki, cavabdehlər onun bağ sahəsinə olan keçid yolunun üzərində qanunsuz tikililər inşa ediblər və onun keçid yolunu bağlayıblar, Bu səbəbdən də öz mülkiyyətindən istifadə edə bilmir. Mülkiyyətində olan 560 saylı bağ sahəsindən istifadə etməsinin qarşısını alındığı üçün, keçid yolunun üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililər sökülməlidir. Cavabdeh1, onun əri Cavabdeh2 həmçinin ona məxsus, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən 560 saylı bağ sahəsində qanunsuz tikinti işləri apararaq ev tikirlər. Cavabdehlər onun mülkiyyətinə olan keçid yolunun üzərində tikililər inşa edib, onun keçid yolunu bağlamalarından istifadə edərək, onun torpağını da zəbt ediblər və orada tikinti işləri aparırlar. Mülkiyyət hüquqlarının qorunması üçün, həmin tikintinin cavabdehlərin hesabına sökülməsi vacibdir. Digər tərəfdən Daşınmaz Əmlakın Kadastrı və X4 şəxsi hansısa maraqlar naminə Cavabdeh1, onun əri Cavabdeh2 qanunsuzluq törətməkdə köməklik ediblər. Bu səbəbdən də onlar da hazırkı iş üzrə onun əmlakına dəymiş ziyana görə məsuliyyət daşıyırlar, cavabdehlərin bu hərəkətləri mülki hüququ pozuntusudur.

7. Cavabdeh2 01 sentyabr 2024-cü il tarixdə vəfat etmiş və bununla bağlı məhkəmə Cavabdeh1 Cavabdeh2 prosessual hüquqi varisi kimi tanınmışdır.

8. Məhkəmənin iclasında iştirak edən cavabdehlər Cavabdeh1 (eyni zamanda digər cavabdeh X1 prosessual hüquqi varisi) iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş ediblər.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli qərardadı ilə iddiaçıya məxsus bağ sahəsində eləcə də həmin bağ sahəsinin yolunun üstündə hər hansı (qanunsuz) tikilinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 24 oktyabr 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, mərkəzə təqdim olunan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024 tarixli 3-21-3-30/2-40 762/24 nömrəli mütəxəssis rəyində aşağıdakılar qeyd olunub: göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.11 ha olsa da, faktiki olaraq 0.1198 ha təşkil edir. 0.0098 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur. Torpaq sahəsinin dörd tərəfi qonşu sahələrdir. Təqdim olunmuş sənədlər toplusuna əsasən bağ sahəsinə yol yoxdur. İlkin qeydiyyat zamanı iddiaçı və qonşular tərəfindən təsdiq olunmuş razılıq ərizələri əsasında bağ sahəsi qeydiyyatdan keçmişdir. Belə ki, iddiaçı bağ sahəsinin qeydiyyata alındıqdan sonra həmin qonşularla alğı-satqı olunmasını qeyd etsə də, alğısatqı olunmamışdır. Hazırda iddiaçı bağ sahəsinə keçmək üçün yolu qonşu sahələrdən tələb edir (sahə mübahisəlidir). Servitutla verilməsi nəzərdə tutulan yolun qonşu mülkiyyətində olduğu müəyyən edilir (üzərində tikili yo xdur) Qeyd olunanlarla bağlı izahlı baş plan əlavə edilmişdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(003)969/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Şeyda Məhərrəmova).

11. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsinə keçid yolunun üzərində, eləcə də bağ sahəsində tikililər inşa edildiyini bildirsə də, iddia çıya məxsus bağ sahəsinin üzərində tikilinin olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş ekspert rəyi sübut kimi nəzərə alınmalıdır. Belə ki, rəyin əsassız olması, eləcə də işin halları ilə ciddi ziddiyyət olması müəyyən edilməmişdir. Bundan başqa, təqdim edilmiş rəyin mötəbərliyini şübhə altına almaq üçün əsaslar müəyyən edilməmişdir.

12. Məhkəmə bundan öncə tərəflər arasındakı oxşar predmetlərlə bağlı qanuni qüvvəsini almış işin faktiki hallarında da təsbit olunan məhkəmə aktlarına istinad edərək daha sonra qeyd etmişdir ki, nəticə etibarı ilə İddiaçı Cavabdeh1 qarşı gediş-gəliş yolunun açılması, servitut tələbinə dair iddası təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçının 560 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törətm əsi sübut olunmamış, işin tədqiq olunan halları ilə iddia tələbi tam təkzib olunmuşdur. Belə ki, mülki iş üzrə müəyyən edilmişdir ki, iddiaçının servitut tələb etdiyi 561 saylı bağ sahəsi cavabdehin əri Cavabdeh2 mülkiyyətindədir, eləcə də hazırkı iş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilinin olmaması müəyyən edilmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tə rəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddianın dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 180.1 və 180.4-cü; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat

16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyindən də müəyyən olunur ki, ekspertlər və iş üzrə rəy vermiş mütəxəssis mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, yerində ölçmə işləri aparmamışlar. Ekspertiza və mütəxəssis rəyinin verilməsində Cavabdeh1 iştirak etdiyi barədə məlumat var, lakin nə onun, nə də nümayəndəsinin iştirakı təmin edilməmişdir Bununla da çəkişmə prinsipi pozulmuşdur. Bundan əlavə, iştirakı təmin edilməməklə onun izah vermək, baş verənləri düzgün izah etmək, torpağına gedən və əvvəllər mövcud olmuş yolu göstərmək imkanı əlindən alınmışdır. Məhkəmə tərəfindən ekspertiza qarşısında servitut barədə sual qoyulmamışdır. Ekspert rəyi və ekspertiza qarşısında qoyulmuş suallar arasında kəskin uyğunsuzluq var. Bu da onu deməyə əsas verir ki, ekspertiza faktiki keçirilməyib, tərəflər arasında olmuş bundan əvvəlki məhkəmə mübahisəsində verilmiş ekspert rəyi bu mübahisədə “köçürülmüşdür”. Bu qanunsuzluqla əlaqədar vəsatət verilmiş və təkrar ekspertiza təyin edilməsi məhkəmədən xahiş edilsə də, vəsatət əsassız olaraq rədd edilmişdir.

18. Məhkəmə iclasında cavabdeh, habelə Cavabdeh2 hüquqi varisi Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1570/202 5 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(029)-31/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (Hakimlər - Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edərək qeyd edib ki, iddiaçı və cavabdehlər qonşudurlar. İddiaçıya məxsus bağ sahəsi faktiki olaraq üç tərəfdən cavabdehlərə məxsus bağ sahələri ilə əhatə olunmuşdur. İddiaçıya məxsus bağ sahəsinə hər hansı keçid yolu yoxdur. İddiaçı əvvəllər cavabdehlər Cavabdeh4 və X2 qarşı keçid yolunun bərpası iddiası ilə məhkəməyə müraciət etmiş, lakin sonradan cavabdehlərlə razılıq əldə olduğund an işə onun şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiadan imtina etmişdir. Bununla yanaşı, iddiaçı Cavabdeh1 qarşı da keçid yolunun açılması və servitutun verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı vəfat etmiş və bu şəxs hüquqi varisi olan (arvadı) digər Cavabdeh1 ilə əvəz edilmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirib ki, hazırda iddiaçının tələbi 2 istiqamət üzərində formalaşmışdır: 1) ona məxsus olan bağ sahəsinə keçid yolunun üzərində tikilmiş tikililərin sökülməsi; 2) cavabdehlər tərəfindən ona məxsus bağ sahəsində tikilmiş qanunsuz tikilinin sökülməsi.

22. Məhkəmə kollegiyası iddia tələbinin ilk hiss əsinə münasibətdə qeyd edib ki, iddiaçı əvvəlcə qanunsuz tikililərin sökülməsini tələb etdiyi keçid yoluna hüquqi bağlılığını, o cümlədən ümumiyyətlə mövcudluğunu sübut etməli və cavabdehlərin onun hansı hüququnu pozmasını əsaslandırmalıdır. İddiaçı isə 3 cavabdehə qarşı bu tələbi irəli sürsə də, nəticə etibarı ilə keçid yolunun üzərində Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsini tələb edir. Belə ki, keçid yolunun məhz bu cavabdehə məxsus olan bağ sahəsi üzərindən olduğunu iddia edir.

23. Məhkəmə kollegiyası vurğulayıb ki, artıq müəyyən edildiyi kimi iddiaçı cavabdehlər Cavabdeh4 və X2 qarşı keçid yolunun bərpası iddiasını qaldırmış, lakin sonradan bu iddiasından məhkəmə qaydasında imtina etmiş və onun imtinası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-176 0/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı ilə qəbul edilmişdir. İddiaçının Cavabdeh1 qarşı keçid yolunun açılması və servitutun verilməsi tələbinə dair iddiası isə uğursuz olmuşdur. Hüquqi nəticə etibarı ilə iddiaçının cavabdehlərdən hər hansı birinin mülkiyyətində olan torpaq sahəsindən keçid yolu mövcud deyil. Bu baxımdan cavabdehlərə məxsus olmaqla onların mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş hər hansı tikintinin bu əsasla sökülməsini tələb etmək üçün iddiaçı ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu tələbi rədd etməkdə haqlı olmuşdur. Bu tələb əsasızdır və təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edib ki, iddiaçının tələbi bilava sitə sübutetmə yükü ilə bağlıdır. Bu baxımdan iddiaçı cavabdehlər (onların hər hansı biri) tərəfindən ona məxsus bağ sahəsində qanunsuz olaraq tikili inşa edildiyini sübut etməli idi. Lakin iddiaçı bu mövqedən çıxış etsə də, iddia etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarı ilə ona məxsus sahədə cavabdehlərin hər hansı biri tərəfindən tikinti işlərinin aparılması öz təsdiqini tapmır. Əksinə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatı ilə iddiaçıya məxsus torpaq sahəsinin (bağ sahəsi) sənəd üzrə 0.11 ha olmasına baxmayaraq, faktiki olaraq 0.1198 ha təşkil etdiyi, yəni 0.0098 ha torpaq sahəsinin əlavə olaraq onun istifadəsində olduğu müəyyən edilmiş və bu barədə Məhkəmə Ekspertizası Mərkəzi tərəfi ndən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8206 saylı ekspert rəyi tərtib edilmişdir. Başqa sözlə, iddiaçı ölçü etibarı ilə ona məxsus olan torpaq sahəsindən də artıq sahədən istifadə edir. Bu rəydə göstərilənlərin həqiqəti əks etdirmədiyini və iddiaçının ekspert tədqiqatında iştirak etməsi nəticəsində hər hansı başqa bir rəyin verilməsinin mümkünlüyünü də məhkəmə kollegiyası istisna edir. Hər bir halda, 560 nömrəli bağ sahəsi və onun yerləşdiyi 0.11 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bununla bağlı baza məlumatları mövcuddur və həmin sahənin cizgiləri həmin baza məlumatlarındadır. Bu da öz növbəsində iddiaçının sənəd üzrə və faktiki olaraq istifadəsində olan sahələr üzrə dəqiq məlumatın verilməsini mümkün edir.

25. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbayc an Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 5.3, 139.1, 152.1, 152.2, 152.3, 157.2, 180.1 və 180.2-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1570/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd olunur ki, Bakı Apelyasiya Məhkəməsi mübahisələndirilən qərarı ilə vətəndaşlar arasında ayrı-seçkiliyə yol vermişdir. Belə ki, Cavabdeh1 və digərləri öz mülk iyyətlərindən maneəsiz istifadə edə bildikləri halda, iddiaçı öz mülkiyyyətində olan bağa daxil ola bilmir. Cavabdeh1 mülkiyyət hüququ qorunur, amma İddiaçı mülkiyyətinin Cavabdeh1 tərəfindən zəbt edilməsinə qarşı qanuni tədbir görülmür.

28. Bakı Apellyasiya Məhkəməsi qanunsuz qərarı ilə, iddiaçının mülkiyyət hüququnu müdafiə etməsinin qarşısını almış, iddiaçıya məxsus olan bağ sahəsinin həmin bağa faktiki yiyələnmiş cavabdeh şəxslərdən geri alınmasına imkan verməmişdir. Məhkəmə, İddiaçı Mərdəkan qəsəbəsində yerləşən 560 saylı bağ sahəsinin Cavabdeh1, onun mərhum əri Cavabdeh2 və digərləri tərəfindən faktiki olaraq zəbt edilərək istifadə edildiyini nəzərə almamışdır.

29. İşin halları göstərir ki, cavabdehlər iddiaçının əsas yola çıxışına imkan vermirlər. Buna baxmayaraq nə birinci instansi ya məhkəməsi, nə də apellyasiya məhkəməsi işin hallarının qətnamədə göstərilmiş nəticəyə uyğun gəlmədiyini nəzərə almamışdır.

30. İddiaçının ekspertdən təqdidat üsullarının mahiyyəti və alınmış nəticənin izahını tələb etmək hüququ var. İş üzrə rəy vermiş mütəxəssis və ekspertə İddiaçı sualları var. İlk sual bundan ibarətdir ki, ekspert və mütəxəssi nəyə görə Cavabdeh1 tərəfindən inşa edilən yeni tikilinin koordinatlarının təqdim etməmişdir. Koordinatları müəyyən edilməyən tikilinin kimin bağ evində yerləşdiyi və İddiaçı 560 saylı bağ sahəsində olmadığını mütəxəssis və ekspert necə müəyyən etdi? Ekspertiza və mütəxəssis tərəfindən torpağa baxışın və ölçmələrin keçirildiyi yer və vaxt iddiaçıya bildirilməmiş, ümumiyyətlə formal, kağız üzərində rəy verilmiş, torpağa yerində faktiki baxış keçi rilməmişdir. Apellyasiya Məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulmasını aydınlaşdırmamış, zəruri olan təkrar ekspertiza təyin etməmiş, iş üzrə ekspert və mütəxəssis rəyi vermiş şəxslər dindirilməmişlər. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

32. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhk əmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əm laka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

38. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

40. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbayc an Respublikasının Torpaq Məcəlləsi

41. Maddə 84, 4-cü bəndi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

42. Maddə 111, 1-ci bəndi. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

43. Maddə 111, 2-ci bəndi. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

50. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

51. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

52. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində m üəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

59. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istina d olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə ki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına d air şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1570/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar