Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2839/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Bakı şəhəri 40 saylı Notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddətin üzürsüz səbəbdən buraxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Bakı şəhəri 40 saylı Notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2780/2022 nömrəli 4 mart 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 25 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia tələbi rədd edilmişdir. Apellyasiya instans iyası məhkəməsində icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)406/2022 nömrəli 14 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2780/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin 14.02.2022-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada rəsmi qeydiyyatda olduqları ünvana 21.01.2022-ci il tarixdə göndərilmiş, həmçinin eyni tarixdə qətnamə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdi rilmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürməklə 26.02.2022-ci il tarixində apellyasiya şikayətini elektron informasiya sistemi vasitəsilə təqdim etmişdir
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 135.5-ci maddəsinə əsasən, 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirili r və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
7. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, verilmiş şikayət üzrə prosessual müddət ötürüldüyündən və üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmadığından kollegiya şikayətin icraata qəbulu üçün əsaslar görmür. Kassasiya şikayəti və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı (Vəkil) qərardaddan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2022-ci il tarixli 2(103)-2780/2022 nömrəli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya şikayətini 26 fevral 2022-ci il tarixdə poçt vas itəsi ilə müddət ötürülmədən məhkəməyə göndərmişdir. Əgər müddət ötürülmüş olsaydı instansiyasına göndərməzdi. Yasamal Rayon Məhkəməsi sənədləri apellyasiya b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
14. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
15. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
17. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından İddiaçı kass asiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadını tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
21. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin 14.02.2022-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada rəsmi qeydiyyatda olduqları ünvana 21.01.2022-ci il tarixdə göndərilmiş, həmçinin eyni tarixdə qətnamə iddiaçının nümayəndəsi və həm də vəkili Vəkil oğlunun elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürməklə 26.02.2022-ci il tarixində apellyasiya şikayətini elektron informasiya sistemi vasitəsilə təqdim etmişdir. 22. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır(&15).
23. Göründüyü kimi qətnamə iddiaçının nümayəndəsi və vəkilinin elektron poçtuna yerləşdirildikdən sonra bir aylıq müddət ötürülməklə qətnamədən apelyasiya şikayəti elektron poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, tərəf müddətin bərpa olunması barədə vəsatət verməmişd ir. Ona görə Apelyasiya Məhkəməsi haqlı olaraq MPM-nin 363.1.3.maddəsini tətbiq etməklə şikayəti 1-ci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul etmişdir.
24. Qeyd olunan halları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2780/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.