Məhkəmə qərarları › İş №2(102)-2840/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2840/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2840/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5246/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları

1. Borclu İddiaçı kreditor X2 xeyrinə 300.000 manat məbləğində pulun tutulmasına dair Bakı şəhəri 6 №-li Notariat Kontoru tərəfindən 7E-40553 №-li, 14.12.2013-cü il tarixli icra qeydi verilmişdir.

2. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi icra sənədinin icrası çərçivəsində tələbin borclunun əmlakına yönəldilməsi məqsədilə borcluya məxsus Bakı şəhəri, Səhhət küçəsində yerləşən 59/61 saylı evin 58 saylı mənzilinin açıq hərracdan satılması barədə Cavabdeh1 MMC-yə 01.10.2018-ci ildə sifariş göndərmişdir. Sifarişdə mənzilin ilkin satış qiyməti 362.000 manat göstərilmişdir.

3. Hərrac təşkilatının 29.01.2019-cu il tarixli, 128 nömrəli məktubundan görünür ki, sözügedən mənzil 16.11.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 362.000 manat, 03.12.2 018ci il tarixdə keçirilmiş hərracda 10% endirimlə ilkin satış qiyməti 325.800 manat, 17.12.2018-ci il tarixdə keçirilmiş hərracda 20% endirimlə ilkin satış qiyməti 289.600 manata hərraca çıxarılsa da, hərracda iştirakçı olmadığından əmlakın satışı baş tutmamış elan olunmuşdur. Həmin əmlak 04.01.2019-ci il tarixdə keçirilmiş hərracda 30% endirimlə ilkin satış qiyməti 235.400 manata hərraca çıxarılmış və tələbkar Ramazan Səlimov hərracda iştirak etmək üçün ərizə təqdim etmiş və hərracın qalibi elan olunmuşdur. Lakin iddiaçı tərəfindən İcra Şöbəsinin 05-29399/14-5-9 №-li 04.01.2019-cu il tarixli hərracın dayandırılması barədə məktubu və ona əlavə olunmuş əmlak üzərinə həbs qoyulması barədə məktubu Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qərardadı (İş № 8(103)-894/2018) təqdim edildiyindən hərracın nəticələri dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 59/61 saylı evin 58 saylı mənzilinin "X7” MMC tərəfindən keçirilmiş hərrac nəticəsində tələbkar X1 barədə hərracın yekunlarına dair 04.01.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi və cavabdeh "X7" MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 ( bir yüz min) manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu X4 04.07.2014-cü il tarixli, 7E/40553 saylı icra qeydi ilə X2 xeyrinə İddiaçı 300.000 min manat tutulması təklif edilmiş, həmin icra qeydi icraya yönəldilmiş və hazırki günədək bir çox məcburi icra tədbirləri görülmüşdür. Nəsimi Rayon İcra Şöbəsinin icra məmtru Ramiz Quliyev Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu X8 tərəfindən verilmiş 7E/40553 saylı, 04.07.2014- cü il tarixli icra qeydinin icrası ilə əlaqədar borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 1825a saylı bağ evinin, Bakı şəhəri, Nəsirri rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin, 58 saylı mənzilinin və İddiaçı həyat yoldaşı X5 mülkiyyətində olan Bakı şəhəri, Y.Yasamal-1 küçəsində yerləşən yarımçıq tikilinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu X8 tələfindən verilmiş 7E/40553 saylı, 04.07.2014cü il tarixli icra qeydinə əsasən borclu İddiaçı 300.000 manat alınaraq X3 ödənməlidir. 04.07.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü qaydada icra edilməsi üçün həmin qərar və bildiriş 01.08.214-cü il tarixdə borcluya şəxsən təqdim edilmiş, icra sənədinin icrası ilə bağlı izahatı alınmış, lakin könüllü icra müddəti ərzində borc ödənilməmişdir, icra sənədi könüllü müddət ərzində təmin edilnədiyindən məcburi icra hərəkətlərinə başlanılmış, İddiaçı adına qiymətli əmlakların olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara əmlak s orğuları edilmiş, lakin heç bir qiymətli əmlak aşkar edilməmişdir. Tələbkarın şöbəyə təqdim etdiyi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinin 2014-cü il tarixli məktubunda borclu İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 1825 saylı bağ sahəsinin, borclunun həyat yoldaşı X5 adına Bakı şəhəri, Y.Yasamal-1 küçəsində yerləşən yarımçıq tikilinin olduğu qeyd olunmuşdur. Eyni zamanda aparılmış icra tədbirləri nəticəsində borclu İddiaçı adına ünvan 1nzilin olduğu müəyyən edilmiş və bu barədə "xxxx" MTK-dan müvafiq arayış alınmışdır. Göstərilənlərə əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 1825 saylı bağ sahəsinin, ünvan 1nzilinin və İddiaçı həyat yoldaşı X5 mülkiyyətin də olan Bakı şəhəri, Yasamal rayonu, Y. Yasamal-1 küçəsində yerləşən yarımçıq tikilinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 1825a saylı bağ evinin və ünvan 1nzilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli qərardadı ləğv edilmiş və araşdırılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 8(006)-390/2017 saylı 27 aprel 2017-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, İddiaçı mülkiyyətindəki Nəsimi rayonu, A. Səhhət küçəs i, 59/61 saylı evin 58 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Nəsimi rayon Məhkəməsinin 8(006)-39(V2017 saylı 27 aprel 2017-ci il tarixli qərardadı borcluya rəsmi qaydada təqdim edilmədən icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və həmin əmlakın üzərinə həbs qoyulması barədə qərardad əsasında ünvan 1nzil bizim xəbəri olmadan qiymətləndirilmiş və açıq hərracın keçirilməsi üçün Cavabdeh2 01.10.2018-ci il tarixli, **********/14-5- 9 saylı sifariş məktubu ilə “X7" MMC-yə göndərilmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi barədə yalnız 1 dəfə borclu İddiaçı məlumat verilmişdir. Həmin bildirişə əsasən hərracın keçirilməsi 16.11.2018-ci il tarixə təyin edilmişdir. Daha sonra isə iddiaçıya hərrac barədə hər hansı bildiriş təqdim edilməmiş, ümumiyyətlə hərracın yekun nəticəsi barəd ə hazırkı iş üzrə iddiaçıda heç bir məlumat olmamışdır. Yalnız 2019-cu ilin mart aprel ayında icra məmuru tərəfindən verilən şifahi məlumat əsasında iddiaçıya məlum olmuşdur ki, həmin əmlak üzrə hərracın keçirilməsi baş tutmadığından əmlak tələbkara təklif edilmiş və 04.01.2019-cu il tarixli hərracın yekunlarına dair yekun protokol əsasında tələbkar Səlimov Ramazan qalib elan edilmiş və əmlak ona satılmışdır. Bundan sonra dəfələrlə “X7" MMC-yə həmin əmlak üzrə keçirilmiş hərracın yekunlarına dair protokolun İddiaçı təqdim edilməsi barədə müraciət edilsə də, bu günədək həmin protokol təqdim edilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı sahibliyində olan ünvan 1nzilin X6 tərəfindən qalib elan edilərək alması barədə “X7" MMC tərəfindən keçirilən hərracın yekunlarına dair protokol etibarsız hesab edilməlidir. İlk növbədə qeyd etmək istəyir ki, hərracın vaxtı və yeri barədə borclu İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Ona yalnız birinci dəfə keçirilən hərrac barədə rəsmi bildiriş göndərilmiş ondan sonra isə heç bir bildiriş göndərilməmişdir. Digər tərəfdən qeyd edir ki, açıq hərrac vasitəsi ilə satılmış əmlak barəsində Nəsimi rayon Məhkəməsinin 8(006)-390/2017 saylı 27 aprel 2017-ci il tarixli qərardadı apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və Nəsimi rayon Məhkəməsinin 8(006)- 390/2017 saylı 12.10.2018-ci il tarixli qərardadı ilə Bakı səhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin, 58 saylı mənzilin üzərinə qovulmuş həbs götürülmüşdür. Həmçinin oda qeyd edilməlidir ki, həmin əmlakın İddiaçı mülkiyyətində olmasını tə sdiq edən heç bir sənəd icra işində və hərrac işində mövcud olmamışdır. Belə ki, "xxxx" MTK-nin 24.04.2015-ci il tarixli arayışı həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Nəsimi rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin 58 saylı mənzilin mülkiyyət hüququ yoxdur. Göründüyü kimi icra məmurunun təqdimatı əsasında üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin 58 saylı mənzili “əmlak”(mülkiyyət hüququ) olmamaqla yanaşı, üzərinə tələb yönəldilməsi qaydası isə ayrıca iddia icraatı qaydasında mümkündür. Həmçinin 04.07.2014-cü il tarixli, 7E/40553 saylı icra qeydinin verilməsinə əsas olmuş icra sənədi hərrac keçirilməmişdən öncə borclu tərəfindən mübahisələndirildiyindən Nəsimi rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli qərardadı ilə 04.07.20 14-cü il tarixli, 7E/40553 saylı icra qeydi əsasında Cavabdeh2 icraatında olan icra işinin icraatı dayandırılmışdır. Həmin qərardad Nəsimi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş həmin qərardaddan tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli 8(103)-894/2018-ci il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ləğv edilmiş və icra işi üzrə icraat dayandırılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, yuxarıda qeyd edilən xüsusatlarla bağlı Cavabdeh1 MMC-yə həm şifahi, həm də 02.11.2018-ci il tarixdə məktub vasitəsi ilə rəsmi qaydada məlumat verilmişdir. Həmçinin Cavabdeh2 tərəfindən 04.01.2019-cu il tarixdə Cavabdeh1 MMC-yə məktub ünvanlanaraq hərrac sifarişinin dayandırılması tələb ed ilmişdir. Lakin "X7" MMC qanunvericiliyin tələblərini kobud surətdə pozaraq göstərilənlərə əməl etməli olduğu halda əməl etməmiş və hərracın keçirilməsi üzrə tədbirləri davam etdirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Əbər oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 59/61 saylı evin 58 saylı mənzilinin "X7” MMC tərəfindən keçirilmiş hərrac nəticəsində tələbkar X1 barədə hərracın yekunlarına dair 04.01.2019-cu il tarixli protokol etibarsız hesab edilməlidir.

6. Cavabdeh1 MMC birinci instansiya məhkəməsindəki icraatda iddia qarşı təqdim etdiyi etirazında bildirmişdir ki, Cavabdeh1 MMC tərəfindən 17 oktyabr 2018-ci il, 21 noyabr 2018-ci il, 05 dekabr 2018-ci il və 20 dekabr 2018-ci il tarixli hərracın keçirilməsinə dair bildirişlər poçt v asitəsilə borclunun icra vərəqəsində qeyd edilən ünvanına göndərilmişdir. 17 oktyabr 2018-ci il tarixli hərracın keçirilməsinə dair bildirişin xəbərnaməsində “bildirişin şəxsən X9 tərəfindən alındığı” qeyd edilmişdir. ”21 noyabr 2018-ci”il tarxli hərracın keçirilməsinə dair bildirişin xəbərnaməsində “evdə yoxdur” qeyd olunmuşdur. 05 dekabr 2018-ci il hərracın keçirilməsinə dair bildirişin xəbərnaməsində “evdə yoxdur” qeyd olunmuşdur. 20 dekabr 2018-ci il hərracın keçirilməsinə dair bildirişin xəbərnaməsində “qapı bağlıdır” qeyd olunmuşdur. Həmçinin 17 oktyabr 2018-ci il, 21 noyabr 2018-ci il, 05 dekabr 2018-ci il və 20 dekabr 2018-ci il tarixlərində “Kaspi’' qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Bundan əlavə Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının iddia əri zəsində qeyd etdiyi “hərracın keçirilməsi barədə rəsmi qaydada məlumatının olmayub” tələbi təmamilə əsassızdır. Çünki iddiaçı, yəni borclu İddiaçı səlahiyyətli nümayəndəsi (oğlu) dəfələrlə Cavabdeh1 MMC-də olmuş, xüsusən hər hərracdan əvvəl gələrərək hərracın dayandırılmasını tələb etmişdir. Göründüyü kimi borclu bilərəkdən hərracın keçirilməsinə hər cür mane olmağa və gələcəkdə suni mübahisələr yaratmağa cəhdlər etməkdədir. Bundan başqa 04.01.2019 tarixdə iddiaçının həmin nümayəndəsi Cavabdeh2 hərracın dayandırılması barədə 05-29399/145-9 saylı 04.01.2019 tarixli məktubunu (qərardadı ilə) hərrac təşkilatına təqdim etmiş və hərrac 128 saylı 29.01.2019 tarixli məktubla dayandırılmışdır. Tərəflər arasındakı yeni mübahisəyə dair yekun məhkəmə aktı qəbul edildikdən və bu barədə Cavabdeh2 tərəf indən hərracın davam etdirilməsinə dair tələb hərrac təşkilatına daxil olduqdan sonra hərrac davam etdiriləcəkdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 04.01.2019-cu il tarixli hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbi tamamilə əsassızdır, çünki elə bir protokol mövcud deyildir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 16 mart 2020-ci il tarixli, 2(005)-843/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Kaspi” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşı lıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 19 avqust 2020-ci il tarixli, 2(103)-5246/20 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, iddiaçının tələbinin 3 əsası olmuşdur: Hərracın vaxtı və yeri barədə borclu İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Ona yalnız birinci dəfə keçirilən hərrac barədə rəsmi bildiriş göndərilmiş ondan sonra isə heç bir bildiriş göndərilməmişdir; Açıq hərrac vasitəsi ilə satılmış əmlak barəsində Nəsimi rayon Məhkəməsinin 8(006)-390/2017 saylı 27 aprel 2017-ci il tarixli qərardadı apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və Nəsimi rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli qərardadı ilə Bakı səhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 59/61 saylı evin, 58 saylı mənzilin üzərinə qovulmuş həbs götürülmüşdür. 04.07.2014-cü il tarixli icra qeydinin verilməsinə əsas olmuş icra sənədi hərrac keçirilməmişdən öncə borclu tərəfindən mübahisələndirildiyindən Nəsimi rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli qərardadı ilə 04.07.2014-cü il tarixli icra qeydi əsasında Cavabdeh2 icraatında olan icra işinin icraatı dayandırılmışdır. Həmin qərardad Nəsimi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ləğv edilmiş və icra işi üzrə icraat dayandırılmışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi iddia tələb inin 1 əsasına qiymət vermiş (Hərracın vaxtı və yeri barədə borclu İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Ona yalnız birinci dəfə keçirilən hərrac barədə rəsmi bildiriş göndərilmiş ondan sonra isə heç bir bildiriş göndərilməmişdir), digər 2 əsasına isə münasibət bildirilməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi iddia ərizəsinin əsaslarına hüquqi qiymət verməyərək sonda qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsinin cavabdeh təşkilata ərizə ünvanlayaraq hərracın dayandırılmasını xahiş etməsi, hərracın yeri və vaxtı barədə iddiaçının lazımi qaydada məlumatlandırlması kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının “İpoteka Haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş gü nü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Lakin Cavabdeh1 MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq borcluya hərracın vaxtı və yeri barədə rəsmi bildiriş göndərilməmişdir. Hərracın vaxtı və yeri barədə borclu İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Ona yalnız birinci dəfə keçirilən hərrac barədə rəsmi bildiriş göndərilmiş, ondan sonra isə heç bir bildiriş göndərilməmişdir. Bu faktı cavabdeh təşkilatın məhkəməyə ünvan landığı iddia ərizəsinə etirazda təsdiq edir. Belə ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, “21.11.2018-ci il və 05.12.2018-ci il tarixli bildirişlər olan zərflər üzərində “evdə yoxdur”, 20.12.2018-ci il tarixli bildiriş olan zərf üzərində isə “gapı bağlıdır” qeyd olunmuşdur. ” Eyni zamanda cavabdeh təşkilat bir birinə zidd fikirlərlə məhkəmə müraciət edərək qeyd edir ki, ''hərracda iştirakçı olmadığından əmlakın satışı bas tutmamış elan olunmuşdur. Həmin əmlak 04.01.2019-cu il tarixdə keçirilmiş hərracda 30% endirimlə ilkin satış qiyməti 235.400 manata hərraca çıxarılmış və tələbkar Ramazan Səlimov hərracda iştirak etmək üçün ərizə təqdim etmiş və hərracın qalibi elan olunmuşdur.” Daha sonra isə həmin fikrə zidd olaraq qeyd edir k i, "İddiaçının iddia ərizəsində qeyd etdiyi 04.01.2019-cu il tarixli hərracın yekunlarına dair protokol isə mövcud deyildir. Bu səbəbdən iddia ərizəsi əsassızdır və rədd edilməlidir.” Belə olan halda hərracın keçirilib-keçirilməməsi, hərrac nəticələri üzrə X2 qalib olub-olmaması qeyri müəyyən olmuşdur. Mülki iş materiallarında cavabdeh təşkilatdan alınmış hərrac işində Ramazan Səlimovun hərrac təşkilatına ərizə verməsi, həmin məbləği hərrac təşkilatına ödəməsi, ümumiyyətlə hərracda iştirak etmək üçün beh ödəməsi faktı təsdiq olunmur. İddiaçı, cavabdeh "X7” MMC-nin iddia ərizəsinə ünvanlamış olduğu etirazla bağlı vurğulayır ki, etirazda qeyd edilmişdir ki, guya ki, hərracın yeri və vaxtı barədə bildirişi İddiaçı şəxsən qəbzə imza etməklə əldə etmişdir. Bundan sonrakı bildirişlər isə ‘‘qapı bağlıdır”, "‘evdə yoxdur”, imtina etdi” səbəblərindən qəbul edilməmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, iş materiallarında da aydın olur ki, İddiaçı 01.04.2015-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş və o həmin tarixdə 9 saylı cəzaçəkmə müəssisəndə cəza çəkirdi. Belə olan halda, İddiaçı qeydiyyatda olduğu ünvan 1nzilə ünvanlanmış poçt xəbərnaməsini şəxsən imza etməklə qəbul etməyi ağlabatan hesab edilə bilməz. Həmin etirazın 2-ci dəlili isə ondan ibarət olmuşdur ki, tələbkar Səlimov Ramazan 04.01.2019-cu il tarixdə keçirilmiş hərracın qalibi elan edilsə də, iddiaçının nümayəndəsi tərəfindən bəzi məhkəmə aktları təqdim edildiyindən 29.01.2019-cu il tarixdə hərrac dayandırılmışdır. Bu səbəbdən də, təşkilat ilə qalib arasında hər hansı protokol imzalanmamışdır. İcra icraatının dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli qərardadı və mübahisəli mənzilin üzərindən həbsin götürülməsi barədə Nəsimi rayon Məhkəməsinin 8(006)-390/2017 saylı 12.10.2018-ci il tarixli qərardadı iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə həm şifahi, həm də 02.11.2018-ci il tarixdə məktub vasitəsi ilə rəsmi qaydada bildirilmişdir. Belə olan halda, 3 ay sonra, yəni 29.01.2019-cu il tarixdə (yekun hərracın keçirildiyi tarixdən- 04.01.2019-cu ildən 25 gün sonra) guya hərracın dayandırılması həqiqəti əks etdirmir. Açıq hərrac vasitəsi ilə satılmış əmlak barəsində Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qərardadı apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və Nəsimi Rayon Məhkəməs inin 12.10.2018-ci il tarixli qərardadı ilə Bakı səhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin, 58 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Azərbaycan Respublikasının "İpoteka Haqqında” Qanununun tələblərinə əsasən hərracın keçirilməsi üçün əsaslar mövcuddur. Bunlardan birincisi odur ki, əmlaka tutma yönəldilməsi barədə məhkəmə qərarı və notariusun icra qeydi mövcud olmuş olsun (ipoteka müqaviləsi və ya iddia təmin tədbiri əsasında), ya da icra qaydasında icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatı əsasında əmlak üzərinə həbs qoyulmuş olsun. Hazırkı mübahisədə isə əmlakın üzərinə qoyulmuş həbs məhkəmə qərardadı ilə götürülmüşdür. Aydındır ki, tələb yönəldilməyən əmlakın açıq hərrac vasitəsi ilə satışı qeyri-mümkündür. Həmçinin, həmin əmla kın İddiaçı mülkiyyətində olmasını təsdiq edən heç bir sənəd icra işində və hərrac işində mövcud olmamışdır. Belə ki, "xxxx" MTK-nin 24.04.2015-ci il tarixli arayışı həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Nəsimi rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin 58 saylı mənzilin mülkiyyət hüququ yoxdur. Göründüyü kimi icra məmurunun təqdimatı əsasında üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin 58 saylı mənzili “əmlak” (mülkiyyət hüququ) yoxdur. Həmçinin, 04.07.2014-cü il tarixli icra qeydinin verilməsinə əsas olmuş icra sənədi hərrac keçirilməmişdən öncə borclu tərəfindən mübahisələndirildiyindən Nəsimi Rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli qərardadı ilə 04.07.2014-cü il tarixli icra qeydi əsasında Cavabdeh2 icraatında olan icra i şinin icraatı dayandırılmışdır. Həmin qərardad Nəsimi rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 26.12.2018-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli qərardadı ləğv edilmiş və icra işi üzrə icraat dayandırılmışdır. "İcra Haqqında'' AR Qanununun 21.8-ci maddəsinə əsasən, dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda qeyd edilən xüsusatlarla bağlı iddiaçı tərəfindən "X7” MMC-yə həm şifahi, həm də 02.11.2018-ci il tarixdə məktub vasitəsi ilə rəsmi qaydada məlumat verilmişdir. Həmçinin Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 04.01.2019-cu il tarixdə Cavabdeh1 MMC-yə məktub ünvanlana raq hərrac sifarişinin dayandırılması tələb edilmişdir. Lakin “X7'" MMC qanunvericiliyin tələblərini kobud surətdə pozaraq göstərilənlərə əməl etməli olduğu halda əməl etməmiş və hərracın keçirilməsi üzrə tədbirləri davam etdirmişdir. İddiaçı Əbər oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A. Səhhət küçəsi, 59/61 saylı evin 58 saylı mənzilinin "X7” MMC tərəfindən keçirilmiş hərrac nəticəsində tələbkar X1 barədə hərracın yekunlarına dair 04.01.2019-cu il tarixli protokol etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntılar keçirmiş, bunun nəticəsində mənəvi zərər yetirilmişdir. Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 100.000 (bir yüz min) manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

17. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağ lamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

18. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

19. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

21. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hes ablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.

22. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayə tlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

23. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən”asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

24. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana”(notariusun icra qeydi isə tələbkara)”qaytarılır.

25. Maddə 61.1.”Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun”əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

26. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı”icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

27. Maddə 62.1.”İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

28. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Mübahisə borclunun əmlakının icra icraatı çərçivəsində məcburi satılması ilə əlaqədar keçirilən hərracın etibarsızlığı iddiası ilə bağlıdır.

34. İddiaçının kassasiya şikayətinə baxılarkən bu kateqoriyadan olan mübahisələrə dair məhkəmə tərkiblərinin fərqli hüquqi mövqeləri olması nəzərə alınaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1.1 və 418-1.2-ci maddələrinə əsasən, iş üzrə mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclasın təyin edilməsi barədə təqdimatla Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət olunmuşdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 №-li qərarına əsasən, “...girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Bu baxımdan girov (ipoteka), kreditorun (girov saxlayanın) əsas tələb hüququna bağlı olan əlavə (aksessor) əşya hüququ sayılır. Girov”(ipoteka) olmadıqda isə, icra sənədi üzrə borclunun əmlakı barəsində tələbkarın məhdud əşya hüququ da olmur. Həmin tələbkarın öz alacağını borclunun əmlakının satılması hesabına əldə etmək hüququ “İcra haqqında” Qanundan irəli gəlir. Belə ki, icra icraatı çərçivəsində tələbin borclunun əmlakına yönəldilməsi məcburi icra tədbiridir. Bu qaydada yönəltmə əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Tələbkarın tələblərini n təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Yuxarıda göstərilənləri birlikdə təhlil edərək məhkəmə tərkibi” mübahisəli hüquqi məsələyə münasibətdə qeyd edir ki, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq, icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı hərracın keçirilməsi qaydalarını (Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53, 61, 62-ci maddələri) ipoteka predmeti olan əmlakın hərracda satışı qaydalarından”(“İpoteka haqqında” Qanunun 42, 43-cü ma ddələri) fərqli şəkildə tənzimləmişdir. İpoteka predmeti olmayan əmlakın hərracının “İpoteka haqqında” Qanunun tələblərinə uyğun keçirilməsi həmin tələbkarın ipoteka saxlayanla eyniləşdirilməsi anlamına gəlir. Eyni yanaşma borclunun vergi ödəyicisi kimi siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına da aiddir. Belə ki, istinad edilən kateqoriyaya aid olmayan əmlaklara digər qanunlarda nəzərdə tutulmuş xüsusi normaların tətbiqi borclu şəxslərin qanunda xüsusi bir göstəriş olmadığı halda müəyyən məhrumiyyətlərə məruz qalmasına səbəb olur. Halbuki, hər kəsin hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra Konstitusiya) və qanunlarında müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaş ır.”Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi). Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, yalnız o zaman oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə...aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci ma ddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.”

36. Hazırkı işdə isə iddiaçının icra sənədinin icrası çərçivəsində məcburi satılması sifariş olunan mənzilinə dair hərracın Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələrinə uyğun keçirilib-keçirilmədiyi araşdırılmamış, bu xüssuatlara hüquqi qiymət verilməmişdir.

37. Ona görə də qətnamə ləğv edilməli, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının adı çəkilən qərarındakı hüquqi mövqelər nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq iddia tələbləri üzrə müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

38. Belə olan halda, Kollegiya qətnamənin kassasiya şikayətində göstərilən əsaslar üzrə yoxlanılmasına prosessual qənaət prinsipi baxımından zərurət görmür.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5246/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar