Məhkəmə qərarları › İş №2(102)-2842/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2842/2025

09.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2842/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kasasiyanın mümkünlüyü, prosessual müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-478/2025 n ömrəli, 2025-ci il 10 iyul tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Gəncə Şəhər Məhkəməsinin 2024-cü il 14 noyabr tarixli, 2(125)-4361/2024 nömrəli qətnaməsi ilə (hakim X7) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 27 fevral 2024cü il tarixli, 4Ə-267 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması m üqaviləsinin qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95-05301-093203 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 27 fevral 2024-cü il tarixli, 4Ə268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh4 mülkiyyət hüququnun qey diyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95-05301-093203 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m. olan mənzildən ibarət **********23-05301093146 reyestr nömrəli daşınmaz əmlakın və Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95-05301-093203 reyestr nömrəli daşınmaz əmlakın 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2 və 6/8 hissəsinə Cavabdeh4 (mülkiyyət) payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

2. Gəncə Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 17 mart tarixli, 2(104)-478/2025 nömrəli qətnaməsi ilə (hakimlər - X8 (sədrlik edən və məruzəçi), X4 və X5) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-4361/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3. 2025-ci il 18 iyun tarixində Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(104)-478/2025 saylı qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 478/2025 saylı, xx.xx.2025-ci il tarixli tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 478/2025 saylı, xx.xx.2025ci il tarixli tarixli qətnaməsini xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə etmiş, kassasisiya şikayəti vermək müddətini bir həftə ötürmüşdür. Ancaq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-478/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ümumiyyətlə almamışlar.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 10 iyul tarixli, 2(104)-478/2025 nömrəli qərardadı ilə (haki mlər – X2 (sədrlik edən və məruzəçi), X3 və X13) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-478/2025 saylı mülki işi üzrə 2025-ci il 17 mart tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair Cavabdeh2 adından nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayəti vermək üçün prosessual müddət bərpa edilməmişdir.

6. Qərardad onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-478/2025 saylı mülki iş üzrə 17 mart 2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə cavabdehin vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Göründüyü kimi qeyd edilən qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehin vəkili Nü mayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmiş, lakin kassasiya şikayəti cavabdehin vəkili Nümayəndə2 tərəfindən MPM-də kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi ilə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Beləliklə, kassasiya şikayətinin verilməsi müddəti bitdiyi halda, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət burаxılmаqlа verilmişdir.

7. Məhkəmə kollegiyası cavabdehin Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qətnaməsinin cavabdehə rəsmi qaydada təqdim edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, qətnamənin cavabdehin nümayəndəsi olan vəkilin Elektron Məhkəmə Sistemi vasitəsilə elektron kabinetinə yerləşdirilməsi, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamənin cavabdehə çatdırılması kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı iş üzrə vəkil Nümayəndə2 cavabdehin qanuni əsaslarla etibarnamə əsasında təmsil edən səlahiyyətli nümayəndəsidir və onun elektron sistem vasitəsilə sənədləri qəbul etməsi prosessual normalara əsasən tərəfə çatdırılma kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin müddətlərin hesablanması və sənədlərin çatdırılması ilə bağlı müddəaları baxımından, nümayəndəyə sənədin təqdim olunması tərəfin özü üçün hüquqi nəticələr doğurur. Bu baxımdan, qətnamənin elektron şəkildə vəkilə təqdim olunması cavabdehin həmin qətnamədən xəbərdar e dilməsinə dair tələb olunan hüquqi nəticəni doğurur və müddətin hesablanmasına əsas verir. Belə olan halda, müddətin bərpası üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından, ərizə təmin edilə bilməz.

8. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 128.3, 135.6, 227.4, 405.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2008-ci il 8 may tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli, 2(104)-478/2025 saylı qətnaməsini iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 ümumiyyətlə almamışlar. Bu hissədə məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinin tələbini pozmuşdur.

11. X6 Məhkəməsi 2(104)-478/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını əsaslandırılmamış və Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ə rizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 133.1 məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Cavabdehin ərizəsini iş materialları əsasında araşdıran apelyasiya məhkəməsi qeyd etmişdir ki, “qətnamənin cavabdehin nümayəndəsi olan vəkilin Elektron Məhkəmə Sistemi vasitəsilə elektron kabinetinə yerləşdirilməsi, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qətnamənin cavabdehə çatdırılması kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı iş üzrə vəkil Nümayəndə2 cavabdehin qanuni əsaslarla etibarnamə əsasında təmsil edən səlahiyyətli n ümayəndəsidir və onun elektron sistem vasitəsilə sənədləri qəbul etməsi prosessual normalara əsasən tərəfə çatdırılma kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin müddətlərin hesablanması və sənədlərin çatdırılması ilə bağlı müddəaları baxımından, nümayəndəyə sənədin təqdim olunması tərəfin özü üçün hüquqi nəticələr doğurur. Bu baxımdan, qətnamənin elektron şəkildə vəkilə təqdim olunması cavabdehin həmin qətnamədən xəbərdar edilməsinə dair tələb olunan hüquqi nəticəni doğurur və müddətin hesablanmasına əsas verir. Belə olan halda, müddətin bərpası üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından, ərizə təmin edilə bilməz”.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müd dətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

26. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə yalnız elə səbəblər üzürlü hesa b edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

27. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmiş, ona görə də müddətin bərpa olunması üçün əsaslar mövcud deyil.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslan dırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(104)-478/2025 nömrəli, 2025-ci il 10 iyul tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar