Məhkəmə qərarları › İş №2(102)-2843/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2843/2022

31.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2843/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı YYYin cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsə tanınması barədə tələbin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9524/2 021 saylı qətnaməsindən cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinin kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.X26 İddiaçı YYYin anasının əmisi arvadıdır. Lidiya Gerasimenko xx.xx.2019-ci ildə vəfat etmiş, onun oğlu X17 anasından qalmış miras əmlakı qəbul etmək üçün notariusa müraciət etmiş, onun ərizəsinə əsasən V-415/2019 saylı vərəsəlik işi açılmışdır. X31 vərəsəlik şəhadətnaməsi verilənədək - xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X19 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 üzrə vərəsəsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad esilməklə belə əsaslandırılmışdır ki, iddiaçı qohumları olan X22 və onun oğlu X15 dəfn etmiş və lazım olan bütün xərcləri çəkmişdir. Həmin vaxtdan qeyd olunan miras qalmış mənzili iddiaçı faktiki olaraq qəbul etmiş və sahiblik etmişdir. Buna əsaslanaraq xx.xx.2019-cu il tarixdə iddiaçı ölən X13 və anasının beşinci növbədə vərəsəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Şuşinski küçəsindəki 2 saylı evdə yerləşən 13-cü mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariusa müraciət etmişdir. Cavabdeh iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Cavabdehin imtinası qanuna uyğun deyil, məhkəmə qaydasında iddiaçının vərəsəlik hüququ müdafiə olunmalıdır və ona şəhadətnamə verilməlidir. Belə ki, iddiaçının babası X32 və X33 doğma qardaşdırlar. İddiaçının anası Nikulina Nadejda X1r, ölən (mirası qoyan) Gerasimenko Lidiya X3r. İddiaçı X8r. Ölən X17 ölən X5r. Başqa vərəsələr olmadığına görə iddiaçı həm ölən Lidiyanın, həm onun oğlu Sergeyin qanun üzrə vərəsəsidir.

4. Cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, xx.xx.2020-ci il tari xli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən 13 saylı mənzil X23 məxsus olmuş və o, xx.xx.2019-cu ildə vəfat etmişdir. Onun oğlu X17 anasından qalan mirası qəbul etmək üçün ərizə ilə notariusa müraciət etmiş, vərəsəlik işi açılmış, lakin o, miras qəbul edilənədək vəfat etmiş, ondan sonra mirası heç kəs qəbul etməmişdir. İddiaçı mirası qəbul etmək üçün müraciət etsə də, 4 saylı “Asan xidmət” mərkəzində yerləşən notariat tərəfindən iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuş, bunun səbəbi kimi iddiaçının Sergey Vldimiroviçin vərəsəsi olmaması qeyd olunmuşdur. İddiaçı notariusun imtinasını ona görə əsassız hesab edir ki, onun fikrincə o, Gerasimenko Sergeyin yox, Gerasimenko Lidiyanın vərəsəsidir.

7. Məhkəmənin iddianı rədd etmək barədə mövqeyi ondan ibarət olmuşdur ki, X30 öldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu Gerasimenko Sergeyin anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olunan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq Gerasimenko Sergeyin vərəsələrinə keçməsi anlamına gəlir. İddiaçı iddiasında ona istinad edir ki, irsi transmissiya üzrə Gerasimenko Sergeyin vərəsələrinin mirası qəbul etməməsi həmin mirası almaq hüququnun yenidən ondan əvvəl ölən anası Gerasimenko Lidiyanın vərəsələrinə keçməsi deməkdir. Lakin, qanunvericinin belə bir müddəasının olmaması iddianın bu dəlilinin əsassız olduğunu göstərir.

8. Digər tərəfdə nsə, iddiaçı qeyd edir ki, əgər o, artıq Gerasimenko Lidiyanın vərəsəsi olmaq hüququndan məhrum olunubsa da, onun Gerasimenko Sergeyin vərəsəsi kimi mirasdan pay almaq hüququ var. Məhkəmə iddiaçının qeyd olunan dəlilinə dair onu qeyd etməyi hesab edir ki, qanunverici qanun üzrə vərəsəlik zamanı vərəsə ola biləcək şəxslərin siyahısını dəqiq müəyyən etmişdir ki, iddiaçı həmin siyahı üzrə Gerasimenko Sergeyin vərəsəsi sayıla bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1159, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4,1159.5 və 1165.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(0 08)-1876/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8568/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T. S. Səmədov və İ. S. Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilmiş, iş üzrə yeni qətnamə çılxarılmaqla, iddia tələbinin qismən təmin edilməsi, iddiaçının xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 üzrə vərəsəsi hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzildə pay hüququnun müəy yən edilməsi və öz adına həmin paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbində haqlıdır. İş materiallarına nəzər saldıqda məlum olur ki, İddiaçı mərhum X19 yeganə vərəsəsi olmaqla miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Bundan başqa, İddiaçı mərhum X12mış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə olan halda hesab olunur ki, X20 miras qalmış mənzildə İddiaçı payı müəyyən edilməli və o, yalnız X6 üzrə vərəsəsi hesab olunmalıdır.

13. İddia tələbinin xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 üzrə vərəsəsi hesab olunması tələbinə dair məhkəmə qeyd etməyi zəruri bilib ki, mərhum X18 mərhum anası olan X19 vərəsəlik üzrə hər hansı bir əmlakını qəbul etməmişdir və notariat ofisində açılmış vərəslik işi X11 miras qalmış əmla kın vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı deyil. X17 anasından miras qalmış əmlakı qəbul etmədən vəfat etdiyinə görə ona çatası pay irsi transmisiya qaydasında vərəsələri tərəfindən qəbul edilməli idi və həmin əmlak X13 vərəsələri tərəfindən qəbul edilmədiyinə görə qanunvericiliyin tələbi baxımından X20 miras qalmış əmlak ümumi əsaslarla İddiaçı adına rəsmiləşdirilməlidir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin 80 saylı, 15 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı onun anasının əmisi qızı X7 miras əmlakın vərəsə kimi qəbul etmək barədə ərizəsinə baxılmış və qanunvericiliyə uyğun olaraq ona beşinci növbədə vərəsə kimi qəbul etmək istədiyi miras əmlak olan ünvan 2 ünvanında yer ləşən 13 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə notariat ofisinin notariusu tərəfindən imtinanın əsası kimi gətirdiyi hər iki arqumentlə razılaşmır və qeyd edir ki, irsi transmissiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində miras əmlakın vərəsəsi olmayan əmlak kimi dövlətə keçməsi öz əksini tapmamışdır, əksinə məlum olur ki, irsi transmissiya üzrə miras əmlakın qəbul edilməməsi nəticəsində vərəsənin ümumi əsaslarla miras əmlakı qəbul etməyə subyektiv hüququ əmələ gəlir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159, 1159.5, 1160, 1252, 1253, 1253.1 və 1253.2 maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təstiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə, Azərbaycan Respublikasının MPM-nin 218.3, 385.2 və 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Qətnamədən cavabdeh Bakı şəhəri 4 saylı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu Hicran Hacıyeva kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021ci il tarixli, 2(102)-3028/2021 saylı qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8568/2020 nömrəli iş üzrə 27 noy abr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulub. Belə ki, tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə baxmayaraq, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Cavabdehə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə xx.xx.2020-ci il tarixdə bildiriş göndər ilsə də, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, həmin bildiriş cavabdehə xx.xx.2020-ci il tarixdə məhkəmə iclasından 3 gün sonra çatdırılmışdır. Nəticədə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmış, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası bunu prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

19. Kassasiya instansiya məhkəməsi qərarının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 134.1, 134.1.4, 135.2, 135.3, 135.5, 135.2 135.3, 185.2, 418.4, 418.4.5, 417.1.3-ci maddələrinə istinad etmişdir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9524/ 2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) iddiaçının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(008)1876/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 üzrə vərəsəsi hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı 15 yanvar 2020-ci il tarixli 80 saylı məktubundan məlum olduğu kimi İddiaçı anasının əmisi qızı X7 miras əmlakı vərəsə kimi qəbul etmək üçün müraciət etmiş, lakin notarius miras qoyan X19 ərizəçi İddiaçı anası X25 sonra vəfat etməsi səbəbindən İddiaçı qanun üzrə vərəsələrin sırasına daxil etməsindən imtina etmiş və belə qənaətə gəlmişdir ki, miras qoyanın vərəsəsinin olmaması səbəbindən onun əmlakı dövlətə keçməlidir. Notarius öz hüquqi əsaslandırmasını belə izah etmişdir ki, Mülki Məcəllənin 1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsə yalnız miras qoyanın öldüyü məqam sağ olmuş şəxslər və ya onun ölümündən sonra doğulmuş şəxslər vərəsə ola bilər. X2 olmuş X21 anasından miras qalmış əmlakı qəbul etmək üçün ərizə ilə müraciət etdikdən sonra vəfat etmişdir. Belə olduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş irsi transmissiyanın müddəaları həmin mübahisəyə tətbiq edilməli olduğunu hesab edir.

22. Məhkəmə ko llegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı mərhum X19 yeganə vərəsəsi olmaqla miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Bundan başqa, İddiaçı mərhum X12mış miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə olan halda hesab olunur ki, X20 miras qalmış mənzildə İddiaçı payı müəyyən edilməli və o, yalnız X6 üzrə vərəsəsi hesab olunmalıdır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159, 1159.5, 1160,1165.1, 1252, 1253.1 və 1253.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təstiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə istinadla əsaslandır mışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh 4 saylı ASAN Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu Hicran Hacıyeva (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası əvvəlki kollegiyanın səhvlərini təkrarlayaraq bu qətnaməni qəbul etmişdir. Apellasiya instansiyası bu qətnaməni qəbul edərkən iddiaçının məhz X10 üzrə vərəsəsi olmasını qət etmişdir. Lakin iddiaçı vərəsə deyil. Lidiya Gerasimenkonun oğlu sağ ikən anası Lidiyanm qanun üzrə vərəsəsi olaraq miras əmlakı qəbul etmişdir və bu haqda ərizə ilə notariat ofisinə müraciət etmişdir. Belə olduğu halda hazırki iş üzrə iddiaçı Gerasimenko Lidiyanin yox, sonrakı vərəsə olan Sergey Gerasimenkonun vərəsəsi hesab olunmalı idi. Beləliklə, burada irsi transmissya məhz Sergey Gerasimenkonun mümkün olan vərəsələrinə keçir və belə olan halda, iddiaçı onun vərəsəsi hesab edilə bilməz. Digər tərəfdən miras qoyan Sergey Gerasimenkonun mümkün hesab edilən 1-ci növbəli vərəsələrin mövcudluğu belə ümumiyyətlə araşdırılmamışdır və iddiaçı özü də onların olmamasına dair hər hansı bir sübut təqdim etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134 vərəsə yalnız miras qoyanın öldüyü məqam sağ olmuş şəxslər və ya onun ölümündən sonra doğulmuş şəxslər vərəsə ola bilər. Maddə 1134.1 qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.

2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və y a onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 261.0.1. Hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir: Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Mə cəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya ş ikayətində qətnamənin ləğvi xahiş edildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

32. Belə ki, iddiaçının tələbi «xx.xx.2019-cu il tarixdə vəfat etmiş X19 və xx.xx.2019cu il tarixdə vəfat etmiş X4 üzrə vərəsəsi olması barədə qətnamə qəbul edilməsi» haqqındadır.

33. Məhkəmə kollegiyası hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmu sudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir.

34. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir.

35. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Qanun üzrə vərəsə sayılan şəxslərin da irəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuş, hər bir növbəyə daxil olan vərəsələrin qohumluq dərəcəsi dəqiq göstərilmişdir.

37. Mülki Məcəllənin 1159.5-ci maddəsində beşinci növbədə vərəsələrə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları aid edilmişdir.

38. Qanun üzrə vərəsələrin dairəsi məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.

39. Vərəsəlik hüququnun rəsmiləşdirilməsi – vərəsəlik şəhadətnaməsi verilərkən vərəsələrin Mülki Məcəllənin 1159-cu maddəsinə uyğun olaraq müəyyən olunması qaydaları “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”la tənzim lənir. Təlimatın 102-ci bəndində qeyd olunur ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.

40. Təlimatın 102-ci bəndin 5-ci hissəsinə görə vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri.

41. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

42. Göründüyü kimi vərəsəlik qohumluq (ailə-qohumluq) münasibətlərinə əsaslanır. Vərəsəlik şəhadətnaməsi verilməsini tələb edən şəxsin miras qoyanın Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulan qohumluğunu notaruis müəyyən edir. Bu zaman qohumluq faktını təsdiq edən sübutlar kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələr, arayışlar, eləcə də akt qey dlərindən çıxarışlar çıxış edir. Əgər miras qoyanla, vərəsəliyə iddia edən şəxsin qohumluğunu təsdiq edən bu sübutlar yoxdursa, həmin şəxs miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsə kimi tanına bilər.

43. Qohumluğu müəyyən edən sübutlardan biri, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsidir. Məhkəmə tərəfindən qohumluq münasibətləri faktının müəyyən olunmasının hüquqi əsasları MPMnin 307.2.1 və 308-ci maddələrində müəyyən olunmuşdur. Məhkəmə qohumluq münasibətləri faktını o halda müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi o halda mümkündür ki, əvvəlki növbə vərəsələrin olmaması barədə mötəbər sübutlar olsun.

44. Qeyd olunan hallar onu deməyə əsas verir ki, subyektin miras qoyan şəxsin qanun üzrə vərəsəsi olub olmaması məhkəmə tərəfindən deyil, qohumluq əlaqəsini təsdiq edən sənədlər əsasında notarius tərəfindən müəyyən olunur. Qohumluğu müəyyən etməyə əsas verən həmin sənədlər olmadığı halda məhkəmə tərəfindən vərəsə olması faktı deyil, MPM-nin 307.2.1-ci maddəsinə əsasən yalnız şəxslərin qohumluq münasibətlərini müəyyən edə bilər. Başqa sözlə vərəsə olma faktı məhkəmə tərəfindən müəyyən oluna bilməz.

45. Mülki prosessual qanunvericilik hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafi əsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət edilməsi üzrə işə başlanılmasını təsbit etmişdir. Hazırki işdə iddiaçının miras qoyanla qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar vardır və vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Belə olduğu təqdirdə iddia tələbi məhkəmədə baxılan tələblərə aid deyildir.

46. Bu hal, MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməkdən imtina olunması, iddia ərizəsi icraata qəbul edildiyi halda isə MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Lakin işə baxmış məhkəmələr işin bu halını araşdırılmamışdır.

47. Buna görə də, iş məhkəmədə baxılmalı olmadığına üçün Azərbaycan Respublikası MPM-nin 260.0.1 və 417.1.5-ci maddələrinə əsasən qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

48. MPM-nin 262.3-cü maddəsi, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verildiyi halda, məhkəmədən ərizəçinin hansı orqana müraciət etməli olmasını izah etməyi tələb edir. Məhkəmə kollegiyası həmin normanın tələbinə uyğun olaraq iddiaçıya izah edir ki, mirasdan pay almaq üçün miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri) notariat kontoruna təqdim etməklə, miras qoyanın müvafiq növbədə qanun üzrə vərəsəsi kimi mirasdan payın müəyyən olunm ası haqqında vərəsəlik şəhadətnaməsinin verilməsini tələb edə bilər. Notarius vərəsəlik şəhadətnaməsini verməkdən imtina etdiyi halda iddiaçı miras qoyanın müvafiq növbədə qanun üzrə vərəsəsi kimi mirasdan payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

49. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9524/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar