Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2846/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1nə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, "xxxx" MMC-yə və "xxxx" Kommersiya Bankı ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesa b edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-319/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı1 (bundan sonra- İddiaçı1) ilə cavabdeh "xxxx" KB ASC (bundan sonraBank) arasında 12 may 2015-ci il tarixli, 11/15SU nömrəli əsas kredit müqaviləsi çərçivəsində eyni tarixli 11-1/15SU saylı əlavə kredit müqaviləsi (bundan sonra-kredit müqaviləsi) bağlanmış və İddiaçı1 48 ay müddətinə, 14 may 2019-cu il tarixədək illik 16 faiz ödəmək şərtilə 90000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kreditin təminatı kimi digər İddiaçı2 (bundan sonra- İddi açı2) məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra- qeyri-yaşayış sahəsi) və İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən 26 saylı mənzil (bundan sonra- mənzil) ipoteka ilə yüklü edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ilk iddiaçı "xxxx" KB ASC ilə İddiaçı1 arasında bağlanmış 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və 66861,28 ABŞ dolları əsas borcun tələbi hissəsində iddianın baxılmamış saxlanılması, 12 may 2015ci il tarixli 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış, 11-1/15SU saylı 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 22378,20 ABŞ dolları, faiz borcu 14203,23 ABŞ dolları, cərimə b orcu üzrə 1303 ABS dolları, cəmi 37884,43 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə cavabdeh İddiaçı1 Bankın xeyrinə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipotekaya qoyulmuş İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, hərracdan əldə edilən pul vəsaiti hesabına İddiaçı1 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 37884,43 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə Bankın xeyrinə ödənilməsi, ilk iddianın 30078,45 ABŞ dolları cərimə borcu tələbi, borcun ödənilməsi üçün tutma ipotekaya qoyulmuş olan İddiaçı1 mülkiyyətində olan mənzilə yönəldilməsi, əmlakların açıq hərracda satılması, ipoteka predmeti olan mənzilin ilki n satış qiyməti 70000 manat və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 60000 manat müəyyən edilməsi qət edilmişdir.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə Bank ilə İddiaçı1 arasında bağlanmış 11-1/15SU saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi ləğv edilmiş, İddiaçı1 12 may 2015-ci il tarixli 11/15SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış, 11-1 saylı, 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 79884,22 ABŞ əsas borc, 14203,23 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, tələbin ipoteka predmetləri olan mənzilə və qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakların açıq hərracla satılması, hərracdan əldə edilən pul vəsaiti hesabına Banka olan 79884,22 ABŞ dolları əsas borc, 14203,23 ABŞ do lları faiz, 300 ABŞ dolları dəbbə pulu, Bankın xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və icra icraatına başlanılmışdır.
5. Əmlakların satılması məqsədilə icra məmuru sifariş vermiş, bundan sonra, Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC xx.xx.2021-ci il tarixli 01/508 nömrəli bildirişlə məlumat vermişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-240/2018 saylı, 13 fevral 2018-ci il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan ünvan 3 ünvanında yerləşən 26 saylı mənzilin ilkin satış qiymətinin 70000 manat, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 60000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın 26 fevral 2021-ci il tarixdə, saat 11:00-dan 17:00- dək Bakı şəhəri, ünvan 5 ünvanında keçirilməsi barədə tələbkar "xx xx" ASC-yə və hər iki borcluya bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. Bu tarixdə hərrac baş tutmamış və eyni qaydalara uyğun növbəti hərracın vaxtı 17 mart 2021-ci il tarixə, saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin edilmiş, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 44625 və 38250 manat müəyyən edilmişdir. "xxxx" MMC 30 mart 2021-ci il tarixli, 01/1788 saylı məktubla bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən 26 saylı mənzili və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə hərraclar baş tutmamışdır. Buna görə də həmin əmlaklar ipotekasaxlayana təklif edilmişdir. Bu məktub müvafiq icra qurumuna və icra icraatının tərəflərinə göndərilmişdir. Bundan sonra isə hərrac təşkilatının ipoteka saxlayana ipoteka p redmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 09 aprel 2021-ci il tarixli, 29/02 və 29/03 saylı protokollar tərtib olunmuş, həmin protokollarla keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakları müvafiq olaraq 44625 və 38250 manata əldə etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac təşkilatının mənzilin və qeyri-yaşayış sahəsinin hərracdan satılmasının nəticələri haqqında 09 aprel 2021-ci il tarixli, 29/02 nömrəli və 09 aprel 2021-ci il tarixli 29/3 nömrəli yekun protokollarının və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilələrinin etibarsız və əsassız hesab edilərək, ləğv e dilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun olaraq, belə əsaslandırılmışdır ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər iddiaçıların ünvanına gəlməmiş, hərracın keçirilməsi barədə məlumatlı olmamışlar. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışlar.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) 13 avqust 2021-ci il tarixli iş üzrə 2(060)-4910/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair iddia ərizəsinə heç bir sübut əlavə etmədiyindən və o cümlədən məhkəmə prosesinin gedişində də təqdim etmədik lərindən iddia Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən həll olunmalıdır. Bundan əlavə, iddiaçılar iddia tələbində qeyd etdikləri alqı-satqı müqavilələrini də ümumiyyətlə məhkəməyə təqdim etməmişlər.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 415.2, 416.1 və 416.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 77.3 və 78.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 43.1.1, 43.7 və 43.8-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun olaraq, iddia ərizəsi ilə eyni məzm unda verilmiş və belə əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsindəki halları nəzərə almadan tələbini əsassız olaraq rədd etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər-Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) 11 yanvar 2022-ci il tarixli, 2(105)-319/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əlavə etmişdir ki, hazırki halda sübut etmə yükü üzərinə düşən iddiaçılar öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduqları halda bunu edə bilməmişlər. Eyni zamanda apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur, belə k i, iddiaçılar tərəfindən apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim olunmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 416.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 43 və 44-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, mülki prosessual qanunvericiliyin tələblərini pozmuş, iddiaçı tərəfin təqdim etdiyi sübutlara qərəzli yanaşmış, cavabdeh tərəfindən təqdim olunan sübutlara üstünlük verməklə işin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktub u) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
21. Maddə
43. Hərracın baş tutmamış elan edilməsi
22. Maddə 43.1. Hərra cın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir:
23. Maddə 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;
24. Maddə 43.1.2. hərracın iştirakçısı olmadıqda;
25. Maddə 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;
26. Maddə 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
27. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
28. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
29. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
30. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
31. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
32. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
33. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
34. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
35. Maddə 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.
36. Maddə 44 Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9443/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.