Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2850/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisi və maraqlı şəxs Azərbaycan Respublik ası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “AR-İ 790804 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin və xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-748/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X5 ilə X7 rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahlarından Cavabdeh2 və İddiaçı (bundan sonra mətndə-iddiaçı) adlı övladları anadan olmuşdur. Cavabdeh2 ilə X9 arasında 2 oktyabr 1992-ci ildə nikah bağlanmışdır.
2. Astara şəhəri, Hə zi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X2 xüsusi mülkiyyətində olmuş, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi AR-İ 790804 saylı 12 iyun 2019-cu il tarixli etibarnamə əsasında həmin əmlakı həyat yoldaşı Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən bağışlamışdır.
3. X5 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (süd zavodu) mülkiyyət hüququ üzrə iddiaçının atası X3 məxsus olmuşdur. X5 2019-cu ildə ağır xəstə olmuşdur. Bundan istifadə edən oğlu Cavabdeh2 arvadı Cavabdeh1 adına etibarnamə alaraq, Himmətəli Hüseynovun mülkiyyətində olan həmin əmlak kompleksini bağışlama müqaviləsi bağlamaqla öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə a ldatma, mülkiyyətçinin sağlamlıq vəziyyətinin pis olmasından sui - istifadə etməklə bağlanmış müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəssində qeyd edilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılı gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Himmətəli Hüseynovun nümayəndəsi Cavabdeh1 pis niyyətlə Cavabdeh2 ilə razılaşmış, onun ağır xəstə olmasından istifadə edərək ona ağır şərtlərlə əqd imzalatmışlar. Bu hal əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmin Məcəllənin 339.4-cü maddəsində q eyd edilir ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvad (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldikdə də əqdin mübahisələndirilməsinə əsas verir. X12 nümayəndəsi, həm bağışlama müqaviləsində tərəf olmuş hədiyyə alan Cavabdeh2 xaraktercə əqdi bağlayana təsir göstərə biləcək, onun əmlakının real təhlükədə olmağını ona təlqin edə biləcək şəxslərdir ki, bu da məcburetmə kimi qiymətləndirilməlidir və bu zaman Himmətəli Hüseynovun həyat şəraiti, xəstə olması və artıq hərəkətlərinin nəticəsini başa düşməməsi kimi qiymətləndi rilməlidir. Digər tərəfdən mərhum X5 tərəfindən Cavabdeh1 verilmiş olan etibarnamədən cavabdehlər şəxsi mənafeləri üçün və qanunsuz olaraq istifadə etmişlər. Belə ki, həmin etibarnamə ilə Cavabdeh1 mərhum X4 üçüncü şəxslər qarşısında təmsil etməli olduğu halda etməmiş, həmin etibarnamə ilə mərhum X3 məxsus əmlakı öz adlarına, yəni əri Cavabdeh2 adına bağışlama yolu ilə ələ keçirmişdir. X5 həmin bağışlama müqaviləsi bağlanmasından bir ay iyirmi gün sonra, yəni 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı atasından miras qalmış əmlakla bağlı vərəsəlik məsələsi həll olunan zaman qeyd olunan etibarnamə və bağışlama müqaviləsi üzə çıxdığı üçün hazırki mülki mübahisə yaranmışdır.
6. İddiaçı X8 məhkəmə iclasının gedişi zamanı iddia tələbinin həcmini azaldaraq AR-İ 790804 saylı, 12 iyun 20 19-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
7. Astara Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(018)-1162/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.İbrahimov) iddia qismən təmin edilmiş, X5 ilə Cavabdeh2 arasında bağlanmış və Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 mərhum X1 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yə ni cavabdehlər ər və arvad kimi əvəzsiz olaraq, etibarnamə əsasında X2 əmlakına yiyələnmişlər. Bu isə hazırda iddiaçı olan İddiaçı vərəsəliklə və miras əmlakla bağlı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunmalıdır.
9. Məhkəmə iddiaçının digər tələbi, yəni etibarnamənin ləğvi ilə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxs öldüyü üçün etibarnamənin qüvvəsinə xitam verilmişdir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıd ır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 359.4-cü, Mülki Prosessual Məcəllənin 119.1,14.2, 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(018)-1162/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, işin müəyyən edilmiş hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, tədqiq olunan sübutlara obyektiv qiymət verməd ən, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N. F. Mirzəyev (sədrlik edən və məruzəçi), S. İ. Mayılov və İ. Q. Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticə yə gəlmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 359.4-cü, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin 2(106)-525/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsızlığına dəlalət edən, müqavilənin aldatma nəticəsində bağlanmasını göstərən hər hansı bir hal sübut mövcud deyil. H.Hüseynov öz iradəsinə uyğun olaraq Cavabdeh1 12 iyun 2019-c u il tarixdə etibarnamə vermişdir və bu əməliyyat notariusun iştirakı ilə həyata keçirilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva, A.Abbasov, E.Şamayev) 2(102)-4066/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 2(106)-525/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. İddiaçının hazırki iddianı qaldırmağa suby ektiv hüququ vərəsəlik hüququndan əməl gəlir. Lakin onun bu hüququ yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. İşə baxmış apellyasiya instansiyası məhkəməsi 10 noyabr 2019-cu il tarixdə vəfat etmiş Hümmətəli Hüseynovun vərəsəsi kimi iddiaçının iddiasını təmin edərkən sonuncunun MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. Çünki iddiaçı əgər qanunla müəyyən edilmiş müddətdə mərhumun mirasını qanunla müəyyən edilmiş qaydada qəbul etməmişdirsə, hazırkı mübahisənin predmetini təşkil edən əmlaka dair bağışlama müqaviləsi etibarsız hesab edilərək həmin əmlak miras kütləsinə daxil edilsə belə, həmin əmlakdan pay tələb etmək hüququ olmayacaqdır. Buna görə də miras əmlaka da ir bağışlama müqaviləsinin etibarsız hesab edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-210/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) cavabdehlər tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya inst ansiyası məhkəməsi iddiaçının hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsini araşdıraraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri rəhbər tutmaqla hesab etmişdir ki, İddiaçı cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
22. Məhkəmə işin faktiki hallarına əsasən müəyyən edib ki, Cavabdeh1 mərhum qaynatası X1 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər olan ər və arvad etibarnam ə əsasında öz aralarında bağışlama müqaviləsi bağlamaqla məhrum X2 əmlakına əvəzsiz olaraq yiyələnmiş, bu isə mərhum X2 birinci növbə vərəsələrindən olan qızı İddiaçı atasından miras qalmış əmlakdan pay almaqı hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
23. Məhkəmə belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsinin X5 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.
24. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 337.1, 337.2, 337.4, 359.1, 359.3, 666.1, 667.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələr inin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarlkarına istinad etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-12/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Xıdırov (sədrlik edən və məruzəçi), M.Əhmədova və A.Hüseynov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin 2(106)-525/2022 nömrəli, 3 mart 20 22-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.
26. Kassasiya instansiya məhkəməsi kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edib ki, kollegiya apellyasiya instansiyası məhkəməsinin iddiaçının iş üzrə iddianı qaldırmağa subyektiv hüququnun olduğu barədə qənaəti ilə razılaşır.
27. Apellyasiya instansiyası məhkəməsinin digər qənaəti ondan ibarət olmuşdur ki, Cavabdeh1 mərhum qaynatası X1 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər olan ər və arvad etibarnamə əsasında öz aralarında bağışlama müqaviləsi bağlamaqla məhrum X2 əmlakına əvəzsiz olaraq yiyələnmiş, bu isə mərhum X2 biri nci növbə vərəsələrindən olan qızı İddiaçı atasından miras qalmış əmlakdan pay almaq hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayıb və qeyd edib ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halıdır ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X2 xüsusi mülkiyyətində olmuş, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi AR-İ 790804 saylı 12 iyun 2019-cu il tarixli etibarnamə əsasında həmin əmlakı həyat yoldaşı Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən bağışlamışdır. Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad olsa da Azərbaycan Respublikasının Ailə Məcə lləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
29. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
30. Göstərilən normaların təhlilindən görünür ki, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi etibarnamə əsasında əmlakı mülkiyyətçinin adından öz əri Cavabdeh2 bağışlasa da, bağışlama nəticəsində Cavabdeh1 həmin əmlak üzərində mülkiyyət hüququ yaranmır, yəni həmin əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunmur.
31. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mərhum qaynatası X1 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə etdiyini qeyd etsə də, bu mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir. Yəni əsaslandırılmamışdır ki, X2 əmlakı onun oğlu Cavabdeh2 bağışlanarkən bu bağışlama nəyə görə əmlakın mülkiyyətçisi olmuş X2 deyil, məhz Cavabdeh1 maraqlarına uyğun olmuşdur. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
32. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-748/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.X.Heydarov (sədrlik edən və məruzəçi), H.X.Bəhmənov və P.V.Hacıyev) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(018)- 1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
33. Apellyasiya kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad olsa da, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göstərilən normaların təhlilindən görünür ki, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi etibarnamə əsasında əmlakı mülkiyyətçinin adından öz əri Cavabdeh2 bağışlasa da, bağışlama nəticəsində Cavabdeh1 həmin əmlak üzərində mülkiyyət hüququ yaranmır, yəni həmin əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunmur. Bu isə onu deməyə əsas verir ki, mərhum X5 tərəfindən Cavabdeh1 etibarnamə vermək yolu ilə mübahisəli əmlakı mərhumun oğlu Cavabdeh2 bağışlanarkən Cavabdeh1 şəxsi maraqlarına uyğun hərəkət etməmiş, yalnız təmsil edilənin adından hərəkət etməklə həmin əmlaka heç bir hüququ yaranmadan Cavabdeh2 bağışlamışdır.
35. Belə olan halda kollegiya apelyasiya şikayətinin dəlilləri həddində hazırkı mübahisəyə qiymət verərək belə qənaətə gəlib ki, iddiaçı X6 AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsaslı ola bilməz. İddiaçı Cavabdeh1 etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışladığına, nəticədə hər iki şəxs, yəni cavabdehlər ər və arvad kimi əvəzsiz olaraq, etibarnamə əsasında X2 əmlakına yiyələndikləri iddia etsə də, yuxarıda qeyd edilən qanunvericilik normalarının təhlilindən aydın olur ki, mərhum X1 Cavabdeh2 bağışlama müqaviləsi yolu ilə keçən əmlaka Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 hüquqları yaranmadığından cavabdehin öz maraqlarına uyğun hərəkət etməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Baxmayaraq ki, birinci instan siya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, gəldiyi nətiçə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur.
36. Kollegiya iddiaçının iddia tələbinin ikinci xahişi olan bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi ilə bağlı qeyd edib ki, bu tələb iddiaçının iddia tələbinin birinci xahişi olan bağışlama müqaviləsinin etibarsız hesab olunması xahişindən törəmə tələb olduğundan birinci tələbin təmin edilməsi üçün əsaslar olmadığından ikinci tələbin təmin olunması da aradan qalxmış olur.
37. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 225.2, 337, 359 və 666-cı maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 06 may 2024 -cü il tarixli, 2(106) – 748/2024 saylı qətanaməsinin qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından həmin qətnaməni ləğv edilməsini, işi yeni apellyasiya baxışına qaytarıb, kasassiaya şikayətimizi təmin edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti belə əsaslndırılıb ki, iddiaçı qanunun tələbinə əməl edərək qarşı tərəfə öz iradə ifadəsini bildirib və həmin şəxsə qarşı əqdi mübahisələndirib. Lakin məhkəmə onun hüquqlarını qorumamış və əsassız olaraq iddianı rədd etmişdir. İddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb edib. Məhkəmə kollegiyası isə belə hesab edib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, təmsil edən digər əqdi pərdələmək üçün həmin müqaviləni bağlamışdır, bununlada onlar qanunun tələbini pozmuşlar. Hesab ediblər ki, birinci instansiya m əhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmiş və düzgün olaraq təıfsir etmiş və işidə kifayət qdər və hərtərəfli araşdırmışdır. Məhkəmə iddianı rədd etməklə Konstitutsiyanın 13, 29-cu maddələrinin tələblərini pozmuş və iddiaçının konstitutsiyon hüquqlarını müdafiə etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutların işə aidiyyatı olmadığı halda məhkəmə həmin sübutları əsaslı hesab etmiş, cavabdeh bağladığı müqavilənin təmsilçinin iradəsini ifadə etdiyini əsaslandırmağı bacarmadığı halda məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Tərəflərin qarşılıqlı münasibətləri gərgin olduğu halda cavabdehin vermiş olduğu izahatı əsas götürmüşdür. Buda nəticədə səhv qətnamənin qəbuluna səbəb olmuşdur. Məhkəmə tərəflə rin təqdim etmədikləri sübutları araşdırmamış və öz mülahizələrinə əsasən həmin sübutlara qiymət vermişdir, nəticədə bu səbəbdən əsassız qətnamə qəbul etmişdir. Hətta cavabdeh tərəf məhkəməyə hər – hansı bir sübut təqdim etməmiş və iddiaya qarşı hər hansı bir etiraz verməmişdir.
44. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitutsiyasının 13 və 29 – cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 359.3, 359.4, 666.1 və 667.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3,14.2, 77.1, 88, 217, 217.4-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Madd ə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 47. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
49. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qar şı mübahisə edilir.
50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
51. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
52. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
53. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.
54. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
55. Maddə 34.1 Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
59. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
60. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı t əqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillər, apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd edərkən qiymət verib araşdırdığı və əsaslandırdığı hallara aiddir. Apelyasiya məhkəm əsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
68. Bununla belə, məhkəmə kollegiyası etibarnamə səlahiyyətlərindən istifadənin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
69. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllə nin 359.1-ci maddəsi).
70. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.
71. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
72. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü i lə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.
73. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.
74. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.
75. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mü lki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddia tələıbini rədd etməkdə haqlı olmuşdur.
76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
77. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instan siyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
78. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-748/2024 nömrəli, 6 may 2024-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.