Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2853/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya: alqı-satqı müqaviləsi, borc müqaviləsi, borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2706/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 09.12.2022-ci il tarixli, 09-12/22 saylı alqı-satqı müqaviləsindən, xx.xx.2023-cü il tarixli, 18 saylı "hesab invoice"dan və xx.xx.2023-cü il tarixli, seriya EBDB 257421 saylı elektron qaimədən görünür ki, müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya dəyəri 22673,40 manat olan mallar satılmışdır.
2. İddia etmək hüququnun verilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilə ilə, həmin müqavilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh 22673,40 manat məbləğində pulu, həmçinin ödənilməmiş faiz və s. tələb etmək hüququ İddiaçı verilmişdir.
3. Pretenziya məktubuna əsasən, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiy i təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı borcun ödənilməsi tələbinə dair iddia ərizəsı ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı məhsulları alıcının mülkiyyətinə keçirməyi, alıcı isə bu məhsulları qəbul etməyi və onun üçün bu müqavilə ilə müəyyən edilmiş pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürür. 9 mart 2023-cü il tarixli EBDB 257421 nömrəli elektron qaimə üzrə 22673,40 manat (ƏDV daxil) dəyərində məhsullar razılaşdırılmış vaxtda cavabdehə təqdim edilmiş və ödəniş üçün tələb olunan hesabfaktura "xxxx" MMC tərəfindən cavabdehə göndərilmişdir. Lakin, müqavilə üzrə ödənişin icrası müddətinin keçməsinə baxmayaraq, ümumilikdə 22673,40 manat borc məbləği cavabdeh tərəfindən cari tarixədək ödənilməmişdir. Qeyd edilən qaimə üzrə satılmış malların dəyəri müqaviləyə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək ödənilməli idi. Həmin tarixdən bu günə qədər 144 gündür ki, ödəniş gecikdirilir. Buna görə də gecikdirilən gün sayına müvafiq olaraq 3 264,96 manat cərimə məbləği hesablanmışdır (hər gecikdirilən günə görə 0,1 % olmaqla). Mövcud borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, 14 avqust 2023-cü il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 15 iş günü müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməs i üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün iddiaçı tərəfindən 18 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməmisinə dair arayış təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan “iddia etmək hüququnun verilməsi haqqında” xx.xx.2023-cü il tarixli Müqavilənin 1-ci maddəsinə əsasən ilkin kreditor, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fərdi sahibkar Cavabdeh 09-12/22 nömrəli, 09 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara görə borcun və ümumi məbləği 22673,40 manat olan 09 mart 2023-cü il tarixli EBDB № 257421 q aiməsinin ödənilməsini tələb etmək hüququnu yeni kreditora, yəni İddiaçı verir. Buraya müqavilənin 5.2.3-cü bəndi əsasında mallara görə ödənişin gecikdirildiyi hər gün üçün müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə daxildir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(001)-772/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 22673,40 manat əsas borc və 316,60 manat cərimə borcu olmaqla, cəmi 22990 manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilməmiş 158,97 manat məbləğində dövlət rüsumunun cavabdehdən dövlət gəlirlərinə alınması qət edilmişdir.
7. Birinci instansiya m əhkəməsi əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab etmişdir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 316,60 manat məbləğində cərimə tutulmalıdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mediasiya xərci olaraq ödənilmiş 210 manatın cavabdehdən tutulmasını xahiş etsə də, tələb həmin hissədə əsaslı deyil. Belə ki, iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak məcburi olmayan tələb üzrə m ediasiyaya müraciət etməsi cavabdehin üzərinə əlavə xərc ödəmək öhdəliyini qoymur.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 448.1, 467, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 9 iyul 2009-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin kreditor tərəfindən cavabdehə göndərilmiş 8 iyun 2023-cü il tarixli pretenziya məktubunu aldı qdan sonra ilkin kreditor olan "xxxx" MMC-nin rəsmi nümayəndəsi X1 cavabdehlə əlaqə saxlayaraq bildirmişdir ki, o, borcun bir hissəsini qısa zamanda ödəyəcəyi təqdirdə cərimə ödəməsi tələb edilməyəcək. Bu səbəbdən cavabdeh Müşviq Məmmədovla əlaqə saxlayaraq 2 dəfə: iyun ayının sonlarında 2000 manat və iyul ayının əvvələrində 3000 manat, ümumi 5000 manat pulu ona ödəmişdir. Cavabdeh ödəməyə dair qəbz verilməsini istədikdə Müşviq Məmmədov bildirmişdir ki, sonra qəbzləri təqdim edəcək, həmçinin, ona verilən 5000 manat pulu 22673,40 manat borcdan siləcək. Lakin, sonrakı dövrdə cavabdeh Müşviq Məmmədovla əlaqə saxlamağı çalışsa da, buna nail ola bilməmişdir. Yəni "xxxx" MMC tərəfindən heç bir qanuni səbəb və əsas olmadan aldığı mallara görə MMC-nin rəsmi nümayəndəsi olan X1 ödədiyi 5000 manat p ul nəzərə alınmamış və həmin pul MMC-yə “alqı-satqı” müqaviləsinə görə yaranmış borcdan silinməmişdir. Əlavə olaraq 26 iyul 2023-cü il tarixli “iddia etmək hüququnun verilməsi haqqında Müqavilə”dən cavabdeh məlumatsız olmuşdur. Həmin müqavilənin 6-cı bəndində göstərilmişdir ki, yeni kreditor verilmiş tələb hüququnun başa çatdırılması barədə borcluya yazılı məlumat verməyi öhdəsinə götürür. Lakin, yeni kreditor olan və iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı cavabdehə bu barədə hər hansı bir yazılı və şifahi məlumat verməmişdir. Həmçinin, alqı- satqı müqaviləsi üzrə malları satan "xxxx" MMC birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərin arasında olan “Pretenziya” məktubunda tələbin güzəşti barədə hər hansi bir məlumat göstərilməmişdir. Bundan əlavə, tələbin güzəştini edən ilk in kreditor (malları satan şəxs) alqı-satqı müqaviləsi üzrə cavabdehə satdığı 22673,40 manat dəyərində olan mallara görə ödənilən 5000 manat pulun barəsində 3-cü şəxsə, yəni tələbin güzəştini edən şəxsə (Yeni kreditora) məlumat verməmiş, bu barədə “iddia etmək hüququnun verilməsi barədə” 26 iyul 2023-cü il tarixli Müqavilədə hər hansı bir məlumat göstərilməmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçı qismində çıxış edən yeni kreditor İddiaçı bu həcmdə iddia tələbi sürməsi əsassız və qanunsuzdur.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2706/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, bir inci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlili olan “İddia etmək hüququnun verilməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilədən məlumatsız olmasına münasibətdə qeyd etmişdir ki, iş materiallarından güzəştin yolverilməzliyinə əsas olan halların olmadığı müəyyən olunmuşdur.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Lakin işin hallarından müəyyən olunur ki, cavabdeh həm tələbin güzəşti barədə məlumatlandırılana qədər, həm də sonrakı dövrdə öhdəliyin icrasında dair hərəkətsizlik nümayiş etdirmişdir.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin sözüge dən müqavilədən məlumatının olmaması onu öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir.
15. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlili olan 5000 manat pulun müqavilə üzrə kreditorun nümayəndəsi Müşviq Məmmədov adlı şəxsə verilməsi, bu halın məhkəmə tərəfindən nəzərə alınmamasına münasibətdə bildirmişdir ki, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.
16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Cavabdeh qeyd etdiyi hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə
567. Alqı-satqı müqavi ləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəli lləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2706/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.