Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2854/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2883/2021 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa olunmuş yaşayış binasının ümumi sahəsi 147,4 kv.metr olan üç otaqlı 179 saylı mənzilinə dair MTK ilə İddiaçı arasında 24 iyun 2011-ci il tarixdə, Cavabdeh2 ilə 10 iyun 2012-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. 24 iyun 2011-ci il tarixdə İddiaçı tərəfindən MTK-ya 73.700 manat məbləğində pay haqqının ödənilməsi barədə, 10 iyun 2012-ci il tarixdə isə M.H.Bayraməliyev tərəfindən MTK-ya 133.000 manat məbləğində pay haqqının ödənilməsi barədə maliyyə arayışları verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək mübahisəli mənzili MTK ilə bağladığı 24 iyun 2011-ci il tarixli müqavilə əsasında tam dəyərini ödəməklə almasını, lakin ondan sonra 10 iyun 2012-ci il tarixli müqavilə əsasında həmin mənzilin Cavabdeh2 satılmasını əsas göstərməklə onun həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, MTK ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılaraq özünün mənzilə köçürülməsi, mənzilin açarının ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək mübahisəli mənzili MTK-dan dəyərini tam ödəməklə almasını, mənzilin onun sahiblik və istifadəsinə verilməklə tam təmir olunmasını, hazırda ailə üzvləri ilə birlikdə orada yaşamasını və mənzili vicdanlı əldə edən olmasını əsas göstərməklə MTK ilə İddiaçı arasında bağlanmış 24 iyun 2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzilə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8196/2019 saylı, 29 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim: Ş.İ.Əliyev) ilkin iddia təmin edilərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 10 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması, Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzlin İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh2 qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbində göstərdiyi dəlillərə əsaslanaraq qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının qüvvəsinin düzgün tətbiq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2883/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(011)-8196/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassas iya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 nümayəndəsi qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının hüquqi varisinin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etm işdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 7 7.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqda n sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 24 iyun 2011-ci il tarixli müqaviləni bağlamaqla onun iştirakçıları olan MTK və İddiaçı üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Belə ki, MTK ümumi sahəsi 147,4 kv.metr olan üç otaqlı mənzili tikib İddiaçı təhvil vermək, sonuncu isə mənzilin müqavilədə müəyyən olunmuş dəyərini təşkil edən 73.700 manatı MTK-ya ödəmək barədə üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edib mənzilin dəyərini MTK-ya ödəsə də, MTK üzərinə düşən öhdəliyin icrasını təmin etməyərək müqavilədə müəyyən olunmuş mənzili ona təhvil verməmiş, həmin mənzilə dair təxminən 1 ildən sonra başqa şəxslə, Cavabdeh2lə mənzil tikintisi haqqında müqavilə b ağlamışdır. Göründüyü kimi MTK-nın hərəkəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik münasibətlərini tənzimləyən 385.1, 425.1, 442, 448.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik münasibətlərini tənzimləyən 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. MTK qanuni əsaslarla İddiaçı satılmış mənzili təkrar olaraq Cavabdeh2 satmaqla Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozduğundan, kollegiya hesab edir ki, Cavabdeh2lə bağlanmış müqavilənin etibarsız sayılması qanuni olmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilənlərə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cav abdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2883/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2854/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2854/2021
19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver