Məhkəmə qərarları › İş №2(102)-2857/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2857/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2857/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı ilkin, Cavabdeh2 Şükürov Samit Qüdrət oğluna qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: “müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, kəsici müddət” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılm ası” barədə ilkin, Cavabdeh2 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2428/2024 nömrəli iş üzrə 10 may 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MTK-nın sədri X16 və "xxxx" qismində İddiaçı arasında xx.xx.2018-ci il tarixdə "xxxx" bağlanmış, müqaviləyə görə MTK, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binanın 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili p ayçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdələrinə götürmüşlər.

2. Cavabdeh1 MTK üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə” xx.xx.2018-ci il tarixli 45 nömrəli protokola əsasən, İddiaçı MTK üzvlüyünə qəbul edilmiş, ona razılıq yolu ilə MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilmiş yaşayış binasında sahəsi 116,87 kv.m., 9-cu mərtəbədə 2 otaqlı 45 №-li mənzilin düşməsi təsdiq edilmişdir.

3. İddiaçı, Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 450 nömrəli kassa mədaxil orderi əsasında mənzilin pay haqqı kimi 50 000 manat, xx.xx.2018-ci il tarixli 450/A nömrəli kassa mədaxil orderi əsasında 50 000 manat, xx.xx.2018-ci il tarixli 22/06 nömrəli kassa mədaxil orderi əsasında 50 000 manat məbləğində pul ödəmişdir.

4. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.

5. X14 Cavabdeh1 MTK-ya ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində göstərmişdir ki, “o, MTK-nın inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987- ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, ümumi sahəsi 116,87 kv.m. olan 2 otaqlı 45 saylı mənzildən və pay hüququndan imtina edir, həmin mənzili və pay hüquqlarını Cavabdeh2 adına sənədləşdirməsini xahiş edir. Gələcəkdə göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına iddia ilə müraciət etməyəcək. Hər hansı mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaq”.

6. Cavabdeh1 MTK-nın sədri X16 və "xxxx" qismində Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə "xxxx" bağlanmış, müqaviləyə görə MTK, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş binasının 9-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 116,87 kv.m. olan 45 №-li mə nzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi dəyəri 95 000 manat məbləğində müəyyənləşdirilmişdir.

7. Cavabdeh1 MTK üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə” xx.xx.2019-cu il tarixli 45 nömrəli protokola əsasən, Cavabdeh2 MTK üzvlüyünə qəbul edilmiş, ona razılıq yolu ilə MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda inşa edilmiş yaşayış binasında sahəsi 116,87 kv.m., 9-cu mərtəbədə 2 otaqlı 45 №-li mənzilin düşməsi təsdiq edilmişdir.

8. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında gös tərilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.

9. X4 imzaladığı “Pul vəsaitinin qaytarılması haqqında” xx.xx.2020-ci il tarixli iltizamnamədə göstərmişdir ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında İddiaçı adına olan 9-cu mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 116,87 kv.m. olan 45 №-li mənzili 2 ay müddətində, yəni 2020-ci ilin noyabr ayına qaytarmağa söz verir.

10. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində X1 Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır.

11. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “İddiaçı, X9 və Cavabdeh2 “Star-M" MTK-da olan mənzilin sahibi kimi tanımış, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Əvvəllər İddiaçı valideyni Şükürov Qüdrət Balaməmməd oğlu ilə qarşılıqlı olaraq birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və nəticədə görülən işlərə görə Qüdrət Şükürovun ona küllü miqdarda borcu olmuşdur. Bundan başqa İddiaçı adına olan mənzilin dəyərini Qüdrət Şükürov ona qismən ödəmişdir. Lakin aralarında etibarlı münasibət olduğu üçün mənzil sahəsinin İddiaçı adına rəsmiləşməsi üçün maliyyə arayışını və digər sənədləri tam olaraq "xxxx" MTK-nın möhürü ilə təsdiq edib vermişdir. MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzil ilə əlaqədar maliyyə arayışı, MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokol, mənzil tikintisi haqqında müqavilə, 50,000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 450 nömrəli, 50.000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 450/A nömrəli, 50.000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 22/06 nömrəli, 120 000 manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli 484 nömrəli kassa mədaxil qəbzləri göstərişinə əsasən Sevinc Xudabaxışova tərəfindən tərtib edilmişdir. Daha sonra Sevinc Xudabaxışova sənədlər in tərtib edildiyi tarixdə Valeh Qasımovu ofisə çağırıb İddiaçı mənzil sahəsinin verilməsi ilə əlaqədar maliyyə arayışını, MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokolu, mənzil tikintisi haqqında müqaviləni adının qarşısından imzalamaq üçün vermiş, həmin sənədləri Valeh Qasımov imzaladıqdan sonra geri qaytarmışdır. Qüdrət Şükürov ona borclu olduğu 200.000 manatdan artıq məbləği ödəmədiyi üçün, həmçinin, İddiaçı adına rəsmiləşmiş mənzilin dəyərini də faktiki olaraq tam ödəmədiyi üçün o, həmin mənzil sahəsini X10 yadında olmayan məbləğ qarşılığında satmışdır. Zəhra İsmayılova sonradan həmin mənzili Cavabdeh2 yadında olmayan məbləğ qarşılığında satmış və sonuncunun adına mənzil sahəsinin rəsmiləşməsi ilə əlaqədar müvafiq sənədləri öz imzası ilə təsdiq edib MTK-nın möhürü ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli iltizamnamədə adının qarşısında olan imza özünə məxsusdur. Belə ki, Qüdrət Şükürov ona borclu olduğu pul vəsaitini qaytarmağa söz verdiyi üçün o da inanıb həmin mənzil sahəsinin qaytarılması məzmununda iltizamnaməni adının qarşısından imzalamışdır. Lakin bunlara baxmayaraq Qüdrət Şükürov ona borclu olduğu pul vəsaitini qaytarmadığı üçün öz növbəsində həmin mənzili İddiaçı qaytarmamışdır”.

12. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, “ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən "xxxx" Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri X2 tələbə yoldaşı olmuş X11 vasitəsilə sonuncunun dayısı kimi tanımışdır. Belə ki, tələbə yoldaşı Elşad Tağızadə 2018-ci ilin təxminən fevral ayında Cavabdeh1 MTK-da Məhərrəm Məhərrəmov tərəfindən yaşayış evinin satılması barədə ona məlumat vermişdir. Həmin vaxtı Elşad Tağızadə ilə birlikdə MTK-ya gedib 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilə baxmışdır. Mənzilə baxdıqda onun giriş hissəsində qapının olmaması, ümumilikdə isə tam təmirsiz vəziyyətdə olduğunu müəyyən etmişdir. Həmçinin, həmin mənzil 9-cu mərtəbədə liftdən çıxdıqdan sonra 5 m irəli gedib ilk əvvəl sağ tərəfə dönüb 5 m irəli getdikdən sonra sol tərəfdə yerləşmişdir. Baxdığı mənzil xoşuna gəldiyi üçün onu almaq qərarına gəlib bu barədə Elşad Tağızadəyə məlumat vermişdir. Müəyyən müddətdən sonra 2018-ci ilin fevral ayının yadında olmayan günündə Bakı şəhəri, Nərimanov rayonunda “Metropark" ticarət və əyləncə m ərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinə almaq istədiyi yaşayış evinin qiymətini danışmaq üçün getmişdir. Həmin vaxt ofisdə onunla birlikdə MTK-nın faktiki rəhbəri Məhərrəm Məhərrəmov, hüquqi rəhbəri X16, mühasib Sevinc adlı xanım, iş icraçısı Rafiq adlı şəxs olmuşdur. Məhərrəm Məhərrəmovun onun almaq istədiyi 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilin (bundan sonra - mənzil) 45 nömrəli olduğunu bildirərək həmin mənzili 150.000 (bir yüz əlli min) manat müqabilində sata biləcəyi barədə təklifini qəbul etmişdir. Qabaqcadan pul vəsaitini verəcəyi barədə razılaşdığı üçün xx.xx.2018-ci il tarixdə MTK-nın yerləşdiyi əraziyə yaxın yerdə Elşad Tağızadə, görüşə MTK-nın adından tərtib edilmiş 50.000 (əlli min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən 450 nömrəli kassa mədaxil qəbzi ilə gəlmiş, 50 000 (əlli min) manat pul vəsaitini Elşad Tağızadəyə verib sonuncudan 450 nömrəli kassa mədaxil qəbzi almışdır. Daha sonra qabaqcadan pul vəsaitini verəcəyi barədə razılaşdığı üçün xx.xx.2018-ci il tarixdə MTK-nın yerləşdiyi əraziyə yaxın yerdə Məhərrəm Məhərrəmovun övladı Zamiq Məhərrəmli, görüşə MTK-nın adından tərtib edilmiş 50.000 (əlli min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən 450/A nömrəli kassa mədaxil qəbzi ilə gəlmiş, 50 000 (əlli min) manat pul vəsaitini Zamİq Məhərrəmliyə verib sonuncudan 450/A nömrəli kassa mədaxil qəbzi almışdır. xx.xx.2018ci il tarixdə isə “Metropark" ticarət və əyləncə mərkəzinin yaxınlığında olan MTK-nın ofisində Valeh Qasımovun, mühasib Sevinc adlı xanımın, iş icraçısı Rafiq adlı şəxsin şahidliyi ilə 50.000 (əlli min) manat pul vəsaitini Məhərrəm Məhərrəmova ödəmişdir. xx.xx.2018-ci il tarixdə Valeh Qasımov ***-***-**-** mobil nömrəsindən onun 077-73772-77 mobil nömrəsini yığıb MTK-nın ofisinə yaşayış evinin sənədlərini verməsi üçün dəvət etmişdir. xx.xx.2018-ci il tarixdə MTK-nın ofisinə atası Qüdrət Şükürovla birlikdə getmiş və həmin vaxt mühasib Sevinc adlı xanım müəyyən sənədləri gətirib Məhərrəm Məhərrəmova təqdim etmişdir. Məhərrəm Məhərrəmov isə əlindəki möhür ilə sənədləri təsdiqləyib ona verdikdə müəyyən etmişdir ki, Məhərrəm Məhərrəmov ona MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin qalıq dəyərinin tərəfindən tam ödənilməsi barədə MTK-nın adından tərtib edilmiş, hüquqi rəhbər Valeh Qasımovun imzası ilə təsdiqlənən xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışını, həmin tarixli mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı vermişdir. 2018-ci ilin təxminən avqust ayının yadında olmayan günündə MTK-yə gedib mənzili təmir etmək istədikdə yaşayış evinin giriş qapısının qoyulduğunu və mənzilin müəyyən hissəsinin təmir edildiyini müəyyən etmişdir. Baş vermiş anlaşılmazlığı həli etmək üçün Valeh Qasımovla danışdıqda sonuncu cavabında Məhərrəm Məhərrəmovun maliyyə durumu ağır olduğu üçün ona satılmış mənzili polis əməkdaşı Sahil adlı şəxsə satdığını bildirmişdir. 2018-ci ilin təxminən avqust ayının yadında olmayan günündə MTKnın ofisində o, Valeh Qasımov və iş icraçısı Rafiq adlı şəxsin iştirakı ilə Məhərrəm Məhərrəmovla görüşmüşdür. Görüş zamanı Məhərrəm Məhərrəmov ona məxsus mənzili Sahil adlı şəxsə satmasının səbəbini pula ehtiyacı olması ilə əl aqələndirmiş və şikayət etməməsi müqabilində ona qısa müddət ərzində həmin MTK-da başqa eyniölçülü mənzil verəcəyinə söz vermişdir. Tələbə yoldaşı Elşad Tağızadənin qohumu və atası Qüdrət Şükürovun dostu olduğu üçün Məhərrəm Məhərrəmovdan həmin vaxt şikayət etməyərək məsələnin sakit şəkildə həll edilməsinə ümid etmişdir. Lakin danışıqdan uzun müddət keçməsinə baxmayaraq Məhərrəm Məhərrəmov ona verdiyi sözü yerinə etməmişdir. xx.xx.2020-ci il tarixdə MTK-nın ofisində X12 Qasımovun və iş icraçısı Rafiq adlı şəxsin iştirakı ilə yenidən görüşüb ondan şikayətçi olacağını bildirmiş, lakin Məhərrəm Məhərrəmov ona öz imzası ilə təsdiq etdiyi mənzili 2020-ci ilin noyabr ayınadək ona qaytaracağına söz verməsi məzmununda iltizamnaməni təqdim edib möhlət verməsini xahiş etmişdir. X19 ***-***-**-** mob il nömrəsindən onun ***-***-**-** mobil nömrəsinə “whatsapp” mobil tətbiqi vasitəsilə səs ataraq Məhərrəm Məhərrəmovun əvəzinə ona mənzil və ya pul vəsaitini verəcəyi barədə söz vermişdir. Bütün cəhdlərinə baxmayaraq Məhərrəm Məhərrəmov mənzili qaytarmadığı və ya 150 000 manat pul vəsaitini ödəmədiyi üçün prokurorluq orqanına şikayət etmişdir. xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə və protokoldan çıxarışın kim tərəfindən hazırlandığını, maliyyə arayışında, protokoldan çıxarışda və müqavilədə hüquqi rəhbər “V.C.Qasımov”un qarşısında olan imzanın, həmçinin həmin sənədlərdə əlyazma şəklində olan yazının kim tərəfindən icra edildiyini bilmir. Belə ki, ofisdə olduqda Sevinc adlı mühasib xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışını, həmin tarixli mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı Məhərrəm Məhərrəmova təqdim etmiş və sonuncu MTK-nın möhürü ilə həmin sənədləri təsdiq edib ona təqdim etmişdir. Həmçinin müqavilədə payçı kimi onun adının qarşısında olan imzanı atası Qüdrət Şükürov texniki olaraq səhvən çəkmişdir. Lakin ata və oğul kimi aralarında hər hansı anlaşılmazlıq olmadığı üçün müqavilənin yenidən tərtib edilməsini tələb etməmişdir. Mənzilin ona məxsus olması məzmununda olan xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş imza, xətt və ya yazı yoxdur. Elşad Tağızadə, Məhərrəm Məhərrəmov, Zamiq Məhərrəmli və Valeh Qasımovla hər hansı ədavət və ya düşmənçiliyi olma mışdır. X13 Şükürovla dostluq münasibətindən istifadə edərək onun şikayətçi olmamasına təsir etmək istəmiş, lakin bu alınmadığı üçün əmlakın faktiki olaraq sonuncuya məxsus olması barədə verdiyi ifadəsində yalan xüsusat göstərmişdir. Belə ki, Məhərrəm Məhərrəmovun mənzilin faktiki olaraq Qüdrət Şükürova məxsus olduğunu deməkdə məqsədi dostluq münasibətlərindən irəli gələrək sonuncunun ondan şikayətçi olmamasına arxayınlıq ilə əlaqədar olmuşdur. Lakin bildirir ki, mənzilin faktiki və hüquqi sahibi özüdür və o, həmin mənzilə görə 150 000 manat pul vəsaitini ödəmişdir. MTK-da hüquqi rəhbər Valeh Qasımov olsa da, bütün idarəetmə işlərini, mənzillərin satışını, binanın təmir-tikintisinə faktiki rəhbərliyi Məhərrəm Məhərrəmov etmişdir. Valeh Qasımov isə MTK-da adi işçi kimi çalışmışdır. Ona görə də, hesab edir ki, sənədləşmədə Valeh Qasımovun adı olsa da, eyni mənzili onunla yanaşı digər şəxsə satmaqla ona faktiki olaraq maddi və mənəvi ziyanı Məhərrəm Məhərrəmov vurmuşdur. Cavabdeh2 yalnız mənzilin başqa şəxsə məxsus olması ilə əlaqədar tanımış, onunla hər hansı münasibəti olmamışdır. Həmçinin ona satılmış mənzilin Məhərrəm Məhərrəmovun yenidən Cavabdeh2 satması və sonuncunun halhazırda həmin mənzili təmir etməsi təsdiq edir ki, Məhərrəm Məhərrəmovun niyyəti əvvəlcədən ona məxsus pul vəsaitini aldatmaqla ələ keçirməkdən ibarət olmuşdur. Zamiq Məhərrəmli övlad kimi Məhərrəm Məhərrəmova köməklik etmək istəmiş və sonuncudan şikayətçi olmaması müqabilində Məhərrəm Məhərrəmovun əvəzinə ona vurulmuş zərərin əvəzi kimi mənzil və ya pul vəsaitini verəcəyini söz versə də, hal-hazıradək o na vurulmuş maddi ziyan ödənilməmişdir. Mənzilin dəyəri kimi ödədiyi 150 000 manat pul vəsaiti 100 manatlıq əskinaslar şəklində olmuş, həmin pul vəsaitini fərqləndirə biləcək hər hansı rekvizitlər olmamışdır. Həmçinin, liftlərin texniki servisi, alış- satışı, quraşdırılması fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi olduğu üçün fərdi sahibkar kimi əldə etdiyi gəlirdən MTK-da qeyd etdiyi mənzilin dəyərini ödəməklə almaq istəmişdir. Elşad Tağızadəyə 50 000 manat və Zamiq Məhərrəmliyə 50.000 manat pul vəsaitini verdikdə təklikdə olduqları üçün həmin hadisənin digər şahidləri olmamışdır. Lakin xx.xx.2018-ci il tarixdə 50.000 manat pul vəsaitini mərkəzin yaxınlığında olan MTK-nın ofisində Valeh Qasımovun, mühasib Sevinc adlı xanımın, iş icraçısı Rafiq adlı şəxsin şahidliyi ilə Məhərrəm Məhərrəmova ödəmişdir. Həmin mənzil üzərində mülkiyyətçi kimi hər hansı hüquqlarını həyata keçirə bilməmişdir Məhərrəm Məhərrəmovun deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də, mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyrimümkündür. Məhərrəm Məhərrəmov həmin mənzili hər hansı borc və ya digər mülki xarakterli öhdəliyin icrası qarşılığında ona verməmişdir. Şikayət və tələbi ona vurulmuş ziyanın tam ödənilməsindən və cinayət əməlini törətmiş şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ibarətdir. Mənzil sahəsinin alqı-satqısı və sonradan yaranmış problemlə əlaqədar istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən Məhərrəm Məhərrəmovun ***-***-**-**, Valeh Qasımovun ***-***-**-** mobil nömrələri ilə q arşılıqlı olaraq zənglər etməklə əlaqə saxlamışdır”.

13. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, “ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən Cavabdeh1 Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri X2 və MTK-nın hüquqi rəhbəri X15 tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. X3 onun yeni tikililərdən mənzil almaq istədiyini bildiyi üçün təxminən xx.xx.2019-cu il tarixdə dayısı Məhərrəm Məhərrəmova məxsus MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin X14 tərəfindən satılması barədə məlumat vermişdir. Həmin vaxtı Elşad Tağızadə və Zəhra İsmayılova ilə birlikdə MTK-ya gedib 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilə baxmışdır. Mənzilə baxdıqda onun giriş hissəsin də qapının və pəncələrdə şüşələrin olmamasını, ümumilikdə isə tam təmirsiz vəziyyətdə olduğunu müəyyən etmişdir. Həmçinin, həmin mənzil 9-cu mərtəbədə liftdən çıxdıqdan sonra ilk əvvəl sağ tərəfə dönüb 5 m irəli getdikdən sonra sol tərəfdə yerləşmişdir. Baxdığı mənzil xoşuna gəldiyi üçün onu almaq qərarına gəlmiş və bu barədə Zəhra İsmayılovaya məlumat vermişdir. Zəhra İsmayılova ilə həmin mənzilin 95 000 (doxsan beş min) manat müqabilində satılması barədə razılığa gəlmişdir. xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova Bakı şəhəri 51 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş pay hüquququndan imtina edərək mənzilin onun adına sənədləşdirilməsi və gələcəkdə göstərilən mənzil ilə əlaqədar iddiasının olmaması məzmununda ərizə vermişdir. Üstündə olan pulun çatışmayan hissəsi kimi xa hişi əsasında dostu Samir Orucov onun evindən 61.000 (altmış bir min) manat pul vəsaitini götürüb "xxxx" ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinin qarşısına gətirmiş və həmin pul vəsaitini o, Samir Orucovdan götürmüşdür. Daha sonra xx.xx.2019-cu il tarixdə MTK-nın ofisinə almaq istədiyi yaşayış evinin sənədləşməsi üçün getmişdir. Həmin vaxtı ofisdə MTK-nın faktiki rəhbəri Məhərrəm Məhərrəmov, Elşad Tağızadə, mühasib Sevinc adlı xanım, MTK-da tikinti işi üzrə iş icraçısı Rafiq adlı şəxs olmuş və sonuncuların şahidliyi ilə 95 000 (doxsan beş min) manat pul vəsaitini o, Zəhra İsmayılovaya vermişdir. Zəhra İsmayılova pul vəsaitini saydıqdan sonra qəbul etmiş və daha sonra mühasib Sevinc adlı xanım müəyyən sənədləri gətirib Məhərrəm Məhərrəmova təqdim etmişdir. Məhərr əm Məhərrəmov isə əlindəki möhür ilə sənədləri təsdiqləyib ona verdikdə müəyyən etmişdir ki, həmin sənədlər MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin qalıq dəyərinin tərəfindən tam ödənilməsi barədə MTK-nın adından tərtib edilmiş, hüquqi rəhbər Valeh Qasımovun adından İmzalanmış xx.xx.2019-cu il tarixli 98 nömrəli maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə və protokoldan çıxarış olmuşdur. 2019-cu ilin sentyabr ayından etibarən mənzilin təmiri işlərinə başlasa da, binanın təhvil verilməsinin gecikdiyini görüb təmiri müvəqqəti olaraq dayandırmışdır. Zəhra İsmayılovam qeyd etdiyi mənzil sahəsinin alqı-satqısı ilə əlaqədar tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Elşad Tağızadənin ona deməsinə görə Zəhra İsmayılova həmin mənzili MTK-dan, konkret olaraq Məhərrəm Məhərrəmovdan almışdır. Maliyyə arayışını, mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı Sevinc adında mühasib kompyuter vasitəsilə tərtib edib Məhərrəm Məhərrəmova təqdim etmiş və sonuncu MTK-nın möhürü ilə həmin sənədləri təsdiq edib ona vermişdir. Həmçinin müqavilədə payçı kimi adının qarşısında olan imzanı özü icra etmiş, lakin sənədlərdə Valeh Qasımovun adının qarşısında olan imzanın kimin tərəfindən icra edildiyini xatırlamır. Mənzilin ona məxsus olması məzmununda olan maliyyə arayışı, mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş xətt və ya yazı yoxdur. İddiaçı yalnız mənzilin başqa şəxsə məxsus olması ilə əlaqədar tanımış, onunla hər hansı münasibəti olmamışdır. Məhərrəm Məhərrəmo vun deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də, mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyri-mümkündür. Şikayət və tələbi ona vurulmuş maddi ziyanın tam ödənilməsindən və cinayət əməlini törətmiş şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ibarətdir”.

14. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 Sahil Məhərrəm oğlunun ifadəsində göstərdiyini özünə aid hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, “ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni yaşayış binasını tikən Cavabdeh1 Mənzil Tikinti Koorperativinin faktiki rəhbəri X2 və MTKnın hüquqi rəhbəri X15 tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Bakı şəhəri, Nəsimi rayonunda yerləşən yeni tikililə rdən mənzil almaq istədiyi üçün 2018-ci ilin yay aylarında, dəqiq xatırlamadığı gündə həmin MTK-ya gedib 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilə baxdıqda onun giriş hissəsində qapının, həmçinin evin pəncərələrinin olmamasını, ümumilikdə isə tam təmirsiz vəziyyətdə olduğunu müəyyən etmişdir. Həmçinin, həmin mənzil 9-cu mərtəbədə lift tərəfdən ilk əvvəl sağ tərəfə dönüb 5 m irəli getdikdən sonra sol tərəfdə yerləşmişdir. Baxdığı mənzil xoşuna gəldiyi üçün onu almaq qərarına gəlib bu barədə Məhərrəm Məhərrəmova məlumat vermişdir. xx.xx.2018ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda "xxxx" ticarət və əyləncə mərkəzinin yaxınlığında yerləşən MTK-nın ofisinə (bundan sonra - ofis) almaq istədiyi yaşayış evinin alqı-satqısı üçün getmişdir. Həmin vaxtı ofisdə MTK-nın faktiki rəhb əri Məhərrəm Məhərrəmov və Rafiq adlı iş icraçısı olmuşdur. Məhərrəm Məhərrəmov almaq istədiyi 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı mənzilin (bundan sonra - mənzil) 45 nömrəli olduğunu bildirərək həmin mənzili 132.000 (bir yüz otuz iki min) manata sata biləcəyini ona təklif etmişdir. Danışıq zamanı həmin qiymətlə razılaşmış və üstündə olduğu üçün İlkin olaraq 40 000 (qırx min) manat pul vəsaitini beh kimi Məhərrəm Məhərrəmova vermiş və sonuncu pul vəsaitini Rafiq adlı iş icraçısının şahidliyi ilə sayıb qəbul etmişdir. Həmin vaxt Məhərrəm Məhərrəmovla olan razılığına əsasən qısa müddət ərzində mənzilin qalıq dəyərini tam ödədikdən sonra onun adına sənədlər tərtib olunacaqdır. 2018-ci ilin sentyabr ayının yadında olmayan günündə ofisə gedib mənzilin qalıq dəyəri kimi 92.000 (doxsan i ki min) manat pul vəsaitini Məhərrəm Məhərrəmova vermiş və sonuncu pul vəsaitini mühasib Sevinc adlı xanımın şahidliyi ilə sayıb qəbul etmişdir. Daha sonra müəyyən sənədləri gətirib Məhərrəm Məhərrəmov ona vermiş və sənədlərə baxdıqda müəyyən etmişdir ki, Məhərrəm Məhərrəmov MTK-da 9-cu mərtəbə, sahəsi 116,87 m2 olan 2 otaqlı 45 nömrəli mənzilin qalıq dəyərinin tərəfindən tam ödənilməsi barədə MTKnın adından tərtib edilmiş, hüquqi rəhbər Valeh Qasımovun adından imzalanmış xx.xx.2018-ci il tarixli 39 nömrəli maliyyə arayışını, həmin tarixli mənzil tikintisi haqqında müqaviləni və protokoldan çıxarışı vermişdir. Sənədləri MTK-nın sədri kimi Valeh Qasımovun imzalamasının səbəbini Məhərrəm Məhərrəmovdan soruşduqda, sonuncu cavabında faktiki rəhbər özü olduğu üçün mənzilin ona məxsus olması bar ədə sənədlərin hüquqi rəhbər Valeh Qasımovun adından tərtib edildiyini və qeyd olunan məsələdə hər hansı narahatlıq olmadığını bildirmişdir. Öz növbəsində sənədləri adının qarşısından imzalamış və sənədlərin bir nüsxəsi özündə qalmaqla digər nüsxəsini Məhərrəm Məhərrəmova geri qaytarmışdır. Maliyyə arayışı, mənzil tikintisi haqqında müqaviləni, protokoldan çıxarışı Məhərrəm Məhərrəmov ona təqdim etdikdə artıq həmin sənədlər möhürlü və MTK-nın adından imzalanmış şəkildə olduğu üçün həmin sənədləri MTK tərəfdən kimin faktiki olaraq imzaladığını və möhürlə təsdiq etdiyini bilmir. Mənzilin ona məxsus olması məzmununda olan maliyyə arayışı, həmin tarixli mənzil tikintisi haqqında müqavilə, protokoldan çıxarışda əlyazma üsulu ilə tərəfindən icra olunmuş xətt və ya yazı yoxdur. İddiaçı tanımır, o nunla hər hansı münasibəti olmamışdır. Belə ki, həmin mənzili İddiaçı deyil Məhərrəm Məhhərəmovdan almış və qeyd olunan vaxt mənzilin ondan əvvəl digər şəxsə satılması barədə sonuncu hər hansı məlumat verməmişdir. MTK-da hüquqi rəhbər Valeh Qasımov olsa da, bütün idarəetmə işlərini, mənzillərin satışını, binanın təmir-tikintisinə faktiki rəhbərliyi Məhərrəm Məhərrəmov etmiş, Valeh Qasımov isə MTK-da adi işçi kimi çalışmışdır. Ona görə də, hesab edir ki, sənədləşmədə Valeh Qasımovun adı olsa da, eyni mənzili onunla yanaşı digər şəxsə satmaqla, ondan şəxsən pul vəsaitini qəbul etməklə həmin vaxtı ona faktiki olaraq maddi ziyanı Məhərrəm Məhərrəmov vurmuşdur. Mənzilin dəyəri kimi ödədiyi 132.000 manat pul vəsaiti 100 və 50 manatlıq əskinaslar şəklində olmuş, həmin pul vəsaitini fərqləndirə bi ləcək hər hansı rekvizitlər olmamışdır. Həmçinin, 2018-ci il tarixdə 200.000 (iki yüz min) manata Bakı şəhəri “Ağ şəhər” deyilən ərazidə yeni tikilidən 03 otaqlı yaşayış evinin satışından əldə etdiyi gəlir hesabına MTK-da qeyd etdiyi mənzilin dəyərini ödəməklə almışdır. Məhərrəm Məhərrəmovun deməsinə görə bina tikintisi tam başa çatmadığı üçün təhvil verilməmiş və ona görə də, mənzilin mülkiyyətçisi olması barədə çıxarış verilməsi qeyri-mümkündür. Məhərrəm Məhərrəmov həmin mənzili hər hansı borc və ya digər mülki xarakterli öhdəliyin icrası qarşılığında ona verməmişdir. Törədilmiş cinayət əməli nəticəsində ona 132 000 manat maddi ziyan dəymişdir. Mənzil sahəsinin alqı-satqısı ilə əlaqədar qeyd olunan dövrdə istifadəsində olan ***-***-**-** və 050-27277-11 mobil nömrələr ilə Məhərrəm Məhə rrəmovun ***-***-**-** mobil nömrəsi ilə qarşılıqlı olaraq zənglər etməklə əlaqə saxlamışdır. Şikayət və tələbi İddiaçı satılmış mənzil sahəsinin daha sonra ona satıb pul vəsaitini ələ keçirmiş Məhərrəm Məhərrəmovun cinayət məsuliyyətinə cəlb edilməsindən və ona vurulmuş maddi ziyanın tam ödənilməsindən ibarətdir.

15. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m.olan 2 otaqlı 45 №-li mənzil Cavabdeh2 təhvil verilmişdir və o, həmin mənzili təmir edərək hazırda ailəsi ilə birlikdə orada yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh1nə (MTK ) və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m. olan 45 nömrəli mənzilin MTK tərəfindən ona təhvil verilməsi, MTK və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, MTK ilə arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ə ləsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 1987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.m.olan 45 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, mənzilin dəyəri olan 150 000 manat hər dəfə 50 000 manat olmaqla 3 dəfəyə kooperativə ödənilmişdir. Mənzilin dəyəri olan pul vəsaitinin ödənilməsi barədə ona MTK tərəfindən xx.xx.2018-ci il tarixli 450 saylı kassa mədaxil orderi, xx.xx.2018-ci il tarixli 450/A saylı kassa mədaxil orderi və xx.xx.2018-ci il tarixli 22/06 saylı kassa mədaxil orderi qəbzləri verilmişdir. MTK-nın təsdiq etdiyi xx.xx.2018-ci il tarixli 36 nömrəli maliyyə arayışına əsasən mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2018-ci il tarixli 45 nömrəli protokol ilə kooperativin üzvlüyünə qəbul edilməsi və payçıların razılığı ilə qeyd olunan mənzilin ona düşməsi təsdiq olunmuşdur. Qeyd olunan müqavilənin 5-ci bəndinə əsasən mənzilin dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeydşərt olmadan təhvil verilməlidir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Aldığı mənzilin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərini icra edib göstərilən mənzilin ona təhvil verilməsini tələb etsə də, kooperativ üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bununla bağlı apardıqları danışıqların nəticəsi olmamış, mənzil ona təhvil verilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kooperativə yazdığı müraciət də nəticəsiz qalmışdır. Mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblik və istifadə etmək hüququnu əldə etdiyinə və müqavilə üzrə öhdəliyini tam icra etdiyinə baxmayaraq, bu günə kimi mənzil ona təhvil verilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (177-189) 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-790/2023 saylı cinayət işinin materiallarından ona məlum olmuşdur ki, onun mənzili barəsində onunla müqavilə bağlanıldıqdan sonra, xx.xx.2018-ci il tarixdə X14 ilə müqavilə bağlanılmış, xx.xx.2019-cu il tarixdə İsmayılova Zəhra həmin mənzildən imtina edərək mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ona məxsus olan qeyd olunan mənzil barəsində xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Göründüyü kimi, mənzil ilkin olaraq onun adına rəsmiləşdirildiyindən, mənzil onun mülkiyyətinə keçmiş, daha sonra mənzilin mülkiyyətçisi olmayan Cavabdeh1 MTK tərəfindən mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verilmişdir. Hansı ki, bu, mülki qanunvericiliyin normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarının hüquqi mövqeyinə uyğun deyildir. Qeyd olunan qərara əsasən “Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin v ə onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzmfəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır”. Qeyd olunan Qərara əsasən “Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçü n pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”.

18. Cavabdeh2 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə Cavabdeh1 MTK-nın sədri X16 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh2 qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, 2019-cu ildə ailəsi və anası ilə birlikdə yaşamaq üçün mənzil almaq qərarına gəlmişlər. X22 Qarabağ müharibəsi şəhididir, qardaşının vəfatından sonra dövlət tərəfindən anası Sücayət Ərəbovaya 11 000 manat maddi yardım göstərilmişdir. Anası həmin məbləği ona təqdim edərək yeni mənzilin alınm asında istifadə etməsini xahiş etmiş, bir neçə tanışlarına etibarlı və əlverişli qiymətə olan yeni tikililərdən mənzil almaq istədiyini bildirmişdir. Bir gün tanışlarından Elşad adlı şəxs ona zəng edərək bir nəfər xanımın yeni tikilmiş binada təmirsiz mənzil satmaq istədiyini bildirmiş, mənzilə baxmaq üçün tanışı Elşadın vasitəsi ilə Zəhra adlı xanımla görüşüb mənzilə baxmışdır. Mənzil təmirsiz olmuşdur. Həmin vaxt binada bir çox mənzillər təmirsiz olmuşdur. Zəhra xanımla mənzili 95 000 manat müqabilində onun adına keçirməyə razılaşmışlar. Birlikdə binanın tikintisini həyata keçirən Cavabdeh1 MTK-nın ofisinə yaxınlaşmış, orada Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsində yerləşən 31/33 saylı evin 45 nömrəli mənzilinin tikintisi haqqında müqaviləni yeniləyib onun adına yeni müqavilə ba ğlamışlar. Həmin gün onun sözügedən mənzilə düşməsinin təsdiq edilməsinə dair protokoldan çıxarış da ona təqdim edilmişdir. Zəhra xanıma 95 000 manat pulu ödədikdən sonra ona Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, sahəsi 116,87 kv.m. olan 2 otaqlı, 45 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra sözügedən mənzilini təmir etdirib oraya köçüb ailəsi və anası ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh İddiaçıla MTK arasında sözügedən mənzil barəsində müqavilə bağlanmasından təqsirləndirilən şəxs Məhərrəm Məhərrəmovun barəsində i stintaqı aparılan cinayət işi zamanı zərərçəkmiş şəxs qismində dindirilən zaman məlumatı olmuşdur. Hesab edir ki, İddiaçıla MTK arasında həmin mənzil barəsində bağlanmış müqavilə saxta və əsassız müqavilədir. Belə ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında “45 nömrəli mənzil” yazısı sonradan düzəldilməklə qeyd edilmişdir. Bu da həmin mənzilə dair bağlanmış müqavilənin ləğvi üçün əsasdır. İddiaçıla MTK-nın sədri Valeh Qasımov arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, mənzilin müqaviləylə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Sözügedən müqavilənin 3-cü bəndi ndə mənzilin ümumi dəyəri qeyd edilməmişdir. Bu da həmin müqavilənin etibarsız müqavilə hesab edilməsi üçün əsasdır. Cavabdeh İddiaçı MTK ilə bağladığı əqd yalan olmaqla əhəmiyyətsiz əqd hesab edilməlidir. Belə ki, İddiaçı MTK-ya hər hansı pul məbləği ödəməmiş, öz aralarında olan razılaşmaya əsasən başqa əqdi pərdələmək məqsədi ilə binanın tikintisində istifadə edilən lift qurğularının müqabilində bu cür yalan əqd bağlamışlar.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolqərardadı ilə X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 10 yanvar 2024-cü il tarixli, e-2(006)-343/2024 saylı qətnaməsi ilə İddiaçı ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasın da bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunması, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 95 000 (doxsan beş min) manatın restitusiya qaydasında Cavabdeh1 Mənzil Tikinti Koooperativindən tutularaq Cavabdeh2 ödənilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsinin icra edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticə üzrə aşağıdakıları qeyd etmişdir:

23. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsinə əsasən MTK müqavilə ilə nəzərdə tutulmuş ünvanda yerləşən 45 nömrəli mənzilin "xxxx"nın mülkiyyətinə verilməsini, "xxxx" isə həmin mənzilin dəyərini MTK-yə ödəməyi öhdəsinə götürmüş, bundan sonra xx.xx.2018-ci il tarixdə Zəhra İsmayılova ilə müqavilə bağlamış, xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş və MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır ki, artıq bu halda MTK-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi verildikdən sonra ikinci və üçüncü dəfə satmaq kimi hüququ mövcud olmamış dır. Mövcud olmayan hüquqdan istifadə etməklə sonrakı əqdlər bağlanıldığı səbəbindən və MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir.

24. Göründüyü kimi, MTK mübahisəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində mənzilin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşlər. Lakin müqavilədə nəzərdə tutulmuş öhdəliklər ilkin iddia üzrə iddiaçı tərəfindən yerinə yetirilsə də, MTK həmin öhdəlikləri yerinə yetirməmiş və mənzili təhvil verməmişdir. Bu səbəbdən iddia tələbi mənzilin MTK tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir.

25. Beləliklə, məhkəmə hesab edir ki, MTK-nın Cavabdeh2la bağladığı xx.xx.2019cu il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlandı ğı üçün etibarsız hesab edilməli və mənzil ilkin iddia üzrə iddiaçıya təhvil verilməlidir.

26. Məhkəmə MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəldiyi üçün qeyd edir ki, Cavabdeh2 ödədiyi pul vəsaiti nəzərə alınmalı və ona münasibətdə restitusiya tətbiq edilərək, ödədiyi məbləğ (95 000 manat) MTK-dan alınaraq Cavabdeh2 qaytarılmalıdır.

27. İddiaçı mübahisəli mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır, həmin hüquqlar mülkiyyət hüququnun tərkib hissəsi kimi qanunla qorunduğundan, həmçinin MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edildiyindən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi Cavabdeh2 mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzil in boşaldılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

28. Məhkəmə həmçinin qeyd edir ki, MTK və Cavabdeh2 arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən və mənzildən çıxarılması təmin edildiyindən Cavabdeh2 mənzilin təmirinə çəkilmiş xərcləri dəymiş ziyan kimi müəyyən etməklə məhkəmədə iddia qaldırmaq hüququ mövcuddur.

29. Bundan başqa məhkəmə bildirir ki, İddiaçı ilə MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə həmin mənzilin təhvil verilməsinin subyektiv cavabdehliyi MTK-nın daşıması onunla əsaslıdır ki, İddiaçı ilə MTK arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə etibarlı olduğundan və bundan sonra Cavabdeh2 ilə MTK arasında bağlanan müqavilə etibarsız hesab edilərək ilkin hüquqi vəziyyətinə qaytarıldığından mənzilin təhvil verilmə si də MTK tərəfindən həyata keçirilməlidir.

30. İlkin iddia tələbi əsaslı olması səbəbi ilə təmin edilərək Cavabdeh2 mənzilə dair bağladığı xx.xx.2019-cu il tarixli müqaviləsi etibarsız hesab edildiyindən, bununla da onun həmin əmlak üzərində hüquq sahibi olmaması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

31. Məhkəmə qətnamənin icrasında gələcəkdə yaran biləcək çətinliyin aradan qaldırılması məqsədilə hesab edir ki, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzil boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasın ın 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsi icra edilməlidir.

32. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 152.1-ci, 152.2-ci, 152.5-ci, 152.6-cı, 152.7-ci, 157.2-ci, 157.4-cü, 178.8-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 337.5-ci, 385.1-ci, 405.1-ci, 406.1-ci, 406.2, 442-ci, 567-ci, Mənzil Məcəlləsinin 110.4-cü, 110.5-ci, 112.1-ci, 113.1-ci, 113.2-ci, 113.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 yanvar 2020-ci il tarixli və “Mülki M əcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

33. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 nümayəndəsi (vəkili) onun ləğv olunmasını və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi n əticənin işin hallarına uyğun olmadığını, mənzilin Cavabdeh2 təhvil verildiyini və onun mənzili təmir edib orada yaşadığını, eləcə də ilkin iddiaçının müqaviləni mübahisələndirmək üçün müəyyənləşdirilmiş müddəti ötürdüyünü nəzərə almadığı, ilkin iddiaçının müqaviləsində mənzilin nömrəsinin göstərilmədiyini və nömrənin sonradan əl ilə yazıldığını araşdırmadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2428/2024 nömrəli iş üzrə 10 may 2024-cü il tarixli qətnaməsi ilə (E.Həsənov (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və X.Mərdanovadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-343/2024 saylı iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi qism ən - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunması, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 95 000 (doxsan beş min) manatın restitusiya qaydasında Cavabdeh1ndən tutularaq Cavabdeh2 ödənilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılması, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh2 (varsa ailə üzvləri birlikdə) mənzildəki əşyaları ilə birlikdə mə nzildən çıxarılması və mənzil boşaldılması icra edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi, 116,87 kv.m.olan 45 nömrəli mənzilin Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməsinin icra edilməsi” hissələrində ləğv olunmuş, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” barədə ilkin iddia tələbləri təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

37. Star-M” MTK ilə İddiaçı və Cavabdeh2 arasında bağlanmış müqavilələr podrat müqaviləsi kimi qiymətləndirilməlidir.

38. Kollegiya hesab edir ki, ilkin və qarşılıqlı iddiaçıların mübahisələndirdiyi müqavilələrin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.

39. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

40. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsin ə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.

41. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə, maddə 443.1 və 452.2) hüquqları vardır.

42. Hazırki işdə müəyyən olunan odur ki, mübahisəsi gedən mənzillə bağlı həm İddiaçıla, h əm də Cavabdeh2la müqavilə bağlanmış, mənzil Cavabdeh2 təhvil verilmiş, onun tərəfindən təmir olunmuş və o, ailəsi ilə birlikdə mənzildə yaşamağa başlamışdır.

43. Buna görə də İddiaçı mübahisələndirdiyi müqavilə etibarsız hesab edilə bilməz lakin bu hal onu ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh1 MTK-dan tələb etmək imkanından məhrum etmir.

44. Kollegiya eyni yanaşmanı Cavabdeh2 mübahisələndirdiyi müqavilə baxımından da sərgiləyir və buna görə də Cavabdeh2 apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparmağa zərurət görmür.

45. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 324, 337, 339.1, 354.1, 354.2, 385, 386.1, 390.5, 404, 435, 442, 443.1, 452.1, 452.2, 752.1, 762.1, MPM-nin 14.2, 77.1, 80, 81, 88-ci m addələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. İlk iddia üzrə İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ilkin olaraq 16 iyul 2018-ci il tarixdə İddiaçı ilə müqavilə bağlayaraq rəsmiləşdirildiyindən, mənzil onun mülkiyyətinə keçmiş, daha sonra mənzilin mülkiyyətçisi olmayan Cavabdeh1 MTK tərəfindən mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni xx.xx.2018-ci il tarixdə X14 ilə müqavilə bağlaması, bundan sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə müqavilə bağlaması mülki qanunv ericiliyin normalarına və Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarının hüquqi mövqeyinə uyğun deyildir. Apellyasiya məhkəməsi qeyd olunan qərarın tələblərini pozmuş, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmayan, həmin qərara tamamilə zidd qətnamə qəbul etmişdir.

48. Bundan başqa, 16 iyul 2018-ci il tarixli Müqavilə ilə Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov 31/33 ünvanda MTK tərəfindən inşa edilmiş yaşayış binasının 9-cu mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 116,87 kv.metr olan 45 nömrəli mənzili iddiaçının sahibliyinə və istifadəsinə vermə, iddiaçının isə həmin mənzilin dəyərinin Cavabdeh1 MTK-ya ödəmə öhdəlikləri əmələ gəl mişdir. Bununla bağlı İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, kooperativ isə öhdəliklərini icra etməmişdir. Apellyasiya məhkəməsi isə bu fakta düzgün hüquqi qiymət verməmiş, əksinə yanlış nəticəyə gəlmişdir.

49. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə S.Fərəcov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə S.Mustafayeva ilə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.”

50. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsinə əsasən Cavabdeh1 MTK müqavilə ilə nəzərdə tutulmuş ünvanda yerləşən 45 nömrəli mənzili "xxxx"nın mülkiyyətinə verilməsini, "xxxx" isə həmin mənzilin dəyərini Cavabdeh1 MTK-yə ödəməyi öhdəsinə götürmüş və bundan sonra xx.xx.2018-ci il tarixdə Zəhra İsmayılova ilə müqavilə bağlamış, xx.xx.2019-cu il tarixdə Zəhra İsmayılova mübahisəli mənzilin Cavabdeh2 adına keçirilməsi barədə ərizə vermiş və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə bağlanılmışdır ki, artıq bu halda Cavabdeh1 MTK-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləsi verildikdən sonra ikinci və üçüncü dəfə satmaq kimi hüququ mövcud olmamışdır. Mövcud olmayan hüquqdan istifadə etməklə sonrakı əqdlər bağlanıldığı səbəbindən və Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzil barəsində xx.xx.2019-cu il tarixi müqavilə etibarsız hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. İlk iddia üzrə iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

54. Maddə 178.8 (15 dekabr 2017-ci il tarixli Qanunla dəyişiklik edilmiş yeni redaksiyada). Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq s ahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəx sin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

55. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

56. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri poz maqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

57. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

58. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

59. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olm adıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

60. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

61. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

62. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

63. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

64. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

65. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

66. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

67. Maddə

435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.

68. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öh dəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

69. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

70. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda arada n qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

71. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

72. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

73. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

76. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

77. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

83. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual nor malara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2428/2024 nömrəli iş üzrə 10 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar