Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-286/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5605/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC 4232/22 saylı sığorta müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair tərəflər arasında bağlanmış İ-MİC4232/22 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə müvafiq sığorta ödənişinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair cavabdehlə aralarında “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə İ-MİC 4232/22 saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə sözügedən avtomobillə Sabunçu rayonu ərazisindən evinə gedərkən avtomobildən səs gəldiyini eşitmiş, lakin həmin səsə əhəmiyyət verməmişdir. Səhəri günü nəqliyyat vasitəsini işə salarkən ekran monitorda mənası ona məlum olmayan işıqlı işarənin olduğunu görmüş, 2 gün boyunca həmin işığın monitordan getmədiyini gördükdən sonra nəqliyyat vasitəsini servisə aparmaq və orada bu işarənin mənasını araşdırmaq qərarına gəlmişdir. Servis işçiləri ona bildirmişlər ki, bu batareyanın zədələnməsini bildirən işarədir. Avtomoilin alt hissəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, nəqliyyat vasitəsinin batareyası zədələnib və dərhal dəyişilməlidir. İddiaçı bu zədənin hansı şəraitdə baş verməsini sorğuladıqda zədəyə baxış keçirən usta ona bildirmişdir ki, bu küt əşyanın təsirindən törənmiş zədə ilə bağlıdır. Hadisə ilə bağlı cavabdehə müraciət etmiş və cavabdehin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüş və ona bildirilmişdir ki, baş vermiş hadisə sığorta hadisəsi deyildir və ona sığorta ödənişi verilə bilməz. Eyni mövqe ona xx.xx.2023-cü il tarixli məktubla da bildirilmişdir. Həmin məktuba qoşma şəklində Sabunçu rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı da əlavə edilmişdir ki, həmin arayışın məzmununda N 51, 52, 53 TŞ-09-064 saylı kameralarıa baxıldığı, lakin hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə video görüntülərinin olmaması səbəbi ilə hadisənin təfərrüatlarını incələmək mümkün olmadığı qeyd edilmişdir. Lakin, sözügedən hadisədən sonra tərəfindən xx.xx.2023-cü il tarixində nəqliyyat vasitəsini "xxxx" MMC-nin servis mərkəzinə aparaq müayinə etdirmiş, müayinə nəticəsində ona xx.xx.2023-cü il tarixli akt verilmişdir. Beləliklə, bu müayinə aktı ilə bir daha təsdiq edilmişdir ki, zədə həqiqətən mövcud olmuş və zədənin yaranmasına kənar alətin təsiri olmuşdur. Bu isə o deməkdir ki, sığorta hadisəsinin mövcud olması istisna edilmir. İddiaçı qeyd etmişdir ki, sırf kamera görüntüləri olmaması səbəbilə ona müvaf iq imtinanın verilməsini qanuni və əsaslı hesab etmir. Porsche markasının Azərbaycan Respublikası üzrə rəsmi təmsilçisi və servis xidmətçisi olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən həmin avtomobilin batereyasının dəyəri 140.375 manat təşkil edirdi ki, bu ehtiyyat hissəsinin dəyişilməyindənsə, avtomobilin bütünlüklə satışını həyata keçirmək cavabdehə daha sərf edən çıxış yolu idi. Ona görə də cavabdeh tərəfindən iddiaçıya belə bir təklif irəli sürülmüşdür ki, avtomobilin satışını həyata keçirsin və ya bu satış cavabdehin özü tərəfindən həyata keçirilsin və avtomobilin dəyərini təşkil edən 202.000 manat dəyərindən həmin ehtiyyat hissəsinin dəyəri çıxılmaqla yerdə qalan məbləğin cavabdeh tərəfindən ödənişi həyata keçirilsin. Beləliklə, cavabdeh b u yolla iddiaçını aldadaraq onu arxayın salmış və sonda belə bir hiylə işlətmişdir ki, bu hadisə ümumiyyətlə sığorta hadisəsi hesab edilmir, o əsasla ki, hadisə kamera görüntüsünə düşməyib. Beləliklə, cavabdeh tərəfindən iddiaçı aldadılmaya məruz qalmışdır.
4. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, **-BB-*** DQN, Porsche Taycan 4S markalı avtomobilə dair tərəflər arasında bağlanmış İMİC-4232/22 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə 83.600 manat sığorta ödənişinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçının cavabdehə qarşı kasko müqaviləsi üzrə sığorta ödənişinin tutulara q ona ödənilməsi barədə mülki iş vardır. Həmin iş üzrə iddiaçı tərəf olaraq məhkəmənin nəzərinə çatdırılmışdır ki, tərəflər arasında imzalanmış ilk müqavilə üzrə kasko növündə olan sığorta predmetini təşkil edən nəqliyyat vasitəsinin dəyəri 202.000 manat həcmində qiymətləndirilmiş, uzatma, ikinci sığorta müqaviləsinə əsasən isə avtomobilin artıq 1 il ərzində istifadə edilməsi nəzərə alınaraq 183.600 manat dəyərində qiymətləndirilməsi keçirilmişdir. 03 noyabr 2023-cü il tarixində baş vermiş sığorta hadisəsinə əsasən nəqliyyat vasitəsində olan nasazlığa münasibətdə iddiaçı onun 100.000 manata satılmasına məcburən razı olmuşdur. Belə olan halda iddiaçının hazırda cavabdehdən tələbi yerdə qalan məbləğin cavabdeh tərəfindən qarşılanaraq ona ödənilməsi ilə əlaqədardır. Belə ki, 183.600 manat dəy əri olan nəqliyyat vasitəsinin 100.000 manat dəyərində satılmasını nəzərə alaraq, hazırda iddiaçının cavabdehə qarşı tələbi 83.600 manat sığorta ödənişinin tutulması barədədir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(006)1550/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdehdə xx.xx.2022-ci ildən xx.xx.2023cü il tarixə, saat 23:59-a qədər, daha sonra isə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır. Hazırkı iş üzrə iddiaçı sığorta hadisəsinin xx.xx.2023-cü il tarixdə baş verdiyini iddia etsə də, həmin faktı təsdiq edə bilən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tər əfindən həmin hallar aşkar edilməmişdir.
8. Belə ki, iddiaçının iddia etdiyi hadisənin baş verməsindən bir neçə gün sonra iddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı həmin şirkətə müraciət etmiş, məsələnin araşdırılması ilə bağlı sığorta şirkəti Sabunçu rayon Polis İdarəsinə sorğu ilə müraciət etmiş və cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmış, lakin hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün hadisəni müəyyən etmək mümkün olmamışdır. Əksinə, məhkəmə iclası zamanı cavabdeh tərəf məhkəməyə xx.xx.2023-cü il tarixli fotoşəkillər təqdim etmiş və iddiaçı eyni zamanda həmin şəkillərə münasibətdə etiraf etmişdir ki, xx.xx.2023-cü il tarixə aid fotoşəkilləri özü düzəltmiş dir (bu halda xx.xx.2023-cü il tarixə aid fotoşəkillər sübut kimi qəbul edə bilməz).
9. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır. Bundan əlavə isə iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmi şdir.
10. Məhkəmə qeyd edilənləri nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı tələbini qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirə bilmədiyinə görə, yəni sığorta hadisəsi faktı məhkəmə tərəfindən müəyyən edilmədiyinə görə iddia əsassız hesab edilməklə rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 884.1, 922.1, 925.1, 926.1, 935.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməmin qənaətinə görə iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-c ü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır. O məhkəmənin bu mövqeyi ilə razılaşmamışdır. İddiaçının cavabdehin nümayəndəsi olan Bəsti Nağıyeva ilə aparılan danışıq və onun nəticəsi olaraq təklifi qəbul etməsi, yeni müqavilə üçün ödənişin keçirilməsi müqavilənin yenidən bağlanması anlamına gəlmiş olur. Buradan isə bu fakt da öz təsdiqini tapır ki, əgər iddiaçının sığorta ödənişindən faydalanmaq niyyəti çirkin və öncədən düşünülmüş olmuş olsaydı daha hadisənin 3 noyabr tarixində deyil, elə yeni tarixlərin birində baş verdiyini deyərdi. İddiaçı bildirə bilərdi ki, elə hadisə bazar günü olub və ya ayın 6-sı olub. Yəni bu hal özü-özlüyündə təsdiq edir ki, həqiqətən də hadisə 3 noyabr tarixində iddiaçı işdən evə qayıdan zaman baş vermişdir. Qeyd etmişdir ki, cavabdeh bağlamış olduğu müqaviləyə münasibətdə öz vəzifə öhdəliklərini yerinə yetirməli idi. İş üzrə ümumiyyətlə məhkəmə tərəfindən sübutlar araşdırılmamışdır. Belə ki, Sabunçu RPİ-tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmununda qeyd edilmişdir ki, “N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxıldığı, lakin hadisədən bir neçə gün sonra məlumat verilməsi səbəbilə video görüntülərin olmaması səbəbilə hadisənin təfərrüatlarını incələmək mümkün olmamışdır”. Videogörüntülərinin olmaması hadisənin olmamasına dəlalət edə bilməz. Ortada tamamilə aldığı zədə səbəbilə sıradan çıxmış bir avtomobil mövcuddur. Digər məqam, məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi mənbəyi məlum olmayan görüntlülərin mötəbərliyinin təsdiq edilməsi məqsədil ə sorğu edilmiş cavab məktubu olmuşdur ki, məhkəmə həmin məktuba münasibət bildirməmişdir. Belə ki, DİN 28 iyun 2024-cü il tarixli cavab məktubu ilə verilmiş məhkəmə sorğusuna cavab olaraq qeyd etmişdir ki, arxivlərin saxlanılması müddəti bitdiyindən istənilən məlumatların təqdim edilməsi mümkünsüzdür. Halbuki bu məktub birbaşa ona dəlalət edir ki, əgər TŞ kameralarının saxlaması 1 ay müddətindədirsə bu zaman hadisənin üzərindən 5-6 ay keçdikdən sonra həmin görüntülərin olması mümkün deyildir. Ona görə də cavabdehə müvafiq kağızların hansı mənbədən əldə edilməsi barədə müvafiq sübutu təqdim etməsi xahiş edilən zaman onlar həmin sənədləri təqdim edə bilməmişlər. Məhkəmə əldə edilmə mənbəyi şübhəli, qeyri-prosessual olan sübutları qəbul edir və üstəlik onlara istiand edir. Sığorta təminatını n qüvvədə olması məsələsində isə məhkəmə cavabdehin əldə etməsi mənbəyi məlum olmayan fotoşəkillərinə münasibətdə DYP-yə vermiş olduğu sorğunun cavabını qətnaməsində qeyd etməmişdir. Halbuki, tərəfindən məhkəmə iclası zamanı da fikir səsləndirilmişdi ki, həmin fotoşəkillərin mötəbərliyi şübhə altındadır. İddiaçı avtomobilin zədələnməsini yalnız və yalnız onu servisə aparan məqamda bilmişdir. Yəni 6 noyabr həftənin birinci günü idi və iddiaçı sürücüyə göstəriş vermişdir ki, evakuasiya avtomobili çağıraraq maşını servisə aparsın. Hadisə baş verib 3 noyabrda 4 və 5 tarixləri şənbə və bazar gününə təsadüf etdiyi üçün servis işləmirdi, 4 noyabr tarixində iddiaçı bütün günü Sumqayıt şəhərində yerləşən zavodda olmuşdur. Beləliklə, iş həftəsi başlayan kimi avtomobildəki nasazlıq işığının sönmədi yini gördükdən sonra artıq məcbur qalıb onu servisə göstərməli olmuşdur. Bu barədə sübutedici foto şəkillər də mövcuddur. Digər tərəfdən məhkəmənin öz mövqeyini əsaslandırdığı zamanı xx.xx.2024-cü il tarixində iddiaçının avtomobilinin hansısa istiqamətlərdə hərəkət etməsinə dair təqdim edilmiş mənbəyi məlum olmayan sənədlərə istinad etməsi birbaşa prosessual məcəllənin “mötəbər sübut” anlayışını kölgədə qoyur. Belə ki, iddiaçı tərəf olaraq kağızlara münasibətdə eynisini 3 noyabr tarixinə olanın “photoshop” proqramı vasitəsilə düzəldib təqdim etmişdir ki, bu kağızları hamı düzəldə bilər. Bu kağızlarla əlaqədar çox maraqlı məqamlar ortaya çıxmışdır ki, təəssüflər olsun ki, birinci instansiya məhkməsi onlara əhəmiyyət verməmişdir, kağızların əldə edilməsi mənbəyi naməlumdur. Onların mötəbərli yini təsdiq etmək məqsədilə məhkəmə tərəfindən DİN-ə məhkəmə sorğusu verilir və həmin sorğuya cavab olaraq polis tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda yazılır ki, sorğu edilən video materialların arxivdə saxlanması müddəti bitdiyi üçün onların təqdim edilməsi mümkün olmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5605/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova, sədrlik edən, məruzəçi, Elnur Həsənov və Abdıyev Fuad) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdehdə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə, saat 23:59-a qədər sığortalanmış və iddia çı iddia etdiyi sığorta hadisəsinin xx.xx.2023-cü il tarixdə baş verdiyini göstərmiş və bunu həmin tarixdə öz şəxsi avtomobili ilə Sabunçu rayonu ərazisindən evinə gedərkən nəqliyyat vasitəsinin hərəkətdə olan zaman hansısa küt əşyanın avtomobilin altına keçərək, yəni küt əşyanın təsirindən törənən mexaniki zədə əsasında batareyasının zədələnməsi ilə əsaslandırmışdır.
16. İddiaçının göstərdiyi hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğuna və sığorta hadisəsinin baş verməsi faktı öz təsdiqini tapmadığına görə, xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya sığorta ödənişinin verilməsindən imtina qərarı verilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının sığorta hadisəsi faktını təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi və məhkəmə tər əfindən həmin halların aşkar edilməməsinə dair nəticəsi işin araşdırılmış halları ilə tam uzlaşır.
18. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia etdiyi hadisənin baş verməsindən bir neçə gün sonra sığorta ödənişinin verilməsi ilə bağlı həmin şirkətə müraciət etmiş, məsələnin araşdırılması ilə bağlı sığorta şirkəti tərəfindən Sabunçu rayon Polis İdarəsinə sorğu ilə müraciət olunmuş və cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmış, lakin hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi üçün hadisəni müəyyən etmək mümkün olmamışdır.
19. Məhkəmə koollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf məhkəməyə xx.xx.2023-cü il tarixli foto-şə killər təqdim etmiş və iddiaçı həmin şəkillərə münasibətdə etiraf etmişdir ki, xx.xx.2023 cü il tarixə aid fotoşəkilləri özü düzəltmişdir ki, məhkəmədə haqlı olaraq qeyd etmişdir ki, bu halda xx.xx.2023cü il tarixə aid fotoşəkillər sübut kimi qəbul eedilə bilməz.
20. Həmçinin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli izahatlardan görünür ki, ondan iddia etdiyi hadisə barədə izahat alınmış və onun müşayiəti ilə hadisənin iddia olunan yerinə baxış keçirilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin izahatından görünür ki, sorğuya cavab gəlməmiş və araşdırma nəticəsində əldə olunmuş məlumatların kompleks təhlili iddia olunan hadisənin baş vermə yerinə, tarixinə, şəraitinə, eyni zamanda mümkünlüyünə dair əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən də iddiaçıdan ikinci dəfə yazılı izahat (xx.xx.2023-cü il tarixdə) alınmışdır. Birinci və ikinci izahatların bir-birinə tamamilə zidd olması şübhələri bir daha təsdiq etmişdir.
22. Bundan başqa, iddiaçı tərəfin təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə isə avtomobil sığortalı olmamışdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ha disənin xx.xx.2023-cü il tarixdə baş verməsinin təsdiqinin olmaması ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki, istər sığorta şirkəti, istərsə də birinci instansiya məhkəməsinin bu barədə qənaəti yanlış olmasını ehtimal edilsə belə, ən əsası iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə iddiaçı işdən evə qayıdan zaman, yəni sığorta hadisəsinin məhz müqavilənin qüvvədə olma müddəti ərzində baş verməsinə dair tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
24. İddiaçı apellyasiya şikayətində cavabdehin nümayəndəsi olan Bəsti Nağıyeva ilə aparılan danışıqlar və onun nəticəsi olaraq təklifi qəbul etməsi, yeni müqavilə üçün ödənişin keçirilməsi müqavilənin yenidən bağlanması anlamına gəlmiş olmasını bildirsə də, Mülki Məcəllədə sığorta müqaviləsinə dair başlıca tələblərdən bir i kimi sığorta müqaviləsinin yazılı olaraq bağlanması təsbit edilmişdir ki, hazırda işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdehdə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə, saat 23:59-a qədər, daha sonra isə xx.xx.2023-cü ildən xx.xx.2024cü il tarixə qədər sığortalanmışdır. Yəni xx.xx.2024-cü il tarixdə iddiaçının avtomobili sığortalanmamışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının sığorta müddətinin 3 noyabr 2023cü il tarixdə başa çatsa da onu yenidən uzatmasının müqavilə münasibətlərinin davam etdirilməsini arzulaması faktının mövcudluğu hazırkı iddianın predmeti və əsaslılığı ilə heç bir bağlılığı yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin video görüntülərinin olmaması hadisənin olmamasına dəlalət edə bilməməsi kimi d əlili ilə bağlı qeyd etmişdir ki, həqiqətən də sığorta hadisəsi iddia edilən hadisənin baş verməsinə dair videogörüntülərin olmaması sığorta hadisəsinin olmasının təsdiqi deyil.
27. Bundan əlavə, sığorta hadisəsi iddia edilən hadisənin baş verdiyi halda xx.xx.2023cü il tarixdə də sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkətdə olmasına dair iddiaçının irəli sürdüyü arqumentlər də ağlabatan və inandırıcı olmamışdır.
28. Məhkəmə kollegiyasının qənaətinə görə sığorta hadisəsi baş verdiyi halda, iddiaçı bu barədə dərhal cavabdehə məlumat verməli idi. Bu konteksdə iddiaçının sığorta hadisəsi barədə dərhal cavabdehə məlumat verməməsi, əksinə nəqliyyat vasitəsini idarə etməkdə davam etməsi iddianın təmin edilməsi nəticəsinə gəlməyə əsas vermir.
29. Məhkəmə kololegiyası qeyd etm işdir ki, iddiaçı hadisə ilə bağlı bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə xəbər verməsini özü etiraf edir və bunu avtomobilin zədələnməsini yalnız və yalnız onu servisə aparan məqamda bilməsi ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı hadisənin məhz xx.xx.2023cü ildə olmasını iddia etdiyi halda, xx.xx.2023-cü il tarixdə sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkətdə olması işin mübahisəsiz halıdır. Başqa sözlə, iddiaçının 4 və 5 tarixləri şənbə və bazar gününə təsadüf etdiyi üçün servis işləmirdi və 4 noyabr tarixində iddiaçı bütün günü Sumqayıt şəhərində yerləşən zavodda olması kimi dəlili göstərilənlərlə tam təkzib edilir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı, Sumqayıt şəhərində yerləşən z avoda digər avtomaşınla getməsini göstərsə də, istər bu izahatı, istərsə də apellyasiya şikayətinin dəlilləri iddiaçının özünun iddia ərizəsində qeyd etdiyi hallarda da təkzib edilir. Belə ki, iddiaçı tələbinin əsası kimi aydın olaraq göstərmişdir ki, “lakin, səhəri günü nəqliyyat vasitəsini işə salarkən ekran monitorda mənası ona məlum olmayan işıqlı işarənin olduğunu gördü. 2 gün boyunca həmin işığın monitordan getmədiyini gördükdən sonra nəqliyyat vasitəsini servisə aparmaq və orada bu işarənin mənasını araşdırmaq qərarına gəldi”. Həmçinin 06 noyabr 2023-cü il tarixdə həftənin birinci günü olmaqla iddiaçının sürücüyə evakuasiya avtomobili çağıraraq maşını servisə aparmasına dair göstəriş verməsi onun şikayətində avtomobil gedirsə niyə də sürməməsi kimi fikri ilə tam ziddiyət təşkil edir. Apellyasiya şikayətinin DYP tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixdə sözügedən avtonəqliyyat vasitəsi müxtəlif istiqamətlərdə hərəkətdə olmasına dair fotoşəkillərin mötəbərliyi şübhə altında olmasına dair dəlillərini məhkəmə kollegiyası əsassız saymış və iddiaçının mülahizələri kimi qiymətləndirmişdir.
31. Məhkəmə kollegiyası göstərilən dəlillə bağlı apellyasiya şikayətinin “xx.xx.2023-ci il, saat 03:18:00 Bilgəh-Nardaran-Pirşağı yolu 13.5-ci km Bilgəh ist, 03:19:14 BilgəhNardaran-Pirşağı yolu 11.5-ci km Pirşağı ist” ünvanında görüntülənən avtomobil eyni saatda batareyasına taxılmış olmasının mümkünsüz bir hal olması dəlili ilə bağlı qeyd etmişdir ki, bu halın da mümkünsüzlüyü qəbul edilsə belə, yenə də sığorta hadisəsinin məhz xx.xx.2024-cü il tarixdə baş verməsi sübut olunmur.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qəbul edilsə ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü il tarixdə, gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş, həmin tarixdə saat 17:44-də aparatdan çıxmış və bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məlumat vermişdir, bu hal yenə də hadisənin məhz onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisənin 4 noyabr 2023cü il tarixdə gecə saat 03:18-dən əvvəl xx.xx.2023-cü il tarixə təsadüf edən radələrdə baş verməsini təsdiq etmir.
33. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh bağlamış olduğu müqaviləyə münasibətdə öz vəzifə öhdəliklərini yerinə yetirməməsi kimi halların olması öz təsdiqini tapmamış və sığorta hadisəsi faktı müəyyən edilmədiyindən birinci instansiya məhkəmə si iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 883.1, 884.1, 884.3, 922.1, 925.1, 926.1, 935.1, 935.1.1, 935.1,2, 935.1.3, 935.1.4, 935.1.5, 935.1.6, 935.1.7, 935.1.8, 935.1.10-cu maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır.
37. Kassator şikayətini Mülki Məcəllənin 935.1, 935.1.1, 923.1 maddəsin ə və Sığorta haqqında Qanunun 10-cu maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh kassasiya kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
40. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
41. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
42. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməs i üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
43. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
44. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
45. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
46. Maddə 935.1.1. Bu Məcəllənin 923.1-ci maddəsinin tələb lərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
47. Maddə 935.1.2. Bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
48. Maddə 935.1.3. Müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
49. Maddə 935.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 50.
50. Maddə 935.1.5. Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
51. Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qi ymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
52. Maddə 935.1.7. Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
53. Maddə 935.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
54. Maddə 935.1.9. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddət in başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
55. Maddə 935.1.10. İcbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüv vədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
64. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
65. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
66. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdehdə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə, saat 23:59-a qədər, daha sonra isə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə qədər sığortalanmışdır. Hazırkı iş üzrə iddiaçı sığorta hadisəsinin xx.xx.2023-cü il tarixdə baş verdiyini iddia etsə də, həmin faktı təsdiq edə bilən sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən həmin hallar aşkar edilməmişdir.
67. Belə ki, iddiaçının iddia etdiyi hadisənin baş verməsindən bir neçə gün sonra iddiaçı, sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və məsələnin araşdırılması ilə bağlı cavabdeh, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinə sorğu ilə müraciət etmiş və sonuncunun cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı N 51, 52, 53 TŞ-09-064 saylı kameralara baxılmış, lakin hadisə baş verməsindən bir neçə gün sonra məlumat verildiyi ü çün hadisəni müəyyən etmək mümkün olmamışdır. Əksinə, məhkəmə iclası zamanı cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli foto-şəkillər təqdim etmiş və iddiaçı həmin şəkillərə münasibətdə etiraf etmişdir ki, xx.xx.2023-cü il tarixə aid fotoşəkilləri özü düzəltmişdir. Ona görə də xx.xx.2023-cü il tarixə aid fotoşəkilləri sübut kimi qəbul etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
68. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi digər cərəyana qoşulmaya aid çıxarışlardan görünür ki, iddiaçının avtomobili 04 noyabr 2023-cü ildə gecə saat 03:18-də elektrik yükləmə aparatına daxil olmuş və həmin tarixdə saat 17:44-də aparatdan çıxmış, bundan sonra iddiaçı dostuna avtomobilinin akkumlyatorunun zədələnməsi barədə məluma t vermişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi hadisə xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir ki, həmin tarixdə də avtomobil sığortalı olmamışdır. Bundan əlavə, iddiaçı hadisənin xx.xx.2023-cü il tarixdə baş verməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
69. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli, 2(103)-5605/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.