Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2864/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin əhəmiyyətsiz hesab edilməsi) 03.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-441/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli mənzil ünvan 1 ünvanında 2 otaqlı mənzildir (bundan sonra – mübahisəli mənzil).
2. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 bacıdır.
3. İddiaçı 1984-cü ildən X12 ilə rəsmi nikah münasibətlərində olmaqla mübahisəli mənzil onların birgə nikah dövründə, xx.xx.1999-cu il tarixdə alqı-satqı yolu ilə əldə edilərək iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 4. 02.08.2015-ci il tarixdə iddiaçının əri X13 tərəfindən Cavabdeh1 “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, müddəti və digər şərtləri müəyyə n etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq” səlahiyyətlərini də nəzərdə tutan və xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. X1 əvəzindən nümayəndəsi olan iddiaçı imzalamışdır. Həmin etibarnamə əsasında xx.xx.2016-cı il tarixdə eyni məzmunda səlahiyyətləri özündə ehtiva edən və xx.xx.2024-cü il tarixədək qüvvədə olan yeni bir etibarnamə digər Cavabdeh2 adına verilmişdir. Sonuncu etibarnamə X5 adından Cavabdeh1 tərəfindən imzalanmışdır. 5. xx.xx.2017-ci il tarixdə eyni məzmunlu və xx.xx.2025-ci il tarixədək qüvvədə olan etibarnamə iddiaçının adından X8 verilmişdir. Etibarnaməni iddiaçının əvəzindən nümayəndəsi X3 imzalamışdır.
6. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə bağ lanmış bağışlama müqaviləsinə əsasən, mübahisəli mənzil sonuncuya bağışlamışdır. Müqaviləni iddiaçının əvəzindən nümayəndəsi olan digər Cavabdeh2 imzalamışdır.
7. Müqavilə bağlanarkən iddiaçının əri X6 adından notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizə tərtib edilmiş, ərizədə onun mübahisəli mənzilin satılmasına, bağışlamasına etiraz etməməsi göstərilmişdir. Həmin ərizəni X5 əvəzinə nümayəndəsi Cavabdeh2 imzalamışdır.
8. Mübahisələndirilən bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh1 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mübahisəli əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)8800/2021 saylı qəradadı i lə iddia mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, “... xx.xx.2017-ci il tarixli müqavilənin bağlanmasına əsas olan xx.xx.2017-ci il tarixli etibarnaməyə xx.xx.2017-ci il tarixdən xitam verilmişdir. İddiaçı ilə bağlanmış müqavilədə istinad olunan çıxarış (xx.xx.2009-cu ildə verilmiş) hazırda mövcud deyil, iddiaçı həmin çıxarışın itməsi ilə bağlı mətbuatda elan dərc etdirmiş və xx.xx.2017-ci il tarixdə mübahisəli əmlaka dair yeni çıxarış əldə etmişdir. Həmin çıxarış ləğv edilməmişdir, hazırda qüvvədədir.”
9. Bundan başqa, iddiaçının adına xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 16, 9 saylı mənzil qeydiyyatdan keçmişd, həmin mənzil xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Bağışlama mü qaviləsi iddiaçı tərəfindən şəxsən icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunda Cavabdeh1 ilə bağlanmış 4Ə-654 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli mübahisəli mənzilin bağışlanma müqaviləsinin əhəmiyyətsiz əqd hesab olunması və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onun iradəsinə zidd olaraq onun adından Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Cavabdeh onun vermiş olduğu etibarnamə üzrə səlahiyyətlərdən sui-istifadə etmişdir. Sonradan həmin etibarnamə üzrə səlahiyyətlərə xx.xx.2017 -ci il tarixdə xitam vermişdir. Etibarnamə Cavabdeh1 faktiki məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 16 saylı evin, 9 saylı mənzil ilə bağlı verilmişdir. Həmin daşınmaz əmlak formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Onun qızı X11 xx.xx.2010-cu ildə Cavabdeh1 oğlu X2 ilə nikah münasibətlərinə daxil olmuş, həmin nikahdan övladları dünyaya gəlmiş, sonradan münasibətlərinin korlanması səbəbindən nikah məhkəmə qaydasında pozulmuş və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi yaranmış və hazırda da mübahisələndirilir. Mübahisəli mənzil əldə edildikdən sonra iddiaçıya xx.xx.1999-cu il tarixli xüsusi mülkiyyət kimi qeydiyyat vəsiqəsi verilmiş, sonradan həmin qeydiyyat vəsiqəsi yeni nəsil çıxarışla əvəz olunmuşdur.
12. Cavabdeh1 nümayəndəsi və vək ili Nümayəndə2 məhəkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, mübahisəli mənzili cavabdeh 1999-cu ildə öz vəsaiti ilə pul verərək almış, lakin həmin dövrdə həyat yoldaşı ilə boşanmaq üzrə olduğundan və gələcəkdə bu mənzilin ümumi birgə əmlak kimi bölünməməsi üçün sözügedən mənzili formal olaraq bacısı, sonradan da qudası olmuş iddiaçının adına sənədləşdirmişdir. İddiaçının adına sənədləşsə də, qeyd edilən mənzil sənədləri ilə birlikdə daima onun sərəncamında olmuş, hazırda da onun sahibliyindədir. Oğlu ilə iddiaçının qızı arasında ailə münasibətləri 2017-ci ildə pozulmağa başlandığından, iddiaçı ilə onun da münasibətləri korlanmış və o, sözügedən mənzili öz adına keçirmək üçün iddiaçının etibarnamə əsasında müvafiq səlahiyyətlər verdiyi Cavabdeh2 ilə 2017-ci ilin iyul ayını n 4-ü tarixində qeyd olunan mənzilin bağışlama müqaviləsini bağlamışdır. İddiaçının iddia ərizəsində bildirdiklərinin ziddinə olaraq sözügedən mənzil üzərində sərəncam verilməsinə dair səlahiyyətlər Cavabdeh2 onun tərəfindən deyil, iddiaçının adından hərəkət edən X3 tərəfindən ötürülmüşdür. Bundan sonra o, bağışlama müqaviləsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edərək, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını xahiş etsə də, sonuncu onun müraciətindən imtina etmişdir. Buna əsas olaraq iddiaçının sonradan çıxarışını guya itirdiyini bildirməsi və bu barədə Bakı şəhər Baş Polis İdarəsinin arayışını təqdim etməsi olmuşdur. Halbuki, həmin çıxarış itirilməmiş, bu çıxarış onunla mənzilə dair bağışlama müqaviləsinin bağlanıldığı Bakı şəhər 51 saylı notariat kontorunda saxlanılır və bağışlama müqaviləsi bu günədək qüvvədə qalmaqdadır. Sadəcə olaraq iddiaçı şəxsi münasibətlər zəminində ona qarşı bu qanunsuz hərəkəti edərək, bir növ qisas almaq niyyəti güdmüşdür. Bütün bunlar həm iş materiallarında olan sənədlərlə, o cümlədən iddiaçının və onun həyat yoldaşının onun adına verdikləri etibarnamələrlə, həm də şahid ifadələri ilə tam sübuta yetirilir. Belə ki, müraciəti əsasında Bakı şəhər Nizami Rayon Polis idarəsinin 24-cü Polis Şöbəsində aparılmış təhqiqat zamanı sözügedən mübahisəli mənzilin faktiki olaraq onun tərəfindən pul vəsaiti ilə alındığı, həmin dövrdə həyat yoldaşı ilə boşanma ərəfəsində olduğundan mənzilin gələcəkdə bölünmə predmeti olmaması üçün formal olaraq bacısı olan iddiaçı nın adına sənədləşdirdiyi, mənzilin bütün sənədlərinin daima onda olduğu, həmin mənzilə dair təmir və digər işlərin onun tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Həmin etibarnamələrin guya formal olaraq iddiaçının adına olan, əslində isə onun vəsaiti ilə alınmış ona məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə dair verilməsi barədə iddia ərizəsində bildirilənlər növbəti yalandan başqa bir şey deyildir və həqiqəti pərdələmək məqsədi daşıyır. Adı çəkilən mənzilə dair bağışlama müqaviləsi iddiaçının özü tərəfindən imzalanmışdır ki, bu da iddiaçının bildirdiklərini təkzib edir. İddiaçı formal olaraq onun adına qeydiyyatdan keçmiş, əslində isə 1999-cu ildə onun vəsaiti ilə əldə edilmiş və daim onun sərəncamında olmuş mübahisəli mənzilin bağışlanmasına dair müqavilə bağlandıqdan 5 il sonra həmin əqdin əhəmiyyətsiz əqd kimi tanınması barədə məhkəmədə iddia qaldırmaqla həm sözügedən mənzilin mülkiyyəti kimi onun adına dövlət qeydiyyatından keçirilməsinin qarşısını almağa, həm də əqdlərin etibarsız sayılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin tətbiq edilməsindən yayınmağa çalışır. Halbuki, sözügedən mənzilə dair iddiaçının əhəmiyyətsiz sayılmasını tələb etdiyi bağışlama müqaviləsi qanunvericiliyin tələbləri əsasında bağlanılmış, həmin əqdin yalan və ya uydurma əqd, yaxud da digər bir formada əhəmiyyətsiz əqd olmasına, həmin əqdin iddiaçının iradəsi ziddinə bağlanıldığına və onun iradə ifadəsini əks etdirmədiyinə dəlalət edən hər hansı əsas da yoxdur.
13. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-1665/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı etibarnamə üzrə səlahiyyətlərini Cavabdeh2 etibar edən zaman əqli-iradəsi yerində olmuş və mübahisələndirilən bağışlanma müqaviləsinin predmeti olan mənzili bacısı - Cavabdeh1 bağışlanmışdır. Bağışlanma müqaviləsinin əhəmiyyətsiz olması üçün iş materillarından hər hansı bir sübut mövcud deyil. İddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər yalnız formal mülahizələr olmaqla qanunverciliklə müəyyən olunmuş qaydada sübuta yetirilmir. Qeyd edilən bağışlanma müqaviləsi Mülki Məcəllənin normalarına uyğun bağlanaraq tərəflər arasında iradə ifadəsini əks etdirmişdir.
15. Hazırkı işdə Mülki Məcəllənin 337 və 340-cı maddəsinin dispozitiv şərtlərini n mövcudluğu təsdiq olunmur. Tərəflər arasında olan bağışlanma müqaviləsinin əhəmiyyətsiz əqd olmaması iş materiallarında olan məhkəmə baxışında tədqiq olunan sübutlarla öz təsdiqini tapmışdır. İddiaçı öz iddiasının əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
16. Birinci instansiya məhkəməsi, həmçinin göstərmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
17. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4, 217.4, 337, 340, 354.1, 354.2, 666.1, 666.2, 667.1, 669, 670, 673.1, 673.2, 673.3, 673.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 14.2, 77.1, 88, 106.1, 217.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, habelə 4Ə654 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin rəsmiləşdirilməsində iştirak edən tərəflərin, habelə Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti idd ia tələbi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianın rədd edilməsi barədə mövqeyini iddiaçı tərəfdən mötəbər sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, təqdim olunan sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində müvafiq qurumun cavabdehin bağışlanma müqaviləsini qeydiyyata almamasına çıxarışın itirilməsinin səbəb olduğu əslində isə çıxarışın itirilmədiyi, həmin çıxarışın bağışlama müqaviləsinin rəsmiləşdirildiyi 51 saylı notariat ofisində olması” barədə ifadələr qeyd edilsə də, bu məsələyə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Məhkəmə bağışlanma müqaviləsinin rəsmiləşdirildiyi 51 saylı notariat ofisinə sorğu ünvanlayaraq, cavabdehin nümayəndəsinin fikirlərinin istinad edən halların doğruluğunu, eyni zamanda mübahisə predmeti olan bağışlanma müqaviləsinin adidiyyatı notariat ofisinin elektron sistemində hansı tarixdə və reyestr nömrədə qeydiyyata alınması hallarını araşdırmalı idi. Bundan əlavə bağışlama müqaviləsi mübahisələndirildiyi halda nədənsə məhkəmə həmin müqaviləni rəsmiləşdirən Bakı şəhər 51 saylı notariat ofisini cavabdeh qismində cəlb etməmişdir. Bundan əlavə məhkəmə, aidiyyəti üzrə notariat ofisinə sorğu ünvanlayaraq notariat ofisin qeydiyyat kitabçasını tələb etməli və bağışlama müqaviləsinin rəsmiləşdirildiyi tarixlə qeydiyyat kitabçasında aparılan qeydlərin doğruluğunu yoxlamalı idi. İddiaçının mülkiyyətçi olaraq iradə ifadəsi olmayan, itmiş çıxarışını yenilədikdən sonra bağışl anmaya dair etibarnaməni ləğv etdirməsi halları məhkəmə tərəfindən nəzərə alınmamış və iddiaçının mülkiyyət hüquqları kobud formada pozulmuşdur. Bundan başqa məhkəmə işin araşdırılması zamanı Bakı İnzibati Məhkəmənin 2-1(112)-8800/2021 saylı, xx.xx.2021- ci il tarixli qərardadını nəzərə almamışdır.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ünvana dair çıxarış itməyib, notariat orqanındadır. Reyestr xidməti isə itmiş sənədin yerinə dublikat sənəd vermək əvəzinə yeni qeydiyyat nömrəli çıxarış verib. Bakı İnzibati Məhkəməsində qeyd olunan iddia tələbi qeyri-mümkün hesab edilmiş və qərardadın məzmunundan aydın olur ki, onlar ikinci qanunsuz qeydiyyatın ləğvi tələbi ilə məhkəməyə müraciət etmə lidirlər. Həmin tələb üzrə icraat hazırkı işə görə Baki İnzibati Məhkəməsində dayandırılıb. İş üzrə birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış və əsaslı qətnamə qəbul etmişdir.
21. Sumqayıt Apellyasiya Məhəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-441/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş tələ b etmə müddətini də ötürmüşdür ki, bu hal iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, mübahisələndirilən əqd xx.xx.2017-ci il tarixdə imzalanmışdır, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
23. Həmçinin, iş materiallarında məlum bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi təmin edilmədiyindən, apellyasiya şikayətinin digər hissədə (4Ə-654 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin rəsmiləşdirilməsində iştirak edən tərəflərin, habelə Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu barədə xüsusi qərardad çıxarılması) təmin edilməsinə də zərurət yoxdur.
25. Kollegiya mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 181.4, 337.3, 337.4, 340.1, 340.2, 666.1, 666.2, 667.1, 669, 670.1, 670.2, 670.3, 673.1, 673.2, 673.3, 673.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1, 384.0.1-ci madələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil: Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin rəddinə “iddia müddətinin ötürülməsi”ni əsas gətirmişdir. Hansı ki, iddia müddətinin tətbiqi ba rədə cavabdehlərin heç biri nə birinci, nə də apellyasiya instansiyasinda ərizə verməmişdir. Məhkəmə bu hala cavabdehlərin ərizəsi olmadan qiymət verməklə prosessual tələbi pozmuşdur ki, bu da cavabdeh tərəfin maraqlarına xidmət etməsinin bariz sübutudur.
28. Bundan başqa, ünvan 4 ünvanlayaraq notariat ofisin qeydiyyat kitabını tələb edib, bağışlama müqaviləsinin rəsmiləşdirildiyi tarixlə qeydiyyat kitabında aparılan qeydlərin doğruluğunu yoxlaması, eyni zamanda bağışlama müqaviləsinin, Bakı şəhəri 51 saylı notariat ofisinin elektron sistemində hansı tarixdə qeydiyyat alınmasına dair rəsmi məlumatın məhkəməyə təqdim edilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmiş və MPM-in sübutların məhkəmə tərəfindən təmin edilməsi zərurəti üzrə kobud pozuntuya yol verilmişdir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
46. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-441/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.