Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2864/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh' qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn münasibətlər, müqavilənin ləğvinin əsasları, müqavilə azadlığı, müqavilə şərtlərinin qanuna uyğun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2085/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yeni Sabunçu" MTK ilə Cavabdeh arasında "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli, 46 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı (yəni "xxxx" MTK) ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 2-ci mərtəbəsində yerləşən 3 otaqlı, 04 nömrəli, sahəsi 99,22 kv.m olan mənzili tikib alıcı Cavabdeh təhvil verməyi, alıcı isə onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqının ödənilməsini öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.2-ci bəndində mənzilin qiyməti hər kv.m-i 1070 manat olmaqla, 10 6165 manat müəyyən edilmişdir. 3. "xxxx" MTK qeyd olunan müqavilə üzrə öhdəliyini icra edərək, mənzili xx.xx.2021ci il tarixdə alıcıya təhvil vermiş, bu barədə həmin tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur.
4. Alıcı kreditlə verilən mənzilin dəyəri olan 106165 manat məbləğdən ilkin ödəniş kimi 16165 manat ödəniş etmiş, ödəniş cədvəlində qalan 90000 manat məbləğin 40 ay müddətində, xx.xx.1019-cu ildən xx.xx.2020-ci ilədək hər ay 3400 manat, qalan müddətdə isə hər ay 2047 manat olmaqla xx.xx.2022-ci ilədək tam ödənilməsi barədə razılığa gəlmişlər.
5. Alıcı xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2019-cu il tarixdə 3400 manat, xx.xx.2020-ci il tarixdə 3400 manat, xx.xx.2020-c i il tarixdə 6141 manat, xx.xx.2020-ci il tarixdə 2047 manat,xx.xx.2020-ci il tarixdə 3094 manat, xx.xx.2020-ci il tarixdə 2047 manat, xx.xx.2020-ci il tarixdə 1047 manat, xx.xx.2020-ci il tarixdə 2040 manat, xx.xx.2020-ci il tarixdə 2040 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 1644 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 3500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla ümumilikdə MTK-ya 52500 manat ödəniş etmişdir. 6. "xxxx" MTK xx.xx.2023-cü ildə Cavabdeh xəbərdarlıq məktubu göndərərək, müqavilə üzrə qalan 37500 manat borcun və ödənilməyən məbl əğin hər gün üçün 0,5% hesablanmış dəbbə olaraq 136875 manat borcun 31.08.203-cü ilədək ödənilməsini tələb etmiş, əks təqdirdə müqaviləyə xitam verilməsi və mənzilin boşaldılaraq geri alınması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı və ya MTK) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların arasında bağlanmış xx.xx.2019-cı il tarixli, 46 nömrəli "xxxx"nin ləğv edilməsi, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 99,22 kv.m olan 3 otaqdan ibarət 4 saylı mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikd ə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 manat məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdehdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına istinadla belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən satıcı olan MTK ilə alıcı olan cavabdeh razılığa gəlmişlər ki, MTK iddia ərizəsində qeyd edilən mənzili tikib cavabdehə təhvil verməli, cavabdeh isə onun sifarişi ilə tikilən həmin mənzili qəbul edib mənzilin dəyərini - 106.165 manatı, ilkin ödəniş kimi 16.165 manatı dərhal, qalan 90.000 manatı isə 40 ay ərzində, ay da 2.047 manat olmaqla MTK-ya ödəməlidir. MTK həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən MTK müqavilənin predmeti olan mənzili qüsursuz olaraq cavabdehə təhvil vermiş, cavabdeh isə mənzili qəbul etmişdir. Cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixədək cəmi 52.500 manat ödəniş etmiş, həmin tarixdən bu günədək MTK-ya qalıq borc üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Bu hal xx.xx.2019-cu il tarixli, 46 saylı müqavilənin 3.2-ci və 5.5-ci bəndlərinin tələblərinin cavabdeh tərəfindən kobud surətdə pozulmasını özündə ehtiva edir. Belə ki, müqavilənin 5.5-ci bəndi ilə göstərilən qrafikə əsasən ödənişləri vaxtında etmək alıcının vəzifəsi kimi müəyyən edilmişdir. Müqavi lənin 5.6-cı bəndinə əsasən, əgər alıcı müqavilədə göstərilən qrafikə əsasən ödəməni 3 aydan çox ləngidirsə satıcı onunla müqaviləyə xitam vermək hüququnu özündə saxlayır. Müqavilənin 3.2-ci və 3.3-cü bəndləri ilə alıcı qalıq borcu üzrə aylıq ödənişi hər növbəti ayın 18-dən gec olmayaraq ödəməsi, əgər göstərilən tarixdən 5 gün ərzində ödəmə gecikdirildikdə ödənilməyən məbləğin hər günü üçün 0,5% həcmində hesablanan dəbbə pulunun əlavə olaraq satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu üçün MTK hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh məhkəmə iclasında izahatında mənzillə bağlı ödənişlərin yarıdan çoxunu ödədiyini, hazırda borcunun olduğunu və ödəməyə imkanının olmadığını bildirmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini n (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-6356/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 46 nömrəli müqavilə ləğv edilmiş, mübahisəli mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla onun boşaldılması və MTK-ya təhvil verilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim R.Mirzəliyev).
11. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2, 157.4, 385.1, 421.1, 421.2ci maddələrinə istinadla mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən sonuncu ödəniş 13 avqust 2022-ci il tarixdə edilmiş, bu barədə ona dəfələrlə xəbərdarlıq edilərək aralarında bağlanmış 18 iyul 2019-cu il tarixli müqavilənin şərtlərinə əməl etməsi tələb olunsa da o, müqavilə öhdəliyini icra etməkdən imtina etmişdir ki, bu hal məhkəmə tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilir.
12. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən, yəni mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması və mənzil boşaldılanadək hər ay 500 manat məbləğində kompensasiya ödənilməsi hissəsində hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, həmin 46 saylı müqavilə hazırda qüvvədə olduğundan, mənzil cavabdehin qanuni sahibliyindədir. Həmçinin mənzil boşaldılanadək hər ay 500 manat kompensasiya məbləği ilə bağlı da, hazırda tərəflər arasında bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edildikdən sonra mənzil cavabdeh tərəfindən qaytarılmadığı təqdirdə, i ddiaçının vurulmuş ziyan məbləği ilə bağlı gələcəkdə iddia qaldırmaq hüququ vardır.
13. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 157.2, 157.4, 385.1, 421.1, 421.2, 424.5, 447.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun borcunu ödəməyə hazır olmasının nəərə alınmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilən hissəsində maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh hər ay nəzərdə tutulandan artıq ödəniş etmişdir. “COVİD-19” virusunun yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilmiş karantin rejimi tətbiq edildiyi vaxt belə ödəniş etmişdir. Mənzilin təmirinə 40.000 manat pul sərf etmişdir. Üzrlü səbəbdən bir müddət ödəniş edə bilməsə də, hazırda borcunu ödəmək niyyətindədir. Lakin MTK ödənişi qəbul etmir və ondan artıq pul tələb edir. 37.500 manat pulu ödəməyəcəyi halda isə mənzili boşaltmağını tələb edir. MTK mənzili başqa şəxsə satmaq niyyətindədir. Cavabdeh iki dəfə cərrahi əməliyyat olduğu üçün səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Lakin işə baxmış rayon məhkəməsi bunları nəzərə almamışdır.
16. Cavabdeh apellyasiya baxışının iclasında icraatın dayandırılması barədə vəsatət verərək bildirmişdir ki, MTK şişirdilmiş dəbbə pulu tələb edir və bununla da ödənişlərin həyata keçirilməsinə süni maneə yaradır. Cavabdeh MTK-ya qarşı əsassız olaraq hesablanmış 136.875 manat məbləğində dəbbə pulunun silinməsi, müqavilənin 2.1 və 2.2ci bəndinin dəyişdirilməsi barədə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Belə ki, təhvil verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 99,22 kv.m deyil, 95,12 kv.m-dir. Müqavilədə göstərilmiş ölçülər faktiki ölçülərdən 4,10 kv.m artıqdır. Bu hal isə müqavilənin qiymətinə təsir göstərir, cavabdehin MTK-ya olan borcu daha azdır. Birinci instansiya məhkəməsinin icraatında olan 2(008)-2739/24 saylı mülki iş üzrə əsassız hesablanmış dəbbə pulu silindikdən və borcun həqiqi məbləği müəyyən edildikdən sonra cavabdeh borc öhdəliyini tam icra etmək niyyətindədir. Ona görə də hazırki iş üzrə icraat, Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-2739/24 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmalıdır.
17. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdeh qalıq borcunu və simvolik məbləğdə dəbbə pulunu ödəsə, tərəflər arasında olan mübahisə öz həllini tapmış olacaqdır. Lakin cavabdeh bu təklifdən imtina edir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2085/2024 saylı, 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “mənzildə yaşayan digər şəxslərin çıxarılması” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin tələbin təmin edilməməsi, apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni “İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 18 iyul 2019-cı il tarixdə bağlanmış 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv.m. olan 3 otaqdan ibarət 4 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və İddiaçınə təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışınski və A.İmanov).
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, i ddiaçı ərizəsində cavabdeh kimi yalnız Cavabdeh göstərmiş, mənzildə yaşayan digər şəxslərin kim olması qeyd etməmiş, buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi “mənzildə yaşayan digər şəxslərin çıxarılması” hissəsində qeyri-müəyyən olduğu üçün ləğv edilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı MTK ilə cavabdeh arasında bağlanmış 18 iyul 2019-cı il tarixli "xxxx"də MTK “Satıcı” kimi, cavabdeh isə “Alıcı” kimi göstərilsələr də, müqavilənin məzmunundan və işin hallarından müəyyən edilir ki, MTK ilə iddiaçının arasındakı mövcud mülki mübahisə alğı-satqı münasibətlərindən yox, podrat münasibətlərindən yaranmışdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin mübahisəsiz digər halı ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçı MTK-nın vəs aiti hesabına inşa edilərək, ərsəyə gətirilib. Cavabdeh iddiaçı MTK-nın çəkdiyi xərci ödəmədiyi üçün cavabdehin mənzil üzərində mülkiyyət hüququ yaranmamışdır. Mənzil MTK-nın mülkiyyəti hesab edilir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 157.2, 157.4, 385.1, 421.1, 421.2, 424.5, 447.1-ci, MPM-in 372.6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh kassasiya şikayətini onunla əsaslanıdrmışdır ki, o, 68.665 manat ödəniş etmiş, buna baxmayaraq məhkəmələr kooperativdən çıxarılmış üzvün payının tam məbləğini dəqiq müəyyənləşdirmədən, həmin məbləğin qaytarılma üsulunu göstərmədən, onun barəsində mənzil-tikinti kooperativinin binasının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və kooperativdən çıxarılması haqqında qərar qəbul etmişlər. Cavabdehin həmin mübahisəli mənzili alan zaman həmin binada təmirsiz mənzilin 1 kv.m qiyməti 1070 manat olmuş, lakin bu günki günə həmin mənzilin 1 kv.m qiyməti 1800 manatdır. Dolayısı ilə cavabdehin həmin mənzildəki payının dəyəri bu günki günə daha yüksəkdir.
25. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı 37.500 manat vəsaitin əlavə ödənilməsini tələb etdiyi halda cavabdehə, onun tərəfindən kooperativə ödənilən 68.665 manata uyğun olaraq mənzildəki payının dəyərinin və həmin mənzilin 2019-cu il tarixində təmirinə xə rclənmiş 40.000 manatın bü günki günə dəyərinin qaytarılması sual altındadır. Belə ki, 2019-cu il tarixindən bu günə ölkədə mal və xidmətlərin dəyəri kəskin şəkildə bahalaşmışdır. Bu səbəbdən eyni təmirin başa gəlmə qiyməti bu günki günə daha baha başa gəlməkdədir. Məhkəmə bütün bu halları araşdırmadan bir tərəfli qətnamə qəbul etmişdir. Belə olan vəziyyətdə bir ailənin təhlükə altında qalması heç də qaçılmaz deyil.
26. Cavabdeh həmçinin onu da qeyd etmişdir ki, iddiaçının əsas niyyəti cavabdehlə aralarında bağladıqları müqavilənin 5.6-cı maddəsinin onlara verdiyi hüquqlardan suiistifadə edərək mənzili cavabdehdən almaq və həmin mənzili bu günki günə olan qiyməti ilə sataraq daha çox gəlir əldə etməkdir. MTK üçün həmin mübahisəli mənzilin cavabdeh ilə onun ailə üzvlərinin yeganə yaşayış ye ri olması, onların iradəsindən asılı olmayan səbəblərdən bir neçə aylıq gecikmənin olması heç bir əhəmiyyət kəsb etmir. İddiaçının əsas məqsədi bir ailəni yaşayış yerindən məhrum etməklə qazanc əldə etməkdir.
27. Cavabdeh öz mövqeyini əsaslandırarkən Mənzil Məcəllənin 117, 118-ci, Mülki Məcəllənin 157.7, 458-ci, MPM-in 88, 106.1, 220.4, 416.1, 417.1.4, 418.3-cü maddələrinə istinad etmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol veril mir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər
31. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
32. Maddə 129, İİİ hissə. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyriəmlak münasibətlərini tənzimləyir.
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələri ni vicdanla həyata keçirməyə borcludurlar.
35. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
36. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
37. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya v ə bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
43. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
44. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
45. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
46. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddə t tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
47. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
48. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur...
49. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha ə lverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
50. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi «İddiaçı ilə Cavabdeh arasında 18 iyul 2019-cı il tarixdə bağlanmış 46 nömrəli "xxxx"nin ləğv edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv.m olan 3 otaqdan ibarət 04 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və İddiaçınə təhvil verilməsi» hissəsində və «apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi» hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxı lması üçün göndərilməlidir.
60. Belə ki, işin mahiyyəti üzrə həlli olunması üçün əhəmiyyətli olan halları kimi məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, iddiaçı inşa etdiyi çoxmərtəbəli yaşayış binasında 3 otaqlı, 04 nömrəli, sahəsi 99,22 kv.m olan mənzili tikib cavabdehə təhvil verməyi, cavabdeh isə onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəmək barədə öhdəlik götürmüşdür. Müqavilənin qiyməti 106165 manat müəyyən edilmiş, tərəflər bu məbləğdən ilkin ödəniş kimi 16165 manat ödəmək, qalan məbləğin isə qarşılıqlı razılıq əsasında tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq 40 ay müddətində, xx.xx.1019-cu ildən xx.xx.2020-ci ilədək hər ay 3400 manat, qalan müddətdə isə hər ay 2047 manat olmaqla xx.xx.2022-ci ilədək tam ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək, mənzili xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh öhdəliyin tam icra etməmiş, xx.xx.2022-ci il tarixə kimi ümumilikdə MTK-ya 52500 manat ödəniş etmişdir.
61. İddiaçı cavabdeh tərəfindən öhdəliyin tam icra edilmədiyini əsas tutaraq, aralarında bağlanmış xx.xx.2019-cı il tarixli "xxxx"nin ləğv edilməsini, mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınmasını, mənzil boşaldılanadək kompensasiya ödənilməsini tələb edir.
62. İddiaçı müqavilənin ləğv olunması üçün hüquqi əsas kimi Mülki Məcəllənin 421.1, 424.5-ci maddələrinə, habelə müqavilənin 5.6-cı bəndinə istinad edir.
63. Müqavilənin 5.6-cı bəndin də əksini tapmış şərtə görə, əgər “Alıcı” müqavilədə göstərilən qrafikə əsasən ödəməni 3 aydan çox ləngidərsə “Satıcı” onunla müqaviləyə xitam vermək hüququnu özündə saxlayır.
64. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq tərəflər arasında yaranmış münasibətləri podrat münasibətləri kimi müəyyən etmişdir. Lakin məhkəmə iddia tələbini müqavilənin ləğv olunması hissəsində təmin edərkən, maddi hüququ normalarının tətbiqini əsaslandırmamışdır.
65. Belə ki, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümk ündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir.
66. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələri, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsaslarını müəyyən edir.
67. Nəzərə alınmalıdır ki, müqaviləyə xitam verilməsi, müqavilənin ləğv edilməsi və müqavilədən imtina anlayışlarının mahiyyəti fərqli xüsusiyyətlərə malikdir. Müqaviləyə xitam verilməsi həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayışdır. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Müqavil ədən imtina olunması isə əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə xitam verməsi hallarını ehtiva edir. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz.
68. Nəzərə alınmalıdır ki, qanunda müəyyən müqavilələrin ləğv olunmasının xüsusi əsasları müəyyən edilmişdi r. Tərəflərin arasında yaranan podrat müqaviləsi üzrə tərəflərin hərəkətləri səbəbindən xitam verilməsi üçün əsaslar və hüquqi nəticələri Mülki Məcəllənin 759 və 760-cı maddələrində müəyyən olunmuşdur.
69. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-in 760.2-ci maddəsi).
70. Göründüyü kimi podrat müqaviləsinə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verildiyi hallarda, podratçı sifarişçiyə verilmiş əmlakın geri qaytarılmasını deyil, müqavilənin ləğvi nəticəsində o na vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 39-cu fəslində ümumiyyətlə sifarişçiyə təhvil verilmiş mənzilin qaytarılmasını nəzərdə tutan norma yoxdur.
71. Podrat münasibətlərində yalnız podratçı yeni məmulat hazırladığı halda sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər (MM-in 763.3-cü maddəsi). Həmçinin Mülki Məcəllənin 757-ci maddəsinə əsasən, podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.
72. Apelyasiya instansiyası məhkəməsi, podratçının yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb et mək hüququndan bəhs edən Mülki Məcəllənin 760.2-ci maddəsinə istinad etdiyi halda, nəyə görə müqavilənin 5.6-cı və 7.4-cü maddələrinə üstünlük verdiyini, habelə bu şərtlərin nəyə əsasən mənzilin sifarişçidən alınmasına səbəb olduğunu əsaslandırmamışdır.
73. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
74. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
75. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilm əsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.
76. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyy ən etmək azadlığını qeyd etmək olar.
77. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən, hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı).
78. Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəy yənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).
79. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Bu prinsip Mülki Məcəllənin 390.5-ci maddəsindən irəli gəlir.
80. İşə baxmış apelyasiya instansiyası məhkəməsi işin bu hallarına qiymət verməm iş, podrat münasibətləri üzrə yaranan hazırkı mübahisəni tənzimləyən və özünün də istinad etdiyi Mülki Məcəllənin 760.2-ci maddəsini deyil, müqavilə şərtlərini və Mülki Məcəllənin 421.1-ci maddəsinin tətbiqini əsaslandırmamışdır.
81. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır ( Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
82. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
83. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və tam əsaslandırılmadığı üçün ləğv edilməli, iş yenidən yux arıda göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(103)2085/2024 nömrəli qətnaməsi «İddiaçı ilə Cavabdeh arasında 18 iyul 2019-cı il tarixdə bağlanmış 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv olan 3 otaqdan ibarət 04 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və İddiaçınə təh vil verilməsi» hissəsində və «apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməsi» hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.