Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2865/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh1, vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9022/2019 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)1187/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.C.Qarayeva) İddiaçı ASC-nin Cava bdeh1 və digərlərinə qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 12.064 ABŞ dolları, faizə görə 12.309 ABŞ dolları, hesablanmış cəriməyə görə 50 ABŞ dolları, cəmi 24.423 ABŞ dolları pulun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9022/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, faiz və cəmi borcun məbləğinə aid hissədə ləğv edili b, həmin hissədə iddia qismən təmin edilərək, faiz borcunun 3.877,91 ABŞ dolları, cəmi borcun isə 15.991,91 ABŞ dolları məbləğində müəyyən edilməklə, qətnamənin digər mübahisələndirilən hissədə, yəni əsas kredit borcunun və cərimənin tutulması hissəsində və həmin borcun Cavabdeh1 tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlardan ödəniş günü milli manata məzənnədə əsas borca görə 12.064 ABŞ dolları, faizə görə 12.309 ABŞ dolları və hesablanmış cəriməyə görə 500 ABŞ dolları, cəmi 24.873 ABŞ dolları pulun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktla rı qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin əsas və faiz borcunun tutulması hissəsində azaldılması, manatla yeni ödəniş qrafikinin tərtib edilməsi və borcun ödənilməsi üçün əlavə vaxt verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 və vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı ASC, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsini n maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən faiz və cəmi borcun məbləğinə aid hissədə ləğv edib, həmin hissədə iddianı qismən təmin edib, qalan mübahisələndirilən hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh3 iddiaçı təşkilata ödənilməmiş borcunun yaranmasına, faiz və cəmi borcun düzgün müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 739, 741-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh3 22 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 14.200 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsinin təminatı üsulu kimi iddiaçı təşkilatla Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 arasında ayrı-ayrılıqda xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanılıb və müqavilələrə əsasən zaminlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 borclu Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. Hazırda iddiaçı təşkilat iddia edir ki, Cavabdeh3 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icr a etməyib və onun həmin kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş 12.064 ABŞ dolları əsas, 12.309 ABŞ dolları faiz, hesablanmış cərimə 500 ABŞ dolları olmaqla, cəmi 24873 ABŞ dolları kredit borcu vardır. Cavabdeh1 iddiaya etiraz edir və etirazını kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərilənlərlə əsaslandırıb. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mövqeyi Cavabdeh1 mövqeyi ilə eynidir. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı təşkilat tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə aray ışı araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462, 467, 470.1, 470.2 və 471-ci maddələrinə əsaslanaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 əsas və cərimə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Lakin, apelyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, faiz borcunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh3 xx xxxx 2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin sonuna) iddiaçı təşkilata olan əs as borcu 16.577,95 ABŞ dolları, o cümlədən əsas borc üzrə 12.064,95 ABŞ dolları, faiz borcu üzrə 4.513 ABŞ dolları müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, mülki iş materiallarında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalan Cavabdeh3 qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmalıdır. Eyni zamanda Cavabdeh3 tərəfindən xx xxx 2019-cu ildən xx xxxx 2019-cu il tarixədək 635,09 ABŞ dolları ödəniş edilmişdir. Lakin iddiaçı təşkilata olan borc məbləği xx xxxx 2017-ci il tarixədək (kredit müqavilənin müddətinin sonunadək) hesa blandığından 635,09 ABŞ dolları məbləğində ödənişlər nəzərə alınmadı. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4-ci bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə gecikmə faizlərinin, üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müqavilə müddəti bitən tarixdən sonra cavabdeh tərəfindən edilmiş 635,09 ABŞ dolları məbləğində ödənişlər faiz borcundan silinməlidir. Belə olan halda isə müəyyən olunur ki, faiz borcu 3.877,91 ABŞ dolları təşkil edir (4513 – 635,09 = 3877,91). Faiz borcu istisna olmaqla apelyasiya şikayətinin dəlillərinə dair apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 qətnamənin qəbul edildiyi məhkəmə iclasında şəxsən iştirak etmiş və izahat vermişdir. Kreditin ABŞ dolları ilə verilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyi ndən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, onun tərəfindən ödənilmiş məbləğlərin nəzərə alınmamasını, əsas və faiz borcunun düzgün hesablanmamasını və sair göstərsə də, apelyasiya i nstansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcu dluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgü n hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9022/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2865/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2865/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver