Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2865/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mühafizə zonasında tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-116/2023 saylı mülki iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Şamaxı bələdiyyəsinin 18 aprel 2005-ci il tarixli, 65 saylı qərarına əsasən, Cavabdeh fərdi yaşayış evi tikmək üçün Şamaxı şəhəri, Dədə Qorqud massivində 600 m2 torpaq sahəsinin ayrılıb satılması qərara alınmışdır.
2. Şamaxı bələdiyyəsinin 18 aprel 2005-ci il tarixli, 65 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi barədə Şamaxı bələdiyyəsi və Cavabdeh arasında 04 may 2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt 04 may 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində 217 nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İB məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, D.Qorqud küçəsi, ərazisində Cavabdeh Əhmədov qızı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diam etri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Tikili diametri 315 mm-lik orta təzyiqli qaz kəmərində 2 (iki) metr məsafədə yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada çalışan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən tikili təxirəsalınmadan sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına yeraltı qa z kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Odur ki, Cavabdeh Sady qızı tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonası nda, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fədi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının cavabdehdən alınıb İddiaçı İBin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İş materiallarında olan, İddiaçı Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın surətinə əsasən, Şamaxı şəhəri, D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə Cavabdeh tərəfindən 2 mərtəbəli fərdi yaşayış evi inşa olunmuşdur.
6. İş materiallarında olan, İddiaçı Ağsu RQİİ tərəfində n Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətinə əsasən Şamaxı şəhəri, D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 mərtəbəli fədi yaşayış evi orta təzyiqli qaz xəttinin mühafizə zonasında inşa edildiyindən həmin tikilinin 10 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi bildirilmişdir.
7. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, № 10/6685 saylı ekspert rəyindən görünür ki, qaz kəmərinin yeraltı çəkildiyini və baxış iştirakçıları tərəfindən kəmərin keçdiyi hissə təqdim edilmədiyi üçün, qaz kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasında olan məsafəni müəyyən etmək mümkün olmamış, qaz kəməri ilə mübahisə predmeti olan fərdi yaşayış evi arasında məsafənin müəyyən edilməsi mümkün olmadığından, tikilinin qaz kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamış, Cavabdeh məxsus Şamaxı şəhəri, D.Qorqud küçəsində inşa edilmiş tikilinin İddiaçınə məxsus diametri 315 mm-lik qaz kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığından, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir.
8. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 nömrəli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, məhkəmə ekspertin mühəndislik sahəsində xüsusi biliyi olaraq cavabdehə məxsus Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, № 10/6685 saylı ekspert rəyilə müəyyən edilməməsi ilə razılaşır. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, cavabdeh sökülməsi tələb olunan tikintiyə və onun yerləşdiyi torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnu itirmədiyindən iddia tələbi təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, Mülki Məcəllənin 152.1, 203.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)-85/2022 saylı qətnaməsindən narazı qalan iddiaçı Azəriqaz İB apellyasiya şikayəti vermiş, qətnaməni ləğv edilməsi, Cavabdeh tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa olunan tikilinin cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi, barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və sadə bir araşdırma əsasında qətnamə çıxarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrinin təsbit olunmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız çıxarılmış qətnamədir. Qeyd olunan ərazidən keçən qaz xəttinin zədələnməsi və qaz sızması baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrə səbəb olur. İddiaçı tərəfindən cavabdeh tərəfindən qaz k əmərinin mühafizə zonasında inşa edilmiş tikiliyə dair akt sənəd və fotoşəkillər məhkəməyə təqdim edilməsinə baxmayaraq Birliyin təqdim etdiyi sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkil və aktla müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinin mühafizə zonasında tikili inşa edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir.
13. İş materiallarında olan, Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023ci il tarixli, 10/7065saylı rəyinə əsasən X1 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2 nömrəli əlavəsinin tələbinə əsasən İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında yerləşir.
14. İş materiallarında olan, X1 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərindən 2.2 metr məsafədə yerləşir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(105)-116/2023 saylı mülki iş üzrə 06 mart 2023cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, L.M.Məmmədova və L.E.Rəhimli) İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(074)- 85/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh tərəfindən Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 mərtəbəli fərdi yaşayış evinin (inşa olunan tikilinin) cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi və mühafizə zonasından çıxarılmasını qət etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəsi gedən yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyyata alınmamış, həmçinin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur. Kollegiya tərəfin dən də təklif olunmasına baxmayaraq cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi təqdim edə bilməmiş, tikilinin yaxınlığından qaz xəttinin keçməsini inkar etməmişdir.
17. Beləliklə, birinci instansiya məhkəməsi həmin dəlillərin tam araşdırmamış, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcud olmamasına, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməklə qaz xəttinin istismarından sonra inşa edilməsinə diqqət yetirməmiş, həmin tikilinin mühafizə zonasında tikilməsinə dair verilmiş ekspertiza rəyi ilə razılaşmamasının səbəbini əsaslandırmamışdır.
18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 180.1,180.2, 180.3, 180.4-cü maddələrinə və MPM-nin 14.2, 76.1, 76.2,77.1, 88, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Apelyasiya İnstansiya Məkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə və MPM-nin 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, məhkəmə həm Konstitusiyanı n həmin 13-cü maddəsinin, həm də MM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş, mülkiyyətçinin sahiblik, istifadə və ən nəhayət sərəncam vermək hüququndan məhrum etmişdir. Belə ki, iddiaçının tələbi qismən əsaslı olsa da, həmin iddia tələbi düzgün qoyulmamış və apelyasiya məhkəməsində həmin tələbin əsassız olması və düzgün qoyulmamasına düzgün hüquqi qiymət verilməyərək nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
21. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə baxılarkən cavabdehə məxsus torpaq sahəsinin alqı-satqı yolu ilə hərracdan alınma tarixi ilə Qaz xətinin çəkilmə tarixləri arasında olan müddətə dair öz hüquqi mövqeyini bildirməmişdir. Belə ki, cavabdehin alqı-satqı yolu ilə aldığı 600 kv.metr torpaq sahəsi qanuni əsasla alınmış və bu səbəbə görə də, Mülki Məcəllən in 157.8-ci maddəsinə əsasən, əmlaka mülkiyyətçi hüquqları, torpaq sahəsinə və tikiliyə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa belə, mülki məcəllənin və müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olaraq həmin əmlak almış şəxsə məxsusdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı İB kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilənlərin qanunsuz və əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 25. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikas ında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 27. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
30. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
31. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydaları nı ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı
32. Həmin Qərarla təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.
33. Həmin "xxxx"ın 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquq i şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. “X4” Azərbaycan Respublikasının Qanunu
34. Həmin Qanun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
35. Həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonaları nda, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. 36. “Texniki təhlükəsizlik haqqında” 02.11,1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 94 saylı qərarında neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. 37. 30 iyun 1998-ci il tarixli, 513-İQ nömrəli “X4” Azərbaycan Respublikası Qanunu
38. Həmin Qanunun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını m üdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”
39. Bənd 2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır.
40. Bənd 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yarat maq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir.
41. Bənd 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlärınin yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na əsasən, magistral qaz kəmərlərinin, mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"
43. Həmin Qaydaların 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə t ərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
44. Həmin Qaydaların 2.11-ci bəndinin “a” hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən “Dövlət Neft Şirkətinin yerli orqanları” tərəfindən təyin edilir ve müvafiq icra hakimiyyə ti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
45. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarini pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.
46. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Belə bir razılaşma isə qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə iş ü zrə cavabdeh arasında mövcud olmamışdır. 47. “X4” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir.
55. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prose ssual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
57. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədədir.
59. İddiaçı isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.
60. İddiaçının iddia ərizəsindən görünür ki, ünvan 3 ünvanda qeydiyyatında olan Cavabdeh Sady qızı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq, Şamaxı şəhəri D.Qorqud küçəsində İddiaçı balansında və istismarında olan, diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında, kəmərdən 2 metr məsafədə 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərin in mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir.
61. İddiaçı qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb qeyd etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi Şamaxı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 65 saylı qərarına əsasən Cavabdeh alqı-satqı yolu ilə satılması qərara alınmışdır.
63. Öyrənilən işdən görünür ki, mübahisəsi gedən yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyyata alınmamış, həmçinin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur.
64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də təklif olunmasına baxmayaraq cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi təqdim edə bilməmiş, tikilinin yaxınlığından qaz xəttinin keçməsini inkar etməmişdir.
65. Göründüyü kimi tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması mülki iş materialları ilə müəyyən olunmur.
66. Mülki Məcəllənin 180.3-cü maddəsinin 3-cü bəndi isə müəyyən edir ki, “… Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mül kiyyət hüququ tanına bilməz.” 67. “X4” Azərbaycan Respublikasının Qanunu isə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasını qadağan edir.
68. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlilləri ilə də razılaşmayıb qeyd etmişdir ki, iddiaçı tərəfin iddia tələbində və müvafiq olaraq şikayətlərində olan dəlilləri - mübahisəli tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin sözügedən "xxxx"ın tələbləri pozulmaqla qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin və digər şəxslərin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin istifadəsinə və sahibliyinə verilməsindən xeyli əvvəl inşa edilməsi ilə bağlı olmuşdur.
69. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini tam, hərtəfli və obyektiv araşdırmış və haqlı olaraq qeyd etmişdir ki, mübahisəli tikili müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun olmayaraq inşa edilmiş və həmin tikilinin inşaası ilə bağlı rəsmi sənədlər olmamış, həmin tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməklə qaz xəttinin istismarından sonra inşa edilmişdir.
70. Mülki iş materiallarında olan ekspert rəyi ilə də müəyyən olunur ki, X1 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” 2 saylı əlavəsinin tələbinə əsasən İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında yerləşir. X1 faktiki istifadəsində olan, Şamaxı şəhəri D.Qorqud küçəsində inşa edilmiş fərdi yaşayış evi və metal vərəqələrdən ibarət hasar İddiaçı İB-nə məxsus 315 mm diametri olan, orta təzyiqli yeraltı qaz kəmərindən 2.2 metr məsafədə yerləşir.
71. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarı da sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(105)-116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.