Məhkəmə qərarları › İş №2(102)-2874/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2874/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2874/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, vahid əmlak, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-612/20 23 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə aparılmış qeydə əsasən, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1 İddiaçı2, İddiaçı4, Cavabdeh və İddiaçı3 adına, həmin sahənin üzərindəki fərdi yaşayış evi isə tam şəkildə İddiaçı1 adınadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Xudat şəhəri, M. F. Axundov küçəsi ünvanında yerləşən 16 saylı fərdi evdən 3000 manat kompe nsasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən, 16 saylı fərdi ev paylı mülkiyyət hüququ əsasında onlara və cavabdehə məxsusdur. Bunu xx.xx.2020-ci ildə DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış da təsdiq edir. Fərdi ev 0,04 ha torpaq sahəsində yerləşir, ümumi ölçüsü 88,0 kv. m-dir. Cavabdeh 2004-cü ildən etibarən sözügedən 16 saylı fərdi evdə yaşamır. İddiaçılar cavabdehin Xudat şəhəri, M. F. Axundov küçəsi ünvanında yerləşən, 16 saylı fərdi evdən istifadə hüququna kompensasiya verməklə xitam vermək qərarına gəlmişlər. Bu məqsədlə cavabdehə 3000 (üç min) manat təklif edirlər. Mənzildə hazırda 6 nəfərdirlər və onların ailə üzvləri yaş ayır. Yaşadıqları ərazidə 4 nəfərlik ailə üzvünün yaşaması üçün bir aylıq kirayə haqqı 80-100 manat təşkil edir (tam mənzil şəraiti olan). Mənzil darısqaldır, ailə üzvlərinin normal yaşaması və istirahəti üçün tam əlverişsiz olub yaşayış normasına cavab vermir.

4. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5 və 9-cu maddələrinə istinad edilib. 5. "xxxx"Qiymətləndirmə MMC-nin 17 avqust 2021-ci il tarixli 121 saylı mütəxəssis rəyinə əsasən mübahisədə adı keçən evin daşınmaz əmlak bazarında xx.xx.2021-ci il tarixə olan təxmini bazar qiyməti 27.000 manat, likvid dəyəri 22.000 manatdır. 6. "xxxx" Qiymətləndirmə MMC-nin 17 avqust 2021-ci il tarixli 120 saylı mütəxəssis rəyinə əsasən mübahisədə adı keçən evin şəraitind ən asılı olaraq kirayə dəyəri 100-120 manat təşkil edir.

7. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1938/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçılar tərəfindən 3000 (üç min) manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. (hakim Sərxan Səmədzadə)

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə İddiaçı1 mülkiyyətçi olaraq kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, eyni mənzild ə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edib ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf kompensasiyanın məbləğini 3000 manat ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçı1 cavabdehin ünvan 1 saylı ünvanda yerləşən evə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 3000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat məbləğ hesab edilə bilər.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasını n 13, 29-cu, Mülki Məcəllənin 228.2-ci maddələrsi, “İnsan Hüquqlarının və X1 Haqqında Konvesiya”nın 1 saylı Protokolunun 1-ci maddəsi, “R. Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin qeyd olunan əmlakda payının olmasına, yəni torpaq sahəsinin birgə mülkiyyətdə olmasına əhəmiyyət verməmiş, məhkəmə iclasında iştirakını təmin etməmiş, formal mülahizələr əsasında qərar çıxarmışdır. Qətnamədə göstərilir ki, "xxxx" Qiymətləndirmə MMC-nin xx.xx.2021-ci il tari xli, 121 saylı mütəxəssis rəyinə görə ev köhnə təmirli olmaqla bazar qiyməti 27000 manat, likvid qiyməti isə 22000 manatdır. Halbuki qeyd olunan yaşayış evinin dəyəri hazırki bazar qiyməti ilə 230000-250000 manat civarındadır. Yaşayış evi tam təmirlidir, hər cür şəraiti vardır, həyətdə 3 ticarət obyekti mövcuddur. Onlardan biri gəlinlik salonu, biri dərzi və masaj salonu, digəri isə telefon obyektidir. Həmin əmlaklardan xeyli miqdarda gəlir götürülür, başqa sözlə, onun da mülkiyyətində olan torpaq sahəsindən iddiaçılar gəlir götürürlər. Müvəqqəti olaraq əmlakından istifadə etməməsi onu əmlakından və yaşayış yerindən məhrum etmək üçün əsas ola bilməz.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-825/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiy a şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)-1938/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Səyyad Qafari)

15. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə və “R. Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, həmin maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud ba zar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

16. Apellyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab etmişdir ki, cavabdehə mübahisəli evdən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi üçün kifayət qədər faktiki əsaslar olmadığından birinci instansiy a məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında 3000 manat məbləğində kompensasiya ödənilməsinin mülkiyyətçinin hesabına cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təklif olunan 3000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə, yəni cavabdehə arvadı və 4 uşağı ilə birlikdə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, Xudat şəhəri, M.F.Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh İddiaçı4 həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri, “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. Cavabdeh həmin evdə qeydiyyatda olsa da, 2004-cü ildən həmin evdə yaşamır. Cavabdehin daimi yaşayış yeri var. Cavabdehin mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsində payının olması onun həmin mənzildə istifadə hüququnun olması anlamına gəlmir. Mübahisəli mənzildə cavabdehin qeydiyyatı var. Buna görə də məhz cavabdehə kompensasiya təklif olunur. Cavabdehin ailə üzvlərinin mübahisəli mənzildə hüquqları yoxdur. Ümumiyyətlə, cavabdeh 2004-cü ildən mübahisəli mənzildə yaşamadı ğından və o, daimi yaşamaq üçün başqa yerə getdiyindən həmin mənzilə istifadə hüququnu itirmişdir. Əslində, cavabdehə kompensasiya verilmədən də onun həmin mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas var. Lakin iddiaçı cavabdehə kompensasiya təklif etməklə ədalətli qərar qəbul edilməsinin tərəfdarı olmuşdur. Belə ki, kompensasiyanın verilməsi yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkündür. Hazırki işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşamışdır. Cavabdeh könüllü olaraq mübahisəli mənzildən çıxıb gedib və həmin mənzillə bağlılıqlarını itirib. Onu mübahisəli mənzilə bağlayan hər hansı əlamət mövcud deyil, həmin mənzildə ona məxsus olan əşyalar da yoxdur. Buna görə də cavabdeh mübahisəl i mənzilə formal qeydiyyatda olaraq qalıb və onun mənzilə olan hüquqlarına kompensasiya ödənilmədən xitam verilə bilər. Yəni belə olduğu halda təklif edilən 3000 manat məbləğində kompensasiya ağlabatan məbləğdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Evin kirayə haqqı isə 100-120 manat təşkil edir. Belə olan halda təklif edilən 3000 manat ağlabatan məbləğdir və cavabdehə və onun ailə üzvlərinə (təbii ki, onlar bir ailə olduqlarından bir yerdə yaşayırlar) uzun müddət əvvəlki mənzillə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bu səbəbdən təklif edilən məbləğ mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmalıdır.

22. Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5430/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(105)825/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

23. Ali Məhkəmənin mövqeyi: - apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları tətbiq edilməmişdir; - belə ki, məhkəmə iddianı rədd edərkən əvvəlcə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli olmadığını bildirir, daha sonra isə qeyd edir ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiy yətçilərindən biridir. İkinci fikrin iddianın təmin edilməsinə hansı əsasla mane olması isə açıqlanmamışdır; - göstərilən iki mövqe mübahisənin həllinə təsiri baxımından bir-biri ilə uzlaşmır. Çünki cavabdehin evdən istifadə hüququna xitam verilməsi imkanı torpaq sahəsinin ümumi mülkiyyətçisi olmasına görə istisna edilirsə, bu mövqe daşınmaz əşyaya vahid mülkiyyət prinsipinin tətbiq olunması kimi qəbul edilə bilər. - Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Apellyasiya məhkəməsi isə bu qaydanın hazırkı işə tətbiq edilib-edilmədiyini əsaslandırmamışdır. Halbuki, cavabdehin torpaq mülkiyyətçilərindən biri olmasına görə iddia istisna olunursa, onda iddiaçının təkli f etdiyi kompensasiyanın yetərli olubolmamasının araşdırılmasına və qiymətləndirilməsinə gərək qalmır. Odur ki, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi mübahisəyə hansı maddi hüquq normalarının tətbiq ediləcəyi ilə bağlı mövqeyini dəqiqləşdirməli və qətnaməni də buna uyğun əsaslandırmalıdır; - cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya ilə xitam verilməsi mümkün sayıldığı təqdirdə, iddiaçının təklif etdiyi məbləğin yetərli olmaması barədə məhkəmənin mövqeyi mübahisənin yekun həlli üçün kifayətedici deyil. Belə ki, məhkəmə iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olub-olmamasını aydınlaşdırmalı, təklif olunan məbləği yetərli saymadıqda hansı məbləğin həmin hüququ ədalətli kompensasiya edə biləcəyini müəyyənləşdirməli, iddiaçının buna dair münasibətin i öyrənməli və nəticəsindən asılı olaraq iddianı həll etməlidir; - bu xüsusatla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Təkrar apellyasiya baxışında iddiaçı kompensasiyanın məbləğini 5000 manatadək artırmışdır.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 612/2023 saylı, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(067)1938/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Lalə Rəhimli)

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddia t ələbinin mahiyyətinə görə iddiaçıların tələbi kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüquqluna xitam verilməsindən ibarətdir.

28. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.

29. Hazırki işin faktiki halları ilə müəyyən edilir ki, sözügedən Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydə alınmasına baxmayaraq, həmin evin yerləşdiyi torpaq sahəsi birgə mülkiyyət hüququ ilə 5 nəfərə, İddiaçı1, İddiaçı2, İddiaçı4, Cavabdeh və İddiaçı3 məxsusdur.

30. Göründüyü kimi, mübahisəsi gedən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydə alınsa da, cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. Başqa sözlə, hazırki cavabdeh mübahisəli evin yerləşdiyi torpaq sahəsinin həmmülkiyyətçisidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşmır. Yəni, əgər cavabdehin evdən istifadə hüququna xitam verilməsi imkanı torpaq sahəsinin ümu mi mülkiyyətçisi olmasına görə istisna edilirsə, bu mövqe daşınmaz əşyaya vahid mülkiyyət prinsipinin tətbiq olunması kimi qəbul edilə bilər. Belə olan halda, cavabdehin torpaq mülkiyyətçilərindən biri olmasına görə iddia istisna olunursa, onda iddiaçının təklif etdiyi kompensasiyanın yetərli olub-olmamasının araşdırılmasına və qiymətləndirilməsinə gərək qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsinə görə də torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu isə o deməkdir ki, to rpaq sahəsinə mülkiyyət hüququ olan cavabdehin orada olan tikiliyə də gözlənti hüquqları vardır.

33. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, baxılan işdə cavabdehin mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsində iddiaçılarla birgə mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə də hüququnun olması anlamına gəlir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 135, 139-cu və Torpaq Məcəlləsinin 4-cü maddələri isə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti belə əsaslandırlıb: - məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmişdir; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Cavabdeh mənzili könüllü şəkildə tərk etmişdir; - mübahisəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. Cavabdeh həmin evdə qeydiyyatda olsa da, 2004-cü ildən həmin evdə yaşamır. Onun daimi yaşayış yeri var; - cavabdehin mübahisəli mənzilin yerl əşdiyi torpaq sahəsində payının olması onun həmin mənzildə istifadə hüququnun olması anlamına gəlmir. Mübahisəli mənzildə cavabdehin qeydiyyatı var. Ona görə də məhz cavabdehə kompensasiya təklif olunur. Onun ailə üzvlərinin mübahisəli mənzildə hüquqları yoxdur. Ümumiyyətlə, cavabdeh 2004cü ildən mübahisəli mənzildə yaşamadığından və onun daimi yaşamaq üçün başqa yerə getdiyindən o, həmin mənzilə istifadə hüququnu itirmişdir. Bu hallar iş materialları ilə də öz təsdiqini tapır. Lakin nədənsə məhkəmə bu hallara düzgün qiymət verməmişdir; - işdən görünür ki, mənzilin bazar qiyməti 27000 manat, likvid dəyəri isə 22.000 manatdır. Evin kirayə haqqı isə 100-120 manat təşkil edir. Belə olan halda təklif edilən 5000 manat ağlabatan məbləğdir və cavabdehə və təbii ki, onun ailə üzvlərinə (təbii ki, onlar bir ailə olduqlarından bir yerdə yaşayırlar) uzun müddət əvvəlki mənzillə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bu səbəbdən təklif edilən məbləğ mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmalıdır; - qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər v urulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 228.1 yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2 yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsas ən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

4. Torpaq sahəsi

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2634-cü bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

44. Məhkəm ə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, eləcə də ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

45. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəki ldə şərh edilməsinə dair” 16 iyun 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, son zamanlar qanunverici tərəfindən istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük verilir.

46. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

47. Məhkəmə kollegiyası cavabdehin mənzili könüllü tərk etməsi, mübahisəli mənzilin tam mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olması, təklif edilən 5000 manat kompensasiyanın ədalətli və adekvat məbləğ olması və s. barədə eyni məzmunlu dəlillərini qəbul etmir. Belə ki, işin müəyyən edilmiş hallarına görə cavabdeh iddiaçının mülkiyyətində olan evin yerləşdiyi torpağın ümumi birgə mülkiyyətçilərindən biridir və iddia tələbi də istinad edilən qanunvericilik normalarına (MM, 1 35.4, 228.1, 228.2, TM, 4) əsasən məhz buna görə rədd edilib. Belə olan halda, cavabdehin mənzili könüllü tərk etməsi, kompensasiyanın məbləği və s. bu kimi dəlillər də öz əhəmiyyətini itirir.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-612/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar