Məhkəmə qərarları › İş №2(102)-2876/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2876/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2876/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın verilməsi və ya dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı əmlakın verilməsi və ya dəyərinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin kassasiya şikayətinə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü-ci il tarixdə bağlanmış müqaviləyə görə, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 nömrəli Sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə mənzilləri qəbul edib, dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri 136.000 manat, ümumilikdə 246.800 manat müəyyən edilmiş, mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli maliyyə arayışı verilmişdir.

2. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş (müqavilənin tarixi texniki olaraq xx.xx.2007-ci il göstərilmişdir, çünki Mənzillərin verilməsi ilə bağlı müqavilələr xx.xx.2013-cü il tarixdə bağlanmışdır), Cavabdeh2 MMC Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamı əsasında Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksə k mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D” blokunun 18-cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində ümumi sahəsi 98,5 kv.m. olan 16 saylı yaşayış sahəsini (bundan sonra - Mənzillər) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyərinin ödənilməsi və maliyyə arayışının qüvvədə olması əks edilmişdir.

3. Mənzillər cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m. olan 15 saylı, 9-cu mərətəbəsində yerləşən ümumi sahəsi 98,5 kv.m. olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin MTK tərəfindən tam ödənilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan iddiasında dəyişikliklər edərək, əvvəlcə, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilin ona verilməsi və eyni ünvanda A1 blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət mənzilə görə ödənilmiş 123.000 manat pulun və ya onu Cavabdeh2 MMC-nin arayışı əsasında verilmiş Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv. m. olan 15 saylı və 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,5 kv.m olan 16 saylı mənzillə təmin edilməsi barədə qətnamə çıxarılması, daha sonra isə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m. təşkil edən və Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m. mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim P.Zamanlı) 2(011)-3229/2022 nömrəliiş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə gö stərilən mənzillərin əvəzinə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv.m və 98,5 kv.m. mənzillərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh2 MMCyə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, xx.xx.2019-cu il tarixdə başlanmış müqavilədə göstərilən iki Mənzilin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Mənzillərin tikintisinə görə muzd da, cavabdehlər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Beləliklə, iddiaçı i lə Cavabdeh2 MMC müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış sayılır (§20). İşin halları ilə müəyyən edilir ki, iddiaçı öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini (tikiləcək mənzillərin dəyərini) tam ödəməklə nüqavilə üzrə öhdəliyini yerini yetirsə də, Cavabdeh2 MMC Mənzilləri iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur (§22). Cavabdeh2 MMC-nin nümayəndəsi öhdəliyin icra edilməməsinin səbəbi kimi Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə əvvəlcə lahiyələndirilmiş “D” girişli binanın tikintisinə sonradan icazə verilməməsi ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir (§21). Nəzərə almaq lazımdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Cavabdeh2 MMC-yə Bakı şəhəri, Xətai rayonu, Xocalı pros pekti 1181-ci məhəllədə yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş və sonuncu həmin ünvanda yüksək mərtəbəli yaşayış binaları inşa etmişdir. Fərz etsək ki, müvafiq dövlət qurumları tərəfindən şəhərsalma tikinti norma və qaydalarına uyğun olmaması səbəbindən göstərilən ünvanda Cavabdeh2 MMC-yə “D” girişli binanın inşasına icazə verilməmişdir. Hətta bu hal özlüyündə Cavabdeh2 MMC-ni iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, Cavabdeh2 MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müfafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir (§21). Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 MMC öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Çünki, iddiaçı Mənzillərin tikintisi üçün 246000 manat məbləğində pul ödəyərək, xx.xx.2019-cu il tarixli müqaviləyə görə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə “D” girişli yaşayış binasının 18 və 19-cu mərtəbələrində iki mənzilin ona verilməsini gözləsə də, Cavabdeh2 MMC-nin nümayəndəsi həmin yaşayış binasının tikintisinin mümkün olmayacağını bildirmişdir. Beləliklə, iddiaçı Mənzillərin dəyərinə görə ödədiyi pul vəsaiti həcmində əmlakından məhrum olmuş və ona müqavilənin icra ol unmaması nəticəsində ona maddi zərər dəymişdir (zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Mülki Məcəllənin 21.2-ci maddəsi). Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qarşı tərəfin öhdəliyini icra etməməsi nəticəsində dəymiş zərərin əvəzində ona başqa mənzilin verilməsini tələb etməkdə haqlıdır, çünki, məhkəmə Cavabdeh2 MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli yaşayış binalarının tikintisini həyata keçirdiyini nəzərə alaraq, dəymiş zərərin əvəzinin xx.xx.2019-cu il tarixli müqavilədə gö stərilən həcmdə başqa mənzillərlə əvəz edilməsini mümkün hesab edir (§26). Lakin məhkəmənin qənaətinə görə Cavabdeh2 MMC-nin öhdəliyi xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə tikilməsi nəzərdə tutulan Mənzillərin ölçüsü həddindədir. Belə ki, iddiaçı iddia tələbinin sonuncu dəqiqləşdirilməsi barədə ərizəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində, cəmi 246 kv.m sahədən ibarət mənzillərin ona verilməsini tələb etsə də, Cavabdeh2 MMC-nin öhdəliyi 90,5 və 98,5 kv.m mənzillərin ona verilməsi barədədir. İddiaçıya ümumilikdə, 246 kv.m-dən ibarət mənzillərin verilməsi isə onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə müəyyən edilmişdir ki, həmin müqavilə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağ lanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə ləğv edilmişdir. Nəzərə almaq lazımdır ki, mənzil fərdən müəyyən edilən (fərdi əlamətlərinə görə digər əşyalardan fərqlənən) əşyadır. Kreditor isə fərdi-müəyyən əşyanı öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini borcludan tələb edə bilər (§24). Həmçinin, podrat müqaviləsinə verilən anlayışın məzmunundan da görünür ki, podratçının öhdəliyinin həddi müqavilədə göstərilən işin həcmi ilə məhdudlaşır. Odur ki, Cavabdeh2 MMC-nin öhdəliyinin həddi iddiaçıya 90,5 və 98,5 kv.m-dən ibarət mənzillərin verilməsi olduğu halda, onun üzərinə həmin ölçüdən artıq mənzillərin verilməsinin qoyulması Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliyindən kənara çıxmış olur. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində mənzillərin verilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, əvvəla, bu tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin dəyişdirilməsinə səbəb ola bilər. Digər bir tərəfdən, iddianın bu hissəsinin təmin olunması binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində olan mənzillərin başqa şəxslərə satıldığı halda, onların hüquqlarının pozulması ilə nəticələnə bilər.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və Cavabdeh2 MMC ondan apellyasiya şikayətləri vermişlər.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı apellyasiya şikayətində Cavabdeh1 MTK ilə bağlanmış müqaviləyə uyğun olaraq cəmi 246 kv.m. sahəsi olan mənzillərin ona verilməsini, yaxud həmin əmlakın bu günkü bazar dəyərinin müəyyən edilməklə nəğd şəkildə ödənilməsini xahiş edir. Kollegiya bununla bağlı bildirir ki, rayon məhkəməsinin bununla bağlı mövqeyi əsaslı olduğundan apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 MMC-nin öhdəliyi xx.xx.2019-cu il tarixdə bağlanmış müq avilə üzrə tikilməsi nəzərdə tutulan Mənzillərin ölçüsü həddindədir. Belə ki, iddiaçı iddia tələbinin sonuncu dəqiqləşdirilməsi barədə ərizəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində, cəmi 246 kv.m sahədən ibarət mənzillərin ona verilməsini tələb etsə də, Cavabdeh2 MMC-nin öhdəliyi 90,5 və 98,5 kv.m mənzillərin ona verilməsi barədədir. İddiaçıya ümumilikdə, 246 kv.m-dən ibarət mənzillərin verilməsi isə onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə müəyyən edilmişdir ki, həmin müqavilə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilə ilə ləğv edilmişdir. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh2 MMC-nin öhdəliyinin həddi iddiaçıya 90,5 və 98,5 kv.m-dən ibarət mənzillərin verilməsi olduğu üçün, onun üzərinə həmin ölçüdən artıq mənzillərin verilməsinin qoyulması Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliyindən kənara çıxmış olur. Göründüyü kimi, rayon məhkəməsi iddia tələbini iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulan ölçüdə mənzillərin verilməsi ilə bağlı təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh MMC-nin apellyasiya şikayətinin əsas dəlili onlardan asılı olmayan səbəblərdən iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu tikiləcək “D” blokunun onlardan asılı olmayan səbəblərdən tikilə bilməməsi və bu baxımdan qətnamənin icrasının qeyri-müəyyən olması ilə bağlıdır. Kollegiya cavabdehin “D” bloku nun tikilə bilməməsi dəlili ilə bağlı bildirir ki, bu hal özlüyündə Cavabdeh2 MMC-ini iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, Cavabdeh2 MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müfafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir (MM maddə 425.1.). Kollegiya qətnamənin icrasının qeyri-müəyyən olması dəlili ilə bağlı isə bildirir ki, həmin dəlil qətnamənin 45-ci bəndinə əsasən əsassızdır.” KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 MMC ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı mübahisə predmeti olan mənzilə görə ödədiyi məbləği Cavabdeh1 MTK-dən tələb edə bilər. Belə ki, məhkəmə iclasında təqdim etdiyi sənədlərdən də görünür ki, mübahisə predmeti olan mənzillərin yerləşdiyi "D" bloku adlanan yaşayış blokunun tikintisi əvvəlki layihədə nəzərdə tutulsa da, sonradan AR Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni qanunvericilikdə nəzərdə tutulmuş "sıxlıq" probleminə görə icazə verilməmişdir. Necə ola bilər ki, onun iradəsi ndən asılı olmayan səbəblərə görə tikə bilmədiyi blokda yerləşən mənzillərin iddiaçıya verilməsi öhdəliyi onun üzərinə qoyula bilər.

13. İddiaçı birinci instansiya məhkəməsində dəfələrlə iddia tələbini dəyişmişdir. Belə ki, sonuncu iddia tələbində iddiaçı Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən A1 blokunun 18 və 19-cu mərtəbələrində yerləşən, sahəsi cəmi 249 kv.m. olan sahələrin əvəzinə mənzillərin verilməsini tələb edir. Lakin məhkəmə onunla iddiaçı arasında olan müqaviləyə nəzər yetirsə məlum olar ki, o, məhz Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə tikiləcək "D" blokunda olan 90,5 kv.m. və 98,5 kv.m. sahələri olan mənzillərin tikilərək iddiaçıya verilməsi öhdəliyin üzərinə götürüb. İddiaçı hətta həmin mənzillərin yuxarıda göstərilən və onun ir adəsindən aslı olmayan səbəbdən tikilməməsini bildiyi üçün hər dəfəsində məhkəmə iclaslarında həmin mənzilləri istəmədiyini bildir. Əgər iddiaçı həmin mənzilləri istəmirdisə məhz həmin mənzillər üzrə dəymiş ziyanı tələb edə bilərdi. Lakin o, Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 32 ünvanda yerləşən A1 blokunun 18 və 19-cu mərtəbələrində yerləşən sahəsi cəmi 249 kv.m. olan sahələrin əvəzini tələb edir ki, həmin sahələrlə bağlı onun iddiaçı qarşısında heç bir öhdəliyi olmayıb. Bir növ hər iki instansiya məhkəməsi iddiaçının iddia tələbindən kənara çıxaraq, qətnamə qət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı Cavabdeh1 MTK-nın etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddə tdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 17. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

5. Məhkəmələrin qərarları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditoru n mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 1115. Zərərin əvəz inin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyat a keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə idd iaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yana şmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanı lmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri ki mi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərar: “Ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri isə məhkəmə aktlarının icrası ilə bağlıdır....... Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanun i və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur.” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərar: “Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmam ası cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər.”

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır; Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktl ar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bənd 6.8. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir; Bənd

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. Azərbayc an Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: Bənd

24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə i rəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilibedilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhd udlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

27. İlk olaraq, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.x x.2019-cu il tarixdə bağlanmış müqavilə ilə Cavabdeh2 MMC Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra “D” blokunun 18-cı mərtəbəsində yerləşən ümumi sahəsi 90,5 kv.m. olan 15 saylı və 19-cu mərətəbəsində ümumi sahəsi 98,5 kv.m. olan 16 saylı yaşayış sahəsini (mənzilləri) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür.

28. Cavabdeh2 MMC kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətində də əsas dəlil olaraq iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu “D” blokunun ondan asılı olmayan səbəblərdən tikilə bilməməsinə və bu baxımdan qətnamənin icrasının qeyrimüəyyən olmasına istinad edir.

29. Həmin dəlilə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişd ir ki, “45. Kollegiya cavabdehin “D” blokunun tikilə bilməməsi dəlili ilə bağlı bildirir ki, bu hal özlüyündə Cavabdeh2 MMC-ini iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, Cavabdeh2 MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müfafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir (MM maddə 425.1.).

46. Kollegiya qətnamənin icrasının qeyri-müəyyən olması dəlili ilə bağlı isə bildirir ki, həmin dəlil qətnam ənin 45-ci bəndinə əsasən əsassızdır.”

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

31. Belə ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

32. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilm əsi vəzifəsini müəyyən edir.

33. Konstitusiyanın 129-cu maddəsinin müddəaları bu baxımdan böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (§15).

34. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət hüququnun tərkib hissəsi olmaqla, xüsusi önəm daşıyır.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair hüquqi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyy ət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı” iş üzrə xx.xx.1997-ci il tarixli Qərar).

36. Göründüyü kimi, Konstitusiya və beynəlxalq hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən də, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün on un qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır (§21).

38. Bu kontekstdən hazırkı mülki işə nəzər saldıqda, iddiaçıya verilməli əmlakın mövcud olmaması onu verilməsini qət edən məhkəmə qətnaməsinin nəinki vaxtında və düzgün, ümumiyyətlə icra olunmamasına səbəb ola, bu isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı əhəmiyyətsiz edə, eyni zamanda, cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı, §20).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmə tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına görə məhkəm ə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir (“Stanova Bolqarıstana qarşı” iş üzrə xx.xx.2017-ci il tarixli qərar).

40. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

41. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§27-38) müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldır ılmalıdır.

42. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

43. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1178/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh2 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar