Məhkəmə qərarları › İş №2(102)-2879/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2879/2022

21.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2879/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2879/22 Açar sözlər: özbaşına inşa edilmiş yaşayış evinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(107)160/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia qaldıraraq, cavabdehlər tərəfindən Qəbələ rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə onun mülkiyyətində olan 0.14 ha həyatyanı torpaq sahəsində özbaşına inşa etdikləri yaşayış evinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.B.İsayev) iddia təmin edilərək, JN-201 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən iddiaçının mülkiyyətində olan 0,14 ha torpaq sahəsində cavabdehlərlər tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evinin onların hesabına sökülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “JN-201 A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qəbələ rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə ayrılmış Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə “JN-201 A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı mül kiyyətində olan 0,14 ha həyətyanı torpaq sahəsindən çıxarılmaları qət edilib. Habelə, qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin edilərək, onun tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32.000 manat pulun İddiaçı tutulub Cavabdeh1 ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Sonradan İddiaçı apellyasiya şikayətinə əsasən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, Cavabdeh1 İddiaçı qarşı “tikiliyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiası rədd edilib. Göründüyü kimi sözügedən mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlər onun razılığı olmadan həmin torpaq sahəsində özbaşın a ev tikmişlər və nəticədə iddiaçının torpaq sahəsinə olan mülkiyyət hüququnu pozublar. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehlərin iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən çıxarılmaları qət edilib, habelə Cavabdeh1 İddiaçı qarşı “tikiliyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiası əsassız olduğundan rədd edilib. Eyni zamanda, cavabdehlərin iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün lazımi icazələr alamaları və həmin ev üzərində hər hansı hüquq əldə etmələri barədə hər hansı sübut təqdim etməyiblər. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2-152.5, 180.1-180.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 07 sentyabr 2021-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414 -cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiy yatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istə nilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikint i aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsixahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətini n dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkə məsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “JN-201 A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qəbələ rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə ayrılmış Qəbələ rayonu, Böyük Pirəli kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə “JN-201 A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha həyətyanı torpaq sahəsindən çıxarılmaları qət edilib. Habelə, qanuni qüvvə yə minmiş Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin edilərək, onun tərəfindən fərdi yaşayış evinin tikintisinə xərclənmiş 32.000 manat pulun İddiaçı tutulub Cavabdeh1 ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Sonradan İddiaçı apellyasiya şikayətinə əsasən Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, Cavabdeh1 İddiaçı qarşı “tikiliyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiası rədd edilib. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başq a şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiy ə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fizi ki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, sözügedən mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehlər onun razılığı olmadan həmin torpaq sahəsində özbaşına ev tikdiklərindən və nəticədə iddiaçının torpaq sahəsinə olan mülkiyyət hüququnu pozduqlarından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cava bdehlərin sözügedən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməyib, əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə onların iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları qət edilib, habelə Cavabdeh1 İddiaçı qarşı “tikiliyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiası əsassız olduğundan rədd edilib. Bundan başqa, cavabdehlərin iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün lazımi icazələr alamaları və həmin ev üzərində hər hansı hüquq əldə etmələri mülki iş materialları ilə müəyyən edilmir. Ona görə də kassasiya instansiası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehlər sözügedən fərdi yaşayış evini iddia çının xüsusi mülkiyyətində olan torpaq sahəsində lazımi icazələr almadan inşa etdiklərinə görə özbaşına tikinti sayıldığından və beləliklə də sözügedən tikilinin saxlanması bilavasitə iddiaçının hüququnu və qanunla qorunan mənafeyini pozduğundan, o cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını, sözügedən torpaq sahəsini 2005-ci ildə iddiaçının özünün də razılığı ilə onun mərhum atasından satın aldıqlarını, həmin torpaq sahəsində qanuni əsaslarla fərdi yaşayış evi inşa etdiklərini, torpaq sahəsini zəbt etmədiklərini, son 17 il müddət ərzində torpaq sahəsinə faktiki sa hiblik, istifadə etdiklərini göstərsələr də, etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işdən görünür ki, cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmalarına dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Cavabdeh1 İddiaçı qarşı “tikiliyə xərclənmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiası isə digər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilib. Belə olan halda cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri əsaslı sayıla bilməz. Bundan əlavə, mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfind ən istifadə olunması iddiaçı ilə qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında baş verməyib və bu, iddiaçının iradəsinə uyğun olmayib. Göstərilən xüsusatlar və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Çünki cavabdehlərin həmin torpaq sahəsinə dair heç bir hüququ mülki iş materialları ilə müəyyən olunmur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona gö rə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(107)-160/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar