Məhkəmə qərarları › İş №2(102)-2884/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2884/2023

12.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2884/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisi, Bakı şəhəri 53 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (açar sözlər: müqavilələrinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçı xxx qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisi, Bakı şəhəri 53 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən olunması və pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)157/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı xxx qızı və Cavabdeh1 kassasiya şikayətlərinə 12 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X9 ilə Cavabdeh1 (tərəflər) xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə xxx, 12 dekabr 2015-ci il tarixdə xxx adlı iki uşaqları var.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulub, 21 dekabr 2009-cu il təvəllüdlü X3 və 12 dekabr 2015-ci il təvəllüdlü Cavabdeh2 İddiaçı yanında qalmaları, 30 sentyabr 2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 hər ay əmək haqqının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

3. Həmin qətnamənin çıxarılmasına əsas təşkil edən iddia ərizəsində Cavabdeh1 qeyd etmişdir ki, İddiaçı 10 iyun 2019-cu il tarixdə uşaqları və nikah dövründə əldə etdikləri əşyaları götürüb evdən çıxıb getmişdir və həmin dövrdən sonra ər-arvad kimi yaşamırlar. 4. ünvan 1 saylı bağ sahəsi Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş, 53 saylı DNK-da xx.xx.2017-ci il tarixdə 4Ə/731 reye str nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 50000 manata satılmışdır. Həmin alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı adından etibarnamə əsasında hərəkət edən Cavabdeh1, ərizə verərək sözügedən bağ sahəsinin satılmasına etiraz etmədiyini, əmlakla bağlı heç bir tələbinin olmadığını bildirmişdir. Müvafiq etibarnamə İddiaçı tərəfindən Cavabdeh1 onun adından sərəncam verilməsi və sairə işlərlə bağlı xx.xx.2014cü ildə 30 il müddətinə verilmişdir. İddiaçı həmin etibarnaməni 08 yanvar 2020-ci il tarixdə ləğv etdirmişdir. 5. ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2013-cü il tarixdə “xxx” kiçik müəssisəsinin təsisçi direktoru Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmış, bağışlama müqaviləsi 7 saylı DNK-da 4Ə/1-241 reyestr nömrəsi ilə rəsmiləşdirilm iş, əmlaka kompleksi Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir. 7 saylı DNK-da 4Ə/17 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin əmlak Cavabdeh2 mülkiyyətinə verilmişdir.

6. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində təsisçi kimi Cavabdeh1 adına "Ev Eco” MMC adlı kommersiya hüquqi şəxsi qeydiyyatdan keçmişdir. 7. “xxx” minik markalı **-UA-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxmışdır. 8. “Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmiş, xx.xx.2018-ci il tarixdə X5 5000 manata satılmaqla onun adından qeydiyyatdan çıxarılmışdır. 9. “X16” minik markalı **-HL-*** dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh2 xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli etibarnamələr verilmişdir. 10. “X16” minik markalı **-HL-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında 29000 ABŞ dollarına satın alınmış və **-UU-*** dövlət nömrə nişanı ilə həmin tarixdə onun adına qeydiyyatdan keçmişdir. Həmin avtomobil xx.xx.2019-cu il tarixdə 18000 ABŞ dollarına Cavabdeh2 satılmış, avtomobil ** TL *** dövlət nömrə nişanı ilə sonuncunun adına qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli müqavilə rəsmiləşdirilərkən Cavabdeh2 etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir. 11. “X16” minik markalı ** TL *** dövlət nömrə nişanı avtomobil 03 ma rt 2020-ci il tarixdə 20000 manata X1. 12. xxx qızının Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “Bakı şəhəri, Şüvəlan qəsəbəsi 3984a saylı bağ sahəsinin satışından əldə olunan gəlirin 50%-nin ona verilməsi” tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (“iddiaçı”) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı notariat ofisi, Bakı şəhəri 53 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (“cavabdehlər”) qarşı iddia ərizəsi (iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat kontorunu n xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq olunmuş, Cavabdeh1 ilə Cavabdeh3 arasında xxx saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin; Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu xxx tərəfindən təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 2 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; birgə nikah dövründə əldə edilmiş xxx saylı bağ sahəsinə, ünvan 2 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə onun, 1/2 h issədə Cavabdeh1 payının müəyyən edilməsi; Cavabdeh1 adına olan bank hesablarındakı pul vəsaitinə 1/2 hissədə payının müəyyən edilməsi; “xxx” markalı **UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı, “Vaz 21074” markalı **-LR-*** dövlət nömrə nişanlı və “X16” markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobillərin satışından əldə olunmuş pula 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7 və 12 dekabr 2015-ci il təvəllüdlü Cavabdeh2 adlı ik uşaqları vardır. Nikahları dövründə xxx saylı bağ sahəsini və ünvan 5 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisə əldə etmişlər.

15. Bağ sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq bu barədə RX seriyalı ******* nömrəli, 13 mart 2013-cü il tarixli çıxarış, əmlak kompleksi kimi müəssisə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq bu barədə RX seriyalı ******* nömrəli 27 may 2013-cü il tarixli çıxarış verilmişdir.

16. Bundan əlavə, "xxxx" MMC də əldə olunmuşdur və Cavabdeh1 həmin cəmiyyətdə 1 payı vardır. 17. xxx saylı bağ sahəsi birgə nikah dövründə əldə olunmasına və həmin əmlakda iddiaçının 1/2 hissədə payı olmasına baxmayaraq Cavabdeh1 iddiaçının ona verdiyi etibarnamədən istifadə edərək onun əvəzinə notariat kontoru nda razılıq ərizəsinə imza edərək həmin bağ sahəsini iddiaçının xəbəri olmadan satmışdır.

18. Əmlak kompleksi kimi müəssisə də birgə nikah dövründə əldə olunmasına və həmin əmlaka iddiaçının 1/2 hissədə payının olmasına baxmayaraq, Cavabdeh1 iddiaçını birgə nikah dövründə əldə edilmiş həmin əmlakdan məhrum etmək üçün Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu xxx tərəfindən təsdiq edilmiş 16 yanvar 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən əmlakı atası Cavabdeh2 bağışlamışdır.

19. Bundan başqa, birgə nikah dövründə “xxx” minik markalı 90-UA288 (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobil və “X16” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobillər əldə olunmuş, cavabdeh həmin maşınlar ı iddiaçının xəbəri olmadan alqı-satqı müqaviləsi əsasında başqa şəxslərə satmış və pulu özünə götürmüşdür. Sözügedən əmlaklar birgə nikah dövründə əldə olunduğundan, iddiaçının əmlaklar üzərində payı vardır, həmin əmlaklar və avtomobillərin satışından əldə olunmuş pullar tərəflər arasında bölünməlidir.

20. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.6, 667.1, Ailə Məcəlləsinin 32.1 və 36.1-ci maddələrinə istinad etmişdir.

21. Cavabdeh1 nümayəndəsi (vəkili) iddiaya etiraz vermiş və həmin etirazı birinci instansiya məhkəməsində müdafiə edərək bildirmişdir ki, Aysel tərəfindən Əhmədə etibarnamə bağ sahəsinin satılması üçün verilmiş, bağ evinin satılması borcun ödənilməsi məqsədini daşımışdır. Kompleksin birgə nikaha aidiyyəti yoxdur, avtomobillər isə birgə nikah dövründə alıns a da, elə nikah dövründə də satılmışdır. Hazırda isə heç biri mövcud deyildir. Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh1 oglu ilə Cavabdeh3 arasında Bakı səhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə731 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün heç bir əsas mövcud deyildir. Belə ki, qeyd olunan əmlakın satılacağından İddiaçı əvvəlcədən xəbəri olmuşdur. Alqı-satqı müqaviləsi alıcının xahişi ilə şəhərdə bağlanacağından, o, isə ailəsi ilə birlikdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığından və övladları azyaşlı olduğu üçün şəhərə gəlməsində çətinliklər yaranacağından İddiaçı alqı-satqı zamanı onun adından əməliyyatları həyata keçirməs i üçün xx.xx.2017-ci il tarixdə Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat kontorunda Əhmədə etibarnamə vermişdir. Etibarnamə verilən zaman notarius tərəfindən etibarnamə üzrə verilmiş bütün səlahiyyətlər İddiaçı izah olunmuş, o da etibarnamə ilə tanış olaraq onu imzalamışdır. Bundan sonra xx.xx.2017-ci il tarixdə 53 saylı notariat ofisində qeyd olunan əmlakın alqı-satqısı həyata keçirilən zaman Əhməd həyat yoldaşının adından zəruri sənədləri onun verdiyi etibarnamə əsasında imzalamışdır. İddiaçı xx.xx.2017-ci il tarixində etibarnamə verən zaman həmin etibarnaməni Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinin satılması ilə əlaqədar verdiyini bilmiş və həmin bağ sahəsi onun razılığı ilə satılmışdır. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu xxx tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042.9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsi ilə bağlı qeyd olunmalıdır ki, həmin əmlak xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Əhmədin atası, “xxx” kiçik müəssisənin təsisçi direktoru Cavabdeh2 tərəfindən Əhmədə bağışlanmışdır və qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyət sayılmır. Belə olan halda, həmin əmlak üzərində sərəncam vermək səlahiyyəti tamamilə Əhmədə məxsus olmuş və o da əmlakı xx.xx.2020-ci il tarixdə atasına bağışlamışdır. İddia tələbinin Bakı səhəri, Xəzər rayonu, Süvəlan qəsəbəsi, 3984a saylı bağ sahəsinə və ünvan 4 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042, 9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə 1/2 hissədə İddiaçı, 1/2 hissədə cavabdeh X4 payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddia tələbi həmin əmlakların alqı-satqı və bağışlanması ilə əlaqədar müqavilələrin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, həmçinin 3984a saylı bağ sahəsi İddiaçı razılığı ilə satıldığından, əmlak kompleksi isə birgə əmlak hesab olunmadığından tələb bu hissədə də əsassızdır və rədd olunmalıdır. “xxx” markalı **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobilin, “Vaz 21074” markalı 90-LR297 dövlət nömrə nişanlı avtomobilin və “X16” markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə cavabdeh X4 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyəri nin cavabdehdən alınıb İddiaçı verilməsi tələbi də əsassızdır, çünkü iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş BDYPİ-nin məktubuna əlavə olunmuş məlumatdan da məlum olduğu kimi həmin avtomobillər nikah dövründə satılmış, satışdan əldə olunmuş pulun bir hissəsi ailənin ehtiyaclarına, bir hissəsi isə sonrakı avtomobilin alınmasına sərf olunmuşdur. Həmçinin "Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobil nikahdan əvvəl alınmışdır və birgə mülkiyyətə daxil olmamışdır. Bununla belə, iddiaçının "xxxx" MMC-dəki pay hüququnun tanınmasına cavabdeh etiraz etmir.

22. İddiaçı birinci instansiya məhkəməsində əlavə olaraq bildirmişdir ki, ərinə 30 illik etibarnamə verməsini sonradan bilmiş və ləğv etdirmişdir. Avtomobillərin birgə nikah dövründə satılmasından isə xəbərsizdir.

23. Birinci instansiya məhkəməsində Cavabdeh3 vəkili və nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə və iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tarixindən də göründüyü kimi həmin müqavilə 03 iyun 2017-ci il tarixində bağlanmışdır. Qeyd edilənlərdən bir daha məlum olur ki, iddiaçı 03 iyun 2017-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia tələbi ilə məhkəməyə 2020-ci ilin oktyabr ayında, yəni qanunla müəyyən olunmuş 1 illik iddia müddəti keçdikdən sonra müraciət etmişdir. Yəni iddiaçı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi iddia müddətini ö türmüşdür. Həmçinin qeyd edilən alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının əri Cavabdeh1 iddiaçının adından razılıq ərizəsi vermişdir.

24. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-404/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-də 1 payın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh1 payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Sabit Bəhrəmzadə)

25. Birinci instansiya məhkəməsi iddia tələbinin ünvan 5 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, h əmin daşınmaz əmlak birgə nikah dövründə Cavabdeh1 mülkiyyətinə keçmiş olsa da, tərəflərin birgə qazancları əsasında əldə edilmiş əmlak olmamaqla Cavabdeh1 bağışlama müqaviləsi əsasında atası tərəfindən bağışlanmış əmlakdır. Belə olan halda, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilməklə həmin əmlakın yenidən Cavabdeh1 tərəfindən atası, digər Cavabdeh2 bağışlanması barədə müqavilənin etibarsızlığına dair dəlillər əsassız olmaqla həmin hissədə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.

26. İddia tələbinin xxx saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edirlməklə əmlakda iddiaçının ½ payının müəyyən edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin möv qeyi belə olub ki, həmin mübahisəli əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən tərəflərin hər birinin payı bərabər olmuşdur. Lakin iddiaçı Cavabdeh1 etibarnamə verməklə onun adından sərəncam verilməsinə razılıq vermişdir.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmlaklar Cavabdeh1 mülkiyyətində olmuşdur. İddiaçının ona həmin əmlaklar üzərində sərəncam verilməsinə dair qüvvədə olan etibarnamə verilməsi, əmlakların satılmasına və bağışlanmasına dair yazılı razılığı əsasında reallaşmışdır. Göründüyü kimi mübahisəli əmlaklara dair bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin tərəfləri həmin əqdləri öz razılaşdırılmış iradə ifadələri əsasında bağlamış, həmin müqavilələr bağlanarkən müqavilələr mübahisə edilməmiş, həmin əqdlər hər-hansı şərtdən aslı edilm əmişdir.

28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan əmlaklara dair əqd bağlanarkən müqavilə tərəfləri səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. İddiaçı isə bağlanan əqdlərin növündən və onun hüquqi nəticələrindən məlumatlı olmuşdur.

29. Birinci instansiya məhkəməsi iddia tələbinin “xxx” minik markalı, **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı, 90LR297 dövlət nömrə nişanlı avtomobil və "X16” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb İddiaçı verilməsi barədə hissəsinə qiymət verərək hesab etmişdir k i, bu hissədə də iddia əsassızdır, çünki həmin əmlaklar da iddiaçı ilə birgə nikah dövründə satılmışdır. Buna dair iddiaçının hər hansı bir etirazı olmamış və mübahisələndirilməmişdir.

30. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 adına olan bank hesablarında pul vəsaitinə 1/2 hissədə İddiaçı payının müəyyən edilməsinə dair hissinə münasibətdə göstərmişdir ki, iş materialarına əlavə edilmiş sənədlərə əsasən birgə nikah dövründə Cavabdeh1 adına olan bank hesablarında hər hansı məbləğin olması müəyyən olunmur.

31. Birinci instansiya məhkəməsi iddia tələbinin "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi barədə hissəsinə qiymət verərək hesab etmişdir ki, bu hissədə iddia tələbi əsaslıdır. Çünki iş materillarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquiq şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən təsisçi kimi Cavabdeh1 adına "xxxx" MMC adlı kommersiya hüquqi şəxs qeydiyyatdan keçmişdir.

32. Birinci instansiya məhkəməsi gəldiiyi nəticəni Mülki Məcəllənin 178.1, 225.1, 324.4, 354.2, 567-ci, Ailə Məcəlləsinin 32.1, 34.1, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələri ilə əsaslandrımışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

33. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. İddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadığını, nəticəsinin işin həqiqi hallarına uyğun gəlmədiyini, sübutlara düzgün qiymət vermədiyini, Cavabdeh1 etibarnamələri hansı məqsədlə verdiyini aydınlaşdırmadığını irəli sürmüşdür.

35. Aysel Əliyeva (Muradlı) apellyasiya şikayətini müdafiə etməklə yanaşı, vəsatət verərək işin icraatının dayandırılmasını xahiş etmiş, xahişini belə əsaslandırmışdır ki, tərəfindən 24 may 2017-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində Cavabdeh1 verilmiş etibarnaməni və onun əsasında həyata keçirilmiş hərəkətləri Bakı şəhər Xəzər Rayon Məhkəməsində mübahisələndirmiş, həmin etibarnamənin, Bakı şəhəri 7 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin, etibarnamə əsasında Bakı şəhəri 53 saylı notariat ofisində adından verilmiş xx.xx.2017-ci il tarixli ərizənin, habe lə digər hərəkətlərin etibarsız hesab olunması barədə iddia qaldırmışdır. Belə ki, Cavabdeh1 onun adından onun xəbəri olmadan və verilmiş etibarnamə üzrə nəzərdə tutulmuş səlahiyyətlərdən öz şəxsi mənafeyinə uyğun olaraq hərəkətlər həyata keçirmiş, birgə nikah dövründə əldə edilmiş əmlakların satılmasına nail olmuşdur. Hesab edir ki, tərəfindən 24 may 2017-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisində verilmiş etibarnamənin onun həqiqi iradə ifadəsini əks etdirib-etdirməməsi, həmin etibarnamə üzrə Cavabdeh1 tərəfindən edilmiş hərəkətlərdən onun hansı həcmdə məlumatlı olub-olmaması və.s hallar müəyyənləşdirilmədən, apellyasiya şikayətinə baxılması hüquqlarının pozulmasına gətirib çıxara bilər və buna görə də işin icraatı dayandırılmalıdır.

36. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 202 2-ci il tarixli qərardadı ilə işin icraatı İddiaçı Cavabdeh1 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı “24 may 2017-ci il tarixli etibarnamənin və onun əsasında həyata keçirilmiş hərəkətlərin etibarsız hesab edilməsi” barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində irəli sürdüyü iddia tələbi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.

37. İşin icraatının dayandırılmasına əsas olmuş mülki iş üzrə Xəzər rayon Məhkəməsinin 2(103)-1399/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün iddiaçının vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir.

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-157/2023 nömr əli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə xxx qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-404/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi “X16” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmuş, həmin iddia tələbi təmin edilmiş, Cavabdeh1 “X16” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satılmasına görə xxx qızının payına düşən hissə qismində 9000 (doqquz min) ABŞ dolları pulun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərb aycan manatı ilə), həmçinin dövlət rüsumlarının əvəzi qismində 40 (qırx) manat pulun alınaraq xxx qızına verilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Vahid Sadıqov)

39. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq göstərib ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddia tələblərinin təmin edilməyən hissələri üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir.

40. Qeyd edilən hissədə qətnaməni yoxlayan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 1 saylı bağ sahəsinin tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndir ilməyən halıdır. Bununla belə həmin əmlak, yuxarıda qeyd olunduğu kimi tərəflərin ailə münasibətlərinin normal olduğu dövrdə özgəninkiləşdirilmiş, Cavabdeh3 mülkiyyətinə keçirilmişdir. Sözügedən əmlakla bağlı iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, əmlakın alqı-satqısı zamanı Cavabdeh1 onun adından verdiyi razılıq onun həqiqi iradəsini ifadə etməmiş, adından etibarnamə ilə çıxış edən Cavabdeh1 əmlakı etibardan sui-istifadə etməklə və öz mənafeyi üçün satmışdır. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 3 7) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Qanunun mənasına görə alqı-satqı müqavil əsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nikah dövründə satılmış əmlakın ailənin ehtiyaclarına sərf edildiyi prezumpsiyadır və bunun ə ksini iddia edən ciddi və mötəbər sübutlar təqdim etməlidir. Nikah dövründə əldə olunmuş əmlakın satılmasına arvadın (ərin) verdiyi razılıq isə onun birtərəfli iradə bəyanıdır və notariat qaydada təsdiqlənmiş belə iradə bəyanına münasibətdə prezumpsiya ondan ibarətdir ki, iradə ifadəsi məhz razılıq ərizəsində göstərilən qaydada olmuşdur. Odur ki, yazılı və notariat qaydasında təsdiqlənmiş iradə ifadəsinin aldatma nəticəsində bəyan edildiyi nəticəsinə gələ bilmək üçün həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İddiaçı, həyat yoldaşı olan Cavabdeh1 xx.xx.2017-ci il tarixdə 30 il müddətli etibarnamə vermiş, etibarnamə ilə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. hüquqlarını həvalə etmiş, mübahisəsi gedən bağ sahəsi məhz həmin etibarnamə əsasında İddiaçı verdiyi razılıq nəzərə alınmaqla Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmışdır. Müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən İddiaçı fəaliyyət qabiliyyətsiz olduğu, yaxud aldadıldığı isə müəyyən edilməmişdir.

42. Tərəflərin ailə münasibətlərinin müqavilənin bağlanmasından 2 il sonra pozulmuş olmasını da nəzərə almaqla apellyasiya instansiyası məhkəmə si hesab etmişdir ki, sözügedən müqaviləni İddiaçı iradəsinin ziddinə bağlanmış müqavilə kimi qiymətləndirmək mümkün deyildir və həmin müqavilə üzrə əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına sərf edildiyini qəbul etmək daha məntiqlidir. 43. ünvan 2 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə münasibətdə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, həmin əmlakın tərəflərin birgə əmlakı olmadığı müəyyən edilmişdir və bu səbəblə də iddiaçının həmin əmlakla bağlı irəli sürdüyü iddia tələbinin qanuni əsası, ümumiyyətlə, mövcud deyildir.

44. Apellyasiya instansiyası məhkəməsi “Cavabdeh1 adına olan bank hesablarındakı pul vəsaitinə 1/2 hissədə payın müəyyən edilməsi” tələbi üzrə gəlinən nəticə ilə də razılaşmışdır. Belə ki, Cavabdeh1 bank hesablarının mövcudluğu müəyyən edilməmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının “xxx” minik markalı 90- UA-288 (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı və “Vaz 21074” minik markalı **-LR-*** dövlət nömrə nişanlı avtomobillərin satışından əldə olunmuş pula 1/2 hissədə iddiaçının, 1/2 hissədə Cavabdeh1 payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh1 alınıb ona verilməsi” tələbi üzrə gəlinən nəticə ilə də razılaşmamaq üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, həmin avtomobillər tərəflərin ailə münasibətlərinin normal olduğu dövrdə satılmışdır və yuxarıda qeyd olunduğu kimi, satışdan əldə edilən vəsaitin ailə ehtiyaclarına sərf edildiyi prezumsiyadır. 4

6. Bununla belə, apellyasiya instansiyası məhkəməsi “X16” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobillə bağlı tələb üzrə birinci instanbsiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir.

47. Belə ki, işin hallarından tərəflərin münasibətlərinin 2019-cu ilin iyun ayından faktiki olaraq pozulduğu (bu hal tərəflərin nikahlarının pozulması ilə bağlı qətnamədən müəyyən olunur), xx.xx.2019-cu il tarixdə Cavabdeh1 nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı, avtomobilin isə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 atası Cavabdeh2 18 000 ABŞ dollarına satıldığı məlum olur; belə olan halda isə satışdan əldə olunan vəsaitin ailə ehtiyaclarına xərcləndiyini qəbul etmək ədalətli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və bu qənaətə gəlinərkən həmçinin ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alnmalıdır.

48. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait – yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir. Cavabdeh1 isə ailə münasibətlərinin pozulmasından sonra satdığı avtomobilin satışından əldə etdiyi vəsaitin göstərilən istiqamətdə xərcləndiyinə dair heç bir sübut təqdim etmə mişdir.

49. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140, 152.1, 182.1, 213.5, 217.1, 222.3, 225, 324, 337.1, 337.2, 337.5, 339.1, 359.1, 359.3, 362.1, 366.2, 404, 567ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.3, 33.4, 37.1, 37.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ünvan 6 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin və həmin əmlaka payların bölünməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

51. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisənin həqiqətən də cavabdehin atası tərəfindən ona bağışlanması və ya həmin əmlakın cavabdehə aid olmasını sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bu məlumatlar yalnız cavabdehin vəkilinin ifadələrində öz əksini tapmışdır. Bu da sübut kimi qiymətləndirilə bilməz. Cavabdehin vəkilinin bildirdiyinə görə qeyd olunan əmlak xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Əhmədin atası, “xxx” kiçik müəssisənin təsisçi direktoru Cavabdeh2 tərəfindən ona bağışla nmışdır və qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyət sayılmır. Mülki işdə olan sorğuya cavabdan da açıq aydın müəyyən edilir ki, qeyd edilən əmlak kompleksinin xx.xx.2013-cü il tarixdə “xxx” kiçik müəssisəsinin təsisçi direktoru Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanması, bağışlama müqaviləsi əsasında əmlak kompleksinin Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçməsi barədə hər hansı məlumat olmamışdır. Əmlak kompleksi xx.xx.2013-cü il tarixdə cavabdehin adına ilkin olaraq qeydiyyatdan keçmiş və 7 saylı DNKda 4Ə/17 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən atası Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəmə isə həmin hissədə araşdırma aparmamış, DƏDRX Publik Hüquqi şəxsin 1 Saylı Bakı Ərazi idarəsinin sorğusuna hüquqi qi ymət vermədən birmənalı olaraq sanki cavabdehin hüquqlarını qorumaq məqsədi daşıyaraq onun xeyrinə nəticələnən araşdırma ilə kifayətlənmişdir ki, bu da iddiaçının hüquqlarının pozulması və qanuna zidd qətnamə çıxarılması ilə nəticələnmişdir. Əmlak kompleksinin xx.xx.2013-cü il tarixdə cavabdehin adına ilkin olaraq qeydiyyatdan keçməsi ilə sübut olunur ki, birgə nikah dövründə əldə edilmiş əmlakdır. Birgə nikah dövründə əldə edilmiş əmlakın ər arvadın razılığı olmadan ikisindən birinin təkbaşına onun üzərində sərəncam vermək hüququ yoxdur. Əgər edilmişsə, əqd etibarsızdır.

52. Cavabdeh1 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş et mişdir.

53. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Lakin iş materiallarında olan sübutlardan da məlum olduğu kimi “X16” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilisə də, həmin avtomobil faktiki olaraq Cavabdeh1 atası Cavabdeh2 məxsus olmuşdur. Belə ki, iş materiallarında olan sübutlarla da təsdiq olunur ki, qeyd olunan avtomobillə bağlı 2016-cı ildən əvvəlki dövrdə Cavabdeh2 mülki etibarnamə verilmiş, həmin etibarnamə vasitəsilə Cavabdeh2 faktiki ol araq “X16” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilə sahiblik etmişdir. Lakin etibarnamənin müddətinin bitməsinə az müddət qaldığı üçün və qanunvericiliyin tələblərinə əsasən etibar edilən şəxs etibar edənin adından özü barəsində əqdlər bağlaya bilmədiyi üçün qeyd olunan avtomobil Cavabdeh1 adına rəsmiləşdirilmiş, lakin yenə də Cavabdeh1 tərəfindən verilmiş etibarnaməyə əsasən həmin avtomobil Cavabdeh2 istifadəsində qalmışdır. Bütün bu hallar da təsdiq edir ki, “X16” minik markalı **UU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 məxsus olmuş, Cavabdeh1 və X8 birgə mülkiyyəti olmamışdır. Çünki həmin avtomobil birgə nikah dövründə Cavabdeh1 adına rəsmiləşdirilsə də, avtomobil onların birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına alınmamış, avtomobilin dəyərini cavabdeh in atası Cavabdeh2 ödəmiş və avtomobil faktiki Cavabdeh2 məxsus olmuşdur. Bundan əlavə iş materiallarından da məlum olduğu kimi qeyd olunan avtomobil elə birgə nikah dövründə özgəninkiləşdirilmiş, buna dair X8 hər hansı bir etirazı olmamış və həmin avtomobilin ümumi birgə mülkiyyət olmadığını bildiyi üçün bunu mübahisələndirməmişdir. Lakin apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən yuxarıda göstərilənləri və maddi hüquq normalarının tələblərini nəzərə almamış nəticədə də qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

54. İddiaçı cavabdhein kassasiya şikayətnə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.

55. Cavabdeh iddiaçının kassasiya şiakyətinə etiraz verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hes abına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual h üququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətlərində iddiaçı qətnaməni əmlak kompleksinə aid tələbin təmin edilməyən hissəsində, cavabdeh isə “X16” minik markalı **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə edilən pulun bölünməsi və ondan tutulması hissəsində mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni mübahisələndirilən həmin hissələrdə yoxlayır.

58. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3949-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

62. Məhkəmə kollegiya sı qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməklə mübahisələndirilən hissələrdə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

63. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətlərinin dəlilləridir.

64. Məhkəmə kollegiyası iddiaçının ünvan 5 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisənin xx.xx.2013-cü il tarixdə cavabdehin adına ilkin olaraq qeydiyyatdan keçməsi, əmlak kompleksinin cavabdehin atası tərəfindən ona bağışlanması və ya həmin əmlak ın cavabdehə aid olmasını sübut edən hər hansı sənədin məhkəməyə təqdim edilməməsi, bu məlumatların yalnız cavabdehin vəkilinin ifadələrində öz əksini tapması, bunun da sübut kimi qiymətləndirilə bilməməsi barədə kassasiya şikayətinin dəlili bağlı qeyd edir ki, əvvəla, bu dəlil yeni dəlildir, əvvəl irəli sürülməyib. İkincisi, apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən əmlak kompleksinin tərəflərin birgə əmlakı olmadığını müəyyən etmişdir. İşə əmlak kompleksinin cavabdehə bağışlanması barədə müqavilə əlavə edilmişdir.

65. Buna görə də iddiaçının kassasiya şikayətinin dəlillər əsaslı sayıla bilməz.

66. Cavabdehin kassasiya şikayətinin dəlilləri də əsaslı deyil. Cavabdeh kassasiya şikayətində mübahisələndirdiyi avtomobilin dəyərinin atası tərəfindən ödənilməsi, avtomobilin ilk va xtlardan da etibarnamə ilə atasına məxsus olması, yalnız etibarnamənin vaxtının bitməsinə az qalmış formal olaraq onun adına sənədləşdirilməsini göstərmişdir.

67. İşin həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından isə görünür ki, tərəflərin münasibətləri 2019-cu ilin iyun ayından faktiki olaraq pozulub (bu hal tərəflərin nikahlarının pozulması ilə bağlı qətnamədən müəyyən olunur), xx.xx.2019-cu il tarixdə Cavabdeh1 nikahın ləğvi barədə məhkəmədə iddia qaldırıb, avtomobili isə xx.xx.2019-cu il tarixdə atası Cavabdeh2 18000 ABŞ dollarına satıb. Qeyd edilən avtomobilin 08 iyul 2016-cı il tarixdən cavabdehin adına qeydiyyata alınması isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib.

68. Cavabdehin dediyi xüsusatlar işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyib.

69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx qızı və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-157/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar