Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2885/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARDADI Açar sözlər: imzalanmadığına və müddət ötürülməklə verildiyinə görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 2(103)-2044/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar X5, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında ünvan 1 ünvanında 7 ədəd mənzilin, o cümlədən ona məxsus olan 43 saylı, 2 otaqlı mənzilin Cavabdeh1 ASC-yə verilməsi barədə bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 43 saylı, 2 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi və mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı4 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdeh lər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında 11 oktyabr 2012-ci il tarixdə bağlanmış müqavilənin qismən, ona məxsus olan ünvan 1 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 20 nömrəli, 3 otaqlı mənzili ilə bağlı hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instan siya məhkəməsi) 2(001)-4160/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiasının təmin olunması, iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2-nin iddiasının qismən təmin edilməsi, cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzilin Cavabdeh2 MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2-nin istifadə və sahibliyinə verilməsi, iddiaçılar X2, İddiaçı 2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2-nin iddiasının qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Cavabdeh1 ASC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunması və həmin hissədə iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-886/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instans iya məhkəməsinin qətnaməsi mübahisələndirilən - cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qeyd olunan hissədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X2-nin və X1, iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddiaları təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. İddiaçılar X5 və İddiaçı2 qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.
10. Həmin qətnamədən Cavabdeh1 ASC kassasiya şikayəti verərək, qətnamənin “müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 aid hissədə dəyişdirilmədən saxlanılmış ünv an 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72.3 kv.m sahəsi olan 43 nömrəli mənzili dair istifadə və sahiblik hüququnun saxlanılması” hissəsində ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Həmin qətnamədən mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 da kassasiya şikayəti verərək, qətnamənin cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3867/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məm mədov) X5 və İddiaçı2 kassasiya şikayətləri tam, Cavabdeh1 ASC və X2-nin kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2044/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Vahid Sadıqov) Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Cavabdeh1 ASC qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələblərinin rədd olunmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2175/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti, nümayəndə tərəfindən imzalanmadığına görə qeyri-mümkün hesab edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
17. Cavabdeh1 ASC qətnamədən yenidən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıl arı tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
19. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətl ər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
22. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...
23. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
24. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarıl ır.
25. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
26. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
27. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya insta nsiyası məhkəməsinə göndərilir.müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu
28. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
29. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (Vəkil5) tərəfindən ikinci dəfə verilmiş kassasiya şikayətidə qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
31. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onu n qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
33. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, o cümlədən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etm iş vəkil tərəfindən imzalanmasını, qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə edildiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
34. Lakin hazırki iş üzrə bu tələblərə tam əməl edilməmişdir. Belə ki, iş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti Vəkil5 tərəfindən elektron qaydada imzalansa da, kassator Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən elektron qaydada imzalanmamışdır. Habelə kassasiya şikayətini imzalamış vəkilə kassasiya şikayətini imzalamaq səlahiyyətini verən etibarnamə i şə əlavə olunmamışdır.
35. Həmçinin, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti Cavabdeh1 ASC-nin elektron kabinetinə məhkəmə tərəfindən 14 mart 2024-cü il tarixdə yerləşdirilmiş, cavabdeh tərəfindən birinci dəfə kassasiya şikayəti 29 aprel 2024-cü il tarixdə, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddət gözlənilməklə verilmişdir.
36. Cavabdeh1 ASC tərəfindən ikinci dəfə kassasiya şikayəti isə 04 iyun 2024 il tarixdə elektron qaydada verilərək, şikayət verilməsi üçün nəzərdə tutulan müddət ötürülmüş və şikayətə müddətin bərpası ilə bağlı ərizə əlavə olunmamışdır.
37. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən v erilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi, prosessual müddətin ötürülməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
38. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
39. MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün p rosessual əsasların olması daxildir.
40. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ASC-nin (Vəkil5) kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2044/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab ed ilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.