Məhkəmə qərarları › İş №2(102)-2887/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2887/2022

21.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2887/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2887/22 Açar sözlər: tikilinin sökülməsi AAAAZ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(104)-4213/2021 saylı qətnaməsindən cavabdeh Şirinova Minarə Xanzadə qızının kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Şirinova Minarə Xanzadə qızına qarşı iddia qaldıraraq, onun mülkiyyətində olan Tərtər rayonu, Sarov kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində Minarə Şirinova tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin onun istifadəsinə qaytarılması və əkdiyi meyvə ağaclarının cavabdeh tərəfindən kəsilməsi nəticəsində dəymiş maddi zərərə görə cavabdehdən 5.000 manat pulun tulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tərtər Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” JN198 “A” saylı Şəhadətnamədə nə zərdə tutulan 0,35 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsindən çıxarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, JN-198 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Tərtər rayonu, M.Sarov kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsi Tərtər rayon AİK-nın 12 aprel 2001-ci il tarixli, 02 saylı Qərarı ilə iddiaçının və əri Qədir Şirinovun birgə mülkiyyətinə verilib. 09 avqust 2015-ci ildə iddiaçının əri Qədir Şirinov ölüb. 23 dekabr 2020-ci il tarixli vəsiqəyə əsasən iddiaçı şəhid ailəsinin üzvüdür. 13 avqust 2015-ci il və 20 avqust 2015-ci il tarixli Akta əsasən, iddiaçı ailə üzvlərinin iştirakı ilə sözügedən torpaq sahəsinin 0,8 ha hissəsini 1.000 manata Nüşabə Şəmilzadəyə sat ıb və torpaq sahəsinin ətrafına hasar çəkilməklə orada ev tikilib. Göründüyü kimi, 0,35 ha torpaq sahəsi iddiaçı ilə mərhum əri Qədir Şirinovun birgə mülkiyyətində olsa da, iddiaçı torpaq sahəsinin əri Qədir Şirinova aid olan hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almayıb. Belə olan halda iddia yalnız iddiaçının özünə aid olan 0,4 ha torpaq sahəsinə aid hissədə təmin edilməli və qalan hissəyə münasibətdə iddiaçının müvafiq subyektiv hüququ olmadığından rədd edilməlidir. Bundan başqa, iddiaçı 0,8 ha torpaq sahəsini Minarə Xanzadəyə deyil, Nüşabə Şəmilzadəyə satıb. İddiaçı əkdiyi meyvə ağaclarının cavabdeh tərəfindən kəsilməsi nəticəsində dəymiş maddi zərərə görə ondan 5.000 manat tələb etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia qi smən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, Ə.G.Abdullayev və A.H.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilib, iddiaçının Şirinov mülkiyyətində olan, Tərtər rayonu, Sarov kəndində yerləşən 0,35 ha torpaq sahəsinin 0,08 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının sahibliyinə qaytarılması və həmin sahədə cavabdeh tərəfindən tikilmiş tikilinin onun öz hesabına sökülməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, JN 198 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Tərtər rayon AİK-nın 12 aprel 2001ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayonu, Sarov kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsi İddiaçı və Qədir Şirinovun mülkiyyətinə verilib. 13 avqust 2015-ci il tarixli Akta əsasən, İddiaçı ona məxsus olan həyətyanı torpaq sahəsindən 0,10 ha hissəsini Nüşabə Şəmilzadəyə satıb və əvəzində 1.000 manat pul alıb. Aktın sol aşağı küncündə 0,10 ha dəyişdirilərək 0,08 ha olması qeyd edilib. Həmçinin, 20 avqust 2015-ci il tarixli Akta əsasən, İddiaçı ona məxsus həyətyanı torpaq sahəsinin 0,08 ha hissəsini Nüşabə Şəmilzadəyə verir və əvəzində 1.000 manat pul alıb. Akt Sarov bələdiyyəsinin sədri tərəfindən imzalanıb və möhürü ilə təsdiq edilib. Fotoşəkillərdən görünür ki, torpaq sahəsində fərdi yaşayış evi inşa edilib. Göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notarial qaydada təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlanmayıb. Nüşabə Şəmilzadə cavabdehin qızıdır və onlar birlikdə sözügedən 0,08 ha torpaq sahəsində tikili inşa edərək, orada yaşamağa başlayıblar. İddia ərizəsində cavabdeh kimi Cavabdeh qeyd edilsə də, şəxsiyyət vəsiqəsində sonuncunun soyadı Şirinova olub. Beləliklə, hazırkı iş üzrə cavabdeh Şirinova Minarə Xanzadə qızı olmasına baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin şəxsiyyətini müəyyən etmədən, məhkəmə iclas protokolunda, iş üzrə məhkəmə aktlarında cavabdehin soyadını səhvən Şəmilova kimi qeyd edib. Bu prosessual pozuntu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Digər tərəfdən, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı barədə notariat qaydada müqavilə bağlanmayıb. Bu isə o deməkdir ki, mübahisəli 0,08 ha torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmaqla, iddiaçının torpaq sahəsinin paylı mülkiyyətçi kimi 0,08 ha torpaq sahəsinin onun istifadəsinə qaytarılması tələbini irəli sürməkdə haqlı olub. Həmin torpaq sahəsi iddiaçı ilə onun mərhum əri Qədir Şirinovun birgə mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsinin tərkibinə daxil olduğundan, iddiaçının mərhumun vərəsəsi olması barədə mülki iş materiallarında sənəd mövcud olmasa belə, iddiaçının əri Qədir Şirinovun birinci növbəli vərəsəsi kimi torpaq sahəsinin sonuncuya məxsus hissəsinə də gözlənilən mülkiyyət hüququ vardır. İddiaçının torpaq sahəsində əkdiyi meyvə ağaclarının cavabdeh tərəfindən kəsilməsinə görə dəymiş maddi ziyan olaraq 5.000 manat pulun alınıb ona verilməsi tələbini irəli sürsə də, əvvəla, istinad etdiyi halları təsdiq edən, yəni torpaq sahəsində həqiqətən meyvə ağaclarının olmasını və onların məhz cavabdeh tərəfindən kəsilməsini təsdiq edən sübutlar təqdim edilməyib, İkinci tərəfdən isə, iddiaçı məhkəmə iclasında bu tələbini m üdafiə etmədiyini, ziyanı tələb etmədiyini bildirib. Ona görə də, iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 146.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq norm alarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mül kiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələ ləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etm əsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, JN 198 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Tərtər rayon AİK-nın 12 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayonu, Sarov kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsi İddiaçı və Qədir Şirinovun mülkiyyətinə verilib. 13 avqust 2015-ci il tarixli Akta əsasən, İddiaçı ona mə xsus olan həyətyanı torpaq sahəsindən 0,10 ha hissəsini Nüşabə Şəmilzadəyə satıb və əvəzində 1.000 manat pul alıb. Aktın sol aşağı küncündə 0,10 ha dəyişdirilərək 0,08 ha olması qeyd edilib. Həmçinin, 20 avqust 2015-ci il tarixli Akta əsasən, İddiaçı ona məxsus həyətyanı torpaq sahəsinin 0,08 ha hissəsini Nüşabə Şəmilzadəyə verir və əvəzində 1.000 manat pul alıb. Akt Sarov bələdiyyəsinin sədri tərəfindən imzalanıb və möhürü ilə təsdiq edilib. Fotoşəkillərdən görünür ki, torpaq sahəsində fərdi yaşayış evi inşa edilib. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Re spublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətibiq edib, işə ə lavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notarial qaydada təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlanmayıb. X1 cavabdehlə birlikdə sözügedən 0,08 ha torpaq sahəsində tikili inşa edərək, orada yaşamağa başlayıblar. Digər tərəfdən, tərəflər arasında 0,08 ha torpaq sahəsinə dair notarial qaydada alqısatqı müqaviləsinin bağlanmaması o, deməkdir ki, həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. Ona görə də torpaq sahəsinin paylı mülkiyyətçi kimi iddiaçının 0,08 ha torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Həmçinin, mübahisəli torpaq sahəsi iddiaçı ilə onun mərhum əri Qədir Şirinovun birgə mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsinin tərkibinə daxil olduğu üçün, iddiaçının mərhum Qədir Şirinovun vərəsəsi olması barədə mülki iş materiallarında sənəd mövcud olmasa belə, iddiaçının onun birinci növbəli vərəsəsi kimi torpaq sahəsinin sonuncuya məxsus hissəsinə də gözlənilən mülkiyyət hüququ vardır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv ed ilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur və cavabdehin mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququ əmələ gəlmədiyindən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Şirinova Minarə Xanzadə qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(104)-4213/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar