Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2889/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-562/2024 nömrəli, 1 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ağdam Rayon məhkəməsinin 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə "xxxx" İKB ASC-in İddiaçı, X4, X7, X9 və X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12.723,54 ABŞ dolları əsas borcun, 8.466,86 ABŞ dolları faiz borcunun, 10 ABŞ dolları cərimənin, cəmi 21.200,4 ABŞ dolları məbləğində borcun qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və xidmət haqqı üçün ödənilmiş 20 manat pulun tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılaraq, satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASC-nin olan borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsi, İddiaçı, X4, X7, X9 və X1 ipoteka predmeti olan fərdi yaşayış evindən və torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətində həmin evdən çıxarılmaqla həmin evin boşaldılması qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti q ismən təmin olunaraq Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-307/2013 saylı qətnaməsi “ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 54850,0 manat məbləğində müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)696\2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin ("xxxx" İKB ASC) tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-213/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin olunmamışdır.
3. Bərdə rayon İcra Şöbəsindən Cavabdeh3 MMC-yə ünvanlanmış 271567/2021 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 54.850 manata olmaqla, Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evinin və 0.09 ha torpaq sahəsinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur. 4. 14.07.2023-cü il tarixli, 1457/2023 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)213\2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 11 avqust 2023-cü il tarixə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı, Bayramova Nailə Abdul ǝzim qızı, X12 qızı, X9, X3 bildiriş göndərilmişdir. 5. “Hərracın baş tutmamasına dair” 11 avqust 2023- cü il tarixli protokolda qeyd edilmişdir ki, 11 avqust 2023-cü il tarixə saat 10:00-a təyin edilmiş hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1747/23 nömrəli təkrar hərracın keçirilməsinə dair bildirişə əsasən, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)213\2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə keçiriləcək təkrar hərracın keçirilmə vaxtı və yeri barədə Cavabdeh1nə, İddiaçı, X4, X7, X9, X5 və "xxxx" ASC-nə məlumat verilmişdir. 7. “Hərracın baş tutmamasına dair” 29 avqust 2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, 29 avqust 2023-cü il tarixə, saat 10:00 təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1874/23 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə təklifdə qeyd edilmişdir ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur.
9. İpoteka saxlayan Cavabdeh2 ASC-nin 31 avqust 2023-cü il tarixli, KBD-7143 nömrəli məktubuna əsasan ipoteka predmetini təklif edilən 34.966,88 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. 10. "xxxx"nin X13 haqqında №215/23 saylı, 05 sentyabr 2023-cü il tarixli Protokola əsasən İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evi və paylı mülkiyyətdə olan 0,09 ha torpaq sahəsi 34.966,88 manata Cavabdeh2 ASC-yə satılmışdır. 11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1900/23 nömrəli məktuba əsasən “X2” nəzdində Cavabdeh3 MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 215/23 saylı “X13 haqqında Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh3 MMC-nin 1900/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi İcra Şöbəsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evinin və 0.09 ha torpaq sahəsinin Cavabdeh2 ASC-nə satılması barədə hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə "xxxx" İKB ASC-in İddiaçı, X4, X7, X9 və X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilmişdir. Qətnaməyə görə İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12723,54 ABŞ dolları əsas borcun, 8466.86 ABŞ dolları faiz borcunun, 10 ABŞ dolları cərimənin, cəmi 21200,4 ABŞ dolları məbləğində borcun qətnamə icra olunarkə n dolların manata olan nisbəti ilə, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manatın, ipoteka predmetinə tutrnanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və xidmət haqqı üçün ödənilmiş 20 manatın tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASC-nə olan borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsi, İddiaçı, X4, X8, X9 və X1 ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə həmin evdən çıxarılmaqla evin boşaldılması qət edilmişdir. Bankın əməkdaşları ona bildirmişdirlər ki, “borcunu ödə, evini yenidən sənə qaytaraq”. Bu minvalla Bank ondan nə qədər pul istəmiş, o qədər ödəmişdir. Həmçinin qeyd etmişdir ki, sözügedən Bankla aralarında olan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən kredit məbləğini 3 il müddətinə götürmüşdür. Bank isə ona qarşı iddianı 2019-cu il tarixdə yəni, müddət ötürməklə qaldırmışdır. İşə baxan məhkəmə isə bu kimi halları nəzərə almadan Bankın xeyrinə qətnamə qəbul etmişlər. Bundan başqa, məhkəmə ona məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 54.850 manat olması barədə qətnamə qəbul etməsinə baxmayaraq hərrac mərkəzi ona məxsus evi birinci hərracda 46.622,5 manat məbləğdə qiymətləndirmiş və yekun hərracda isə 34.966, 88 manata Banka satmışdır. Sözügedən evin dəyəri də çox aşağı qiymlətləndirilmişdir. Evin dəyəri 34.966,88 manat deyil, qat-qat yuxarı qiymətədir. Xəbəri olmadan evin aşağı qiymətləndirilməsi, hərraca çıxarılması və hazırkı iş üzrə Cavabdeh2 ASC tərəfindən alınması qanun pozuntusudur. Ona məxsus evin dəyəri ən azı 70.000-80.000 manat təşkil edir. Bununla yanaşı o, kredit öhdəliyinin çox hissəsini ödəmişdir. Mühasibatlıq ekspertizası təyin edilsə, bu hal müəyyən edilər. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamağı ilə və aşağı qiymətlə qiymətləndirilərək evin aşağı qiymətlə hərracda satışa çıxarılması və evin alqı-satqısı barədə müqavilə qanunsuz hesab edilməli və ona məxsus Bərdə rayonu,Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, ümumi sahəsi 73.1 kv.metr olan fərdi yaşayış evinin və 0.09 ha torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və gizli şəkildə Cavabdeh2 ASC tərəfindən alınması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC sözügedən icra vərəqəsi üzrə Cavabdeh1 sifarişi əsasında evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən sözügedən evin ilkin satış qiyməti ona bildirilsə idi o, evin real bazar qiymətindən dəfələrlə aşağı qiymətləndirilməsinə etiraz edərdi, eləcə də 70.000-80.000 manat olan evin 34.966,88 manata alınmasına imkan verməzdi. Yuxarıda qeyd etdiyi kimi, bu günədək Banka kredit borcundan xeyli məbləğdə pul ödəmişdir.
14. Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(021)-4019/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı cavabdehlər "xxxx" MMC-y ə, Cavabdeh1nə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolunun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması” barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla və onların davam edən ardıcıllığından görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntuzuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, borclulara müvafiq bildirişlərin göndərilməsi "xxxx" MMC tərəfindən təmin olunmuş, hərracın keçirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçirilmişdir.
16. Məhkəmə iddiaçının iddia ərizəsində ipoteka predmetinin aşağı qiymətə satılması ilə bağlı qeyd etmişdir ki, əmlakın ilkin satış qiyməti "xxxx" MMC tərəfindən deyil, məhkə mə qətnaməsi ilə müəyyən edilmiş və İpoteka predmeti "xxxx" MMC tərəfindən “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq satılmışdır.
17. Məhkəmə iddia tələbinin Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının etibarsız olunmasına münasibətdə qeyd etmişdir ki, həmin tələb iddia predmeti ola bilməz və Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının ləğvi ola bilərdi ki, bunula bağlı dəqiqləşmə verilməmişdir.
18. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 414.4, 414.5, 415.2-415.5, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 43, 43.7-cü maddələrinə, habelə Mülkui Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 106.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instan siya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyil.
21. Cavabdeh3 apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, X6 Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən Bərdə rayonu, Qazıqurdalı kəndinə, eləcə də Ağdam rayonu, 20 Yanvar küçəsi, 175/26 saylı evə ünvanl anmış bildirişlər və satılma barədə müşayiət məktubu göndərilmişdir. Ağdam rayonu, 20 Yanvar küçəsi, 175/26 saylı ünvana göndərilən zərflər geri qayıtmış, lakin Bərdə rayonu, Qazıqurdalı kəndinə göndərilən məktublar iddiaçıya çatmışdır. İddiaçının ilkin satış qiymətinin düşməsi ilə bağlı qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinin tələbinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə gör ə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-562/2024 nömrəli mülki iş üzrə 1 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə sədrlik edən, məruzəçi, İ.Həsənov və Ş.Rzaquliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(021)4019/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olmuşdur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd etmişdi r ki, borc tələbinə dair iddia üzrə iddia müddətinin ötürülməsi, o cümlədən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məsələnin hazırkı icraatın predmetinə heç bir aidiyyəti olmamaqla, həmin məsələlər qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilmişdir.
24. Fərdi yaşayış evinin ilkin satış qiymətinin 54.850 manat müəyyən edilməsinə bamxayaraq isə evin yekun hərracda 34.966,88 manata Banka satılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğ yuxarıda istinad olunan “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinin tələbinə müvafiq olaraq hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin 15 və 25 faiz aşağı qiymət ə satılması ilə bağlı olmuşdur.
25. Məhkəmə kollegiyası iddiaçının xəbəri olmadan evin hərraca çıxarılması və hərracdan satılması ilə bağlı şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, əvvəla qətnamə qanuni qüvvəsini alıdğından iddiaçı artıq evinin hərracda çıxarılacağından əvvəlcədən məlumatlı olmuşdur. Digər tərəfdən Cavabdeh3 MMC tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsinə dair, hərracın baş tutumasına dair, ipoteka predmetinin təklif edilməsinə dair bildirişlərdən və poçt sənədlərindən görünür ki, hərrac mərkəzi həmin bildirişləri iddiaçının faktiki yaşadığı Bərdə rayonu, Qazıqurdalı kəndində, eləcə də Ağdam rayonu, 20 Yanvar küçəsi, 175/26 saylı ünvana göndərilmişdir. ünvan 3 qayıtmış, lakin digər faktiki yaşayış yeri olan Bərdə rayonu, Qazıqurdalı kən dinə göndərilmiş bildirişlər geri qaytarılmamışdır ki, bu da iddiaçının hərracdan məlumatlı olmasını təsdiq etmişdir.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 414.4, 414.5, 415.2, 415.3, 415.5, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 43.5, 43.7-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 372.1. 372.6, 372.7, 376.2, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Bankla aralarında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən kredit məbləğini 3 il müddətinə götürülmüşdür. Bank isə ona qarşı iddianı 2019-cü il tarixdə yəni, müddət ötürməklə qaldırmışdır. İşə baxan hakimlər isə bu kimi halları nəzərə almadan bankın xeyrinə qətnamə qəbul etmişlər. Bundan başqa məhkəmə ona məxsus fərdi yaşayış evinin ilkin satış qiymətini 54.850 manat olması barədə qətnamə qəbul etməsinə baxmayaraq hərrac mərkəzi mənə məxsus evi birinci hərracda 46.622,5 manat dəyərində qiymətləndirmiş və yekun hərracda isə 34.966,88 manata banka satmışdır. Bildirilmişdir ki, sözü gedən evin dəyəri də çox aşağı qiymətləndirilmişdir. Evin dəyəri 34.966,88 manat deyil, qat-qat yuxarı qiymətədir. Xəbərdar olunmadan evin aşağı qiymətləndirilməsi, hərraca çıxarılması və hazırkı iş üzrə Cavabdeh2 ASC tərəfindən alınması qanun pozuntusudur. Ona məxsus evin dəyəri ən azı 70.000-80.000 manat təşkil etmişdir. Üstəlik nəzərə almaq lazımdır ki, o kredit öhdələyinin çox hissəsini ödəmişəm. Mühasibatlıq ekspertizası təyin edilsə, bu hal müəyyən edilər. Hesab edirəm ki, lazımi qaydada xəbərdar olunmamağ ilə və aşağı qiymətlə qiymətləndirilərək, evin aşağı qiymətlə hərracda satışa çıxarılması və evin alqı-satqısı barədə müqavilə qanunsuz hesab edilməli və ona məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən iba rət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və gizli şəkildə Cavabdeh2 ASC tərəfindən alınması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC sözügedən icra vərəqəsini üzrə Cavabdeh1 sifarişi əsasında evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sa yılır.
31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
32. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən ge ci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
33. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçıs ı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
34. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
35. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azarbaycan Respublikasinın Qanunu
36. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağ ı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
37. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunan kredit borcu tələbinə dair iddia üzrə iddia müddətinin ötürülməsi, o cümlədən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məsələlər hazırkı icraatın predmetinə heç bir aidiyyəti olmamaqla, həmin məsələlər artıq qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-213/20 21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilmişdir.
49. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 54.850 manat müəyyən edilməsinə bamxayaraq evin yekun hərracda 34.966,88 manata Banka satılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin məbləğ yuxarıda istinad olunan “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinin tələbinə müvafiq olaraq hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin 15 və 25 faiz aşağı qiymətə satılması ilə bağlı olmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının xəbəri olmadan ipoteka predmetinin hərraca çıxarılması və hərracdan satılması ilə bağlı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdı raraq qeyd etmişdir ki, əvvəla qətnamə qanuni qüvvəsini alıdğından iddiaçı artıq evinin hərracda çıxarılacağından əvvəlcədən məlumatlı olmuşdur. Digər tərəfdən Cavabdeh3 MMC tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsinə dair, hərracın baş tutumasına dair, ipoteka predmetinin təklif edilməsinə dair bildirişlərdən və poçt sənədlərindən görünür ki, Hərrac Mərkəzi həmin bildirişləri iddiaçının faktiki yaşadığı Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən ünvana, habelə Ağdam rayonu, 20 Yanvar küçəsində yerləşən 175/26 saylı ünvana göndərilmişdir. ünvan 3 qayıtmış, lakin digər faktiki yaşayış yeri olan Bərdə rayonu, Qazıqurdalı kəndinə göndərilmiş bildirişlər geri qaytarılmamışdır ki, bu da iddiaçının hərracdan məlumatlı olmasını təsdiq etmişdir.
51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 mart 2024-cü il tarixli, 2(104)-562/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed