Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-289/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-289/22 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı şəhəri, 18 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı XXX-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı XXX-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5279/2021 saylı, 06.07.2021-c i il tarixli qətnaməsindən iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 mart 2019-cu il tarixli akta əsasən, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X2 İcraiyyə Komitəsinin) 16.05.1962-ci il tarixli, 27/919 saylı qərarı ilə “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. 2. “Bibiheybətneft” NQÇİ tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılan torpaq sahəsi “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin koordinatları: 40.20.641, 49.49.024. İş üzrə “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsinin topoqrafik planından görünür ki, Cavabdeh istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ ərazisində yerləşir. 3. “Bibiheybətneft” NQÇİ-nin Mənzil Təsərrüfat Kontoru tərəfindən Cavabdeh adına açılmış 17016 a saylı mənzil kirayəçisi haqqında məlumata əsasən, Cavabdeh 4 nəfər ailə üzvü ilə Lomonosov küçəsi, 4A ünvandakı özbaşına tikilidə yaşayır və şəxsi hesab 18.01.2006-cı il tarixdə kommunal xidmətləri ödəmək üçün açılıb.
4. Səbail rayon Məhkəməsinin 2-381/2006 saylı, 16 fevral 2006-cı il tarixli qətnaməsi ilə (hakim Y.Kərimov) iddiaçılar X1 və Cavabdeh Bakı şəhəri, Lomonosov küçəsi, 4 A saylı evin yaşayış s ahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı SOCAR-ın İddiaçıt Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçıt Birliyinin balansında olan torpaq sahəsində ünvan 3 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçıt Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Bibiheybət» NQÇİ-nin (26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (k eçmiş Bakı şəhər X2 İcraiyyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o, Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirir. Neft-naz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (40.20.641; 49.49.024 koordinatlarda) cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyəti həyata keçirilməsinə man eçilik yaradır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2950/2019 nömrəli, 23.11.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 07.10.2020-ci il tarixli, **********69 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və göstərdiyi, koodinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ-nin ərazisində yerləşir və torpaq sahəsi nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.11.2020-ci il tarixli, 10/2030 nömrəli rəyinə əsasən, iddiaçının iddia etdiyi və göstərd iyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Bibiheybət” NQÇİ-nin əraziçində yerləşir. Torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Mülki iş materiallarında tikiliyə dair hər hansısa bir layihə sənədi olmadığından, həmin tikilinin şəhərsalma norma və qaydalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-51/2021 nömrəli, 15.03.2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməli dir.
12. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə və onun ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər.
13. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmiş, əksinə onlardan torpağa görə əmlak vergisi, həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əs lində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər.
14. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 12 və 43-cü maddələrini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə qərarlarının müddəalarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.
15. İddiaçı XXX həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov sədrlik edən və məruzəçi, F.Talışinski və Ş.Məmmədova) 2(103)-5279/2021 nömrəli, 06.07.2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-51/2021 nömrəli, 15.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Bibiheybətneft” NQÇİ-nin Mənzil Təsərrüfat Kontoruna iddiaçının mübahisəli yaşayış sahəsində uzun müddət əvvəl yaşaması məlum olmuş, nəinki bu hala dərhal münasibət bildirməmiş, əksinə cavabdehin adına mənzil kirayəçisi haqqında sənəd tərtib etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, keçən müddət ərzində cavabdehin yaşadığı ev kommunal xidmətlərlə (işıq, qaz və su) təmin edilmiş, bu sahədə dövlət orqanları ilə müvafiq müqavilələr bağlanmışdır. İddiaçı isə cavabdeh tərəfindən istər torpaq sahəsinin əldə olunması zamanı, istər orada fərdi yaşayış evinin inşası zamanı, istərsə də evə köçüb orada yaşamağa başladığı and an etibarən torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı hər hansı xəbərdarlıq və s. bu kimi məlumatlandırmanın edilməsinə dair sübut təqdim etməmişdir.
18. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir.
19. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüququ var.
20. Apellyasiya məhkəməsi işin faktiki hallarını, işdə olan sübutları, qanuni qüvvədə olan məhkəmə qərarını, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (Konvensiyanın) normalarını, həmçinin İnsan Hüqu qları üzrə Avropa Məhkəməsinin president təcrübəsini (oxşar işlər üzrə mövqeyini) nəzərə alaraq hesab etmişdir ki, cavabdeh uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaqla, ora məhkəmə qərarı ilə istifadə hüququ tanınmış, iddiaçı isə keçən müddət ərzində müvafiq tələbini irəli sürməmiş (buna on illərlə göz yummuş) və bununla cavabdehə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişdir. Hətta, hazırki vaxtda mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması (ekspertiza rəyi nəzərə alınmaqla) durumunda belə, cavabdeh məhz uzun müddət əvvəl torpaq sahəsində tikinti aparmış, oradan davamlı və etirazsız olaraq özünün və ailə üzvlərinin yaşayışını təmin etmiş, əmlaka sahiblik və ondan istifadə etmiş, məhkəmə qərarı ilə yaşayış sa həsinə istifadə hüququ tanınmışdır.
21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikilinin əvəzi ödənilmədən (ədalətli kompensasiya verilmədən) cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə tələbin qanuni əsası yoxdur. Bu səbəbdən də, hazırki iddia ərizəsi üzrə digər tələblər də (tikilinin yerləşdiyi torpaq sahəsinin qaytarılması və s.) təmin oluna bilməz.
22. İddiaçı XXX qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçı XXX-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:
27. Maddə.
12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
28. Maddə.
12. İİ. Bu Konstitusiyada sadal anan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
29. Maddə.
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
30. Maddə.
43. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə. 158.2.1. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
32. Maddə. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
33. Maddə. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 3
4. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
41. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla, hüq uqi qiymət verilmişdir.
42. İşin mübahisəsiz halları bunlardan ibarətdir ki, cavabdeh uzun müddətdir öz ailə üzvləri ilə birlikdə mübahisəli tikilidə yaşayaraq oradan istifadə edir, cavabdehin adına mənzil kirayəçisi haqqında sənəd tərtib edilmiş, cavabdehin yaşadığı ev kommunal xidmətlərlə təmin edilmiş, dövlət orqanları ilə müvafiq müqavilələr bağlanmış, qüvvədə olan məhkəmə qətnaməsi ilə cavabdehin tikilidən istifadə hüquqları tanınmışdır.
43. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli tikilinin ədalətli kompensasiya verilmədən cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə tələbin qanuni əsası yoxdur.
44. Kassasiya kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq müqavilələri, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlar ını rəhbər tutan apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5279/2021 nömrəli, 06.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova