Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2890/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Rzayeva Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakın paylara mütənasib şəkildə bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlakın paylara mütənasib şəkildə bölünməsi tələblərin ə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-616/2*23 nömrəli iş üzrə *9 mart 2*23-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X19, İddiaçı2, İddiaçı1, İddiaçı3 valideynləri, yəni ataları Rzayev Əşrəf Rza oğlu, anaları isə X3r. 2. 19 may 1995-ci il tarixli vəsiyyətnaməyə əsasən Rzayev Əşrəf Rza oğlu və X6 özlərindən miras qalmış əmlakı İddiaçı1, Cavabdeh2, İddiaçı3 və X13 vəsiyyət etmişlər.
3. Rzayev Əşrəf Rza oğlu 6 oktyabr 1996-cı ildə, X6 isə 15 yanvar 1999-cu il tarixdə vəfat etmişdir.
4. X19 ilə X9 25 fevral 1978-ci ildə rəsmi nikah münasibətinə daxil olaraq evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmi şdir.
5. X19 15 sentyabr 2*14-cü il tarixdə vəfat etmişdir.
6. Torpağın mülkiyyətə verilməsinə dair JN-*17F Kod 5*2***38 nömrəli şəhadətnaməyə əsasən, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh2, X1*, X14, X11 və X5 *.25 ha torpaq sahəsi verilmişdir.
7. Torpağın mülkiyyətə verilməsinə dair JN-*18F Kod 5*2***38 nömrəli şəhadətnaməyə əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı2 *.25 ha torpaq sahəsi verilmişdir.
8. Torpağa mülkiyyət hüququna dair JN-283 Kod 5*2***38 nömrəli Dövlət aktına əsasən Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə X6, Cavabdeh2, X1*, X14, X11 və Rzayev Əşrəf Rza oğluna kənd təsərrüfatı məhsulları isteh salı üçün 1.95 ha torpaq sahəsi verilmişdir.
9. Rzayev Əşrəf Rza oğlunun adına tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun göstəricilərinə əsasən həmin ev 2 mərtəbədən ibarət olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları Rzayev Əşrəf Rza oğlundan, anaları X1 miras qalmış Ağstafa rayonu Eynallı kəndində yerləşən 325,6 kv.m. yaşayış evinin və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin mərhum atalarına və analarına düşən hissəsində vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişlər.
11. Ağstafa Rayon Məhkəməsinin 2(*15)-884/2*22 nömrəli iş üzrə 1* noyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Birincisi, miras 15.*1.1999-cu il tarixdə açılmış, mirasın qəbul müddəti 15.*6.1999-cu il tarixində bitmişdir. İddiaçılar isə onun 15.*6.1999-cu il tarixinədək miras əmlakı qəbul etmələrinin təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. İkincisi, iddiaçıların həmin evdə anadan olmaları faktı özü-özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə anadan olma evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Odur ki, mirasın qəbulu məhz qanunda qeyd olunan “faktiki surətdə idarəetmə” və “yiyələnmə” kimi hərəkətlərdə ifadə olunmalıdır. Əgər şəxs evdə yalnız anadan olubsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə, o, evi miras olaraq qəbul etmiş sayılmır.... Beləliklə, mirasın açılmasından sonra 6 ay müddətində, yəni 15.*1.1999-cu il tarixindən 15.*6.1999-cu il tarixinədək olan zaman kəsiyində iddiaçılar miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayış etdirməmişlər.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçılar ondan apellyasiya şik ayəti vermişlər.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-616/2*23 nömrəli iş üzrə *9 mart 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 və Cavabdeh2 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, Rzayev Əşrəf Rza oğlu və X1 miras qalmış Ağstafa rayonu Eynallı kəndində yerləşən yaşayış evi və torpağın mülkiyyət hüququna dair JN-283 nömrəli dövlət aktına əsasən 1,95 ha torpaq sahəsinin 2/6 hissəsi üzərində İddiaçı1 və Cavabdeh2 hər birinin 1/2 hissədə miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilm əməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətləri mərhumlar Rzayev Əşrəf Rza oğlunun *6 oktyabr 1996-cı ildə, X2 isə 15 yanvar 1999-cu il tarixdə vəfat etməsi ilə yarandığından, mübahisəyə *1.*9.2***-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə həmin Məcəllə ilə yanaşı *1.*9.2***-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını tətbiq etməklə, maddi hüquq normalarının pozuntusuna yol vermişdir ki, bu hal da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğvi üçün əsasdır.... Kollegiya qeyd edir ki, vərəsəlik ölm üş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməmə si araşdırılmalıdır.... Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələri n, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyanların ölümündən sonra iddiaçılardan İddiaçı2, İddiaçı3, X19 və Cavabdeh1 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişlər. İşin həmin halı onların izahatları ilə də, təsdiq olunur və onların hər biri valideynlərinin sağlığında daimi olaraq başqa ünvanlara köçərək yaşamışlar və ayrıca yaşayış evləri vardır. İddiaçı1 və Cavabdeh2 isə mirası faktiki (qeyri-formal üsulla) qəbul etmişlər. Belə ki, Cavabdeh2 mirası faktiki qəbul etməsi mübahisələ ndirilməsə də, İddiaçı1 mirası qəbul etməsi Cavabdeh2 tərəfindən mübahisələndirmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 mərhum atasının vəfatından sonra, miras evi faktiki qəbul edib, ayrıca otağına sahiblik etməsi ilə bağlı hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir. Həmçinin miras evdə qaz və işıqdan istifadə ilə bağlı müvafiq ödəmələri etməsi, onun son illərdə həmin yaşayış evinin həyətində fərdi yaşayış evi tikdirməsi, onun mirası qəbul etdiyini nümayiş etdirir. Göründüyü kimi, İddiaçı1 miras qoyan şəxsin evinin ayrıca otağına faktiki cəhətdən sahib dururaraq, miras əmlakı faktiki idarə etməklə, istifadə edib, onu lazımi vəziyyətdə saxlamış və ödəmələri etmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, tərəflər arasında miras evin bölgüsü ilə bağlı imzalanmış razılaşma sənədi də mövcud olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, İddiaçı1 məhkəmə zamanı izahatında qeyd etmişdir ki, 199*-cı ildən Bakı şəhərində yaşamağa başlamış və hal-hazırda da Bakı şəhərində olan evlərində yaşamışlar. Miras əmlak olan yaşayış evinə özünün də etiraf etdiyi kimi qonaq kimi gəlmişdir. Amma əslində iddiaçı 199*-cı ildən də çox qabaq, yəni orta məktəbi bitirdikdən sonra, 1968-ci ildə ali məktəbə qəbul olmuş, 1972-ci ildə həqiqi hərb i xidmətə Rusiyaya getmişdir. Özünün ayrıca yaşayış evləri olmuş və miras əmlakda heç vaxt yaşamamışdır. Bir neçə gün qonaq kimi gəlib-getmək miras əmlakı qəbul etmək sayılmamalıdır. Nə atalarından qalan miras əmlak olan yaşayış evi və torpaq sahəsini, nə də ki, analarından miras qalan torpaq sahəsini miras əmlak kimi qəbul etməmişdir. Hansı ki, tələbində mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyini qeyd etmişdir, lakin, məhkəmə zamanı İddiaçı1 199*-cı ildə Bakı şəhərində yaşamağa başladığını və hal-hazırda da Bakıda yaşadığını, eyni zamanda bura qonaq kimi gəldiyini etiraf etməklə mirası qəbul etmədiyini bir növ etiraf etmişdir. Bu etirafı ilə mirası qəbul etmədiyi ortaya çıxmışdır. Bundan başqa, İddiaçı1 məhkəməyə Rzayev Əşrəf adına olan Azəriqaza məxsus ödəniş qəbzləri təqdim etmi şdir. Guya ki, yaşayış evi üzrə kommunal ödəniş etmişdir. Bu qəbzlər barədə onu qeyd etmişdir ki, həmin qəbzlər mərhum Rzayev Əşrəf Rza oğlunun deyil, qardaşının nəvəsi Rzayev Əşrəf Rövşən oğlunun adına olan qəbzlər olmuşdur ki, həmin qəbzlərin aid olduğu qaz sayğacı bu yaşayış evinə aid olmamışdır. Onun yaşadığı bu yaşayış evi üzrə bir qaz və işıq sayğacları olmuşdur ki, onlar da özündədir. Azəriqaza sorğu verilsəydi dərhal üzə çıxacaqdı ki, bu çeklər onların yaşadığı yaşayış evi üzrə olan qaz xətinin deyil, qonşu evin qaz sayğacının qəbzləridir. Məhkəmə bu faktları araşdırmamışdır. İddiaçı iddia etmişdir ki, guya X4 aparıb 3 il saxlamışdır. Bu fakt barədə onu qeyd etmişdir ki, bacısı X8 3* noyabr 1998-ci ildə rəhmətə gedəndə analarını Bakıya apardılar ki, bacısının öldüyünü bilməsin. Cəm i 1 ay orada qaldıqdan sonra 1999-cu ilin yanvar ayında anaları vəfat etmişdir. İddiaçı nə notariat orqanına ərizə verməmiş, nə də miras qalmış əmlaka sahiblik edib, onu idarə etməyə başlamamışdır. Nə formal, nə də ki, qeyriformal üsullarla mirası qəbul etməmişdir. Bu işə aid olub-olmaması müəyyən edilməmiş hansısa bir kommunal ödəniş qəbzi mirası qəbul etmək anlamına gəlməməlidir. Mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti iddiaçı ötürmüşdür. Bu müddətin ötürülməsi şəxsin vərəsə olması ilə bağlı subyektiv hüququnun qəti olaraq xitamına səbəb olur. Bu faktları isə məhkəmə araşdırmamış və nəzərə almamışdır. 23 ildən sonra miras əmlak barədə iddia qaldırmaq qanuna uyğun deyildir. 26 ildən sonra yaşayış evinə gəlib zorla yaşayış evinin yaxınlığında tikili aparmağa başl ayaraq, yaşayış evinə bitişik otaq tikdirməyə cəhd göstərmək mirası qəbul etmək anlamına gəlməməlidir. Digər vərəsələr barədə apellyasiya məhkəməsi qeyd etmişdir ki, onların hamısının başqa yerdə yaşayış evləri olmuş və miras əmlakı qəbul etməmişlər. Eyni hal İddiaçı1 da aid olmalıdır. Çünki, iddiaçı digər vərəsələrin hamısından qabaq bu yaşayış evini tərk edib gedib, hal-hazırda Bakıda, Rusiya Federasiyasında yaşayış evləri vardır və orada yaşayır. Miras əmlakda yaşamamışdır. Apellyasiya məhkəməsi nə səbəbə iddiaçının mirası qəbul etdiyini qeyd edir, bu məlum deyil. Kassator mirası faktiki qəbul edib, miras əmlaka sahiblik edib, onu idarə etməyə başlamışdır. Hal-hazırda ailəsi ilə birgə həmin yaşayış evində yaşayır, təsərrüfatı idarə etmişdir. 27 ildir ki yaşayış evi olan təsərrüfatı ailə si ilə birgə idarə etmişdir. Bununla da miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya məhkəməsində işə baxılarkən iddiaçının həyətdə yeni ev tikdirdiyini bildirib və buna heç kimin etiraz etmədiyini bildirərək, bununla miras əmlakın bir hissəsini qəbul etdiyini bildirib. Bu fakt barədə qeyd etmişdir ki, iddiaçı keçən il zorla heç kimin razılığı olmadan gəlib yaşayış evinin yaxınlığında tikinti aparmağa başlamış və onların razılığı olmadığından da o tikinti də yarımçıq qalmışdır. Məhkəmə isə bir il bundan qabaq qanunsuz olaraq bir neçə gün içində yarımçıq tikili inşa etdirən iddiaçının miras əmlakın bir hissəsini qəbul edib idarə etdiyini və sahibləndiyi fikrinə gəlmişdir. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçıların etirazının dəlilləri iddianın və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakda n istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 21. “İnsan hüquqlarının və əsas azadlıqların müda fiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 22. 11.*9.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola b ilər ki, o, vəsiyyətlə dəyişdirilməsin; Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur; Maddə 53*. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər; Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir; Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirası n şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; Maddə
557. Vərəsə mirasdan imtina etdiyi halda və vəs iyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə onun payına düşən miras hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda bölünür.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə i zahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.*7.2*14-cü il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sa hiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yer inə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddia bir iddiaçı və bir cavabehə münasibətdə qismən təmin edildiyi, habelə şikayət həmin bir cavabdeh tərəfindən verildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassator cavabdehə aid hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
30. İlk olaraq, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəz ərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik i nstitutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
31. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq formal mülahizələrə əsasən bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin subyektiv hüququn un olmaması səbəbi ilə ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
32. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamı r, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*4)-616/2*23 nömrəli iş üzrə *9 mart 2*23-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsi